THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Qardaş Əliyevin səfərindəki dərin mesajlar

Siz buradasınız: Əsas səhifə »» SİYASƏT »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
14470
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 21 noyabr 2013 – Newtimes.az

Azərbaycan Prezidenti İlham Əliyevin seçkilərdən sonra ilk səfərini Türkiyəyə etməsi iki ölkə arasındakı "normallaşma böhranı" ilə əlaqədar son qalıqları tarixə basdırması kimi, yeni "Birlik" axtarışlarına işarə etməsi miqyası baxımından da olduqca əhəmiyyətlidir. Verilən qarşılıqlı mesajlar və Ermənistanın dərhal reaksiyası bunu tamamən təsdiq edir.

Həmçinin ziyarətin reallaşdığı saatlarda Ermənistan prezidenti Serj Sarkisyanın işğal altındakı Dağlıq Qarabağa işgüzar səfəri də bunun bir göstəricisidir.

Sarkisyanı belə bir reaksiyaya sövq edən səbəb əlbəttə yalnız Əliyevin Türkiyə ziyarəti deyildir. Bundan bir az əvvəl xarici işlər naziri Əhməd Davudoğlunun Azərbaycanda geniş əks-səda oyandıran bu sözləri də əhəmiyyətlidir: "2015-ci ilə istiqamətli işlərimiz də böyük sürətlə davam edir. Bizim tələbimiz ermənilərin Qarabağdan çıxmalarıdır. Bu məsələdə bir irəliləyiş gözləyirik. Əgər reallaşsa həm sərhəd qapısı açılar, həm də dəmiryolu xətti açılar və bir çox əlaqələr inkişaf edər. Amma bunu Azərbaycan ilə etmək istəyirik".

Deyəsən, Ermənistan tərəfi Davudoğlunun üstüörtülü bir şəkildə ifadə etdiyi "Bu məsələdə bir irəliləyiş gözləyirik" ifadəsi ilə bəyanatın başqa bir yerində keçən "sürpriz" sözünə ilişib. Ayrıca, görünür ki, "...bunu Azərbaycan ilə etməyi istəyirik" şərhi də İrəvanda sual işarələri və narahatlıqlara səbəb olub.

Halbuki dünənə qədər bu iki dövlət Ermənistanın üzündən ikitərəfli əlaqələrində dərin bir böhrana girmişdilər. İndilərdə isə əlaqələr yenə də tarixi istiqamətinə düşmüşdür.

Diqqət tələb edən bir proses...

Xatırladaq ki, Türkiyə xarici siyasətindəki "açılım" prosesinin bir hissəsi kimi qəbul etdiyi və 2008-ci ilin avqust ayında Rusiya-Gürcüstan müharibəsindən sonra strateji üstünlüyün böyük ölçüdə Rusiyaya keçdiyi bir dövrdə Ermənistan üzərindən bir gediş edərək, bölgədə təkrar təşəbbüs sahibi olmaq istəmişdi.

Lakin "Futbol diplomatiyası" kimi tanınan proses Ermənistanla aradakı böhranı həll etməməklə yanaşı, Ankara-Bakı xəttindəki əlaqələri də gərginləşdirmişdi. Araya girən "etibar böhranı" inteqrasiyanı hədəfləyən geniş miqyaslı əlaqələrə dərindən təsir etmiş, bir sıra təxribatlarla daha da dərinləşdirilmək istənilmişdi.

Böhranı sovuşdurmaq, əlbəttə, asan olmadı. Bu səbəbdən tərəflər artıq daha diqqətli addımlar atırlar, yeni bir "ünsiyyət qəzası"nın qurbanı olmamaq üçün!

Burada gözdən qaçırılmamalı olan başqa bir məqam isə Türkiyənin "Ərəb baharı" ilə birlikdə xarici siyasətində yaşanmağa başlayan dəyişmə və bunun bölgə dövlətləri tərəfindən necə qəbul edilməsidir. Bu mənada, görünür ki, 2013-cü ilin may ayından etibarən Türkiyənin yaxın ətrafında fərqli bir mövqe tutmağa başlaması Bakının da diqqətindən qaçmayıb.

Başqa bir deyişlə, Türkiyənin Böyük Yaxın Şərq layihəsi içərisindəki "dəyişdirici" - "konverter" rolundakı müsbət istiqamətli ani dəyişmə bəhrələrini verir. Məsələn, son seçkilərdə Türkiyənin oynadığı rol və sabitlik istiqamətində ortaya qoyduğu seçim Bakını tamamən qane etmişdir.

Bu səbəbdən Ankaranın öz oxuna dönməyə başlaması, bölgədə bundan sonrakı müddətdə daha çox qarşılıq əldə edəcəyinə bənzəyir.

"Qardaş müttəfiq ölkə"...

Səfər Bakının xarici siyasətindəki yeni istiqamətlə əlaqədar verdiyi işarətlə də əhəmiyyət kəsb edir. Türkiyə ilə əlaqələrin Azərbaycanın xarici siyasətinin ilk sırasında olduğunu ifadə edən Əliyevin "Türkiyə bizim üçün ən yaxın dost, qardaş müttəfiq ölkədir. Son illərdə bu müttəfiqlik yeni birliyə qovuşdu. Türkiyə Azərbaycan əlaqələri ölkələr, bölgə və dünya üçün əhəmiyyətli bir pakta çevrildi. Siyasi, iqtisadi və enerji müqavilələri bizi daha möhkəm birləşdirir" cümləsi burada məsələnin mahiyyətindən xəbər verir. Deyəsən, bəzi paytaxtlarda gözlənilən təsiri də yetərincə göstərdi.

Azərbaycan baxımından səfərin zamanının seçilməsinə baxıldığında bu məqamların önə çıxdığı görünür: 1. Rusiyanın yaxın ətraf siyasəti və bu nöqtədə Avrasiya İttifaqını hədəfləyən Gömrük İttifaqı layihəsi; 2. Ermənistanın prosesə daxil edilməsi və Azərbaycana üzvlük üçün artan təzyiqlər; 3. Rusiya ilə yaşanan, Kremldən idarə olunan "irqçilik" böhranı; 4. Qərb və İsrail ilə daha təsirli bir əməkdaşlıq; 5. Bu mənada Rusiyaya yaxın şəxslərin sistemdən uzaqlaşdırılması prosesi; 6. Enerji marşrutları və alternativ bazarlar məsələsində yeni layihələrə atılan imzalar.

Bütün bunların qaçılmaz nəticəsi isə Türkiyə ilə əlaqələrin daha da dərinləşdirilməsi mənasına gəlir. Necə ki Əliyevin bəhs etdiyi strateji mahiyyətli əməkdaşlıq sahələri bu tezisimizi təsdiq edir. Məsələn, "Avrasiya Hərbi statuslu hüquq-mühafizə qüvvələri Təşkilatı" (TAKM), Türk Şurası, "Bakı-Tbilisi-Ceyhan" və "Bakı-Tbilisi-Ərzurum" enerji layihələri, "Bakı-Tbilisi-Qars dəmir yolu" və Trans-Anadolu (TANAP) boru xətləri kimi...

Bu səbəbdən, Türkiyə-Azərbaycan əlaqələri incə-uzun bir yola daxil olmuşdur. Əhəmiyyətli olan yeni bir "normallaşma böhranı"nın yaşanmaması və ortaq böhrana doğru "qardaşa xas duruş"dur. Nə də olsa, 2015-ci ilə burada nə qaldı!..

Dr. Mehmet Seyfəddin Erol

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

98 il sonra: Dağlıq Qarabağın taleyi dəyişdi
09 iyul 2021 ANAJ

98 il sonra: Dağlıq Qarabağın taleyi dəyişdi

SSRİ tərəfindən Dağlıq Qarabağa muxtariyyət verilməsinin növbəti ildönümündə Azərbaycan Prezidenti İlham Əliyev faktiki olaraq, muxtariyyətin ləğvi haqqında fərman imzalayıb.

Davamı...
"Azərbaycan, Rusiya və Türkiyə Ermənistanı müstəqil dövlət hesab etmirlər"
16 aprel 2021 Aravot-ru.am

"Azərbaycan, Rusiya və Türkiyə Ermənistanı müstəqil dövlət hesab etmirlər"

Ermənistan ayrıca bir subyekt kimi qəbul edilmir

Davamı...