THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

"Sivilizasiyaların toqquşması" və ya Samuel Hantinqtonun neoatlantizmi

Siz buradasınız: Əsas səhifə »» SİYASƏT »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
148273
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 19 sentyabr 2014 – Newtimes.az

Məlum olduğu kimi, "sivilizasiyaların toqquşması" nəzəriyyəsi ABŞ-ın Harvard Universitetinin alimi Samuel Hantinqton tərəfindən işlənmiş və ilk dəfə 1993-cü ilin yayında onun "The Clash of Civilizations?" (Sivilizasiyaların toqquşması?) adlı məqaləsində Amerikanın nüfuzlu jurnalı olan "Foreign Affairs"-də dərc edilmişdir. Sonralar həmin məqalə kitab şəklində ("The Clash of Civilizations and the Remaking of World Order" (New York: Simon & Schuster, 1996) çıxmışdır.

Hantinqtonun fikirlərinə görə, müasir dünyanın simasını Qərb, konfutsiançılıq, yapon, islam, induizm, slavyan-pravoslav, Latın Amerikası sivilizasiyaları və bir də, ola bilsin ki, Afrika sivilizasiyası şərtləndirir. Yaşadığımız XXI əsrdə sivilizasiyaların toqquşması dünya siyasətinin aparıcı amili olacaqdır.

Bu nəzəriyyə dərhal həm ictimaiyyət, həm də nəzəriyyəçi və praktik siyasətçilərin marağına səbəb olmuşdur. Nəzəriyyə müxtəlif cür qiymətləndirilir. Bəziləri Hantinqtonun konsepsiyasını reallığa uyğun nəzəriyyə kimi qiymətləndirirsə, digərləri onun yararsız olduğunu vurğulayır.

S.Hantinqtonun tezislərinə əsasən, bəşəriyyətin gələcəyi bir-birindən tarixi keçmişi, mədəni ənənələri, xüsusən də konfessional mənsubluğu ilə fərqlənən "sivilizasiyaların toqquşması"ndan ibarət olacaqdır. Amerika aliminin fikirlərinə görə, demokratik Qərblə kommunist Şərqin siyasi qarşıdurması ilə səciyyələnən "soyuq müharibə"dən sonrakı dövrdə münaqişələrin və qarşıdurmaların əsas mənbəyini ideologiya və siyasi baxışlar deyil, din və mədəniyyətdəki fərqlər təşkil edəcəkdir. Özü də "gələcəkdə ən qanlı münaqişələr sivilizasiyaları bir-birindən ayıran sərhədlər boyunca baş verəcəkdir".

Milli dövlətlər gələcəkdə də beynəlxalq münasibətlərin ən mühüm aktorları olaraq qalsalar da, münaqişələr, əsasən, müxtəlif sivilizasiyaları, dinləri təmsil edən dövlətlər, millətlər və cəmiyyətlər arasında baş verəcəkdir.

Orta müddətli perspektivdə əsas mübarizə Qərb və İslam və ya konfutsiançılıq sivilizasiyalarına mənsub olan ölkələr arasında gedəcəkdir. Lakin Qərb və İslam sivilizasiyalarının toqquşma ehtimalı daha yüksəkdir.

Hantinqtonun fikirlərinə görə, hansısa bir "düşmən"in olması "incə-mincə və passiv" Qərb cəmiyyətinin konsolidasiyası üçün çox əhəmiyyətli amildir. Özünün son əsərlərindən biri olan "Biz kimik?" (Who Are We?: The Challenges to America's National Identity. Simon & Schuster, 2004) əsərində o, qeyd edir ki, "düşmən" obrazı olmasa, Qərb cəmiyyətindəki birliyə son qoyula bilər. Birliyi və milli identikliyi itirməmək üçün neoatlantist Hantinqton ABŞ və onun müttəfiqlərinə totalitar "islam fundamentalizmi" ilə müharibələri ölkənin hüdudlarından kənarda aparmağı məsləhət görür.

Bununla belə, Hantinqtonun tənqidçiləri hesab edirlər ki, konfessional və etnik fərqlərə baxmayaraq, müasir qloballaşma proseslərinin intensivləşdiyi, müxtəlif milli-mədəni dəyərlərin bir-birinə nüfuz etdiyi və qarşılıqlı təsirlər göstərdiyi şəraitdə bəşəriyyət ümumplanetar birliyə nail olmalıdır. Düzdür, bu məqsədə çatmaq üçün bəşəriyyət uzun və mürəkkəb bir yol keçməlidir.

Pərvin Darabadi,

tarix elmləri doktoru, professor

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Paşinyanın lovğalığı Ermənistanın aldadılması ilə nəticələndi
20 noyabr 2020 Россия 1

Paşinyanın lovğalığı Ermənistanın aldadılması ilə nəticələndi

Və Ermənistan ordusu darmadağın edildi.

Davamı...
Paşinyanın təslim olmaqdan başqa seçimi qalmamışdı
15 noyabr 2020 Causeur, Fransa

Paşinyanın təslim olmaqdan başqa seçimi qalmamışdı

Əvvəlki atəşkəslərdən fərqli olaraq, indi hər şey müharibənin bitdiyini göstərir.

Davamı...