THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

İƏT-in münaqişələrin nizamlanması səyləri: kənardan göstərilən səylərdən fəal iştiraka

Siz buradasınız: Əsas səhifə »» SİYASƏT »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
5510
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 16 dekabr 2015 – Newtimes.az

2 dekabr tarixində İslam Əməkdaşlığı Təşkilatının (İƏT) Ciddədə yerləşən mənzil qərargahında "Dağlıq Qarabağ münaqişənin nizamlanması istiqamətində İƏT-in təşəbbüsləri: keçmiş səylər və gələcək fürsətlər'' adlı beynəlxalq simpozium təşkil edilmişdir. Tədbir Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı Krallığındakı Səfirliyimiz və Azərbaycan Respublikası Prezidenti Yanında Strateji Araşdırmalar Mərkəzinin birgə dəstəyi nəticəsində ərsəyə gəlmişdir. Tədbirdə adıçəkilən mövzu ətraflı müzakirə edilmiş və panel iştirakçıları tərəfindən müəyyən ümumiləşdirilmələr aparılmışdır.

Ciddədə belə bir simpoziumun keçirilməsi Azərbaycanla İƏT arasında uğurlu əməkdaşlığı bir daha nümayiş etdirmişdir. BMT-dən sonra dünyanın ikinci ən böyük hökumətlərarası təsisatı olan və dörd qitəni əhatə edən İƏT Azərbaycanın müstəqilliyini əldə etdikdən sonra 1991-ci ilin dekabrında qoşulduğu ilk beynəlxalq təşkilat olmuşdur. Həmin ildə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması imkanlarının araşdırılması məqsədilə İƏT nümayəndə heyəti Azərbaycana səfər etmişdir.

İllər keçdikcə İƏT Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə bağlı beynəlxalq ictimaiyyətin məlumatlandırılmasında əhəmiyyətli rol oynamışdır. Təşkilatın ali formatı olan, kral, dövlət və hökumət başçılarının daxil olduğu İslam Zirvə Görüşləri və Xarici İşlər Nazirləri Şurası tərəfindən qəbul edilmiş sənədlərdə, habelə problemlə bağlı baş katibin müntəzəm hesabatlarında beynəlxalq müstəvidə Azərbaycanın haqlı mövqeyi vurğulanmışdır. Bununla yanaşı, "Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzünə dair'', "Azərbaycan Respublikasına iqtisadi yardıma haqqında'' və "Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü nəticəsində Azərbaycanın işğal edilmiş ərazilərində İslam dininə aid tarixi və mədəni izlərin və ibadət ocaqlarının dağıdılması və təhqir olunmasına dair'' adlı qətnamələr dəfələrlə yekdilliklə İƏT tərəfindən qəbul olunmuşdur.

İƏT yalnız Ermənistanı təcavüzkar kimi tanıyaraq onun Azərbaycan Respublikasına qarşı təcavüzünü pisləmir, o həm də BMT-ni Ermənistanın Azərbaycana qarşı təcavüzü faktını tanımağa və BMT nizamnaməsinin VII fəslinə uyğun olaraq Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş qərarlara əməl olunmasını təmin etməyə çağırır.  

Eyni zamanda, 2-7 fevral 2013-cü il tarixlərində İƏT dövlət başçılarının iştirakı ilə Qahirədə1 keçirilmiş İslam Zirvə Konfransının 12-ci sessiyası zamanı təşkilat Xocalı soyqırımını "insanlığa qarşı cinayət'' kimi tanımışdır. Həmçinin Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun baş əlaqələndiricisi Leyla Əliyevanın "Xocalıya Ədalət''2 kampaniyasına 40-dan artıq dövlət qoşulmuşdur. Bu kampaniya 8 may 2008-ci ildə - Qarabağ xanlığının qədim paytaxtı Şuşanın işğalı günündə başlanılmışdır.

Bu təşkilat həmçinin üzv dövlətləri Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün tam bərpası uğrunda Azərbaycanla həmrəyliyi gücləndirməyə çağırır. Bu xüsusda, 13-14 mart 2008-ci ildə Seneqalın Dakar şəhərində keçirilmiş İƏT-in 11-ci Zirvə toplantısında Azərbaycan tərəfindən BMT-nin Baş Assambleyasında təqdim edilmiş, "Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyətə dair'' qətnamə layihəsinə üzv dövlətlər tərəfindən güclü dəstək ifadə edilmişdir.

14 mart tarixində BMT Baş Assambleyasının 62-ci sessiyası zamanı müvafiq qətnamənin qəbul edilməsində İƏT-in 31 üzv dövlətinin mövqeyi3 həlledici rol oynamışdır. Həmin qətnamə Azərbaycan Respublikasının ərazi bütövlüyünü bir daha vurğulamış və Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş ərazilərindən dərhal çıxarılması tələb etmişdir. Bundan əlavə, qətnamədə işğal edilmiş ərazilərin əhalisinin geri dönməsinə və Dağlıq Qarabağın erməni və azərbaycanlı icmasının təhlükəsiz və bərabər yaşayış şəraitinin təmin edilməsinə də çağırılır.

Qətnamə Assambleyada səsə qoyulmuş və 39 səs lehinə, 7 səs əleyhinə (Anqola, Ermənistan, Fransa, Rusiya Federasiyası, ABŞ, Vanuatu) və 100 səs bitərəf olmaqla   qəbul edilmişdir. Seçkidən əvvəl və sonra mövqelərini izah etmək üçün çıxış edən İƏT-in Pakistan İslam Respublikası, Uqanda, Türkiyə, İndoneziya və Liviya kimi üzv dövlətlərinin nümayəndələri mətni və Azərbaycanın ədalətli mövqeyini müdafiə etmişlər. Beləliklə də, qətnamənin lehinə səs vermiş 39 dövlətdən 31 İƏT üzvünün İslam həmrəyliyi sayəsində o, BMT Baş Assambleyası tərəfindən qəbul edilmişdir4.

Əlbəttə, İƏT-ə üzv olan bir sıra müsəlman dövlətləri hər zaman Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı cəsarətli və güclü mövqe nümayiş etdirirlər. Bu kontekstdə, Azərbaycan Pakistan İslam Respublikası, Türkiyə Respublikası və Səudiyyə Ərəbistanı Krallığının töhfəsini yüksək qiymətləndirir. Həmin dövlətlər təkcə Azərbaycanın müstəqilliyini ilk tanıyan və Azərbaycana fəal şəkildə humanitar yardım edən ölkələr deyil, onlar həmçinin müəyyən dərəcədə Ermənistana təzyiq göstərmişlər.

Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə hörmət ifadə edərək Pakistan İslam Respublikası və Səudiyyə Ərəbistanı Krallığı bu günədək Ermənistanla diplomatik münasibətlər qurmaqdan imtina etmişlər. 1993-cü ilin aprelində Ermənistan tərəfindən zəbt edilmiş yeddi rayonun biri – Kəlbəcərin işğalına cavab olaraq, Azərbaycanla həmrəylik nümayiş etdirən Türkiyə Respublikası Ermənistanla sərhədlərini bağlamışdır. Sərhədlər bağlı olaraq qalır və Türkiyə status-kvonun rəsmiləşdirilməsinin qarşısının alınması üçün bu sahədə Ermənistana təzyiq siyasətini həyata keçirir.

Yəni, İƏT hər zaman Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsini diqqətdə saxlamışdır. Digər beynəlxalq təşkilatların qətnamələri kimi, İƏT-in qətnamələri də icra üçün mütləq xarakter daşımadığından, onlar ümumilikdə münaqişənin nizamlanması prosesinə dəyişiklik gətirə bilməmişlər. Lakin, məhz adıçəkilən qətnamələrin əsasında İƏT Ermənistanın Azərbaycan ərazisindəki əməllərini təcavüz kimi qiymətləndirmişdir.

Eyni zamanda, 27-28 may 2015-ci il tarixlərində Küveytdə keçirilmiş Xarici İşlər Şurasının 42-ci iclasında qəbul edilmiş "Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü'' adlı qətnaməyə (No. 10/42-POL)5 əsasən, "Şuranın tapşırığına görə baş katib Ermənistanı Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşmaq, Azərbaycanın ərazilərinin işğalına son qoymaq və dərhal işğal edilmiş ərazilərdən çıxmağa yönəldilmiş İƏT-ə üzv dövlətlərin əlavə və birgə səylərinə dair tövsiyə və təkliflər hazırlayaraq Xarici İşlər Şurasının növbəti toplantısına qədər təqdim etməlidir''.

Bu səbəbdən, İƏT daxilində həmrəyliyi və üzv dövlətlərin digər çoxtərəfli təşkilatlar çərçivəsindəki əməkdaşlığını gücləndirməyə ehtiyac duyulur. Bu kontekstdə, BMT və İƏT-in sülh və təhlükəsizliyin təşviqi və qlobal səviyyədə sülh mədəniyyətinin gücləndirilməsi kimi ümumi məqsədləri vardır. Bununla yanaşı, Təhlükəsizlik Şurasının gündəliyində duran bir çox məsələlər İslam dünyasına aiddir ki, bu da Təhlükəsizlik Şurası və İƏT arasında daha sıx əməkdaşlıq və əlaqələndirmə tələb edir. Faktiki olaraq BMT TŞ və İƏT arasında ilk xüsusi toplantı 2013-cü ilin oktyabrında məhz Azərbaycanın təşkilatçılığı ilə, ölkənin BMT TŞ-da ikinci sədrliyi zamanı baş tutmuşdur. Bu prosesdə Ermənistanı Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşmağa vadar edəcək İƏT-ə üzv olan dövlətlərin individual səyləri də mühüm əhəmiyyət daşıyır.         

Azərbaycan İslam dünyasının tərkib hissəsidir və İƏT tərəfindən üzv dövlətlər arasında həmrəyliyin gücləndirilməsi və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində kənardan göstərilən səylərdən fəal iştiraka keçərək münaqişənin "Azərbaycan Respublikasının ərazi bütövlüyünün və beynəlxalq səviyyədə tanınan sərhədlərinin toxunulmazlığı çərçivəsində, beynəlxalq hüququn norma və prinsipləri, habelə BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri və ATƏT-in sənəd və qərarları əsasında”6 nizamlanmasına nail olunması olduqca vacibdir.

Gülşən Paşayeva,

Azərbaycan Respublikasının Prezidenti Yanında Strateji Araşdırmalar Mərkəzi

1. Cairo Final Communiqué of the 12th session of the Islamic Summit Conference "the Muslim world: new challenges & expanding opportunities", Cairo, Arab Republic of Egypt, 6-7 February, 2013. Available at: http://www.oic-oci.org/external_web/is/12/en/docs/final/is12_fc_rev2_en.pdf

2. Azerbaijani Ombudsperson issues statement on 23 anniversary of Khojaly Genocide. News.az, 20 February, 2015, available at: http://www.news.az/articles/karabakh/95857

3. Afghanistan, Azerbaijan, Bahrain, Bangladesh, Brunei Darussalam, Comoros, Djibouti, Gambia, Indonesia, Iraq, Jordan, Kuwait, Libya, Malaysia, Maldives, Morocco, Niger, Nigeria, Oman, Pakistan, Qatar, Saudi Arabia, Senegal, Sierra Leone, Somalia, Sudan, Turkey, Uganda, United Arab Emirates, Uzbekistan, and Yemen

4. At the same time 9 OIC Member States (Albania, Algeria, Cameroon, Egypt, Guyana, Kazakhstan, Mozambique, Suriname, and Togo) abstained and 16 Member States (Benin, Burkina Faso, Chad, Cote d'Ivoire, Gabon, Guinea, Guinea-Bissau, Iran, Kyrgyzstan, Lebanon, Mali, Mauritania, Syria, Tajikistan, Tunisia, Turkmenistan) did not take part in voting process too. 

5. 42nd Session Of The Council Of Foreign Ministers, State of Kuwait, 27-28 May 2015 http://www.oic-oci.org/oicv2/subweb/cfm/42/en/42cfm_res_pol_r2_en.pdf

6. İbid.

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

ABD çekilirse
06 aprel 2018 Habertürk

ABD çekilirse

Çarşamba günü Astana süreci ortakları Rusya, İran ve Türkiye'nin dünyaya bir birlik ve güç mesajı verdikleri çok yazıldı çizildi.

Davamı...
The West Is Wrong About China's President
03 aprel 2018 Project Syndicate

The West Is Wrong About China's President

China's recent constitutional amendment eliminating the term limits for the president and vice president has left much of the West aghast.

Davamı...