THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Ermənistan-Avropa İttifaqı: kəsişən ziddiyyətli məqamlar (II hissə)

Siz buradasınız: Əsas səhifə »» SİYASƏT »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
94219
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 11 fevral 2014 – Newtimes.az

Son dövrlərdə İrəvanla Brüssel arasında münasibətlərin gərginləşdiyi haqqında informasiyalar yayılır. Bununla yanaşı, başqa tendensiyanın da müşahidə edildiyi barədə danışılır. Konkret olaraq, Avropa Ermənistanla müəyyən sahələrdə əməkdaşlığı inkişaf etdirir. Rusiyanın regionda daha fəal geosiyasi mövqe tutduğu bir vaxtda məsələnin bu tərəfi xeyli düşündürücü görünür.

Perspektivsiz siyasətin bəzi aspektləri

Digər tərəfdən, 2014-cü ildə Vaşinqton Əfqanıstandan hərbi qüvvələrini çıxaracaq ki, bununla "əl-Qaidə" kimi qruplaşmaların diqqəti Çinə və Rusiyaya çevrilə bilər. İndidən hiss olunur ki, müsəlman faktorunu Kreml daha ciddi qəbul etməyə başlayıb. Təbii olaraq, təhlükəsizliyin təmini istiqamətində yeni addımlar atmağa başlayıb. Erməni ekspertlər də məhz bu kontekstdə Ermənistanın Rusiya ilə İran arasında "sıxıldığını" vurğulayırlar.

Burada onlar Dağlıq Qarabağ məsələsini ayrıca qeyd edirlər. Çünki Ermənistanın Türkiyə və Azərbaycanla münasibətlərində bu problem birinci dərəcəli rol oynayır. Təsadüfi deyil ki, Dağlıq Qarabağın Gömrük İttifaqına üzv olacağı ilə əlaqədar erməni KİV-i mütəmadi olaraq informasiyalar yayır. Hesab edirlər ki, rəsmi İrəvan bu məsələyə görə, Gömrük İttifaqına daxil ola və Avrasiya inteqrasiya prosesinə qoşula bilər. Arqument kimi isə Avropa İttifaqının Dağlıq Qarabağ məsələsinə olan münasibətini gətirməyə çalışırlar.

Son dövrlərdə həmin mövzuya həsr edilmiş bir məqalədə belə bir mövqe öz ifadəsini tapmışdır. Arsen Levonyan "Panarmenian" saytında yazır ki, "Avropa Arsaxı (Dağlıq Qarabağı ermənilər belə adlandırırlar – Newtimes.az) Ermənistandan ayıracaq" (bax: Арсен Левонян. Цена Ассоциации Армении с ЕС – "категорическое отделение от Карабаха?" / www.panarmenian.net, 20 avqust 2013). Müəllif çalışır ki, Avropanı anti-Ermənistan əhval-ruhiyyəsində göstərsin. Brüsselin heç zaman Türkiyə və Azərbaycana görə, Dağlıq Qarabağı müstəqil dövlət kimi qəbul etməyəcəyini ifadə edir. Bunun üçün Böyük britaniyalı S.Manukyan və çexiyalı ekspert E.Lernerin fikirlərini də gətirir. E.Lerner deyib ki, "Avropa İttifaqı... Dağlıq Qarabağı tanımır və tanımayacaq... Avropalılar heç zaman Ermənistanın Dağlıq Qarabağın protektoru statusunu qəbul etməyəcək..." (bax: əvvəlki mənbəyə).

Bunun fonunda isə erməni ekspertlərin bir qismi Rusiyanı daim Dağlıq Qarabağ məsələsində ermənilərin tərəfdarı kimi göstərirlər. Burada məntiq aydındır – bəzi dairələr Dağlıq Qarabağ problemindən Ermənistan-Aİ və Ermənistan-Rusiya münasibətlərinin spekulyativ təsviri üçün istifadə edirlər. Məsələ ondan ibarətdir ki, onlar Rusiyanın Azərbaycana silah satması faktını da məhz eyni saxta məntiqlə tamamilə fərqli məzmunda izah etməyə çalışırlar. Onlar bu kontekstdə Moskvanı satqınlıqda, türklərlə birləşib erməniləri pis vəziyyətə qoymaqda ittiham edirlər.

Bu adamlar o qədər qeyri-ciddi düşünürlər ki, bir tərəfdən, Ermənistanı dövlət kimi Rusiyanın yaratdığını deyirlər, digər tərəfdən isə, İrəvanın müstəqil siyasət yeritdiyi iddiasını irəli sürürlər. Hətta Dağlıq Qarabağı nə Rusiyanın, nə Qərbin Ermənistanın əlindən ala bilməyəcəyi kimi absurd fikirlərə dalırlar.

Bütün bunlara rəğmən, yuxarıda qeyd edilənlər erməni xarici siyasətinin reallıqlarıdır. Ermənistanın Avropa İttifaqı ilə ziddiyyətlərlə dolu münasibətlərinin yaxın gələcəkdə hansı məzmun kəsb edəcəyi haqqında dəqiq fikir söyləmək çətindir. Ancaq indidən aydındır ki, rəsmi İrəvan heç zaman müstəqil siyasət yeridə bilməyəcək və daim güclülər arasında tərəddüd edəcək. Bu cür vəziyyət başqa səbəblərlə yanaşı, Cənubi Qafqazın təhlükəsizliyinə qeyri-müəyyənlik gətirəcək. Geosiyasi terminologiyada bu, regionda Ermənistanın uzun müddət risk mənbəyi olaraq qalacağı anlamına gəlir.

Problemin bu tərəfi regional və qlobal miqyasda düşündürücü məqamları ortaya qoyur. Belə ki, böyük dövlətlərin nüfuz uğrunda gərgin mübarizəsi dövründə Ermənistan daim pozuculuq funksiyasını yerinə yetirməli olacaq. Marginallıq həmin ölkənin artıq mahiyyətinə hopmuşdur. Buradan erməni dövlətçiliyinin iflası aspektində mühüm nəticələr çıxarmaq mümkündür.

Birincisi, belə görünür ki, bundan sonra Azərbaycan və Gürcüstan müstəqil milli dövlətçiliyin inkişafı istiqamətində gedəcəklərsə, Ermənistan tamam əks yöndə mövqe tutacaq. Bu da öz növbəsində regionun siyasi, geosiyasi və mədəni-iqtisadi bütövlüyünə böyük təhlükədir. Tamamilə məntiqidir ki, İrəvanın belə bir mövqeyi regionun güclü dövlətlərini daim üz-üzə qoya bilər. Deməli, Cənubi Qafqaza kənar təsirlər yaxın perspektivdə qalacaq.

İkincisi, regionun enerji təhlükəsizliyi məsələsində Ermənistanın mənfi rol oynamasının davam edəcəyini proqnozlaşdırmaq olar. Böyük dövlətlər öz maraqlarına uyğun İrəvanla manipulyasiya edəcəklər. Bunun nəticəsi isə enerji faktorunun geosiyasi təzyiq amili kimi istifadəsindən ibarət ola bilər.

Üçüncüsü, Ermənistanın Avropa İttifaqı ilə səmimi əməkdaşlıq etmək imkanlarının çox az olduğunu görürük. İrəvan indiyə qədər Brüsseli aldadıb. Onun Tehran və Moskva arasında sıxışdırılması həmin tendensiyanı daha da gücləndirə bilər.

Dördüncüsü, rəsmi İrəvan Dağlıq Qarabağ məsələsindən özünü baha satmaq üçün istifadə edəcək. Ermənistanın bu məsələdə səmimi olacağına inanmaq çətindir. Bu vəziyyət vasitəçilərin səmərəli fəaliyyət göstərməsi ehtimalının az olduğunu təsdiqləyir. Deməli, ya vasitəçilər dəyişməlidir, ya da Ermənistan rəhbərliyinə çox ciddi təzyiqlər olmalıdır.

Bunlar yekun olaraq onu sübut edir ki, Ermənistanın Avropa siyasəti yarımçıq və qeyri-səmimidir. Erməni siyasətçilərinin bir qismi diaspor, digər hissəsi isə radikal milliyyətçilik çərçivəsindən kənara çıxa bilməyib. Dünya isə bu məhdud dairədən çoxdan uzaqlaşıb.

Kamal Adıgözəlov

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"
31 oktyabr 2019 168.am

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"

"Xarici işlər nazirimiz Zöhrab Mnatsakanyan erməni tərəfinin Qarabağ məsələsində nəyə nail olmaq istədiyini faktiki olaraq, BBC-yə çatdıra bilmədi". Bunu politoloq Hrant Melik-Şahnazaryan bildirib.

Davamı...
Yerevan Moskvanı şantaj edir
05 sentyabr 2019 1in.am

Yerevan Moskvanı şantaj edir

"Yerevanın Moskvaya layiqli cavabı: Rusiyada başa düşməlidirlər ki, vəziyyət dəyişib"

Davamı...