THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Rəngli inqilabların "korlanmış bəhrələri"

Siz buradasınız: Əsas səhifə »» SİYASƏT »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
234359
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 23 iyul 2014 – Newtimes.az

Son on il ərzində Yaxın Şərq və keçmiş sovet ölkələrində tüğyan edən və təşkilatçılarının və iştirakçılarının güc yolu ilə ölkələrində demokratiyaya və sosial ədalətə nail olmağa ümid etdikləri "rəngli inqilab" adlandırdığımız hadisələr sonda gözlənilən nəticələrin tamamilə əksi ilə yekunlaşdı. Demokratiya ilə bərabər müxtəlif və rəngarəng ekstremist qüvvələrin və korrupsiyameylli klanların hakimiyyəti, sosial islahatlarla bərabər əməkqabiliyyətli kütlənin yoxsullaşması, əhalinin əhəmiyyətli hissəsinin işsizlik və ümidsizliyi. Bəzi ölkələr üçün məlum faciəvi aqibətləri ilə qanlı vətəndaş müharibəsi, digər ölkələr üçün şiddətli, eyni zamanda qanlı dinlərarası ədavət, üçüncü qrup ölkələr üçün isə ölkənin ərazi bütövlüyünün pozulması. Bəzi ölkələrdə, xüsusilə Liviya, Tunis, Misir, Ukrayna və Gürcüstanda bu "gözəlliklər" müxtəlif kombinasiyalarda özünü büruzə verir.

Liviya. 2011-ci ildən etibarən Qəddafidən sonrakı dövr müxtəlif tayfalar və terrorçu islam qruplaşmaları arasında hakimiyyət uğrunda gedən və ölkənin dağılması kimi real təhlükə yaradan periodik silahlı toqquşmalarla xarakterizə olunur. Vəziyyət o həddə çatmışdır ki, bu yaxınlarda Liviya hökuməti ölkədə təhlükəsizliyi bərpa etmək üçün ölkə ərazisində, xüsusilə də paytaxt Tripolidə beynəlxalq hərbi qüvvələrin yerləşdirilməsi ilə bağlı rəsmi olaraq beynəlxalq ictimaiyyətə müraciət etmək niyyətini açıqlamışdır. Ölkənin suverenliyini təmin etmək üçün fərqli bir üsul.

Tunis. 2011-ci ildə baş verən inqilabdan bəri bu ölkə islamçı qrupların hücumları ilə qarşılaşır. Tunisin hərbi qüvvələri 2012-ci ilin sonlarından etibarən ölkənin qərbindəki dağlıq ərazilərə sığınmış terrorçu islam qruplaşmaları ilə mübarizə aparır. Gözlənilməz nəticələri ilə daxili siyasi və siyasi qeyri-sabitlik isə davam edir.

Misir. 2011-2013-cü illərdə Qahirənin Təhrir meydanında və Misirin digər şəhərlərində baş verən məlum dramatik hadisələrdən sonra çevriliş və əks-çevrilişlərlə yanaşı sosial və dinlərarası ziddiyyətlərin kəskinləşməsi fonunda ölkənin əvvəlki sabitliyini bərpa etmək kimi çətin tapşırıq qarşısında qalan hərbçilər hakimiyyətə gəldi.

Gürcüstan. 2003-cü ildə baş verən "qızılgül inqilabı"nın rəhbərlərinin hakimiyyətə gəlməsinin real nəticəsi 2008-ci ilin avqustunda Rusiya ilə baş verən müharibədə məğlubiyyət və Cənubi Osetiya ilə Abxaziyanın itirilməsi olmuşdur.

Ukrayna. "Demokratik" Maydan hadisələri ölkəni vətəndaş müharibəsinə, iqtisadiyyatın süqutuna və ərazisinin əhəmiyyətli hissəsinin itirilməsi təhlükəsinə gətirib çıxardı. Krım məsələsi ilə bağlı artıq hər şey aydındır, növbə ölkənin cənub-şərqindədir.

Bütün bunlar bu cür inqilabların açıq desək, müxtəlif irrasional dini elementləri bol olan, demokratiya adı altında sərsəm marginal nümayəndələrin və komprador oliqarxlardan ibarət Qərbin dəstəyi ilə keçirilən zorakı çevrilişlərin perspektivsizliyini və zərərli təhlükəsini aydın göstərir. Yalnız dərin dövlətçilik ənənələrinə və əxlaqi dəyərlərə, sağlam və ayıq xalqa əsaslanan dövlət bənzər təzyiqlərə davam gətirə bilər.

Pərvin Darabadi,

tarix elmlər doktoru, professor

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Azərbaycanın Zəngilan rayonu – İpək Yolu üzərində strateji qovşaq
08 fevral 2021 Atlantico

Azərbaycanın Zəngilan rayonu – İpək Yolu üzərində strateji qovşaq

Zəngilan Azərbaycan üçün çox əlverişli məkanda yerləşir

Davamı...
Nəqliyyat yollarının sülhməramlıları
01 fevral 2021 Коммерсантъ

Nəqliyyat yollarının sülhməramlıları

Buzlar yanvarda əridi

Davamı...