Hadrut qəsəbəsi 44 günlük Vətən müharibəsinin qırılma nöqtələrindən sayılır. Hadrut qəsəbəsinin işğaldan azad edilməsi böyük əhəmiyyətə malik olan bir əməliyyat kimi qiymətləndirilir. Təsadüfi deyil ki, müxtəlif ölkələrin aparıcı elmi mərkəzlərində Azərbaycan Ordusunun həyata keçirdiyi Hadrut əməliyyatının yaxından öyrənilməsinə başlanılıb.
Ermənistanda daxili siyasi gərginliyin və qarşıdurmanın arxasında keçmiş prezident Robert Koçaryanın dayandığına artıq şübhə qalmır. O, martın 4-də verdiyi müsahibədə yenidən hakimiyyətə can atdığını gizlətməyib. Bu, bir daha təsdiqləyir ki, Robert Koçaryan və onun dəstəklədiyi qüvvələr müxalifət deyil, revanşistlərdir. O, baş nazir Nikol Paşinyanı istefaya göndərdikdən bir il sonra seçkilər keçirmək niyyətində olduqlarını bildirməklə, əslində, hakimiyyəti ələ keçirmək istədiklərini ortaya qoyub.
Ermənilərlə azərbaycanlılar arasında Sovet İttifaqı dağıldıqdan sonra baş vermiş Birinci Qarabağ müharibəsi, daha sonra isə İkinci Qarabağ müharibəsi zamanı çox faciələr yaşanıb. Ermənistanın Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan ərazilərinə iddiası nəticəsində meydana gəlmiş münaqişə nəticəsində hər iki tərəfdən minlərlə şəxs həyatını itirib. Amma 1992-ci il fevralın 26-na keçən gecə 7 min insanın yaşadığı Xocalı şəhərində 600-dən çox mülki azərbaycanlının qətlə yetirilməsi iki ölkə arasındakı münaqişənin ən qanlı səhifəsidir.
Ermənistanda vəziyyəti bu dəfə hərbçilər gərginləşdirib. Silahlı Qüvvələrin Baş Qərargahı ölkənin baş naziri Nikol Paşinyanı istefaya çağırıb. Bu barədə yayılan bəyanatı Baş Qərargahın rəisi, general-polkovnik Onik Qasparyan və 40-dan çox yüksək rütbəli hərbçi imzalayıb. Onlar arasında 19 general və ordu korpuslarının komandanları da var.
Ermənistanda siyasi gərginlik davam edir. Sabiqlərin yenidən hakimiyyətə gəlmək istəyi vəziyyətə təkan verir. Keçmiş prezidentlər Robert Koçaryan və Serj Sarqsyan mövcud hakimiyyətə qarşı çıxışlarını daha da sərtləşdiriblər. Bu baxımdan Koçaryan daha fəal görünür. O, bir neçə gün əvvəl böyük siyasətə qayıtdığını elan edib. Ancaq heç vaxt siyasətdən getməyib, prezidentlik müddəti başa çatdıqdan sonra da Serj Sarqsyan vasitəsilə Ermənistanın həyatında mühüm rol oynayıb. O, böyük siyasətlə aktiv məşğul olduğu illərdə isə qanlı faciələrə müəlliflik edib.
Ermənistanda əhalinin getdikcə dərinləşən sosial problemləri, işsizlik, iqtisadiyyatın tənəzzülü, istehsalın yoxluğu vəziyyəti daha da ağırlaşdırır. Proqnozlar göstərir ki, müharibədəki məğlubiyyət, əhalinin maddi rifah halının pisləşməsi, daxili və xarici siyasətdə qeydə alınan uğursuzluqlar cari ildə də davam edəcək. Problemlərin həlli üçün isə Ermənistan hakimiyyətinin konkret proqramı yoxdur.
İkinci Qarabağ müharibəsindən sonra Ermənistan-Azərbaycan münaqişəsilə bağlı vəziyyət kökündən dəyişib. Amma Qərb mətbuatının bu münaqişə ilə bağlı mövqeyi hələ də qabaqcadan hasil olunmuş yanlış qənaətə əsaslanır. Bu, müəyyən mənada dini düşüncə, müəyyən mənada isə ideoloji fərqlə bağlıdır. Qərb ölkələrindəki güclü erməni diasporu və lobbi təşkilatları münaqişənin tarixi, onun ətrafında yaşananlarla bağlı saxta hekayələr yayır.
Uzun illər ərzində Prezident İlham Əliyevin öz ad günündə qaçqın və məcburi köçkünləri ziyarət etməsi ənənə halını alıb. Bu görüşlər dövlət başçısının milli təəssübkeşliyindən, doğma torpaqlarını və ata-baba evlərini itirmiş soydaşlarımızın dərdinə şərik çıxmasından xəbər verən alicənab bir addım kimi xalq tərəfindən həmişə yüksək qiymətləndirilib.
98 il sonra: Dağlıq Qarabağın taleyi dəyişdi
SSRİ tərəfindən Dağlıq Qarabağa muxtariyyət verilməsinin növbəti ildönümündə Azərbaycan Prezidenti İlham Əliyev faktiki olaraq, muxtariyyətin ləğvi haqqında fərman imzalayıb.
Davamı...