Ermənistanın hərbi təxribatlarına qarşı Azərbaycan Ordusunun sentyabr ayının 27-dən başlatdığı əks-hücum əməliyyatına qarşı ən kəskin, düşmən münasibət bəsləyən siyasətçilərdən birincisi Rusiya Dövlət Dumasının MDB məsələləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə iş üzrə komitəsinin sədr müavini Konstantin Zatulindir. Hər gün yüzlərlə erməni əsgərlərinin həyatını itirməsinə görə Ermənistan siyasi və hərbi rəhbərliyi ilə yanaşı, siyasi və mənəvi məsuliyyət daşıyan şəxslərdən biri də K.Zatulindir.
Ermənistan ötən əsrin 90-cı illərində olduğu kimi, muzdlu döyüşçülərdən və "diaspor könüllüləri"ndən savaşda istifadə praktikasını indiki müharibəyə də tətbiq etməkdədir. Artıq dünya mətbuatının nüfuzlu nəşrlərində və sosial şəbəkələrdə bu barədə müxtəlif ölkələrdən müharibədə iştirak üçün Qarabağa gəlmiş döyüşçülərin öz dilindən xeyli informasiyalar var. "France 24", "Reuters", "Associated Press", "Kommersant", "Liberation" kimi nəşrlər də bu barədə yazılar dərc olunur.
Hər gün bayrağımız respublikamızın 27 il işğal altında qalmış yeni bir yaşayış məntəqəsində ucaldılır. Sentyabrın 27-dən indiyədək Azərbaycanın 4 rayonu, 3 qəsəbəsi və 165 yaşayış məntəqəsi, o cümlədən Kəlbəcər və Qubadlı rayonlarının bir hissəsi, Murovdağ yüksəkliyi, Suqovuşan, Xudafərin körpüsü və strateji əhəmiyyətli yüksəkliklər Ermənistan silahlı qüvvələrinin işğalından azad edilib. İndi həmin ərazilər rəşadətli ordumuzun nəzarətindədir. Bu uğurlar Prezident İlham Əliyevin siyasi xadim, qətiyyətli, müzəffər Ali Baş Komandan kimi müdrik fəaliyyətinin bariz nümunəsidir. Bu, həm də Azərbaycan dövlətinin, Azərbaycan xalqının gücünün göstəricisidir. Ölkəmiz artıq nəyə qadir olduğunu bütün dünyaya nümayiş etdirdi.
Bu gün Azərbaycan tarixinə yeni səhifələr yazılır. Məlum olduğu kimi, 27 sentyabrda erməni hərbi birləşmələrinin növbəti təxribatının qarşısının alınması məqsədilə Azərbaycan ordusu tərəfindən əks-hücum əməliyyatı başlanmışdır. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuz 150-yə yaxın viran qoyulmuş yaşayış məntəqəsini erməni işğalından azad etmişdir. Ali Baş Komandan həm hərb, həm də diplomatiya səhnəsində yeni tarix yazır. Bugünkü gündə Vətən uğrunda Qarabağ döyüşlərində hər an böyük qəhrəmanlıqlar göstərən, torpaqlarımızı mənfur düşmənlərdən azad edən igidlərimiz isə Azərbaycanın hərb tarixinə adlarını qanla yazırlar. Birinci Qarabağ müharibəsində həlak olan şəhidlərin qısası alınır. Əminik ki, Azərbaycan ordusunun uğurlu əməliyyatları dərsliklərə, kitablara düşəcəkdir. Müharibəyədək fərqli tale yaşayan hər bir döyüşçünün şücaəti isə heç zaman unudulmur. Qəhrəmanlar unudulmaz!
Hərbi əməliyyatların 25-ci günü bir sıra həlledici məqamlarla yadda qaldı. Belə ki, Azərbaycan Ordusu 27 ildən sonra Qarabağ istiqamətində İranla 132 km-lik sərhəd xəttinə nəzarəti bərpa etdi. Bu istiqamətdən separatçı rejim qanunsuz fəaliyyətlər həyata keçirirdi. Həmin yolun bağlanması cənub qapısının separatçı xuntanın üzünə bağlanması deməkdir. Ermənistan-Azərbaycan münaqişəsinin beynəlmiləlləşməsinə rəvac verə biləcək istiqamətlərdən biri məhz işğal altında olan 132 km-lik ərazilərimiz idi. Belə ki, həmin istiqamətdə gedən hərbi əməliyyatlar zamanı İranın sərhədyanı əraziləri raket atəşinə məruz qalmış və dağıtılar qeydə alınmışdır. Əgər münaqişə eskalasiya olunsaydı, istər-istəməz onun həmin ərazilərə yayılması və oradakı azərbaycanlıların buna biganə qalmayacağı mütləq idi.
Müharibə diplomatiyanın sonuncu addımıdır. Bu aşkar həqiqəti sağlam düşüncəsi olan heç kəs inkar edə bilməz. Müharibə ziddiyyətlərin toqquşduğu məqamdır. Həqiqətən bəşər övladı tarixin bütün dövrlərində çox müxtəlif səpkili münaqişələrin və müharibələrin ağrı-acılarını yaşamış və daim dinc münasibətlər axtarışında olmuşdur.
98 il sonra: Dağlıq Qarabağın taleyi dəyişdi
SSRİ tərəfindən Dağlıq Qarabağa muxtariyyət verilməsinin növbəti ildönümündə Azərbaycan Prezidenti İlham Əliyev faktiki olaraq, muxtariyyətin ləğvi haqqında fərman imzalayıb.
Davamı...