THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Ermənistanın Türkiyədən təzminat tələbi: illüziya, yoxsa reallıq?

Siz buradasınız: Əsas səhifə »» SİYASƏT »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
11532
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 28 avqust 2013 – Newtimes.az

Təxminən 100 ildir davam edən qondarma ''erməni soyqırımı'' təbliğatı çərçivəsində ermənilər təzminat məsələsini 1990-cı illərin sonlarına qədər müzakirəyə çıxarmamışdı. Əslində bu məsələnin müzakirəyə çıxarılmaması ermənilərin təzminat tələb etməyəcəkləri demək deyildir. Bu, planlı və bir mərkəzdən idarə olunan "4T Planı''nın üçüncü mərhələsidir və hələlik rəsmi olaraq bu mərhələyə başlanmamışdır. Ancaq bəzən Ermənistan, ABŞ və Avropa mətbuatında təzminat tələbi ilə bağlı xəbərlər verilməklə Türkiyə və beynəlxalq ictimai rəy bu mövzuya hazırlanmaqdadır.

Ermənistan rəsmi olaraq qondarma soyqırımı qurbanları üçün təzminat tələb etmir. Lakin bu tələbini adətən Daşnaqsutyun Partiyası başda olmaqla digər milliyyətçi qruplar və diaspora təşkilatları vasitəsilə gündəliyə çıxarır. Hökumət təzminat tələbinin qondarma "soyqırımı'' qurbanlarının hüquqi varislərinin və diaspora ermənilərinin haqqı olduğunu bildirir. Bu cür fikirlər hökumətin bu məsələdə onları dəstəkləyəcəyinə işarə edir. Ermənistan XİN rəhbəri Vardan Oskanyan təzminat tələbinin bu gün gündəlikdə olmadığını, ancaq bu məsələnin ilk fürsətdə dünya ictimaiyyətinin diqqətinə çatdırılacağını ifadə etmişdir. Hay Dat (Erməni Məhkəməsi) mərkəz ofisi sədri Kiro Manoyan təzminat tələbi məsələsi ilə bağlı fikirlərini "Osmanlı Türkiyəsi ermənilərə qarşı törətdiyi soyqırımına görə cəzasız qalmamalıdır. Ankara Osmanlının hüquqi varisi olduğu üçün ermənilərə təzminat ödəməlidir'' şəklində ifadə etmişdir.

Ermənilər təzminat məsələsinin hüquqi bazasını təşkil etmək üçün XX əsrin əvvəllərində Millətlər Cəmiyyətində problemin müzakirə edilməsini tələb etmiş və aşağıda göstərilən qrupların təzminat tələb etməyə haqları olduğunu bildirmişdi:

- terror, qətliam və erməniləri qətl edənlərin cəzalandırılmaması səbəbi ilə Osmanlı imperiyasını 1878-1915-ci illərdə Osmanlı pasportu ilə və yaxud pasportu olmadan tərk edənlər;

- 1915-1920-ci illərdə "qətliamlar''dan canlarını qurtara bilən (deportasiya edilənlər də) pasportsuz ermənilər;

- 1915-1920-ci illərdə dövlətin verdiyi pasportla Osmanlıdan gedən ermənilər;

- Osmnalı işğal edildiyində işğalçılar tərəfindən verilən sənədlərlə ölkəni tərk edən ermənilər;

- Fransanın Kilikyanı (Adana bölgəsi) türklərə geri verməsindən sonra ikinci dəfə bölgəni tərk edən ermənilər;

- Türk ordusunun qətliam törədəcəkləri təhdidləri nəticəsində İzmiri tərk edən ermənilər;

- Osmanlı ordusunun 1918-ci ildə Qarsa girməsindən, türk ordusunun 1920-ci ildə Ermənistan Respublikasına hücum etməsindən və 1921-ci il Moskva müqaviləsinin imzalanmasından sonra bölgəni tərk edən ermənilər;

- Türk ordusunun Naxçıvan, Şahtaxtı və Sürməliyə daxil olaraq, Azərbaycan silahlı birlikləri ilə ermənilərə qarşı "qətliamlar'' törətməsindən və bu bölgələrin Moskva müqaviləsi şərtlərinə görə Azərbaycana verilməsindən sonra bölgəni tərk edən ermənilər;

- 1918-1920-ci illərdə Bakı və Gəncədə, eyni zamanda Azərbaycan SSRİ-də törədilən qətliamlardan sonra bölgəni tərk edən ermənilər;

- daha sonra Gürcüstana birləşdirilən Axılkələk bölgəsində türklər tərəfindən qətliamlara məruz qalan ermənilər.

İspaniya, İtaliya və İsveçin məsələni gündəliyə çıxarmasından sonra Millətlər Cəmiyyəti Birinci Dünya Müharibəsindən əvvəl Osmanlı sərhədlərini tərk edən ermənilərin mallarının və banklardakı hesablarının qeyri-qanuni olaraq müsadirə edilməsini araşdırmağa başladı. Ancaq Birinci Dünya Müharibəsinə qədər Rusiya, daha sonra isə Türkiyə, Azərbaycan və Gürcüstan sərhədləri daxilində qalan ermənilər bu araşdırmadan kənarda qaldı. Türkiyənin etirazlarından sonra bu məsələ müzakirə edilmədi. 20 oktyabr 1925-ci ildə Türk hökuməti Millətlər Cəmiyyətinin baş katibinə məktub göndərdi. Məktubda Lozanna müqaviləsinin imzalanmasından əvvəl ölkəni tərk etmiş ermənilərin bugünkü vəziyyətinin İsmət Paşanın Lozanna Konfransının 17 iyul 1923-cü il tarixli iclasında verdiyi bəyanatla tənzimləndiyi bildirilmişdi. Türklər erməni iddialarının əsassız olduğunu sübut etməsindən sonra ermənilər təzminat tələblərinin hüquqi bazası üçün başqa yollar axtarmağa başlamışdı.

Son zamanlara qədər Ermənistan və erməni diaspora təşkilatları tərəfindən təzminatın məbləği haqqında qəti fikir bildirilməsə də, artıq bu məsələ müzakirə edilməyə başlanmışdır. Ermənistan Elmlər Akademiyası Tarix institunun əməkdaşı Stepan Stepanyana görə, Ankara "soyqırımı'' varislərinə 60 milyard dollar təzminat ödəməlidir. Stepanyan qondarma erməni "soyqırımı'' varislərinin Türkiyənin işğal etdiyi "Qərbi Ermənistan'' torpaqlarını tərk etməsi, 1915-ci il "soyqırımını'' tanıması və təzminat ödəməsi tələblərini təkrarlamışdır.

Stepanyan mətbuat konfransında ABŞ administrasiyasını da tənqid edərək, 15 ölkənin erməni "soyqırımını'' tanıdığı halda ABŞ-ın "soyqırımı''nı tanımadığını və Türkiyəni dəstəklədiyini iddia etmişdir. Stepanyan, "soyqırımından'' sadəcə Osmanlı imperiyasının deyil, müasir Türkiyə Respublikasının da məsuliyyət daşıdığını ifadə etmiş, Türkiyənin "soyqırımı'' qurbanlarının hüquqi varislərinə maddi təzminat ödəməsinin zəruriliyini bildirmişdir.

Ermənilər ABŞ və Fransa sığorta şirkətlərindən qondarma erməni "soyqırımı'' qurbanlarının həyat sığorta veksellərinin hüquqi varislərinə verilməsi tələblərinin müsbət nəticələnməsini Türkiyədən təzminat almaq yolunda ilk addım olaraq görmüş, bu məsələ ilə daha ciddi məşğul olmağa başlamışdır. 30 iyul 2004-cü ildə Kaliforniya Məhkəməsində "soyqırımı”na məruz qalan ermənilərin hüquqi varisləri "Nyu-York Life Sığorta Şirkəti''nə qarşı qaldırdıqları iddianı udmuş və məhkəmədə "soyqırımı” ifadəsindən istifadə olunmuşdur. Bu isə erməniləri ciddi şəkildə ümidləndirmişdir. Uzun zaman davam edən müzakirələrdən sonra sığorta şirkəti erməni "soyqırımı''nda ölən şəxslərin hüquqi mirasçılarına ödənməmiş sığorta vekseli müqabilində cəmi 20 milyon dollar ödəməyi qəbul etmişdir. Ermənilər bu məhkəmə işinin yekunlaşmasını qondarma erməni "soyqırımı''nın tanınması yönündə irəliyə doğru atılmış addım kimi dəyərləndirmişdir.

Qondarma erməni "soyqırımı''na məruz qalan ermənilərin hüquqi mirasçılarına təzminat ödəyən digər şirkət Fransanın "AXA Sığorta Şirkəti''dir. Şirkət 2005-ci ildə ödəməyi qəbul etdiyi təzminat üçün son müraciət tarixinin 1 oktyabr 2007-ci ildə bitəcəyini, onlarda olan siyahıya görə 7 min erməniyə cəmi 12,7 milyon avo ödəyəcəklərini bildirmişdir. 

ABŞ və Fransa sığorta şirkətlərinin ermənilərə sığorta ödənişləri bu gün ön plana çıxarılmasa da, bu, təzminat məsələsinin təbliğat mərhələsinin başladığı zaman əmsalı kimi dəyərləndirilə bilər. Qondarma erməni "soyqırımı''nın son 100 ildəki təbliğat mərhələlərinə diqqət yetirildiyində, bunun imkansız olmadığını söyləmək mümkündür.

Hatəm Cabbarlı,

siyasi elmlər doktoru

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

"Foreign Policy": Ermənistanda "inqilabdan sonrakı" şadyanalıq başa çatıb
16 oktyabr 2018 Foreign Policy

"Foreign Policy": Ermənistanda "inqilabdan sonrakı" şadyanalıq başa çatıb

ABŞ-da nəşr olunan "Foreign Policy" jurnalında Ermənistanda korrupsiya və siyasi qarşıdurmalar barədə məqalə dərc edilib.

Davamı...
"The Washington Times" Con Boltonun Bakıya qarşıdakı səfəri və ABŞ-Azərbaycan strateji tərəfdaşlığı haqqında məqalə dərc edib
16 oktyabr 2018 Washington Times

"The Washington Times" Con Boltonun Bakıya qarşıdakı səfəri və ABŞ-Azərbaycan strateji tərəfdaşlığı haqqında məqalə dərc edib

ABŞ-ın ən etibarlı müttəfiqlərindən biri kimi Azərbaycanın rolu lazımınca qiymətləndirilməyib.

Davamı...