Ermənistan cəmiyyəti indi və əvvəllər Yerevanda hakimiyyətdə olan qüvvələrin danışdığı yalanların, verilən boş vədlərin acı nəticələrindən əziyyət çəkir. Saxta düşüncələrə, düşmənliyə, kinə, nifrətə əsaslanan ermənilik ideyası mövcud olduqca, yaxud bu ideyanı daşıdıqca etnik qrup kimi ermənilərin həyatı faciəli keçəcək. İndi onlar belə həyat yaşayırlar. Bu ölkədə baş verənlərdən belə görünür ki, kimsə vaxtilə ermənilərə Azərbaycan torpaqlarını vəd edib. İndi onlar həmin torpaqlardan qovulanda etiraz edirlər. Bəziləri də işğal etdikləri və indi güc yolu ilə tərk etməyə məcbur olduqları Azərbaycan torpaqlarını ermənilərin ərazisi sayır. Elə Ermənistandakı ictimai-siyasi vəziyyəti gərginləşdirən də budur.
Minsk Qrupu həmsədrlərinin Bakı və Ermənistan səfərindən və Prezident İlham Əliyevin onlara verdiyi tarixi və unuda bilməyəcəkləri dərsdən sonra çoxu qıcıqlanıb. Bakı isə öz ərazi bütövlüyünü sona qədər bərpa etmək əzmində və gücündədir. Sülhməramlının əvəzinə bu işi Azərbaycan əsgəri görməyə qadirdir. Lakin belə bir sual yaranır: bunu Bakı özü edəcəksə, onda sülhməramlıya nə ehtiyac var?! Nəyə görə Azərbaycan dünya gücləri ilə üz-üzə gəlməlidir? Xəritə manipulyasiyaları Rusiyanın öhdəliklərini açıq-aşkar pozmasıdır və buna tezliklə rəsmi açıqlama verilməlidir. Bakı Moskvadan rəsmi açıqlama gözləyir…
Azərbaycanın müstəqilliyini bərpa etməsindən 29 il ötür. Təəssüf ki, müstəqilliyimizin ilk illəri Azərbaycanda faktiki hakimiyyətsizlik, iqtidarla xalq arasında ən ümdə milli hədəflər naminə vəhdət və həmrəyliyin olmaması, hakimiyyət uğrunda mübarizə şəraitində keçmiş, ölkənin maddi, mənəvi, iqtisadi resursları dağıdılmışdır. Belə bir vəziyyət Azərbaycanın ərazi itkilərinə səbəb olmuş, dövlətimiz vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qalmışdı.
Məlum olduğu kimi, Azərbaycan və Ermənistan liderləri Dağlıq Qarabağda hərbi əməliyyatların dayandırılmasına dair razılaşma imzalayıblar. Sənəd noyabrın 10-da Rusiyanın vasitəçiliyilə imzalanıb. Bununla da Qarabağda sentyabrın 27-də başlamış hərbi əməliyyatlar başa çatıb. Təxminən ayyarım davam etmiş döyüşlərdə Ermənistan tərəfi böyük itkilər verib.
Sentyabrın 27-də əks-həmlə ilə başlanan və Vətən müharibəsi kimi xarakterizə edilən İkinci Qarabağ müharibəsi cəmi 44 gün çəkdi. Ay yarım ərzində Ermənistan, Qarabağ, xaricdə yaşayan ermənilərdən, PKK, PYD/YPG, ASALA və Yaxın Şərqin digər terror təşkilatlarından ibarət işğalçı və cinayətkar ordunun qarşısında sinəsini sipər etmiş şanlı Azərbaycan Ordusu elə bir zəfər salnaməsi yazdı ki, bu barədə xarici ölkələrin qərargahlarında, hərbi təhsil və hərbi-tədqiqat müəssisələrində, hərb tarixi dərsliklərində indən belə çox yazılacaq və tədqiqatlar aparılacaq.
Qarabağa yerləşdirilən ermənilər gəldikləri kimi özlərinə məxsus olmayan yerlərdən çıxarılırlar. Bu müharibədə çoxlu sayda itki oldu. İllər uzunu erməniləri Azərbaycana və Türkiyəyə qarşı körükləyənlər, işğalçını cinayət əməllərinə görə tənbeh etməyib başını sığallayanlar Ermənistanın məğlubiyyəti ilə yanaşı, tökülən qanlara və başqa cinayətlərə şərikdir. Yerevanda isə siyasi gərginlik artır. Müxalifət mövcud vəziyyəti hakimiyyət dəyişikliyi ilə yekunlaşdırmaq istəyir… Döyüşdə təslim olan Nikolu və komandasını Ermənistanda rusiyayönlü müxalifətlə mübarizə gözləyir…
98 il sonra: Dağlıq Qarabağın taleyi dəyişdi
SSRİ tərəfindən Dağlıq Qarabağa muxtariyyət verilməsinin növbəti ildönümündə Azərbaycan Prezidenti İlham Əliyev faktiki olaraq, muxtariyyətin ləğvi haqqında fərman imzalayıb.
Davamı...