THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

NATO-nun Uels sammiti beynəlxalq təhlükəsizliyə təminat verirmi?

Siz buradasınız: Əsas səhifə »» SİYASƏT »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
12330
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 16 sentyabr 2014 – Newtimes.az

NATO-ya üzv olan və əməkdaşlıq edən dövlətlərin prezidentlərinin və hökumət başçılarının iştirak etdiyi sammit 4-5 sentyabr tarixində Uelsdə təşkil edildi. Bundan əvvəlki sammit isə 20–21 May 2012-ci il tarixində Çikaqoda keçirilmiş və əsasən aşağıdakı məsələlər müzakirə edilmişdi:

  • NATO-nun Əfqanıstandakı vəziyyəti;
  • 2008-ci ildə baş vermiş dünya iqtisadi böhranından sonrakı vəziyyət;
  • qısa, yaxın və uzun zamanda ortaq fəaliyyət strategiyasının planlaşdırılması;
  • ''ağıllı müdafiə'' (smart defence) proqramının həyata keçirilməsi;
  • NATO-nun hərbi gücünün qorunması və artırılması;
  • Rusiya ilə münasibətlər.

NATO-nun Uels sammitində də yuxarıda göstərilən gündəliyə oxşar problemlər müzakirə edildi. Amma bu sammitdə Yaxın Şərqdə beynəlxalq terrorizmlə mübarizə, müdafiə sahəsində xərclərin artırılması, Ukraynada yaşanan böhranın həlli yolları, nəticələri və Rusiya ilə münasibətlər müzakirəyə çıxarıldı.

NATO-nun SSRİ-nin süqutundan əvvəl beynəlxalq təhlükəsizliyin təmin edilməsindəki roluna diqqət yetirək. O dövrdə NATO-nun qarşısında ona bərabər gücə sahib SSRİ liderliyində Varşava Paktı vardı. Dünya iki qütbə ayrılmışdı və hər qütbün nəzarət etdiyi və yaxud nəzarət etməyə çalışdığı bölgələr vardı. Soyuq müharibə illərində Karib böhranı istisna olmaqla bu qütblər arasında ciddi qarşıdurma baş vermədi. Tərəflər hegemoniyalarını genişləndirməyə çalışsalar da, adətən soyuq müharibə kimi bildiyimiz bir dövrdə mübarizə ABŞ və SSRİ coğrafiyasından kənarda gedirdi. Bunu "kənar strateji bölgələr uğrunda mübarizə'' kimi də dəyərləndirmək olar. Tərəflərin hərbi, siyasi və iqtisadi gücü, silah yarışı beynəlxalq münasibətlər sistemini həm təhdid edir, həm də tənzimləyirdi. Bu tənzimləmə əlbəttə ki, müzakirəyə açıqdır. Tərəflər arasındakı ziddiyyətlərə baxmayaraq, nə Varşava Paktı birbaşa Vaşinqtonu, nə də NATO birbaşa Moskvanı təhdid edirdi.

Sovet İttifaqının süqutundan sonra NATO-nun mövcudiyyəti məsələsi müzakirə edilərkən, ABŞ bu təhlükəsizlik təşkilatının fəaliyyətini davam etdirməsini istəyirdi. Amma artıq Sovet İttifaqı olmadığı üçün bu təşkilatın mübarizə edəcəyi bir təhdid də yox idi. Belə bir şəraitdə əsasən ABŞ beynəlxalq terrorizm təhlükəsini önə çıxararaq, NATO-nun mübarizə hədəfini seçdi. 2000-ci illərin ortalarından etibarən NATO-nun mübarizə hədəflərinə qeyri-rəsmi olaraq Rusiya Federasiyası əlavə edildi.

SSRİ-nin süqut etməsindən sonrakı 15-20 ili təhlil etdikdə isə belə bir mənzərənin şahidi oluruq: SSRİ-nin süqut etməsinə paralel olaraq təbii ki, Varşava Paktı da əhəmiyyətini itirdi və dağıldı. Varşava Paktına üzv olan Şərqi Avropa dövlətlərinin demək olar ki, hamısı Avropa ittifaqı ilə bütünləşdi və NATO-ya üzv oldu. SRRİ süqut etdikdən sonra Rusiya özünün dövlət sərhədləri qədər kiçildi. Post-sovet respublikaları da müstəqilliyini elan etdi. Bu ərəfədə böyük bir imperiyanın süqutunu yaşayan rus siyasi düşüncəsi daha çox sərhədlərinin təhlükəsizliyini qorumağa çalışırdı. Qərb dünyası da Çeçenistan problemi istisna olmaqla Rusiyanı o qədər də narahat etmirdi. 1990-cı illərin sonlarından etibarən Rusiya yenidən dirçəlməyə başladı. Xüsusilə enerji resurslarından məharətlə istifadə edən Rusiya Qərbə olan borcunu qaytardı, iqtisadiyyatının inkişafına paralel olaraq, siyasi və hərbi cəhətdən də möhkəmlənməyə başladı. Maliyyə asılılığından azad olan Rusiya dövlət maraqlarını daha müstəqil müdafiə etməyə çalışdı. Çeçenistan problemini əhəmiyyətli dərəcədə həll etmək Rusiyaya daxili və xarici təhdidləri zərərsizləşdirməyə imkan verdi.

Qərb-Rusiya qarşıdurması NATO-nun şərqə doğru genişlənməsinə paralel olaraq davam edirdi. Lakin Soyuq müharibə illərindən fərqli olaraq Rusiya bu təhdidi artıq öz sərhədlərində hiss etməyə başladı. Varşava Paktı mövcud ikən belə SSRİ-nin (Rusiya) NATO ilə açıq münaqişəyə girməyə cəhd etmirdi. Son zamanlarda isə Rusiya tək başına Qərbin təzyiqlərinin qarşısını almaq üçün hər cür mümkün üsullardan istifadə edir.

Amma Qərbin Şərqi Avropada Rusiyanın mövqelərini ciddi şəkildə zəiflətməsindən sonra post-sovet coğrafiyasında möhkəmlənməyə başladığı ərəfədə Rusiya artıq daha geniş sahədə manevr etmək imkanına sahib idi və bundan istifadə edirdi. Baltikyanı dövlətlərin nəzarətindən çıxmasını həzm edə bilməyən Rusiya, Qərbin digər post-sovet ölkələrində möhkəmlənməsinə səssiz qala bilməzdi. 2008-ci il Rusiya-Gürcüstan münaqişəsi Qərbə cavab idi.

NATO-nun Uels sammiti olduqca təlatümlü bir mərhələdə başladı. Qərbin Ukraynanı öz təsir dairəsində görmək üçün hazırladığı plan həyata keçmədi və Ukrayna daxilində ciddi böhran yaşandı. Böhran nəticəsində istefa verən Prezident Viktor Yanukoviç Rusiyaya sığındı. Ukraynada daxili siyasi böhran davam edərkən Krımda yaşayan ruslar Rusiya ilə birləşmə tələbi ilə çıxış edərək, Rusiya ilə birləşdi. Krımı özünə birləşdirən Rusiya Qərbi pat vəziyyətinə salarkən, daha sonra Ukraynanın şərqində yaşayan rusların müstəqillik tələblərini dəstəklədi. Nəticə etibarilə bu gün Ukraynanın şərqində müasir silah arsenalından istifadə edilən müharibə baş verir.

Qərb Sovet İttifaqının süqutundan sonra ilk dəfə olaraq Ukrayna nümunəsində Rusiyanın təhlükəsizlik anlayışını açıq-aydın şəkildə təhdid etməyə başladı. Qərbin bəzi siyasi dairələri Gürcüstan və Ukraynanın Avropa İttifaqı və NATO ilə münasibətlərinin inkişaf etdirilməsinin və bu qurumlara üzv olmasının Rusiyanı qıcıqlandıracağını bildirirdilər. Lakin Qərb Rusiyanın verəcəyi reaksiyanın necə olacağını doğru hesablamadı. "Sərhədlərində problem varsa, sərhədlərini genişləndir'' hərbi strategiyası ilə hərəkət edən Rusiya qarşılaşdığı problemdə Qərbi onun doğru hesablamadığı təhlükənin bir parçasına çevirdi.

Uels sammitinin yekunlarından belə nəticə çıxarmaq mümkündür:

  • NATO Rusiya qarşısında geri addım atmayacaq;
  • NATO Şərqi Avropadakı üzvlərinə təhlükəsizliklərinin qorunacağına təminatı yenilədi;
  • Ukrayna üzərindəki anlaşılmazlıq hələ davam edəcək;
  • Yaxın Şərqdə terrorizm təhlükəsi və ona qarşı mübarizə hələ davam edəcək;
  • enerji resurslarına və nəqli yollarına nəzarəti əldə saxlamaq hələ də həyati əhəmiyyət daşıyır.
  • müdafiə sahəsində hərbi xərclər artırılacaq.

NATO-nun Uels sammitindən sonra böyük bir ehtimalla qurumla Rusiya arasındakı münasibətlərdə gərginlik yüksələn xətlə davam edəcək. Rusiya NATO-nun şərqə doğru irəliləməsini birbaşa təhdid olaraq görür. Bu təhdidin coğrafiyası sadəcə Ukrayna ilə məhdud deyil. Rusiya Qazaxıstanın dövlətçilik ənənəsinin Prezident Nursultan Nazarbayev timsalında formalaşdığını birinci şəxsin dilindən ifadə edir. Duma üzvü Rusiya Lberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski açıq şəkildə Rusiyanın Qazaxıstanı işğal etməli olduğunu bildirir.

Rusiyanın Ukrayna ilə münasibətlərini qaydaya salmadan, digər post-sovet dövlətlərinə münasibətdə bu cür bəyanatlar verməsi əsasən psixoloji nüanslar daşıyır. Dağlıq Qarabağ, Dnestryanı, Abxaziya, Cənubi Osetiya kimi dondurulmuş münaqişələrin yenidən alovlanması, Qazaxıstanın təhdid edilməsi nəticəsində ortaya çıxan təhlükəsizlik problemlərinin mövcud olduğu bir mərhələdə Rusiya özü çətin vəziyyətdə qala bilər. Bu zaman Qərbin alovlanması ehtimal edilən bu problemlərə münasibəti və dəstəyi də Rusiyanın fəaliyyət dairəsini müəyyən qədər məhdudlaşdıra bilər.

Hatəm Cabbarlı,

siyasi elmlər doktoru

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

"Foreign Policy": Ermənistanda "inqilabdan sonrakı" şadyanalıq başa çatıb
16 oktyabr 2018 Foreign Policy

"Foreign Policy": Ermənistanda "inqilabdan sonrakı" şadyanalıq başa çatıb

ABŞ-da nəşr olunan "Foreign Policy" jurnalında Ermənistanda korrupsiya və siyasi qarşıdurmalar barədə məqalə dərc edilib.

Davamı...
"The Washington Times" Con Boltonun Bakıya qarşıdakı səfəri və ABŞ-Azərbaycan strateji tərəfdaşlığı haqqında məqalə dərc edib
16 oktyabr 2018 Washington Times

"The Washington Times" Con Boltonun Bakıya qarşıdakı səfəri və ABŞ-Azərbaycan strateji tərəfdaşlığı haqqında məqalə dərc edib

ABŞ-ın ən etibarlı müttəfiqlərindən biri kimi Azərbaycanın rolu lazımınca qiymətləndirilməyib.

Davamı...