THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

"Şükür Allaha ki, bu dərinliklərdən qurtula bildik" – Honduras

Siz buradasınız: Əsas səhifə »» SİYASƏT »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
3437
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 22 noyabr 2013 – Newtimes.az

1502-ci ildə Xristofor Kolumbun Yeni Dünyaya 4-cü və son səfərində Mərkəzi Amerikada yerləşən Hondurası kəşf etməsindən bir müddət sonra bu ölkə İspaniyanın müstəmləkəsinə çevrilmişdir. Honduras 300 il sonra 1821-ci ildə müstəqilliyini qazana bilmişdir.

2009-cu ildə hərbi çevriliş nəticəsində sol-mərkəzçi prezident Manuel Zelaya hakimiyyətdən devrilmişdir. Hərbçilər tərəfindən ABŞ-a məxsus təyyarə ilə Kosta-Rikaya göndərilən prezident M.Zelaya bu çevrilişin birbaşa ABŞ tərəfindən təşkil olunduğunu iddia etmiş, bir sıra ekspertlər isə çevrilişdə ABŞ-ın dəstəyinin olmasını istisna etməmişdilər. Amerikalı ekspert Tim Padgett Obamanın Latın Amerikası ilə bağlı apardığı siyasətin əvvəlki prezident Buşun siyasətindən fərqli olmadığını hesab edir. Vaşinqtonda yerləşən İqtisadi və siyasi araşdırmalar mərkəzinin ikinci direktoru Mark Ueisbort isə Latın Amerikasında, əsasən də Cənubi Amerikada yeni nəsil sol-mərkəzçi hakimiyyətlərin Obamanın seçilməsindən sonra ABŞ-la yeni münasibətlərin yaranmasına ümidləndiklərini, lakin Hondurasda baş verən hadisələrin buna mane olduğunu bildirib.

Hondurasdakı hərbi çevrilişdən sonra müvəqqəti prezident Roberto Mişeletti ölkədə fövqəladə vəziyyət elan etmiş, müstəqil radio və televiziya şirkətlərini bağlamış, dinc nümayişləri qadağan etmişdir. M.Ueisbort minlərlə dinc nümayişçinin həbsi və döyülməsinin seçkilərin azad keçirilməsinə imkan vermədiyini bildirmişdir.

Amerika Dövlətləri Təşkilatı, BMT və Avropa İttifaqı hərbi çevrilişdən sonra Hondurasda keçirilmiş prezident seçkilərinə müşahidəçi göndərməkdən imtina etmişdir. 2010-cu ildə keçirilmiş seçkilər nəticəsində hakimiyyətə Pepe Lobo gəlmişdir. ABŞ-dan başqa yarımkürənin böyük əksəriyyəti, əsasən də Rio Qrupu ölkələrinin hamısı seçkilərin qanunsuz keçdiyini bəyan etmişdir. Rio Qrupu ölkələri arasında ABŞ-ın ən yaxın müttəfiqləri olan Peru və Kolumbiyadan başqa heç kəs Lobo hökumətinin legitimliyini tanımamışdır.

ABŞ və Kanadada fəaliyyət göstərən "Hüquqların müdafiəsi hərəkatı” seçkilərdən sonra ölkədə repressiyanın davam etdiyini, 2012-ci ildən bəri 18 "Libre” aktivistinin öldürüldüyünü açıqlamışdır. Bu təşkilata istinadən yayılan məlumatlarda Lobo hakimiyyəti dövründə 67 hüquqşünasın və 29 jurnalistin öldürüldüyü, onlardan yalnız dördündə günahkarların mühakimə olduğu qeyd edilmişdir.

Karib hövzəsi ölkələrindən biri olan Honduras Respublikasında növbəti prezident seçkiləri 24 noyabr 2013-cü il tarixində keçiriləcəkdir. Ümumilikdə 8 namizəd qeydə alınmışdır.

Bunların içərisində yeganə qadın namizəd olan solçu Ksiomara Kastro de Zelaya 2009-cu ildə devrilmiş prezident Manuel Zelayanın həyat yoldaşıdır. Çevrilişdən sonra yaranmış müqavimət hərəkatından partiyaya çevrilmiş "LİBRE”nin (Libertad y Refundación) namizədi olan xanım Zelaya öz çevrəsində xarizmatik lider kimi tanınır və xalq arasında nüfuzu böyükdür.

Digər vacib namizədlərdən iqtidarda olan Milliyət Partiyasının namizədi Xuan Hernandez 2009-cu il çevrilişindən sonra Honduras Parlamentinin sədri vəzifəsinə gətirilmişdir. 2013-cü ilin 17 noyabr tarixində reytinqi yüksək olan Hernandez öz həyat yoldaşı ilə vertolyot qəzasına düşmüş, lakin sağ qalmışdır.

Əsas mübarizənin bu iki namizəd arasında gedəcəyi gözlənilir. Lakin kimin prezident seçilməsindən asılı olmayaraq, Hondurasda birdən-birə dəyişikliklərin həyata keçirilməsi asan olmayacaq. Qətl hallarının və narkotik qaçaqmalçılığının geniş yayıldığı ölkədə vəziyyət get-gedə çətinləşir.

Ekspertlərin fikrincə, Hondurasda hərbi bazası yerləşən və yenilərini tikməyə davam edən ABŞ-ın öz maraqları çərçivəsində hərəkət etməsi gözləniləndir. Lakin 2009-cu ildəki səhvin təkrar olunması həm regiona, həm ABŞ-ın maraqlarına, həm də ölkəyə zərbə vuracaqdır.

1502-ci ildə Kolumb bu hövzəni kəşf edərkən onun işlətdiyi "Gracias a Dios que hemos salido de estas honduras” ifadəsinə uyğun olaraq, ölkə dərinliklər mənasını verən Honduras adını almışdır. Hondurasda baş vermiş siyasi böhranın dərinliyi isə bu seçkilərdən sonra bəlli olacaqdır.

Ramil Tağıyev

 
Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Türkiye-Azerbaycan: Savunma iş birliğinden askeri ittifaka
03 noyabr 2017 Anadolu Ajansı

Türkiye-Azerbaycan: Savunma iş birliğinden askeri ittifaka

Türkiye ile Azerbaycan arasındaki kardeşlik bağları Güney Kafkasya stratejik dengesini değiştirecek bir askeri ittifak haline gelmiş durumda.

Davamı...
Баку-Тбилиси-Карс оставляет Армению вне игры?
30 oktyabr 2017 Regnum

Баку-Тбилиси-Карс оставляет Армению вне игры?

«Армения становится тысячелетней слепой совой, сидящей на высоком камне на перекрестке больших дорог»

Davamı...