THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Pol Kreyq Robertin Amerika həqiqətləri

Siz buradasınız: Əsas səhifə »» SİYASƏT »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
6223
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 14 avqust 2013 – Newtimes.az

Soyuq müharibənin sona çatması dünyada təhlükəsizlik, enerji problemlərini və dövlətlər arasındakı ziddiyyətləri ortadan qaldırmadı. Əksinə, ABŞ-ın dünya iqtisadiyyatında və təhlükəsizlik məsələlərində hegemon güc olması, Çinin ikinci böyük iqtisadi güc olaraq yüksəlməsi, hələlik hərbi sahədə olmasa da, ABŞ-ın iqtisadi baxımdan ciddi rəqibi olaraq qəbul edilməsi yaxın gələcəkdə bu iki dövlət arasinda ciddi rəqəbətin və hətta silahlı qarşı durmanın yaşanması ehtimalını xeyli artırmaqdadır. Böyük dövlətlər arasında yaşanan bu mübarizənin mərkəzində enerji mənbələri və onların tranzit yollarına nəzarət etmək problemi dayanır.

Son 50 ildə texnologiya sürətlə inkişaf etsə də, hələlik sənayedə neft və təbii qazı əvəzləyəcək yeni enerji mənbələri əldə edilməmişdir. Atom texnologiyasının inkişaf etməsi də enerji problemlərini tam olaraq həll etmək iqtidarında deyil və ekoloji olaraq olduqca təhlükəlidir.

Bu gün ABŞ dünyadakı dövlətləri ya yanında, ya da qarşısında görməkdədir. ABŞ dostunu və düşmənini özü seçir, onları mükafatlandırır və yaxud cəzalandırır. ABŞ-ın 40 dövlətin ərazisində hərbi bazası və 132 dövlətdə məhdud sayıda hərbi gücü vardır. Hərbi büdcəsi ümumən 1 trilyon dollara yaxındır. Bu ABŞ-dan sonra ən böyük 25 dövlətin hərbixərclərindən çoxdur. Bu ölkənin istehsal etdiyi "B-2 Spirit” döyüş təyyarəsinin 2 ədədinin qiyməti(biri 2.4 milyard dollardır) Ermənistanın dövlət büdcəsindən çoxdur.

Əlbəttə ABŞ qarşılaşdığı və yaxud qarşılaşacağı bütün problemlərə və çətinliklərə rəğmən bu üstünlüyünü qoruyub saxlamağa çalışmaqdadır. Bunun üçün ABŞ-ın ən həyati məsələsi iqtisadi yüksəliş dinamikasını hər zaman yüksək tutmaqdır. Bu dinamikanı sabit tutmaq, hətta daha da sürətləndirmək üçün hərbi sənayesini mütəmadi olaraq yeniləməsi vacibdir, xarici və təhlükəsizlik siyasətini bu yöndə qurmalıdır ve qurmuşdur. Soyuq müharibənin bitməsindən sonra dünyanın hansı bölgəsi olursa olsun, orda mütləq ABŞ-ın siyasi və daha çox isə hərbi qüvvələri mövcuddur.

Bəzi iqtisadçılar ABŞ iqtisadiyyatının böhranla qarşı-qarşıya qalacağı təqdirdə yüksələn Çin iqtisadiyyatının önə keçmə ehtimalının yüksək olduğunu qeyd edirlər. Bu gün ABŞ dünya enerji mənbələri və tranzit yolları genişləndirmək və nəzarətini gücləndirmək üçün gərgin mübarizə aparır. Bu mübarizənin konturlarını ABŞ hökuməti Maliyyə Nazirinin sabiq müavini Pol Kreyq Robert "The Washington Times”[i]qəzetinə verdiyi müsahibədə belə açıqlayır:

-Liviyada ilk yaşanan hadisələrdən sonra baş verənlərə ABŞ istiqamət verir və müxalifəti silahlandırır;

- Bəhreyn və Səudiyyə Ərəbistanında hökumətə etiraz edənlərə qarşı ciddi təzyiqlər tətbiq edilməsinə rəğmənABŞ bu ölkələri cəzalandırmır. Çünki bu hökumətlər marionet hökumətdir və Bəhreyndə bizim böyük hərbi-dəniz bazamız vardır;

-biz Çin və Rusiyanı Aralıq dənizindən qovmaq üçün Liviyada Kaddafini, Suriyada Əsadı devirmək istəyirik;

-Çin Liviyanın şərqinə enerji sərmayəsi gətirir və bu sərmayəyə arxalanır. Enerji ehtiyaclarının qarşılamaq üçün eyni zamandaAnqola və Nigeriyaya da sərmayə qoyur;

-ABŞ Çinin qarşısını almağa çalışır, necə ki, keçən əsrin 30-cu illərində İngiltərə və ABŞ Çinin qarşısını almışdı;

-Suriyadakı etirazlarda maraq nədir? Wikileaks səhifəsində dərc edilənlər göstərir ki bu etirazlarin arxasında amerikalılar var.Bizim burda maraqlarımız vardır. Çünki burada Rus hərbi-dəniz bazası vardır və bu baza onların Aralıq dənizindəki varlığını davam etdirir. Görürsünüz ki, Vaşinqton Liviyadakı hadisələrə qarışdı, ruslardan və çinlilərdən qurtulmaq üçün Suriyadakı hadisələrə də qarışırıq;

-məsələ təkcə neftlə bağlı deyil, Çin artan enerji tələbatını qarşılamaq üçün Afrikaya yönəlir.Hər halda bilirsiniz ki, Beynəlxalq Valyuta Fondu məruzəsində "Amerika epoxasının” bitdiyini qeyd etmişdir. Yaxın beş ildə Çin iqtisadiyyatı inkişaf edərək ABŞ iqtisadiyyatını arxada qoya bilər. Belə ki, ABŞ buna blok qoymaq istəyir. Özünün hərbi və strateji imkanlarından faydalanaraq Çinin enerji mənbələri əldə etməsinə imkan verməyərək iqtisadiyyatının böyüməsinə mane olmağa çalışır.

-düşünürəm ki, bu iki ölkə Amerikanın Aralıq dənizindəki mövcud hegomoniyasının qarşısında dayanır, ABŞ Rusiyanın hərbi-dəniz bazasının bölgədə yerləşməsini və Çinin Afrikanın enerji resurslarını daşımasını istəmir. Vaşinqton Tunis və Misirdəki hadisələrə qəflətən yaxalandı. Ancaq dərhal anladı ki, bundan istifadə edə bilər və ərəblərin etiraz pərdəsi arxasında Rusiya və Çin ilə birbaşa münaqişəyə girmədən onları bölgədən qovmaq olar. Liviya və Suriyadakı hadisələr əvvəlcədən planlaşdırılmışdı;

-biz dəqiq bilirik ki, Mərkəzi Kəşfiyyat İdarəsi Liviyanın şərqində konfliktləri qızışdırır, bu, bilinən faktdır. "WikiLeaks”də dərc edilən teleqramlar göstərir ki, amerikalılar Suriyada da sabitliyin pozulmasında iştirak ediblər;

-düşünürəm ki, ruslar Suriyada cərəyan edən hadisələrin onaların bazalarına qarşı yönəldiyini anlayıblar. Mahiyyət etibarıyla biz iki böyük dövlətlə konfliktdəyik: məhdud olmayan nüvə arsenalına sahib olan Rusiya ilə və iqtisadiyyatı Amerikadan yaxşı olan Çin ilə. Çünki Çində iş yerləri var. Biz tələsik bu iki ölkəyə qarşı təzyiq edirik. Belə ki, Rusiya və Çin ABŞ ilə rasyonal münasibətlər qura bilməyəcəklərini anladıqdan sonra onlar Amerikaya zərər vurmağa çalışacaq. Bu real təhlükədir və böyük müharibə təhdidi var.

-ən böyük riski Çinə qarşı edirik. Çin şirkətləri bu müdaxilələrdən 100 milyonlarla dollar itirir. Bölgədə Çinin 50 böyük sərmayəsi var və bizim müdaxilədən sonra heç birinin perspektivi yoxdur. Çin müdaxilənin ona qarşı edildiyini dəqiq bilir. Onların illuziyası yoxdur, onlar"New York Times” və "Washington Post” qəzetlərini oxumurlar və yazılanlara inanmırlar. Onlar sadəcə Amerikanın Çinə qarşı yönəlmiş hərəkətlərini görürlər. 

Bütün bunlar ABŞ-ın hegemoniyasının davam etməsi üçün həyata keçirdiyi və yaxud keçirməyə çalışdığı siyasətin kiçik amma ciddi nəticələr verə biləcək detallarıdır. ABŞ demokratiya və insan haqlarından bəhs edərək digər dövlətlərə qarşı təzyiqlərini artırır. Çin və Rusiya kimi böyük dövlətlərin qarşısına sədd çəkməyə çalışaraq onların inkişaf templərini zəiflətməyə cəhd edir. Əlbəttə, Çin və Rusiya ABŞ-ın siyasi və iqtisadi təzyiqlərinə qarşı dayanmağa çalışır. Hələlik Çin və Rusiya arasında siyasi, iqtisadi və təhlükəsizlik sahələrində ABŞ-a qarşı müttəfiq olmaları haqqında ciddi işarələr olmasa da, gələcəkdə bu iki dövlətin ABŞ-a qarşı vahid alyansda birləşmələri istisna edilməməlidir.

Hatəm Cabbarlı,

siyasi elmlər doktoru


[i] Məlumat üçün baxın: "US risks war with China and Russia”, http://www.presstv.ir/detail/176776.html, Tue Apr 26, 2011

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

"Foreign Policy": Ermənistanda "inqilabdan sonrakı" şadyanalıq başa çatıb
16 oktyabr 2018 Foreign Policy

"Foreign Policy": Ermənistanda "inqilabdan sonrakı" şadyanalıq başa çatıb

ABŞ-da nəşr olunan "Foreign Policy" jurnalında Ermənistanda korrupsiya və siyasi qarşıdurmalar barədə məqalə dərc edilib.

Davamı...
"The Washington Times" Con Boltonun Bakıya qarşıdakı səfəri və ABŞ-Azərbaycan strateji tərəfdaşlığı haqqında məqalə dərc edib
16 oktyabr 2018 Washington Times

"The Washington Times" Con Boltonun Bakıya qarşıdakı səfəri və ABŞ-Azərbaycan strateji tərəfdaşlığı haqqında məqalə dərc edib

ABŞ-ın ən etibarlı müttəfiqlərindən biri kimi Azərbaycanın rolu lazımınca qiymətləndirilməyib.

Davamı...