THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Kod adı "demokratiya", yaxud "azadlıq mübarizəsi" adlı geostrateji ssenarilər

Siz buradasınız: Əsas səhifə »» SİYASƏT »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
10308
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 19 dekabr 2013 – Newtimes.az

Yaxın Şərq və Şimali Afrikada baş verən hadisələr yerli və beynəlxalq mətbuatda ciddi müzakirə və mübahisə predmetinə çevrilib. Bu isə təsadüfi deyil. Çünki Misir, Liviya və Suriyada baş verən, ciddi insan itkisi və tələfatlara səbəb olan hadisələrin geosiyasi məkanda xaos və anarxiyanı şərtləndirən faktor qismində çıxış etməsi dünya ictimaiyyətinin diqqətini müəyyən bir müddətə bu hadisələrə yönəldib.

Hazırda dünyanın aparıcı strateji araşdırma mərkəzləri və nüfuzlu ekspertləri baş verən məlum olayların əsaslarına və perspektivinə dair müxtəlif fikir və mülahizələrlə çıxış edirlər. Biz də siyasi təhlilimizi hadisələrin əsasları və perspektivinin aşkar edilməsi üzərində quracağıq.

"Mondializm" konsepsiyası, geosiyasi ittifaqlar və imperializmin Yaxın Şərq hədəfi

Yaxın Şərq və Şimali Afrikada baş verən məlum dağıdıcı proseslər hələ başlanğıc ərəfəsindəykən belə bir sual ön plana çəkilirdi: sözügedən olayların əsasında həmin ölkələrin xalqları dayanır, yoxsa bütün bu proseslər dünya siyasətinin lokomotiv aktorları kimi çıxış edən güc mərkəzləri tərəfindən idarə edilir. Hadisələrin gedişatı, irəli sürülən bəyanatlar təsdiq etdi ki, bütöv bir coğrafiyanı ağuşuna olan bu olaylar yenə də - ənənəvi surətdə dünyanın geostrateji konturlarını müəyyənləşdirən güc mərkəzləri tərəfindən həyata keçirilir və proseslərin əsasında dayanan təməl motivlər nəhəng aktorların transmilli geostrateji maraqlarıdır.

Dünya siyasətinin statik və dinamik əsaslarını müəyyən və idarə edən sözügedən qüvvələr, əslində, öz aralarında iki böyük qrupda yer alan subyektlərdən ibarətdir. Bunlardan biri formal ittifaq kimi səciyyələndirilən anqlo-sakson birliyinin subyektləri - ABŞ və İngiltərə, digəri isə avrosentristlər kimi təsvir edilən regional triadadır (Fransa, İtaliya və Almaniya). "Mondializm" konsepsiyası əsasında ortaq razılaşmaya uyğun olaraq hərəkət edən sözügedən Atlantik aktorları bu gün özlərinin transmilli maraqları çərçivəsində "Böyük Orta Şərq" əməliyyatını həyata keçirirlər. Bəhs edilən gücləri eyni bir orbitdə cəmləşdirən konseptual maraq isə Qərbin "Böyük Orta Şərq və Genişləndirilmiş Şimali Afrika” layihəsidir.

"Böyük Orta Şərq və Genişləndirilmiş Şimali Afrika” layihəsi Yaxın Şərq hadisələrinin konseptual əsası kimi...

"Böyük Orta Şərq və Genişləndirilmiş Şimali Afrika” layihəsi ABŞ-ın "Mondializm" və "Yeni dünya nizamı" konsepsiyasının təməl strateji detalları əsasında formalaşdırılmış genişlənmə strategiyasının konseptual əsaslarını təşkil edir (1). Bəhs edilən layihə 2001-ci ildən aktuallıq qazanan strateji konsepsiyadır. Onun əsasında bütöv bu regionu ələ keçirərək "əyalət"ə çevirmək məqsədi dayanır. Şimali Afrikadan Cənubi Asiyaya qədər olan geniş bir ərazini əhatə edən, böyük bir coğrafiyanı özündə birləşdirən bu konsepsiyanın reallaşdırılması ilə Yaxın və Orta Şərq bilavasitə nəzarət altına alınacaq. Bu da bütövlükdə Avrasiyanın ələ keçirilməsi demək olacaq və nəticə etibarilə "Avrasiya imperatorluğu" konsepsiyası addım-addım gerçəkləşdiriləcək. Çünki layihə çərçivəsinə 23 ölkə daxildir ki, bunların da hər biri mühüm geosiyasi önəm kəsb edir. Yəni bu konsepsiyanın reallaşdırılması ilə mühüm sərmayə məkanları - mərkəzləri, bazarlar və strateji tranzit məntəqələr ələ keçiriləcək, geniş mənada isə dünyanın perspektiv enerji ehtiyacını qarşılayacaq bir regionda uzunmüddətli hakimiyyət təmin edilmiş olacaq. Bununla da ABŞ-ın və Atlantik aktorlarının dənizaşırı genişlənməsi missiyası yeni keyfiyyətdə davam etdiriləcək (4).

Məhz sadalanan bu detalların və strateji məqsədlərin fonunda açıq şəkildə təsbit etmək olur ki, bu gün Suriya, Misir kimi region ölkələrində baş verən hadisələrin konseptual əsasını "Böyük Orta Şərq və Genişləndirilmiş Şimali Afrika” layihəsi təşkil edir. Deməli, dünyanı idarə edən nəhəng güclər bəhs edilən bölgəni monopoliyaya almaq üçün sözügedən əməliyyatları həyata keçirirlər.

"Geosiyasi demokratiya" prinsipi...

Beləliklə, belə bir nəticəyə gəlmək olar ki, "Böyük Yaxın Şərq əməliyyatı", heç də iddia edildiyi kimi, bölgə ölkələrinə "demokratiya" transfer etmək - "demokratik tranzit" məqsədi daşımır. Qərbin ifa etdiyi "demokratiya nəğməsi"nin sivil insanların qətlinə, ölkələrin xaosa və anarxiyaya sürüklənməsi ilə nəticələnməsi faktı növbəti dəfə sübut edir ki, dünyanı idarə edən Atlantik aktorları "demokratiya", "insan haqları" kimi formal institusional məfhumlardan özünün transmilli maraqlarını təmin etmək üçün təsir vasitəsi kimi istifadə edir. Bu, bir faktdır ki, beynəlxalq hüquq normalarını monopoliyaya alan Qərb aktorları özlərinin ekspansiya və işğallarına "demokratiya" adı altında bəraət qazandırır və bundan "qalxan" qismində istifadə edirlər. Məhz bu səbəbdən qeyd edə bilərik ki, Yaxın Şərq və Şimali Afrikada baş verən olayların xaosa və anarxiyaya yol açmasının, insan qətliamının əsl səbəbkarı və günahkarı "demokratiya nəğməsi" ilə dünyanı manipulyasiya edən aktorlardır.

Hələ hadisələrin başlanğıcında belə bir proqnoz mümkün idi ki, keçmişdə olduğu kimi, bu gün də bəhs edilən coğrafi regionda iğtişaşlarla müşahidə edilən dağıdıcı olaylar milli tənəzzül mənbəyi qismində çıxış edəcək və bölgə ölkələrini ciddi kataklizmlərlə qarşı-qarşıya qoyacaq. XXI əsr yeni dünya düzəninin fonunda imperialist güc mərkəzlərinin "sınaq laboratoriyası"na çevrilmiş ölkələrdə baş tutmuş inqilablar həmin dövlətlər və bu dövlətlərin xalqları üçün yalnız "bumeranq" zərbəsi səciyyəsi daşıyır. Başqa sözlə, qazanan transmilli maraqlara malik olan imperialist güclər, uduzan tərəf xalq və dövlət olur.

Transmilli media institutları Qərbin xüsusi ideoloji təyinatlısı kimi

Bu gün dünya siyasətində hegemon güc qismində təmsil olunan müəyyən aktorlar özlərinin transmilli maraqlarını təmin etmək üçün müxtəlif vasitə və resurslara istinad edirlər. Bu sırada ən çox istifadə və istinad edilən vasitə isə transmilli media strukturlarıdır. Ümumiyyətlə, müasir dövrdə transmilli media strukturlarının fəaliyyət mexanizmi konkret güclərin maraqları əsasında qurulub və özündə dərin siyasi manipulyasiya metodlarını ehtiva edir (2).

Transmilli media institutlarının konkret güclərin maraqlarına xidmət etməsini sübut edən başlıca göstəricilərdən biri də Yaxın Şərq və Şimali Afrika hadisələri zamanı bəhs edilən təsisatların göstərdiyi mövqedir. Belə ki, məlum geosiyasi məkanda hələ iğtişaşlar başlamamışdan öncə sözügedən transmilli media institutları qara piar səciyyəli və təhrif olunmuş informasiyalar təqdim etməklə dünya ictimaiyyətində konkret milli aktorların mövqeyini dəstəkləyən, eləcə də region ölkələrinin xalqlarını təxribata sürükləyəcək durum yaratmağa çalışırdılar. Və buna da müəyyən mənada nail oldular. Amma bu, son deyildi. Yaxın Şərq və Şimali Afrikada iğtişaşların və qarşıdurmaların başlamasından sonra "qeyri-adi" informasiyalar təqdim etməklə transmilli media institutları dünya ictimaiyyətinə qarşı ciddi informasiya manipulyasiyasını həyata keçirdi. Və nəticə etibarilə, bu olaylar "xalqların azadlıq mübarizəsi" kimi təqdim edilməklə dünya siyasətinin başlıca meyillərini müəyyənləşdirən imperialist güclərin "Yaxın Şərq və Şimali Afrika əməliyyatı"na haqq qazandırıldı. Təəssüflər olsun ki, Qərb ölkələrinin telekanalları xüsusilə də Suriya məsələsində imperialist güclərin maraqlarını ifadə edən dezinformasiyalara xüsusi yer verir. Suriya hökumətinin kütləvi qətliam törətdiyini xüsusilə vurğulayan bu telekanallar nədənsə bu əməliyyatın kimlər tərəfindən həyata keçirildiyini, əməliyyatların əsasında hansı maraqların durduğunu və öldürülənlərin, əslində, Qərb tərəfindən maliyyələşdirilmiş muzdlu terroristlər olduğunu qeyd etmir.

Beləliklə, transmilli media strukturlarının fəaliyyət mexanizmi beynəlxalq münasibətlər sistemi çərçivəsində dominant güc kimi çıxış edən konkret milli aktorların maraqlarına xidmət edir.

Avrasiyanın yeni "heartland"ı

Beləliklə, bütün bu sadalananların fonunda bəhs edilən bölgənin son durumunun dünya siyasətinə mümkün təsirlərindən bəhs etmək məqsədəmüvafiqdir. Hazırda Yaxın Şərqin siyasi-iqtisadi perspektivinə əsaslı təsir edəcək başlıca məsələlərdən biri məhz Suriya hadisələridir. Ümumiyyətlə, bu geosiyasi məkanında ciddi labirint yaratmış Suriya olayları dünya siyasətində olduqca mürəkkəb vəziyyət formalaşdırıb. Mümkün hərbi müdaxilə ssenarisi özü ilə birlikdə kifayət qədər ciddi ziddiyyətlər gətirib və bu gün bölgənin siyasi-iqtisadi mənzərəsi olduqca bulanıqdır.

Görünən odur ki, Qərb Rusiyanın Yaxın Şərqdəki son geostrateji qalası olan Suriyanı özünə tabe etməklə Avrasiyanın yeni "heartland"ını formalaşdırmağa çalışır. Qərb strateqlərinin mövqeyi odur ki, Suriyanın neytrallaşdırılması ilə Yaxın Şərqdə strateji nəzarətin tamamilə ələ alınması Avrasiya hegemoniyasına əhəmiyyətli bir yol açacaq

Nurlan Qələndərli

AMEA-nın İnsan Hüquqları İnstitutunun doktorantı

Mənbələr:

  1. M. Kaynak, E. Gürses. Büyük Ortadoğu Projesi, İstanbul, 2012, 21. Basım, s.97
  2. Diamond L. Developing Democraty: Toward Consolidation. Baltimore, London: The Johns Hopkins University Press, 1999, p.34
  3. Ergin, Feridun. Uluslararası Politika Stratejileri. İstanbul: İstanbul Üniv, Yay., No. 2008.ty.
Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

98 il sonra: Dağlıq Qarabağın taleyi dəyişdi
09 iyul 2021 ANAJ

98 il sonra: Dağlıq Qarabağın taleyi dəyişdi

SSRİ tərəfindən Dağlıq Qarabağa muxtariyyət verilməsinin növbəti ildönümündə Azərbaycan Prezidenti İlham Əliyev faktiki olaraq, muxtariyyətin ləğvi haqqında fərman imzalayıb.

Davamı...
"Azərbaycan, Rusiya və Türkiyə Ermənistanı müstəqil dövlət hesab etmirlər"
16 aprel 2021 Aravot-ru.am

"Azərbaycan, Rusiya və Türkiyə Ermənistanı müstəqil dövlət hesab etmirlər"

Ermənistan ayrıca bir subyekt kimi qəbul edilmir

Davamı...