THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Ozan Örmeci: İŞİD nədir, nə istəyir?

Siz buradasınız: Əsas səhifə »» SİYASƏT »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
375616
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 12 sentyabr 2014 – Newtimes.az

"İraq-Şam İslam Dövləti", ya da qısa və məşhur bilinən adıyla İŞİD, Suriya və xüsusilə İraqda son aylarda vəhşi qətliamlarıyla gündəmə gələn və qalmaqal yaradan bir terror təşkilatıdır. Türk diplomatları və konsulluq işçilərini qaçırması, İraq ordusunu darmadağın edərək Mosul şəhərini ələ keçirməsi və şiə türkmənlər, xristianlar və yezidilərə qarşı qırğınlar törətməsi kimi hadisələrlə dünya gündəminə daxil olan təşkilat, sonradan "İslam Dövləti" (İD) adını almışdır. Təşkilat son həftələrdə daha çox girov götürdüyü amerikalı jurnalistlərin başlarını kəsərək edam edərkən çəkilmiş videoları internet üzərindən yayınlamasıyla gündəmə gəlmiş və dünya ictimaiyyətində böyük nifrət yaratmışdır.[1] Bu hadisələrin ardından, 9 avqust tarixindən başlayaraq ABŞ ordusu və İngilis SAS komandoları təşkilata qarşı məhdud hərbi müdaxilələr (daha çox hava əməliyyatı şəklində) reallaşdırmışlar.[2] İŞİD özünü radikal islamçı bir ideoloji təmələ əsaslandırmağa çalışmasına baxmayaraq, təşkilatın məntiq xarici hərəkət və həddindən artığa qaçan şiddət istifadəsi, əslində bu təşkilatın dini təməldən çox geosiyasi-siyasi hədəflərə xidmət edən bir çətir təşkilatı olduğunu ifadə edir. Bu yazıda İŞİD təşkilatı haqqında bəzi əsas məlumatları sizinlə paylaşaraq, dünya ictimaiyyətində İŞİD-in quruluşu və hədəfləri haqqında yazılanları qısaca izah etməyə çalışacağam.

Təsəvvür edilənlərdən fərqli olaraq, İŞİD yeni qurulmuş bir terror təşkilatı deyil. 2003-cü ildəki Əfqanıstan müdaxiləsinin əksinə alınmış beynəlxalq bir qərara söykənməyən ABŞ-ın İraq işğalından sonra, 2004-ci ildə iordaniyalı Əbu Musab əl Zərkavi tərəfindən "Tövhid və Cihad" adıyla qurulan təşkilat, sonrakı illərdə "əl-Qaidə" çətiri altına girdiyini açıqlayaraq adını "Mesopotamiya əl-Qaidəsi" və yaxud "İraq əl-Qaidəsi" kimi təqdim etmiş və sələfilik etiqadına söykənən bir təşkilatlanmadır.[3] Təşkilat, özündən daha kiçik ölçüdə olan "Jaysh əl-Fatiheen", "Jeish əl-Taiifa əl-Mansoura", "Katbiyan Ansar əl-Tövhid vəl Sunnah" və "Jund əl-Sahaba" (səhabələrin əsgərləri) kimi döyüşçü və cəsur qrupların qeyd-şərtsiz dəstəyini alaraq, "əl-Qaidə" kimi irimiqyaslı bir təşkilatın da tam dəstəyinə malikdir.[4] Təşkilatın əsas məqsədi; İraq və Suriya torpaqlarının xüsusilə şimal seqmentində sünni ərəblər, türkmənlər ilə kürdlərin çoxluq təşkil etdikləri torpaqlarda sələfi İslam şərhinə əsaslanan bir şəriət dövləti qurmaqdır.[5] Professor Ata Atuna görə, ələ keçirdiyi şəhərlərdəki maddi zənginlikləri o şəhərlərin sakinləri ilə paylaşdığı üçün xalqın tam dəstəyini alan təşkilat bunun sayəsində varlığını davam etdirməyə nail olmuşdur.[6]

2004-2010-cu illərdə daha çox mövcudiyyətini təmin edən və möhkəmləndirən təşkilat üçün ilk dönüş nöqtəsi 2010-ci ildə ABŞ ordusunun təşkilat lideri Əbu Ömər Əl Bağdadi ilə köməkçisi Əbu Həmzə Əl Muhacirini təşkil etdiyi bir əməliyyatla öldürməsinsən sonra, liderliyin Əbu Bəkir Əl Bağdadiyə keçməsiylə olmuşdur.[7] Təşkilatda liderliyini qəbul etdirən Bağdadi rəhbərliyə gəldikdən sonra təşkilatın gücü və üzv sayı sabit bir şəkildə artmışdır. Keçdiyimiz həftələrdə özünü İslam dünyasında xəlifə elan etməsi və mətbuata ötürülən nitqləriylə gündəmə gələn Bağdadi Amerika hökumətinə görə hələ də Suriyada yaşayır və təşkilatın hücumlarını planlayır.[8] Təşkilat üçün ikinci əhəmiyyətli dönüş nöqtəsi 2011-ci ildə ABŞ ordusunun İraqdan çəkilməsi olmuşdur. Təşkilat bunun sayəsində fəaliyyət sahəsini genişləndirmiş və həddindən artıq şiddət istifadə edərək xalqı qorxuya salaraq, qısa müddətdə Suriya və İraqda sünni qruplar içərisində güclənməyə başlamışdır.[9] Təşkilat üçün üçüncü əhəmiyyətli dönüş nöqtəsi isə, şübhəsiz, böyük ümidlərlə başlayan, ancaq qısa müddətdə zərərə çevrilən "Ərəb baharı" prosesi olmuşdur. "Ərəb baharı"nın Suriyaya keçməsi və Suriya dövlətinin zəif quruluşu səbəbiylə ölkənin yarısında nəzarəti itirməsinin nəticəsində, İŞİD Suriyada çox geniş bir sahəyə hökm etməyə və buradan İraqa qarşı hücumları da koordinasiya etməyə başlamışdır.[10] Bu nöqtədə Səudiyyə Ərəbistanı və Qətər kimi Körfəz ölkələri və Türkiyənin, Əsəd rejimini devirmək adına radikal qrupların da iştirak etdiyi müxalifətə dəstək təmin etməsi, şübhəsiz, İŞİD üçün əhəmiyyətli bir dayaq nöqtəsi meydana gətirmişdir. İŞİD üçün dördüncü əhəmiyyətli dayaq nöqtəsi isə İraqda Nuri Əl-Maliki hökumətinin sünni qruplara qarşı apardığı səhv siyasətin təşkilatı dindar sünni xalqın nəzərində mötəbər hala gətirməsi olmuşdur.[11] Bunun nəticəsində təşkilat İraqda da geniş bir dəstək qazanmış və bir çox şəhəri ələ keçirmişdir.

Təşkilatın gəlir mənbələri mövzusunda da müxtəlif iddialar var. CFR-dən Zachary Laub-a görə, siyasi-dini bir təşkilat kimi görünməsinə baxmayaraq, əslində İŞİD bir kriminal təşkilat kimi fəaliyyət göstərir və əsas gəlir mənbələrini xərac, qaçaqmalçılıq və digər cinayət növləri meydana gətirir.[12] Təşkilatın İraq və Suriyada bank yarma, adam oğurluğu və qəsb kimi fəaliyyətlərlə özünə mənbə yaratdığı ifadə edilir. İŞİD bu gün dünyanın dörd tərəfindən gəlmiş (Çeçenistan, Afrika, Pakistan, Əfqanıstan, Liviya, hətta Avropa ölkələri) və sələfi İslama əsaslanan bir şəriət dövləti qurmağı ortaq hədəf olaraq görən militanlardan ibarətdir. İŞİD-in Suriyadakı silahlı döyüşçülərinin sayının 5-6 min, İraqdakı döyüşçülərinin sayının isə 10 mindən çox olduğuna dair analizlər aparılır. Bu insanlar arasında çox sayda türk vətəndaşının olduğu da vurğulanır. İŞİD-in silah ehtiyacını necə təmin etdiyinə dair edilən təhlillərdə isə, ABŞ ordusunun İraqdakı anbarlarından oğurlanan silahlar ilə aralarında Türkiyə, Qətər, Səudiyyə Ərəbistanı və hətta ABŞ-ın da olduğu ölkələr tərəfindən Suriya müxalifətinə göndərilən silahların əhəmiyyətli bir faktor olduğu bildirilir.[13]

Təşkilatın ideologiyası dünya ictimaiyyətinə şəriət hüququna əsaslanan bir İslam dövləti qurmaq şəklində təqdim edilsə də [14], bunun yalnız xalqa özünü qəbul etdirmək üçün bir vasitə olaraq istifadə edildiyi vurğulanmalıdır. İŞİD-in görünən əsas hədəfi İraq və Suriyada Qərb əleyhdarı və sünni hakimiyyətinə əsaslanan bir düzən qurmaq və bölgəni fərqli dini qruplardan (şiə-nusayri, xristian, şiə, yezidi) təmizləməkdir. Təşkilat bu nöqtədə qatı bir şəriət hüququnu müdafiə edir, qadın-kişi ayrımlı təhsili dəstəkləyir, qadınların qapanmasını tələb edir, musiqini qadağan edir və Ramazan ayında oruc tutulmasını məcbur edir. Əslində, Türkiyədə və dünyada bir çox siyasi islamçı mütəfəkkir və partiyanın da müdafiə etdiyi fikirlərin İŞİD-dən fərqi, bunların qılınc gücü ilə reallaşdırılmasıdır.[15] Köhnə bir MI6 işçisi olan jurnalist-yazar Alastair Crooke-a görə; təşkilatın gizli və uzun vədədəki hədəfləri arasında Səudiyyə Kral ailəsinin yerinə keçərək, Səudiyyə Ərəbistanı və Körfəz regionuna nəzarət etmək də vardır.[16] Təşkilata kimin dəstək olduğu da bu günə qədər açıqlanmayan böyük bir müəmmadır. Bu məqamda, təşkilatın kürd qruplarla ciddi mənada qarşıdurmaya girməmiş olması və qırğınlarını daha çox türkmən, xristian və yezidilərə qarşı törətməsi, təşkilatın İraqın şimalında müstəqil bir kürd dövlətinin qurulmasına zəmin yaratmaq üçün qurulmuş süni bir quruluş olduğu iddialarını gündəmə gətirməkdədir. Çünki İŞİD-ə qarşı bölgəsini müdafiə etmək məcburiyyətində qalan Kürdüstan regional rəhbərliyi, artıq tam mənasıyla müstəqil bir dövlət kimi davranır və Qərb ölkələrindən satın aldığı yeni silah və sursatlarla peşmərgə ordusunu gücləndirir. Xatırladaq ki, bir az bundan əvvəl İsrail də bu dövləti tanımağa hazır olduğunu bəyan etmişdir. Komplo nəzəriyyələrinin havada uçuşduğu bu mövzuda yenə də əsaslı bir fikir söyləyə bilmək indilik mümkün görünmür.

Ümumi bir dəyərləndirmə etsək; İŞİD-in arxasındakı güc hər nə olursa olsun, təşkilatın bu ana qədər etdiyi şeylərin ən çox İslam dininə və müsəlmanlara böyük zərbə vurduğu və bölgəyə qarşı ola biləcək Qərb müdaxilələrini dünya ictimaiyyətinin nəzərində legitimləşdirdiyi görünür. Bu mənada İŞİD-in, bütün o Qərb düşməni görüntüsünün altında, əslində Qərb mərkəzli bəzi strukturlar tərəfindən dəstəklənilmiş ola biləcəyi iddiası adi bir komplo nəzəriyyəsindən daha güclü bir təmələ əsaslanır. Çünki İŞİD sayəsində, iqtisadi kriz yaşayan Qərb dünyasının müdafiə sənayesində yeni bir canlanma yaşanır və bölgəyə qarşı əməliyyatlara başda müsəlmanlar olmaqla dünyadakı hər kəsim dəstək verir. Müsəlman ölkələrdə dünyəvi dövlət quruluşunun oturmamış olması, üstəlik mövcud olan tək müvəffəqiyyət qazanan modeli (Türkiyə və Kamalizm) yıxmağa səy göstərilməsi, şübhəsiz, bu məqamda Qərb müdaxiləçiliyini haqlı bir nöqtəyə yüksəldir. Bu baxımdan İslam dünyasındakı ölkələrin dünyəvi-demokratik dövlət sistemi və həyat tərzi məsələsində geridə qalmasının, təəssüf ki, müstəqil və güclü siyasi aktorlar olmalarına da maneə törətdiyi vurğulanmalıdır.

Qeyd: Qardaş ölkə Azərbaycanda nəşr edilən və Beynəlxalq Siyasət Akademiyasının (UPA) qardaş saytı olan Newtimes.az xəbər-analiz internet portalının İŞİD terror təşkilatının həyata keçirdiyi və bütün İslam dünyasını məyus edən vəhşi qırğınlar qarşısında gerçək İslam dəyərlərinin bu olmadığı istiqamətindəki kampaniyasını təbrik edir və Türkiyədəki mətbuat-yayın orqanlarına da bu addımın bir nümunə olmasını diləyirəm.

Dr. Ozan Örmeci

[1] ''What ISIS, an al-Qaeda affiliate in Syria, really wants'', The Economist, Erişim Tarihi: 09.09.2014, Erişim Adresi: http://www.economist.com/blogs/economist-explains/2014/01/economist-explains-12#sthash.NXeBJmBk.dpuf.

[2] Bu konuda bir değerlendirme için; Tansi, Deniz (2014), ''ABD’nin İŞİD Operasyonu'', Uluslararası Politika Akademisi, Erişim Tarihi: 09.09.2014, Erişim Adresi: http://politikaakademisi.org/abdnin-isid-operasyonu/.

[3] Göktürk, Tüysüzoğlu (2014), ''İŞİD Ne Yapmaya Çalışıyor?'', Uluslararası Politika Akademisi, Erişim Tarihi: 09.09.2014, Erişim Adresi: http://politikaakademisi.org/isid-ne-yapmaya-calisiyor/.

[4] Atun, Ata (2014), ''İŞİD Kim ve Ne Yapmak İstiyor (1)'', Avrupa Gazete, Erişim Tarihi: 09.09.2014, Erişim Adresi: https://www.avrupagazete.com/ata-atun/84108-isid-kim-ve-ne-yapmak-istiyor-1.html.

[5] Göktürk, Tüysüzoğlu (2014), ''İŞİD Ne Yapmaya Çalışıyor?'', Uluslararası Politika Akademisi, Erişim Tarihi: 09.09.2014, Erişim Adresi: http://politikaakademisi.org/isid-ne-yapmaya-calisiyor/.

[6] Atun, Ata (2014), ''İŞİD Kim ve Ne Yapmak İstiyor (1)'', Avrupa Gazete, Erişim Tarihi: 09.09.2014, Erişim Adresi: https://www.avrupagazete.com/ata-atun/84108-isid-kim-ve-ne-yapmak-istiyor-1.html.

[7] Göktürk, Tüysüzoğlu (2014), ''İŞİD Ne Yapmaya Çalışıyor?'', Uluslararası Politika Akademisi, Erişim Tarihi: 09.09.2014, Erişim Adresi: http://politikaakademisi.org/isid-ne-yapmaya-calisiyor/.

[8] Laub, Zachary (2014), ''Islamic State in Iraq and Syria'', Council on Foreign Relations, Erişim Tarihi: 09.09.2014, Erişim Adresi: http://www.cfr.org/iraq/islamic-state-iraq-syria/p14811.

[9] Laub, Zachary (2014), ''Islamic State in Iraq and Syria'', Council on Foreign Relations, Erişim Tarihi: 09.09.2014, Erişim Adresi: http://www.cfr.org/iraq/islamic-state-iraq-syria/p14811.

[10] ''What ISIS, an al-Qaeda affiliate in Syria, really wants'', The Economist, Erişim Tarihi: 09.09.2014, Erişim Adresi: http://www.economist.com/blogs/economist-explains/2014/01/economist-explains-12#sthash.NXeBJmBk.dpuf.

[11] Laub, Zachary (2014), ''Islamic State in Iraq and Syria'', Council on Foreign Relations, Erişim Tarihi: 09.09.2014, Erişim Adresi: http://www.cfr.org/iraq/islamic-state-iraq-syria/p14811.

[12] Laub, Zachary (2014), ''Islamic State in Iraq and Syria'', Council on Foreign Relations, Erişim Tarihi: 09.09.2014, Erişim Adresi: http://www.cfr.org/iraq/islamic-state-iraq-syria/p14811.

[13] Göktürk, Tüysüzoğlu (2014), ''İŞİD Ne Yapmaya Çalışıyor?'', Uluslararası Politika Akademisi, Erişim Tarihi: 09.09.2014, Erişim Adresi: http://politikaakademisi.org/isid-ne-yapmaya-calisiyor/.

[14] ''Viewpoint: ISIS goals and possible future gains'', BBC, Erişim Tarihi: 09.09.2014, Erişim Adresi: http://www.bbc.com/news/world-middle-east-27801680.

[15] ''ISIS: The first terror group to build an Islamic state?'', CNN, Erişim Tarihi: 09.09.2014, Erişim Adresi: http://edition.cnn.com/2014/06/12/world/meast/who-is-the-isis/.

[16] Crooke, Alastair (2014), ''Middle East Time Bomb: The Real Aim of ISIS Is to Replace the Saud Family as the New Emirs of Arabia'', Erişim Tarihi: 09.09.2014, Erişim Adresi: http://www.huffingtonpost.com/alastair-crooke/isis-aim-saudi-arabia_b_5748744.html.

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"
31 oktyabr 2019 168.am

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"

"Xarici işlər nazirimiz Zöhrab Mnatsakanyan erməni tərəfinin Qarabağ məsələsində nəyə nail olmaq istədiyini faktiki olaraq, BBC-yə çatdıra bilmədi". Bunu politoloq Hrant Melik-Şahnazaryan bildirib.

Davamı...
Yerevan Moskvanı şantaj edir
05 sentyabr 2019 1in.am

Yerevan Moskvanı şantaj edir

"Yerevanın Moskvaya layiqli cavabı: Rusiyada başa düşməlidirlər ki, vəziyyət dəyişib"

Davamı...