THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Minsk qrupu vasitəçidirmi?

Siz buradasınız: Əsas səhifə »» SİYASƏT »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
10849
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 10 fevral 2016 – Newtimes.az

Beynəlxalq praktikaya uyğun olaraq dövlətlər işğal faktı, etnik problemlər, sərhəd problemləri və digər məsələlər barədə razılaşma əldə edə bilmədiyi təqdirdə, məsələyə tərəfsiz münasibəti olan bir və yaxud bir neçə dövləti problemin həlli üçün vasitəçi olaraq qəbul edə bilir. Bunun bir çox nümunələri vardır.

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Minsk qrupu da Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edilməsi probleminin sülh yolu ilə həll edilməsi üçün 1992-ci ildə yaradılmışdır. Ancaq Minsk qrupu 20 ildən çoxdur ki, bu məsələnin sülh yolu ilə həlli üçün tərəflərə heç bir ciddi plan təklif etməyib. 1994-cü ilin may ayında atəşkəs sazişinin imzalanmasında belə Minsk qrupunun ciddi fəaliyyəti olmayıb.

Minsk qrupu illərdir nəticəsiz fəaliyyət göstərməsi barəsində düşünərək, müzakirələrə yeni ruh verməkdən, yeni təkliflər paketi hazırlamaqdansa, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edilməsi probleminin sülh yolu ilə həlli üzrə həyata keçirilən başqa təşəbbüsləri qısqanclıqla qarşılayır və maneə törədir.

Minsk qrupu özünün illərdir məşğul olduğu problemi həll edə bilmir və yaxud istəmir, ancaq sadəcə bu problemin həlli istiqamətində atılan addımlara deyil, problemin müxtəlif beynəlxalq qurumlarda müzakirə edilməsinə belə etiraz edir. Minsk qrupu və Ermənistan problemin beynəlxalq təşkilat olan Birləşmiş Millətlər Təşkilatında (BMT) belə müzakirə edilməsinə qarşı çıxırlar.

Avropa Şurası Parlament Assambleyası (AŞPA) Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edilməsi probleminin müzakirə edildiyi siyasi qurumlardan biridir. AŞPA bu müzakirələrdə adətən Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edilməsi faktı ilə bağlı obyektiv münasibət bildirilir.

AŞPA-nın yanvarın sonlarında keçirilmiş qış sessiyasında Siyasi Məsələlər və Demokratiya Komitəsinin üzvü, Böyük Britaniyanı təmsil edən deputat Robert Valterin hazırladığı "Dağlıq Qarabağ və Azərbaycanın digər işğal olunmuş ərazilərində zorakılığın artması” adlı məruzəsi dinlənilib.

Həmsədrlərin məruzə dinlənilmədən əvvəl bəyanat verərək Dağlıq Qarabağ probleminin həll edilməsi istiqamətində çalışan tək qurumun Minsk qrupu olduğunu bildirmələri olduqca məntiqsizdir.

Bəli, Minsk qrupu birbaşa problemin həll edilməsi üçün qurulmuşdur. Amma bu o demək deyildir ki, digər beynəlxalq təşkilat və qurumlarda Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edilməsi məsələsi müzakirə edilməyəcək.

Minsk qrupu 20 ildən çoxdur problemin həll edilməsi istiqamətində bir addım belə irəliləməyib, işğalçı və işğala məruz qalan tərəfə hüquqi qiymət verməkdə acizdir. Vasitəçilik təşəbbüsündən daha çox Ermənistanın mövqeyini dəstəkləyən siyasət həyata keçirir.

Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edilməsi faktı bir çox dövlət və beynəlxalq təşkilatlar tərəfindən dilə gətirilsə də, nədənsə Minsk qrupu bu reallığı görmək istəmir və problemi ən qısa zamanda həll etməkdənsə, prosesi uzatmaqla məşğuldur. Məsələyə bu cür birtərəfli münasibət əlbəttə Azərbaycana inam hissi vermir. Azərbaycan dəfələrlə ən yüksək səviyyədə Minsk qrupu həmsədr dövlətlərdən narazılığını bildirib və həmsədr dövlətlərin dəyişdirilməsinin mümkünlüyünü vurğulayıb.

Azərbaycan haqlı olaraq Minsk qrupunun həmsədr dövlətlərindən danışıqlar prosesində beynəlxalq ictimaiyyətin iradəsini əks etdirən BMT Təhlükəsizlik Şurası və BMT Baş Assambleyasının müvafiq qətnamələrin, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, AŞPA sənədlərinin, eləcə də Avropa İnsan Hüquqları Məhkəməsinin aidiyyəti qərarlarının icrasını təmin etmələrini tələb edir.

Azərbaycan Minsk qrupundan kənarda Dağlıq Qarabağ probleminin müzakirə edilməyəcəyi haqqında heç bir siyasi öhdəlik götürməyib və problemi istənilən regional və beynəlxalq təşkilatlarda müzakirəyə çıxarmaq haqqını özündə saxlayır.

Minsk qrupunun siyasi norma və əxlaq qaydalarını kobud şəkildə pozaraq AŞPA-da məsələnin müzakirəsinə mane olmaq cəhdi qətiyyən anlaşılan və qəbul edilən deyil.

Hatəm Cabbarlı,

siyasi elmlər doktoru

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

"Foreign Policy": Ermənistanda "inqilabdan sonrakı" şadyanalıq başa çatıb
16 oktyabr 2018 Foreign Policy

"Foreign Policy": Ermənistanda "inqilabdan sonrakı" şadyanalıq başa çatıb

ABŞ-da nəşr olunan "Foreign Policy" jurnalında Ermənistanda korrupsiya və siyasi qarşıdurmalar barədə məqalə dərc edilib.

Davamı...
"The Washington Times" Con Boltonun Bakıya qarşıdakı səfəri və ABŞ-Azərbaycan strateji tərəfdaşlığı haqqında məqalə dərc edib
16 oktyabr 2018 Washington Times

"The Washington Times" Con Boltonun Bakıya qarşıdakı səfəri və ABŞ-Azərbaycan strateji tərəfdaşlığı haqqında məqalə dərc edib

ABŞ-ın ən etibarlı müttəfiqlərindən biri kimi Azərbaycanın rolu lazımınca qiymətləndirilməyib.

Davamı...