THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

"Aclıq geosiyasəti" və müasir dünya

Siz buradasınız: Əsas səhifə »» SİYASƏT »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
20362
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 8 avqust 2014 – Newtimes.az

XXI əsrin əvvəllərinə dünya birliyi həll olunmamış ciddi problemlərlə gəlib çıxdı. Onların arasında partlayışa gətirib çıxara bilən və bəşəriyyətin yaşayıb sağ qalmasına təhdid yaradan problemlər daha çox özünü büruzə verir. Bunlar ilk öncə ekoloji, demoqrafik və onlarla sıx bağlı olan ərzaq problemləridir. Kütləvi aclıq, doyunca yeməmək bu və ya digər şəkildə Afrika, Asiya və Latın Amerikasının bütün inkişaf etməkdə olan ölkələrinə toxunmuşdur.

Sosial hadisə kimi aclıq bəşəriyyəti tarix boyu müşayiət etmiş, ХХI əsrdə də öz aktuallığını itirməmişdir.

Braziliyanın tanınmış antropoloqu Xose de Kastronun hələ 1952-ci ildə nəşr edilmiş "Aclıq geosiyasəti" kitabında deyilir: "Digər canlılar üzərində üstünlük iddiasında olan, təbiətin qüvvələri üzərində bu qədər qələbələr çalmış, özünü onun ağası elan etmiş insanın öz mövcudluq vasitələri uğrunda mübarizədə həlledici uğur əldə edə bilməməsi faktını izah etmək çətin, dərk etmək isə bundan da çətindir. Hal-hazırda (XX əsrin ortaları – müəllif) dünya əhalisinin 2/3 hissəsi daimi aclıq şəraitində yaşayır, 1,5 milyarda yaxın insanın isə sosial bəlalardan ən dəhşətlisi olan bu bəladan yaxa qurtarmağa imkanı yoxdur".

Hal-hazırda şiddətli hərbi münaqişələr və təbii fəlakətlər nəticəsində dünyada bir milyarddan çox insan aclıq çəkir. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatlarına görə, dünyanın 1/3 hissəsi həddindən artıq bolluq şəraitində yaşayır, 1/3 hissəsi – doyunca yemir, 1/3 hissəsi – aclıq çəkir. Hindistan yarımadasında dünyada aclıq çəkənlərin 50%-i cəmləşmişdir. Daha 40%-i Afrikada və Asiyanın yerdə qalan hissəsində yaşayır. Aclıq çəkənlərin 10%-i Latın Amerikası ölkələrində yaşayır. Bu arada hər il aclıqdan 15 milyon uşaq ölür.

Analitik agentliklərin proqnozlarına görə, 2050-ci ilə yaxın planetdə insanların sayı 10 milyarddan çox təşkil edəcəkdir. Bu arada sivilizasiya xarakterli demoqrafik böhran getdikcə daha qabarıq şəkildə özünü büruzə verəcəkdir: Şərq (cənub) sivilizasiyası adlanan sivilizasiyanın (Asiya və Afrika) sayı Qərb (şimal) sivilizasiyası (Avropa, Şimali Amerika) ilə müqayisədə getdikcə daha sürətli templərlə artacaqdır. Bu cür tendensiya artıq indidən özünü göstərməkdədir. Alimlər 50-60 il bundan sonrakı mənzərəni çəkərkən planetin demoqrafik tərkibinin böhranlı həddə çatacağını vurğulayır, bunun sağ qalmaq uğrunda real mübarizə məsələsini gündəmə gətirə biləcəyini qeyd edirlər. Ehtiyatlar uğrunda gedən müasir müharibələr enerji ilə texnogen meydançalarını deyil, sadəcə insanların orqanizminin təmin edilməsi ilə bağlı olan qarşıdurmalarla əvəz oluna bilər. Axı planetdə insanların sayının artması bəşəriyyətin ərzaqla təmin edilməsinə təhlükə yaradır.

Bu gün Afrika və Asiyada əhalinin sayı birlikdə təxminən 5,4 mlrd. təşkil edir. Bu isə, nə az, nə çox, planet əhalisinin ¾-dür. Nəzərə alsaq ki, planetin ən kasıb (ac və yarıac-yarıtox yaşayan) əhalisinin təxminən 90%-i məhz bu qitələrdə yaşayır, onda bəşər sivilizasiyasına hansı tərəfdən təhdidlərin olduğu aydın olur.

Aclıq və ehtiyacın sərhədləri olmur. Buna görə də ХХI əsrin ortalarına yaxın iki-üç dəfə arta bilən "ac milyard" həqiqətən də nəzarət edilə bilinməyən partlayış təhlükəli sosial- aqressiv qüvvəyə çevrilə bilər. Bu qüvvə üçün "narazı elektorat" ifadəsinin özü işlədilə bilən ən korrekt ifadə olacaqdır.

Pərvin Darabadi,

tarix elmləri doktoru

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Rusiya Ermənistanı silahlandırmağı dayandırmalıdır
15 sentyabr 2020 JewishPress.com

Rusiya Ermənistanı silahlandırmağı dayandırmalıdır

2016-cı ilin aprelində Qarabağda baş vermiş döyüşlər əslində, status-kvonu Bakının xeyrinə dəyişib.

Davamı...
Tam döyüş hazırlığında
10 sentyabr 2020 Lenta.ru

Tam döyüş hazırlığında

Ermənistan rəhbərliyi əhalini iqtisadi problemlərdən necə yayındırır

Davamı...