THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Arktikanın geosiyasəti: gələcəyə hesablanan oyun

Siz buradasınız: Əsas səhifə »» SİYASƏT »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
78135
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 25 avqust 2014 – Newtimes.az

XXI əsrin əvvəllərinə yaxın böyük dövlətlərin quru qitələrdə prioritetləri müəyyən olunduqdan sonra Arktikyanı ölkələrin bu buzlaqlar qitəsinə artmaqda olan marağı məsələsi aktuallaşdı. Bu, təkcə Arktikanın planetin bütövlükdə şimal yarımkürəsini nəzarət altında saxlamağa imkan verən geostrateji mövqeyi ilə deyil, həm də onun nəhəng karbohidrogen və bioloji ehtiyatları ilə bağlıdır. Təkcə onu qeyd etmək kifayətdir ki, dünyadakı neft ehtiyatlarının 13 faizi Şimal Buzlu okeanı, Zapolyarye bölgələrindədir. Bu baxımdan Rusiya, ABŞ, Kanada və Norveçin Arktikanın mənimsənilməsinə göstərdikləri maraq təsadüfi görünmür.

Rusiya. Rusiyanın aparıcı neft və qaz şirkətlərinin nümayəndələri hesab edirlər ki, Arktikada Rusiyanın dövlət strategiyasının həyata keçirilməsinə heç nə mane ola bilməz: Şimalın kəşfi bu böyük dövlətin dünyada xammal istehsal edən dövlətlər arasında uzun müddətlik lider statusunu qəti olaraq möhkəmləndirəcəkdir. Xüsusən də, Qərbi Sibirin neft və qaz ehtiyatları tükəndiyindən, bahalı və məsrəfli olsa da belə, Şimal bu ''tayqa diyarına'' alternativ ola bilər. Rusiya prezidenti Vladimir Putin hökumətə Arktikanın neft yataqlarının kəşfində strateji prioritet verdi. Bölgənin özü isə, onun qeyd etdiyi kimi, artıq ''ümummilli layihə'' statusu alır.

Amerika Birləşmiş Ştatları. Bəzi kütləvi informasiya vasitələrinin verdiyi məlumatlara görə, 2009-cu il noyabr ayının 10-da ''ABŞ-n arktik hərəkətlər planı'', habelə milli təhlükəsizlik üzrə bir sıra direktiv sənədlər təsdiq olunmuşdur. Göstərilən sənədlərdə birmənalı olaraq amerikalıların Arktika bölgəsində geniş və fundamental maraqlarının olduğu və ABŞ-ın onları müstəqil şəkildə və ya başqa ölkələrlə birgə təmin etməyə hazır olduğu qeyd olunur. Əslində, ABŞ bununla faktiki olaraq qütb dairəsi daxilində geniş bir ərazini özünün strateji maraqları zonası elan etmiş oldu.

Kanada. Mütəxəssislərin fikirlərinə görə, bu ölkənin Arktikada öz maraqlarını təmin etmə konsepsiyası vardır. Bu konsepsiya normativ-hüquqi bazanı, təşkilati strukturu və beynəlxalq əməkdaşlıq modelini ehtiva edir. 2006-cı ildən isə ''Kanadanın Arktika və Uzaq Şimalda baş siyasət planı'' həyata keçirilir. Kanadanın ABŞ-la ittifaqda olmasına baxmayaraq, bu ölkələrin qarşılıqlı münasibətləri heç də birmənalı deyil. Bir tərəfdən, ABŞ və Kanada Rusiyanın Şimal dəniz yolunun beynəlxalq kommersiya tranzit marşrutuna çevrilməsinin tərəfdarıdırlar. Onlar buradan gəmilərin Rusiya losmanları və buzqıran gəmiləri tərəfindən ötürülməsi zərurətinin ləğv edilməsini tələb edirlər. Digər tərəfdən isə, Kanadanın Şimal-qərb keçidini öz ərazi suları elan etməsi onun beynəlxalq statusa malik olduğunu iddia edən ABŞ-ın kəskin neqativ reaksiyasına səbəb olmuşdur.

Norveç. Arktikyanı ölkələr arasında daha çox ərazi iddiası olan Norveçdir. Barents dənizində mübahisəli ərazi sahəsi bu ərazi daxilində başqa ölkələrin bir-biri ilə kəsişən sırf iqtisadi zonası təxminən 175 min kvadratkilometr ölçüdə qitə şelfidir. NATO üzvü olan Norveç Qərbi Avropanın və ABŞ-n Arktikada strateji maraqlarını fəal surətdə təmin edir. Onun bölgədəki cari xarici siyasəti digər Arktikyanı dövlətlər tərəfindən işlənən Arktika yataqlarından və akvatoriyasından istifadə variantlarına münasibətdə sərt mövqeyi ilə seçilir.

Odur ki, Arktika yaxın perspektivdə kifayət qədər kəskin və nəticələrinin proqnozlaşdırıla bilinməyəcəyi geosiyasi və geoiqtisadi rəqabət meydanına çevrilə bilər.

Pərvin Darabadi,

tarix elmləri doktoru, professor

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Rusiya Ermənistanı silahlandırmağı dayandırmalıdır
15 sentyabr 2020 JewishPress.com

Rusiya Ermənistanı silahlandırmağı dayandırmalıdır

2016-cı ilin aprelində Qarabağda baş vermiş döyüşlər əslində, status-kvonu Bakının xeyrinə dəyişib.

Davamı...
Tam döyüş hazırlığında
10 sentyabr 2020 Lenta.ru

Tam döyüş hazırlığında

Ermənistan rəhbərliyi əhalini iqtisadi problemlərdən necə yayındırır

Davamı...