THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Nüvə müharibəsi ehtimalı: lehinə və əleyhinə

Siz buradasınız: Əsas səhifə »» SİYASƏT »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
20702
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 13 avqust 2014 – Newtimes.az

Artıq 60 ildən çoxdur ki, böyük dövlətlərin nüvə qarşıdurması təhlükəsi "Domokl qılıncı" kimi bəşəriyyətin başı üzərində asılmışdır. "Soyuq müharibə" dövründə ABŞ-la SSRİ arasında nüvə müharibəsi başlasaydı, dünya 13 dəqiqə ərzində yox edilə bilərdi. Buna görə də "soyuq müharibə" dövründə Birləşmiş Ştatlar nüvə başlıqlı raketlərini müvafiq əmrdən sonra 3-4 dəqiqə ərzində buraxmağa hazır vəziyyətdə saxlayırdı. SSRİ-də də eyni mənzərə müşahidə olunurdu.

Yalnız nüvə pariteti və bir-birinə qarşı duran tərəflərin, yəni SSRİ ilə ABŞ-n gələcək nüvə müharibəsində qalibin olmayacağını dərk etməsi onları ağlasığmaz addımlardan daşındırırdı.

Lakin son onilliklərdə nüvə potensialına malik ölkələrin sayı əhəmiyyətli şəkildə artmışdır. Özü də "nüvə dəyənəyi" bir-biri ilə münaqişədə olan ölkələrin (Hindistan-Pakistan, Şimali Koreya və ABŞ-ın nüvə müttəfiqi olan Cənubi Koreya) ixtiyarına düşmüşdür. Bundan başqa, ABŞ-n ənənəvi rəqibi olan Rusiyanın XXI əsrin əvvəllərində dünya səhnəsində geosiyasi cəhətdən fəallaşması Amerika strateqlərini böhranın, xüsusən də Avropa qitəsində vəziyyətin kəskinləşdiyi təqdirdə öz nüvə potensialından istifadə etməyə vadar edir.

Hələ 2010-cu ildə ABŞ-n vitse-prezidenti Cozef Bayden ABŞ-n yeni nüvə doktrinasına həsr etdiyi şərhində bildirmişdir ki, "indiyədək qlobal nüvə müharibəsi təhlükəsi bu qədər kəskinliyi ilə durmamışdır. O bəyan edir ki, ABŞ-n prioritetləri dəyişmişdir: nüvə dövlətlərinin qarşıdurması nüvə terrorçuluğu və nüvə silahının yayılması təhlükəsi ilə əvəz olunur. Buna görə də ABŞ-n vəzifəsi digər nüvə dövlətləri ilə sıx əməkdaşlıq etməklə bu təhdidlərin səmərəli şəkildə qarşısını almaqdan ibarətdir".

"Rusiya hərbçiləri də dövlətin sərhədləri yaxınlığında nüvə müharibəsi ehtimalını istisna etmirlər. Bu müharibəyə Şimali Atlantika İttifaqı ilə fəal əməkdaşlıq edən dövlətlər də qatıla bilər". Bu bəyanatı 2011-ci ilin sonunda Rusiya Federasiyası Silahlı Qüvvələri Baş Qərargahının rəisi Nikolay Makarov vermişdir. Münaqişələrin olması riskini Makarov ölkənin sərhədləri yaxınlığında NATO-nun nüfuzunun artması və Ukrayna və Gürcüstanı Şimali Atlantika İttifaqına cəlb etmək cəhdləri ilə əlaqələndirir. "Müəyyən şəraitdə mən lokal və regional silahlı münaqişələrin irimiqyaslı müharibəyə, o cümlədən nüvə silahından istifadə edilən müharibəyə çevrilməsi ehtimalını istisna etmirəm" (İnterfaks).

Heç şübhəsiz, dünyanın böyük dövlətləri bir-birinin hərbi potensialından xəbərdardırlar və qəsdən nüvə müharibəsinə başlamaq istəməzlər. Peyk kəşfiyyatı müharibəyə cəlb olunmaq riskini əhəmiyyətli şəkildə azaldır. Lakin qeyri-stabil ölkələrdə nüvə silahından icazəsiz istifadə riski yüksəkdir. Bundan başqa, bu və ya digər lokal münaqişənin nüvə müharibəsinə çevrilə biləcəyi də istisna edilmir. Nüfuzlu siyasi və hərbi xadimlərin son aylarda daha da gərginləşmiş Ukrayna böhranı ilə əlaqədar çıxışlarında bu barədə danışması da təsadüfi deyil. Ümid yalnız dünya liderlərinin müdrikliyinə və dözümlülüyünə, onların "kamikadze" nüvə ambisiyalarından əl çəkəcəklərinə qalır.

Pərvin Darabadi,

tarix elmləri doktoru, professor

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Paşinyanın lovğalığı Ermənistanın aldadılması ilə nəticələndi
20 noyabr 2020 Россия 1

Paşinyanın lovğalığı Ermənistanın aldadılması ilə nəticələndi

Və Ermənistan ordusu darmadağın edildi.

Davamı...
Paşinyanın təslim olmaqdan başqa seçimi qalmamışdı
15 noyabr 2020 Causeur, Fransa

Paşinyanın təslim olmaqdan başqa seçimi qalmamışdı

Əvvəlki atəşkəslərdən fərqli olaraq, indi hər şey müharibənin bitdiyini göstərir.

Davamı...