THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Ermənistan-Rusiya: əyalət-mərkəz münasibətləri

Siz buradasınız: Əsas səhifə »» SİYASƏT »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
8357
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 6 sentyabr 2013 – Newtimes.az

Son illərdə Ermənistan-Rusiya münasibətlərində ciddi gərginliyin yaşandığı hiss edilir. Bu gərginlik xüsusilə də Rusiya Federasiyası Prezidenti Vladimir Putinin 13 avqust 2013-cü ildə Azərbaycana səfər etrməsindən və hökumətlər arasında iqtisadi, siyasi və hərbi sahələrdə bir neçə müqavilənin imzalanmasından sonra daha çox diqqəti cəlb edir. Ermənistan müstəqilliyini elan etdikdən indiyədək iqtisadi, siyasi, təhlükəsizlik və hərbi sahələrdə "yumurtaların hamısını eyni səbətə'' qoyaraq, Rusiya ilə münasibətlərini inkişaf etdirməyə çalışır. Bu siyasət müstəqilliyini yeni elan etmiş və qonşu dövlətlərə qarşı revizionist siyasət həyata keçirən (İran istisna olmaqla) Ermənistan üçün müəyyən mənada perspektiv vəd edirdi.

Azərbaycan torpaqlarını işğal edən Ermənistana 1990-cı illərin sonlarına qədər Rusiyanın siyasi və hərbi dəstəyi hava və su kimi lazım idi. 1994-cü ilin may ayında Azərbaycan və Ermənistan arasında atəşkəs müqaviləsi imzalandıqdan sonra Azərbaycanın bütün xoş niyyətlərinə baxmayaraq, Ermənistan Dağlıq Qarabağ probleminin yekun sülh müqaviləsi əsasında həll edilməsi istiqamətində pozitiv addım atmadı. Ermənistan Dağlıq Qarabağı özünə birləşdirmənin hüquqənmümkünsüz olduğunu başa düşdükdən sonra problemin həllini uzadaraq, beynəlxalq aləmdə qondarma Dağlıq Qarabağın "müstəqilliyinin'' tanınması istiqamətində siyasət həyata keçirməyə başladı. Amma bu günə qədər də bu istiqamətdə ciddi nəticə əldə etmədiyi məlumdur.

Ermənistan 1994-cü ildən sonra Dağlıq Qarabağ probleminin həll edilməsi istiqamətində praqmatik addımlar atsaydı, Rusiyadan asılılığı zəifləyər, regionda həyata keçirilən beynəlxalq əhəmiyyətli layihələrdə iştirak edərək, iqtisadi və sosial problemlərini əhəmiyyətli dərəcədə həll edə bilərdi.

Son günlərdə Ermənistan hökumətinin Rusiyanın nəzarətində olan strateji sənaye müəssisələrini milliləşdirəcəyi haqqında xəbərlər verilməkdədir. Ermənistan-Rusiya münasibətləri haqqında bir az məlumatı olan birisi belə bir milliləşdirmənin mümkün olmayacağını bilir. Ermənistan hökumətinin belə bir qərar alması mümkünsüzdür və bu məsələ son zamanlarda Rusiyanın Ermənistana Avrasiya İttifaqı və Gömrük Birliyinə üzv olması üçün təzyiqlərini artırdığı bir zamanda bilərəkdən gündəmə gətirilmişdir.

Ermənistan ciddi bir dilemma qarşısındadır. Belə ki, son illərdə Ermənistan şimal və qərb istiqamətində siyasi manevrlər edərək, hər iki tərəflə münasibətlərini qaydaya salmağa və onların maddi-texniki və maliyyə potensialından faydalanmağa çalışır. Əlbəttə şimal və qərb Ermənistanın rok musiqisi sədaları altında "göbək rəqsi'' oynamağa çalışdığını görür.

Cari ilin 24 iyul tarixində Ermənistan və Avropa İttifaqı "Dərin və Hərtərəfli Azad Ticarət Zonası Haqqında'' müqavilənin mətni üzərində razılığa gəlib. Tərəflərin bu müqaviləni imzalaması Ermənistan üçün müəyyən perspektivlər vəd edir. Amma Rusiya Ermənistanınbu müqaviləni imzalamasına etiraz edərək, onu Avrasiya İttifaqı və Gömrük Birliyində görmək istəyir və təzyiqlər edir. Ermənistan hökumətinin Rusiyanın nəzarətində olan strateji sənaye müəssisələrini milləşdirməyə iqtisadi və siyasi olaraq gücü yetərmi? Bu suala cavab vermək üçün Ermənistan iqtisadiyyatının inkişaf dinamikasına qısaca nəzər salaq.

– Ermənistanın sabiq baş naziri HrantBaqratyan Dünya Bankının Ermənistanla bağlıhesabatından sitat gətirərək, son beş ildə iqtisadiyyatın faciəvi çöküş mərhələsində olduğunu qeyd edir;

– 2008-2012-ci illərdə ümumi daxili məhsul 11662 milyon dollar səviyyəsinə enib. Bu illərdə Azərbaycanın ümumi daxili məhsulunun həcmi 67197 millyon dollara (37,5% artım) qədər yüksəlib.

– ümumi daxili məhsulun adambaşına düşən göstəricilərinə görə, Ermənistan regionda axrıncı yerdədir. 1993-cü ildən bu günə qədər Ermənistanın bu göstəriciləri dəyişməyib.

– miqrasiya ciddi problem olaraq qalır. Ermənistan ilə müqayisədə Gürcüstanda hər min nəfərə düşən miqrant sayı Ermənistandan 4 dəfə azdır. Azərbaycan və Türkiyədə müsbət miqrasiya tendensiyası yaşanır. 2013-cü ilin birinci yarısında Ermənistanı 123 min vətəndaşı tərk etmişdir;[i]

– Ermənistanın xarici borcu beş milyard dollara yaxınlaşır;

– sənaye müəssisələrinin əksəriyyəti beynəlxalq bazara çıxarılacaq qədər keyfiyyətli məhsullar istehsal etmək qabiliyyətində deyil və demək olar ki, hamısının təkmilləşdirilməsinəehtiyac var;

– Ermənistanın xarici ticarət dövriyyəsi 2013-cü ilin may ayına qədər 444 milyon dollar təşkil etmişdir və bu 2012-ci il anoloji statistikasına görə 9% azdır;[ii]

– Rusiya hələ də Ermənistanın xarici ticarətində birinci yerdədir;

– Rusiyanın nəzarətində olan strateji sənaye müəssisələri tam həcmlə işləmir və yaxud bilərək işlədilmir.

Siyasi səbəblər isə aşağıdakılardır:

– Rusiyanın Ermənistanda 102No-lu hərbi bazası vardır;

– hərbi və təhlükəsizlik baxımından Ermənistanın Rusiyadan asılılığı davam edir;

– Rusiyada bir milyona yaxın erməni miqrant var və Ermənistan Rusiyanın nəzarətində olan strateji sənaye müəssisələrini milliləşdirərsə, Rusiya bir neçə yüz min miqrantı Ermənistana geri göndərərsə, bu Ermənistan iqtisadiyyatı üçün faciə ilə nəticələnər;

– Ermənistan hökumətində Rusiyapərəst qüvvələr güclüdür və milliləşdirməyə imkan verməzlər;

– enerji (neft və Metsamor Atom Elektrik Stansiyasının işləməsi üçün zənginləşdirilmiş uran) baxımından Ermənistan tamamilə Rusiyadan asılı vəziyyətdədir.

Belə bir şəraitdə Ermənistan Rusiyaya qarşı hansı təzyiq mexanizmlərindən istifadə edərək, onun nəzarətində olan strateji sənaye müəssisələrini milliəşdirə bilər? Bunu etməyə təşəbbüs göstərən iqtidarın hakimiyyətdə qalma şansı sıfıra bərabərdir.LevonTer-Petrosyanın istefa verməyə məcbur edilməsi, Ermənistan parlamentinə qarşı təşkil edilmiş terror aktında Karen Dəmirçiyanın öldürülməsi və baş nazir Andranik Markaryanınşübhəli ölümü buna nümunə olaraq göstərilə bilər.

Hatəm Cabbarlı,

siyasi elmlər doktoru


[i] Армения уже 5 лет подряд находится в катастрофическом экономическом упадке. http://www.armtoday.info/default.asp?Lang=_Ru&NewsID=94393, 12.08.2013.

[ii] Армянский экспорт за год сократился на 13,1%.http://www.panarmenian.net/rus/news/162964/

20 июня 2013.

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

"Foreign Policy": Ermənistanda "inqilabdan sonrakı" şadyanalıq başa çatıb
16 oktyabr 2018 Foreign Policy

"Foreign Policy": Ermənistanda "inqilabdan sonrakı" şadyanalıq başa çatıb

ABŞ-da nəşr olunan "Foreign Policy" jurnalında Ermənistanda korrupsiya və siyasi qarşıdurmalar barədə məqalə dərc edilib.

Davamı...
"The Washington Times" Con Boltonun Bakıya qarşıdakı səfəri və ABŞ-Azərbaycan strateji tərəfdaşlığı haqqında məqalə dərc edib
16 oktyabr 2018 Washington Times

"The Washington Times" Con Boltonun Bakıya qarşıdakı səfəri və ABŞ-Azərbaycan strateji tərəfdaşlığı haqqında məqalə dərc edib

ABŞ-ın ən etibarlı müttəfiqlərindən biri kimi Azərbaycanın rolu lazımınca qiymətləndirilməyib.

Davamı...