THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

NATO və Avropa İttifaqının Şərqə doğru genişlənməsi və Rusiya

Siz buradasınız: Əsas səhifə »» SİYASƏT »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
14247
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 19 noyabr 2014 – Newtimes.az

NATO-nun 3-4 aprel 2008-ci ildə keçirilən zirvə toplantısında Ukrayna və Gürcüstanın üzvlük məsələsi müzakirə edildi. ABŞ bu dövlətlərə dəstək verəcəyini təkrar etdi, amma Fransa və Almaniya onların təşkilata üzv qəbul edilməsinin Rusiyanı narahat edəcəyini iddia edərək, qarşı çıxdılar. Zirvə toplantısı sonunda ortaq qərar almaq mümkün oldu, Ukrayna və Gürcüstanın NATO-ya üzv olması üçün rəsmi prosesə başlanmasa da, önləri açıldı.

Rusiya-NATO zirvə toplantısında Prezident Vladimir Putin açıqca ''Əgər Ukrayna NATO-ya üzv qəbul edilərsə, bu Ukraynanın mövcudluğunu itirməsi ilə nəticələnəcəkdir'' desə də Qərb bu ultimatumu diqqətə almadı. Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko ''Bu gün biz görürük ki, NATO-nun genişlənməsi üzv-dövlətlərin təhlükəsizliyini qorumur. Bəzi hallarda, xüsusilə, Ukrayna və Gürcüstanın təşkilata üzv olacağı təqdirdə Avropa qitəsi ciddi problemlərlə qarşı-qarşıya qala bilər''[i] deyərək qarşı tərəfə xəbərdarlıq etdi.

Bu xəbərdarlığı diqqətə almayan ABŞ və Avropa İttifaqı 2008-ci ildə "Şərq tərəfdaşlığı'' proqramını həyata keçirməyə başladı. Proqramın hədəfi Ukrayna, Moldova, Gürcüstan və digər dövlətlərin iqtisadi inkişafına və Avropa İttifaqına inteqrasiya prosesini sürətləndirməkdi. Elə bu mərhələdə iqtisadi və təhlükəsizlik problemlərini əhəmiyyətli dərəcədə həll edən Rusiya, ilk fürsətdə ABŞ və Avropaya qarşılıq verməsi üçün uyğun zamanı gözləməyə başladı.

Uyğun zaman isə 2008-ci ildə Gürcüstanın Abxaziya və Cənubi Osetiya üzərində hakimiyyətini bərpa etməsi üçün hərbi əməliyyatlara başlaması ilə ortaya çıxdı. Gürcüstan ordusu bu bölgələrdə nəzarəti təmin etmədən, Rusiya Cənubi Osetiyadan ordusunu göndərərək Gürcüstan ordusunu paytaxt Tiflisə qədər təqib etdi. Səkkiz günlük işğaldan sonra ABŞ və Fransanın vasitəçiliyi ilə Rusiya ordusunu geri çəkdi, amma Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanımaqla ABŞ və Avropa İttifaqına ultimatum verdi. ABŞ və Avropa İttifaqı Rusiyanın bu ultimatumunu diqqətə almadı, Albaniya və Xorvatiyanı NATO-ya üzv qəbul etdi.

ABŞ Ukrayna iqtisadiyyatının inkişaf etməsi və bu ölkədə demokratiyanın inkişafı adı altında 1991-2013-cü illərdə bu ölkəyə 5 milyard dollar kömək edib. Bu vəsaitin böyük bir qismi ABŞ-da fəaliyyət göstərən ''Demokratiyanın Dəstəklənməsi Milli Fondu'' tərəfindən Ukraynaya verilib. Bu fondun maliyyə köməyi ilə Ukraynada demokratiyanın inkişaf etdirilməsi, insan haqlarının qorunması, Avropa ilə iqtisadi və siyasi bütünləşmə prosesini sürətləndirmək adı altında 60-dan çox layihə həyata keçirilib. ABŞ və Avropa İttifaqının Ukraynada siyasi mühəndislik təşəbbüsləri Rusiya dövlət adamları tərəfindən xoş qarşılanmadı. ''Demokratiyanın Dəstəklənməsi Milli Fondu”n direktoru Karl Gershman ''Ukraynanın Avropanın bir parçası olması qərarlılığı Putin tərəfindən canlandırılmağa başlanan imperializmin ölümü deməkdir''[ii] deyə tərəflər arasında yaşanan mübarizənin nə qədər gərgin bir mərhələdən keçdiyini və fondun fəaliyyətinin nədən ibarət olduğunu göstərir.

Avropa İttifaqının, NATO-nun Şərqə doğru genişlənməsi prosesi son 20 ildə Rusiya tərəfindən narahatlıqla müşahidə edilir. NATO-nun, Avropa İttifaqının Şərqə doğru genişlənməsi Rusiyanın iqtisadi və siyasi təhlükəsizliyini təhdid edən, onu sərhədləri daxilində qalmağa məcbur edən mahiyyətdə idi. Rusiya üçün bu münasib hal deyil. Çünki bu durumda post-sovet ölkələri Rusiyanın təsir dairəsindən uzaqlaşacaqdı. Rusiya bunun qarşısını almaq üçün post-sovet ölkələrin demək olar ki, hamısında təsirli mexanizmlərə sahibdir və bəzən bu mexanizmlərdən istifadə edir. Bu mexanizmləri qısaca belə təsnif etmək mümkündür:

– post-sovet ölkələrində etnik problemlərə müdaxilə (Abxaziya, Cənubi Osetiya, Dnestryanı, Dağlıq Qarabağ);

– post-sovet ölkələrin mozaik etnik quruluşuna müdaxilə etmək bacarığı (Gürcüstanda erməni, Moldovada Qaqauz bölgəsi və s.);

– post-sovet ölkələrində etnik rusların yaşaması (Dnestryanıda, Ukraynada Krımı ilhaq etmiş və Ukraynanın şərqində etnik rusların bölücü tələblərini dəstəkləyərək böhranı dərinləşdirmişdir);

– enerji xətlərinə nəzarət;

– post-sovet ölkələrinin Rusiyadan iqtisadi asılılığı;

– Rusiyada post-sovet ölkələrindən gələn miqrantların olması (Ermənistandan 2.5 milyon, Gürcüstandan 1 milyondan çox, Qazaxıstandan 2 milyondan çox, Özbəkistandan 2 milyondan çox).

Dr. Hatəm Cabbarlı


[i] Э. Велиев, НАТО на Южном Кавказе пока не будет, «Зеркало».-2009. 3 апреля.-№55.-С.1.

[ii] Дж. Миршаймер, Почему Запад повинен в кризисе на Украине, Россия в глобальной политике, 3 сентября 2014.

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

"Foreign Policy": Ermənistanda "inqilabdan sonrakı" şadyanalıq başa çatıb
16 oktyabr 2018 Foreign Policy

"Foreign Policy": Ermənistanda "inqilabdan sonrakı" şadyanalıq başa çatıb

ABŞ-da nəşr olunan "Foreign Policy" jurnalında Ermənistanda korrupsiya və siyasi qarşıdurmalar barədə məqalə dərc edilib.

Davamı...
"The Washington Times" Con Boltonun Bakıya qarşıdakı səfəri və ABŞ-Azərbaycan strateji tərəfdaşlığı haqqında məqalə dərc edib
16 oktyabr 2018 Washington Times

"The Washington Times" Con Boltonun Bakıya qarşıdakı səfəri və ABŞ-Azərbaycan strateji tərəfdaşlığı haqqında məqalə dərc edib

ABŞ-ın ən etibarlı müttəfiqlərindən biri kimi Azərbaycanın rolu lazımınca qiymətləndirilməyib.

Davamı...