THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Minsk formatı müvəffəqiyyətsizliyə uğrayır: yenidən qarşıdurmanın astanasında

Siz buradasınız: Əsas səhifə »» SİYASƏT »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
205930
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 10 dekabr 2014 – Newtimes.az

Ukraynanın şərqindəki münaqişənin nizamlanmasında hələ əvvəldən Minsk formatının zəif olduğu görünürdü. Buna baxmayaraq, o, iki ay ərzində bölgədə müəyyən atəşkəsə nail ola bildi. Amma noyabrın əvvəlində DXR (Donetsk Xalq Respublikası) və LXR-də (Luqansk Xalq Respublikası) keçirilən seçkilər şərti də olsa Ukraynanın şərqində atəşkəsi təmin edən Minsk müqaviləsinin iflasına səbəb oldu. Bu isə qaçılmaz olaraq müzakirələrdə ziddiyyətə gətirib çıxarır və Minsk formatı isə deyəsən, keçirilən seçkilərin sınağına davam gətirmir. Hadisələrin fonunda Donbasda Ukrayna münaqişəsinin nizamlanmasının "Minsk formatını" sarsıtmağa və hərbi münaqişəni yeni mərhələyə gətirməyə qadir olan yerli hərbi əməliyyatlar yenidən başladı.

Kiyev mövqeyini sərtləşdirir

Hələ Ukraynadakı parlament seçkilərinə qədər Prezident Poroşenkonun şərqdə baş verən hadisələrə cavab vermək imkanları məhdud idi. Onun başlıca vəzifəsi kəskin şəkildə hərbi səfərbərliyin aparılması və ordunun təminatı problemi sayəsində sosial gərginliyin artmasına səbəb ola biləcək atəşkəsin pozulmasının qarşısını almaq idi. Bundan başqa, təcrübə göstərir ki, Kiyevin silahlılar üzərində hərbi təzyiqi artdıqca Rusiyanın iştirakı ilə onların da hərbi potensialı artır.

Amma seçkilərdən sonra Kiyevin necə olursa olsun atəşkəsi təmin etmək vəzifəsi ortadan qalxdı. Xüsusən, ölkə hakimiyyətində "Pyotr Poroşenko blokunun" gələcək tərəfdaşları – "Xalq cəbhəsi" və "Özünəkömək" – prezidentlə müqayisədə Rusiyaya qarşı daha kəskin mövqe tuturlar. Bu şərtlər daxilində minimum səviyyədə zəiflik, maksimum səviyyədə isə milli maraqlara xəyanət ittihamları ilə qarşılaşmamaq üçün Poroşenko öz mövqeyini sərtləşdirməli olur. Rəsmi Brüssel də kəskin bəyanatlarla çıxış etdi. Avropa İttifaqının xarici işlər üzrə yeni ali nümayəndəsi Federika Moqerini Rusiyaya qarşı sanksiya rejiminin genişləndirilməsini istisna etmədi. Varşavaya rəsmi səfəri zamanı Moqerini DXR və LXR seçkilərini "qeyri hüquqi və qeyri-qanuni" adlandırdı. Onun sözlərinə görə, səsvermə vəziyyətin sabitliyə yaxın olmadığını göstərən "çox pis işarədir".

Vəziyyət gərginləşir

Qondarma DXR və LXR Minsk protokoluna düzəlişlər təklif etmək niyyətindədirlər. Onlar hesab edirlər ki, bu addım Ukraynanın Donbasın xüsusi statusu və amnistiya bərədə qanunları geri çəkməklə protokolu birtərəfli olaraq ləğv etməsi ilə əlaqədar olaraq zəruridir. Yeni razılaşmada xüsusi statusun tətbiq ediləcəyi rayonların sərhədlərinin və yerli özünü idarə orqanlarına seçkilərin tarixinin müəyyənləşdirilməsi təklif olunur.

Bu fonda Rusiya silahlılar vasitəsilə Minsk müqaviləsinə baxış məsələsində təşəbbüskarlığı öz əlində saxlamağa və sentyabr razılığını əvəz edəcək variantı tapmağa çalışır.

"Minsk müqaviləsinin qoyduğu siyasi nizamlama şansını buraxmaq olmaz. Bu, humanitar vəziyyətin daha da pisləşməyəcəyinə və humanitar fəlakətə çevrilməyəcəyinə zəmanət verir", – deyə Rusiyanın diplomatik dairələri bəyan etdilər. Göründüyü kimi, Minsk müqaviləsinin fəaliyyətinin dayanması artıq Ukraynanın şərqində hərbi vəziyyətin gərginləşməsinə gətirib çıxardı. DXR Kiyevi tankla Donetsk ətrafı əraziyə hücum etməkdə ittiham etdi. Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasında bəyan etmişdilər ki, təhlükəsizlik qüvvələri silahlıların fəaliyyətinə cavab olaraq bu ərazini atəşə tutublar.

Moskva seçkiləri tanımır

Buna baxmayaraq, Kreml LXR və DXR seçkilərinin nəticələrinin qanuniliyini qəbul etmədi, halbuki, XİN daha əvvəl bunun üçün hər hansı bir maneə görmədiyini iddia edirdi. Rusiya Federasiyasının Prezidentinin köməkçisi Yuri Uşakov bəyan etmişdi ki, Kreml LXR və DXR-də keçirilən seçkilərə hörmətlə yanaşır, lakin nəticələri rəsmi surətdə tanımır. "Rusiyanın rəsmi mövqeyi XİN-in seçkilərin nəticələri barədə qısa, lakin ətraflı bəyanatında ifadə edilmişdi. Bəyanatda "hörmət edirik" sözü istifadə olunub", – deyə Uşakov bildirdi. O əlavə etdi ki, "hörmət etmə" və "tanıma" arasında bərabərlik işarəsi qoymaq lazım deyil: "Onlar müxtəlif sözlərdir". Bu vəziyyət Kremlə seçkilərin nəticəsinin tanınmasının potensial aqibətini anlamağa kömək edir. Həm ABŞ, həm də Aİ xəbərdarlıq etmişdirlər ki, seçkilərin tanınması özü ilə birlikdə Rusiyaya qarşı yeni sanksiyalar da gətirəcəkdir. Yəqin ki, Kremlin özündə də sonadək səsvermənin nəticələrinin tanınmağa dəyər olub-olmaması barədə vahid fikir yox idi. Bir tərəfdən separatçıların qanuniləşdirilməsi seçki prosesinin əsas məqsədi idi. Amma digər tərəfdən bu seçkilərin nə Kiyev, nə də ki Qərb tərəfindən tanınmadığını, həmçinin Rusiya bazarlarındakı vəziyyəti, xüsusilə valyutanın vəziyyətini nəzərə alsaq, Moskva Rusiya əleyhinə yönəldilmiş mümkün yeni sanksiyaların geosiyasi risklərini daha da dərinləşdirməmək qərarına gəldi. Moskvanın Ukraynanın şərqində keçirilən seçkilərin qanuniliyini tanımaqdan faktiki olaraq imtina etdiyi bəyanatının səbəbi elə buradan açıq-aydın görünür.

Amma sanksiya təhlükəsi Ukraynanı özünün geosiyasi təsir sahəsi altında saxlamaq məsələsini Rusiya hökumətinin uzunmüddətli perspektivdə mövcud olması məsələsi kimi qəbul edən Rusiya üçün yetərincə maneə sayılmaya bilər. Bu isə o deməkdir ki, bu gün Ukrayna və Rusiya yenidən hərbi qarşıdurmanın astanasındadırlar.

Elsevər Abdullayev

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

98 il sonra: Dağlıq Qarabağın taleyi dəyişdi
09 iyul 2021 ANAJ

98 il sonra: Dağlıq Qarabağın taleyi dəyişdi

SSRİ tərəfindən Dağlıq Qarabağa muxtariyyət verilməsinin növbəti ildönümündə Azərbaycan Prezidenti İlham Əliyev faktiki olaraq, muxtariyyətin ləğvi haqqında fərman imzalayıb.

Davamı...
"Azərbaycan, Rusiya və Türkiyə Ermənistanı müstəqil dövlət hesab etmirlər"
16 aprel 2021 Aravot-ru.am

"Azərbaycan, Rusiya və Türkiyə Ermənistanı müstəqil dövlət hesab etmirlər"

Ermənistan ayrıca bir subyekt kimi qəbul edilmir

Davamı...