THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Humanitar elmlərin böhranı: sonra nə olacaq?

Siz buradasınız: Əsas səhifə »» SİYASƏT »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
3522
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 28 oktyabr 2014 – Newtimes.az

Məlum olduğu kimi, elmin ən mühüm sahələrindən biri olan humanitar elmlərin böhranı şəraitində elmi birlik elmi tədqiqatların paradiqmalarının konseptual və metodoloji əsaslarını şübhə altına qoyur. Bu zaman elmi məlumatların qavranılması stereotipləri, qiymətləndirmə standartları, mövcud metodoloji əsaslar dağılır, elmi rasionallıqla obyektivlik arasında sərhədlər yox olur. Bu böhranın səbəbi psevdo-elmi konseptual-metodoloji sxemlərə marağın artmasıdır.

Son 30 ildə baş verən qlobal informasiya-texnologiya inqilabı bəşəriyyətin humanist inkişafına öz təsirinə göstərməyə bilməzdi. Əsasən "kütləvi" adlandırılan mədəniyyət, xüsusən də onun vulqar təzahürləri sayəsində cəmiyyətdə humanitar elmlərdə yığılıb toplanmış sistemli biliklərə maraq itir. Təsadüfi deyildir ki, Buz dövründə mamontlar kimi, görkəmli və peşəkar tarixşünaslar, sosioloqlar, filosoflar, digər humanitar elm sahələrinin nümayəndələri də məhz bugünkü dövrdə tədricən yox olmağa başladılar. Hətta dünyanın bir sıra siyasi liderləri, dövlət və ictimai strukturların, habelə "ekspert birliyinin" nümayəndələri belə bəzən özlərinin savadsızlığından, humanitar elm sahəsində fundamental biliklərinin olmamasından əziyyət çəkirlər.

Antik dövrdə humanitar dəyərlər qədim yunan fəlsəfəsi və Çin konfutsiançılığına, orta əsrlərdə – müsəlman Renessansının və Avropa İntibahının ideyalarına, onları ХVII-ХIХ əsrlərdə əvəz etmiş klassik rasionalizmə, XX əsrdə hər birinin öz mənəvi-əxlaqi və humanist dəyərləri olan Qərb demokratiyası ilə Şərq kommunizminin ideoloji və geosiyasi qarşıdurmasına köklənirdisə, XXI əsrin əvvəllərinə yaxın bir növ bəşəriyyətin əvvəlki nailiyyətlərini öz canına hopdurmuş "qara dəlik" yarandı.

Bu, əvvəllər dünyanın dərkinin ali forması olan humanitar elmlərə daha çox toxundu. Hal-hazırda elmi həqiqətə can atmanı piar-texnologiyalar kultu əvəz etmişdir. Bundan başqa, cəmiyyətdə humanitar elmlərin sosial nüfuzu da azalmaqdadır.

Özlərini könüllü olaraq İnternet köləliyinə məhkum etmiş böyüməkdə olan nəsil kitab oxumur. Televiziya verilişlərində faktoloji yanlışlıqlara yol verilir. Efir açıq-aşkar anti-humanist və psevdo-tarixi xarakterli proqramlarla, müxtəlif növ ən primitiv siyasi və əyləncə tok-şouları ilə doludur.

Gündəlik həyatımızda ənənəvi humanist dəyərlər, ilk növbədə düzgünlük tədricən yox olur. Qarşılıqlı yalan, fırıldaqçılıq kimi şəxsiyyətə qarşı müxtəlif cinayətlərin sayı artır, bu cinayətlərin keyfiyyəti də təkmilləşir. Maddi uğur bütün cinayətləri ört-basdır etməklə həm də onun sahibinə indulgensiyalar verir. "Sivilizasiya" adlandırılan cəmiyyətdə bu gün hətta işgəncələr belə normal hadisə kimi qavranılır. Bu tendensiyanın qarşısı alınmasa, yaxın gələcəkdə alman filosofu Fridrix Nitsşenin "İnsanlıq dəf olunmalı olan bir şeydir" fikri aktuallaşacaqdır. Homo sapiens bu gün insanlığını itirmək riski ilə üz-üzədir.

Tarixi keçmişi, fəlsəfi-dini müxtəlifliyi, habelə son dərəcədə ziddiyyətli olan müasir sosial-siyasi prosesləri obyektiv şəkildə araşdırmalı olan klassik humanitar elmi hal-hazırda səthi publisistika və mistik ezoterika əvəz etmişdir. Postsovet ölkələrində ictimai fikrin tədricən publisistikaya keçid etməsi humanitar elmin böhranının əsas əlaməti olmuşdur. Əvvəllər publisistika və ya populyar-elmi biliklər öz məzmununu fundamental elmdən alırdısa, bu gün onlar real sosial-siyasi konyunkturaya tabe olmaqla özləri öz məzmununu yaradır.

Qərarlaşmış universitet sponsorluğu ənənələri olan Qərbdə humanitar fənlərin nüfuzu əvvəlki səviyyədə qaldığı halda, elmin cəmləşdiyi yerin akademiya hesab olunduğu postsovet məkanında humanitar elmlər məhz fundamental elm keyfiyyətində olduqca dərin böhran mərhələsinə qədəm qoymuşdur. Bu, humanitar elm nümayəndələrinin, vulqar publisistikaya keçid etməyən, məhz elmə sadiq qalan alim-humanitarilərin iqtisadi və sosial statusuna öz təsirini göstərməyə bilməzdi. Bunun məntiqi nəticəsi olaraq humanitar elm sahəsində görkəmli adlar demək olar ki, qalmamışdır.

Uzanmış bu böhrandan çıxış yolu elmi birliyin özündə bəşəriyyətin bütün əvvəlki nailiyyətlərini daşıyan yeni paradiqmalara və qlobal metodologiyaya keçid etməsindədir. Əks halda, bəşəriyyət artıq XXI əsrin ortalarına yaxın özünün keyfiyyətcə yeni mərhələsinə – bəşəriliyin qalmadığı "avatar" mərhələsinə keçid edəcəkdir.

Pərvin Darabadi,

tarix elmləri doktoru, professor

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Paşinyanın lovğalığı Ermənistanın aldadılması ilə nəticələndi
20 noyabr 2020 Россия 1

Paşinyanın lovğalığı Ermənistanın aldadılması ilə nəticələndi

Və Ermənistan ordusu darmadağın edildi.

Davamı...
Paşinyanın təslim olmaqdan başqa seçimi qalmamışdı
15 noyabr 2020 Causeur, Fransa

Paşinyanın təslim olmaqdan başqa seçimi qalmamışdı

Əvvəlki atəşkəslərdən fərqli olaraq, indi hər şey müharibənin bitdiyini göstərir.

Davamı...