THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Tanınmamış dövlətlərin tanınması problemi: dalana aparan yol

Siz buradasınız: Əsas səhifə »» SİYASƏT »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
129270
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 5 avqust 2014 – Newtimes.az

XX əsrin son onilliklərində çoxlu sayda özünü idarə edən və dövlət statusu iddiasından olan, lakin bu keyfiyyətdə dünya birliyi tərəfindən tanınmayan ərazilərin meydana gəlməsi nəticəsində dünyada mövcud olan dövlətlər sistemi bütövlükdə eroziyaya məruz qaldı. Potensial olaraq təhlükə kəsb edən pat vəziyyəti yarandı. Konfliktoloq-mütəxəssislərin hesablamalarına görə, hazırda mövcud olan iki yüzdən artıq dövlətin fraqmentləşməsi prosesinin qarşısı alınmasa, ХХI əsrin ortalarına yaxın "donor" dövlətlərdən separatçı qurumların ayrılması nəticəsində onların sayı üç yüzə çatacaqdır.

Bütün qitələrdə separatçı tendensiyaların güclənməsi bir sıra əhəmiyyətli amillərlə bağlıdır.

Birincisi, "ikili standartlar" praktikası geniş yayılmaqdadır: bəzi xalqlara hansısa qaranlıq əsaslara görə öz müqəddəratını təyin etmə hüququnun həyata keçirilməsinə imkan verilir, digərlərinə isə – yox.

İkincisi, hüquqi sahədən kənarda mövcud olan və praktiki olaraq heç kim tərəfindən rəsmi tanınmayan kvazi-dövlətlər daxildə kriminallaşır, qeyri-leqal xarici əlaqələr qurur və beləliklə də bu əlaqələrə daxil olan dövlətlər arasında ziddiyyət və münaqişələrin katalizatoruna çevrilirlər.

Üçüncüsü, bu cür kvazi-dövlətlərin olması yeni-yeni özünütəyin iddiaçılarını ruhlandırmaqla təhlükəli presedent yaradır. Bu, xüsusilə narahat edir.

Nəticədə, xüsusən də beynəlxalq hüquq sisteminin dərinləşməkdə olan böhranı şəraitində paralel olaraq tanınmamış dövlət sisteminin yaranması təhlükəsi meydana gəlir.

Buna görə də dünya birliyi yeni dövlətlərin beynəlxalq aləmdə tanınmasının son dərəcədə sərt universal meyarlarını, bu meyarların tətbiq mexanizmlərini, habelə onların əsasında qəbul olunmuş qərarlara əməl etməyənlərə qarşı tədbirləri işləyib hazırlamalıdır. Əsas meyar bundan ibarətdir ki, konkret bir xalqın öz müqəddəratını təyin və öz dövlətini yaratmaq hüququ "donor" dövlətin öz milli təhlükəsizliyini təmin etmək hüququnun başladığı yerdə başa çatır.

Hazırda mövcud olan kvazi-dövlətlərin heç biri bu meyara uyğun gəlmir və deməli, dövlət kimi beynəlxalq səviyyədə şəksiz olaraq tanınmaya iddia da edə bilməzlər. Məsələ münaqişəni şiddətləndirmədən mövcud kvazi-dövlətləri dövlətçilik iddiasından əl çəkməyə inandırmaqdan, lazım gələrsə, məcbur etməkdən, onların öz "köhnə" dövlətləri ilə birliyinin məqbul formasını tapmaqdan ibarətdir. Bu zaman sülhün qorunması və tərəflərin fiziki olaraq aralandırılması istiqamətində görülən tədbirlərdən ənənəvi olaraq seçilən sülhə məcburetmə əməliyyatlarını da həyata keçirmək lazım gələ bilər.

Bununla belə, dünya təcrübəsi məsələnin qeyri-hərbi həllinin mümkünlüyünü də sübut edir. Bu, bir qayda olaraq, münaqişənin artıq kəskin mərhələni keçərək latent mərhələyə qədəm qoyduğu, münaqişəyə cəlb olunan bütün tərəflərin yorulduğu şəraitdə və sülh yolu ilə tənzimləmənin alternativsizliyi dərk edildikdə, mümkün olur. Lakin məcburetmə tədbirləri də unudulmamalıdır.

Pərvin Darabadi,

tarix elmləri doktoru, professor

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Paşinyanın lovğalığı Ermənistanın aldadılması ilə nəticələndi
20 noyabr 2020 Россия 1

Paşinyanın lovğalığı Ermənistanın aldadılması ilə nəticələndi

Və Ermənistan ordusu darmadağın edildi.

Davamı...
Paşinyanın təslim olmaqdan başqa seçimi qalmamışdı
15 noyabr 2020 Causeur, Fransa

Paşinyanın təslim olmaqdan başqa seçimi qalmamışdı

Əvvəlki atəşkəslərdən fərqli olaraq, indi hər şey müharibənin bitdiyini göstərir.

Davamı...