THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Ermənistan və terror

Siz buradasınız: Əsas səhifə »» SİYASƏT »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
8635
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 14 noyabr 2014 – Newtimes.az

ABŞ-a qarşı 11 sentyabr 2001-ci ildə Əl-Qaidə tərəfindən törədildiyi iddia edilən terror aktından sonra ABŞ-ı dost və yaxud düşmən olaraq görən bütün dövlətlər terroru qınayan mesajlar verdi, ölənlərin yaxınlarına və Amerika xalqına başsağlığı dilədi. 12 sentyabr 2001-ci ildə Ermənistan XİN rəhbəri Vardan Oskanyan da Amerikaya başsağlığı verdi: ''Bu yalnızca ABŞ-a qarşı edilən bir hücum deyil, bu demokratiyaya və sivilizasiyaya qarşı edilən bir hücumdur''.

Ermənistan prezidenti Rober Köçəryan da bənzər bəyanatlar səsləndirdi. Diqqəti cəlb edən isə Daşnaqsutyun partiyasının da terror aktından dərhal sonra ABŞ-a başsağlığı verməsidir. Bütün bunlar diplomatik protokola görə verilən başsağlığıdır. Ancaq həqiqətənmi Ermənistan prezidenti, XİN rəhbəri və Daşnaqsutyun partiyasının rəsmiləri terrorla mübarizə və terroru qınama haqqında ABŞ və bütün dünyaya qarşı səmimiyyət nümayiş etdirib?

Buna qiymət vermək üçün 1989-1994-cü illərdə Ermənistan tərəfindən Azərbaycana qarşı törədilən terror aktlarının bəzilərinin xatırlanması yetərli olacaqdır.

– 1989-1994-cü illərdə Dağlıq Qarabağda azərbaycanlılara qarşı ermənilər tərəfindən 29 terror aktı həyata keçirilmiş, iki mülki vertolyot və təyyarə vurulmuşdur;

– 16 sentyabr 1989-cu ildə Tiflis-Bakı sərnişin avtobusunda törədilən terror aktı nəticəsində 5 nəfər ölmüş, 25 nəfər yaralanmışdır;

– 16 fevral 1990-cı ildə Şuşa-Bakı sərnişin avtobusunda törədilən terror aktı nəticəsində 2 nəfər ölmüş, 12 nəfər yaralanmışdır;

– 10 avqust 1990-cı ildə Tiflis-Ağdam sərnişin avtobusunda törədilən terror aktı nəticəsində 20 nəfər ölmüş, 30 nəfər yaralanmışdır;

– 9 yanvar 1991-ci ildə Laçın-Şuşa yolunda ''Azərbaycan gəncləri'' qəzetinin müxbiri Salatın Əsgərova və rus zabiti öldürülmüşdür;

– 30 may 1991-ci ildə erməni terrorçular tərəfindən Moskva-Bakı sərnişin qatarı Dağıstanın Xasavyurd stansiyasında partladılmış, 11 nəfər ölmüş, 22 nəfər yaralanmışdır;

– 31 iyun 1991-ci ildə Dağıstanın Temirtau stansiyasında Bakıya gedən sərnişin qatarının erməni terrorçular tərəfindən partladılması nəticəsində 16 nəfər ölmüş, 20 nəfər yaralanmışdır;

– 1981-ci ildə Türkiyənin Fransadakı səfirliyinə qarşı törədilən terror aktında iştirak edən Vazqen Sisliyan 1992-ci ildə İrəvana gələrək buradan Dağlıq Qarabağa keçmiş və Azərbaycana qarşı hərbi əməliyyatlarda iştirak etmişdir. Sisliyan Rusiyanın ''Moskovskie novosti'' qəzetinə verdiyi müsahibədə dünya ictimaiyyətinin diqqətini erməni məsələsinə cəlb etmək üçün şiddət siyasətinin böyük əhəmiyyət daşıdığını bildirmişdir;

– 20 noyabr 1991-ci ildə erməni terrorçuları tərəfindən Xocavənd rayonunun Qarakənd kəndi üzərində raketlə vurulan vertolyotda sülh danışıqlarının başlaması üçün Qarabağa gedən 22 nəfər dövlət xadimi və yüksək rütbəli zabitlər həlak olmuşdur;

– 28 yanvar 1992-ci ildə Ağdam-Şuşa səfərini həyata keçirən vertolyot ermənilər tərəfindən vurulmuş və 41 mülki vətəndaş həlak olmuşdur;

– 26 fevral 1992-ci ildə ermənilər tərəfindən Xocalıda törədilən soyqırımında 450 nəfər öldürülmüş, 400 nəfər yaralanmış, 80 nəfər itkin düşmüş, 800 nəfər müxtəlif dərəcədə zərər görmüşdür.

Ermənistan terroristlərə dəstək verən, onları mükafatlandıran dövlətdir. Türk diplomatlarına qarşı terror aktını həyata keçirən ABŞ vətəndaşı Monte Melkonyan 1990-cı ildə Ermənistana, daha sonra isə Qarabağa gələrək Azərbaycan vətəndaılarına qarşı törədilən vəhşiliklərdə iştirak etmiş və 1993-cü ildə öldürülmüşdür; Melkonyanın yas mərasimində Ermənistan prezidenti Levon Ter-Petrosyan da iştirak etmiş, ona ölümündən sonra ''Ermənistanın Mili Qəhrəmanı'' adı verilmişdir.

Ermənistan rəsmiləri ABŞ-a başsağlığı vermədən əvvəl, may ayında İrəvanda təşkil edilən mətbuat konfransını böyük həyəcanla gözləyən jurnalistlər mətbuat konfransını təşkil edən şəxs zala daxil olarkən onu alqışlarla qarşılamışlar. Bu şəxs dünyada tanınmış diplomat, sənətkar, alim deyildi. Bu şəxs 1983-cü ildə Fransanın Orli hava limanında terror aktı həyata keçirən Ermənistan Gizli Ordusu ASALA-nın üzvü Varujan Karapetyan idi. Bu terror təşkilatı 1980-ci illərin əvvəllərindən etibarən Avropa dövlətlərində Türkiyə diplomatlarına qarşı terror aktları törətmişdir.

ASALA-nın fəal üzvlərindən olan Karapetyanın Orli hava limanında təşkil etdiyi bombalı terror aktında səkkiz nəfər ölmüşdür. Karapetyan Fransa polisi tərəfindən tutulmuş və məhkəmə ona ömürlük həbs cəzası vermişdir. Karapetyanın Fransa həbsxanasından buraxılması üçün erməni kilsəsinın rəhbərliyi ilə imza kampaniyası başlanmış və təxminən 1 milyon imza toplanmışdır. İmza kampaniyası və rəsmi İrəvanın təşəbbüsü ilə Fransa Apellyasiya Məhkəməsi 23 aprel 2001-ci ildə ən qısa zamanda ölkə sərhədlərini tərk etmək şərti ilə Karapetyanı sərbəst buraxmışdır. Məhkəmə öz qərarında İrəvan merinin Karapetyana ev və iş vermək öhdəliyi götürdüyünü, Ermənistan hökumətinin isə sığınma haqqı verdiyini xüsusilə qeyd etmişdir.

Karapetyanı daha sonra baş nazir Andranik Markaryan qəbul etmiş, onu təqdir edərək vətəni üçün əvəzsiz xidmətləri olduğunu bildirmiş, səhiyyə nazirinə Karapetyanın səhhəti ilə birbaşa məşğul olmağı tapşırmışdır.

Ermənistanın son 20 illik tarixində bu qədər terror aktı təşkil etdiyini sübut edən tarixi və hüquqi sənədlər olsa da, Qərb dünyası Ermənistanı terrorçu dövlət olaraq tanımaq istəmir. Bu məsələ barəsində Azərbaycan və Türkiyə müdafiə mövqeyindən çıxış edərək, bu həqiqətləri dünya ictimaiyyətinə daha mütəmadi olaraq izah etməlidir.

Hatem Cabbarlı,

siyasi elmlər doktoru

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

"Foreign Policy": Ermənistanda "inqilabdan sonrakı" şadyanalıq başa çatıb
16 oktyabr 2018 Foreign Policy

"Foreign Policy": Ermənistanda "inqilabdan sonrakı" şadyanalıq başa çatıb

ABŞ-da nəşr olunan "Foreign Policy" jurnalında Ermənistanda korrupsiya və siyasi qarşıdurmalar barədə məqalə dərc edilib.

Davamı...
"The Washington Times" Con Boltonun Bakıya qarşıdakı səfəri və ABŞ-Azərbaycan strateji tərəfdaşlığı haqqında məqalə dərc edib
16 oktyabr 2018 Washington Times

"The Washington Times" Con Boltonun Bakıya qarşıdakı səfəri və ABŞ-Azərbaycan strateji tərəfdaşlığı haqqında məqalə dərc edib

ABŞ-ın ən etibarlı müttəfiqlərindən biri kimi Azərbaycanın rolu lazımınca qiymətləndirilməyib.

Davamı...