THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Həmsədrlərin Dağlıq Qarabağ bəyanatı

Siz buradasınız: Əsas səhifə »» SİYASƏT »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
10015
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 21 iyun 2013 – Newtimes.az

"Böyük səkkizlərin" Şimali İrlandiyanın Lough Erne kurort şəhərciyində keçirilmiş son sammitində ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin dövlət başçıları Dağlıq Qarabağ problemi ilə bağlı ənənəvi bəyanatlarını qəbul ediblər. Bəyanatda Dağlıq Qarabağ probleminin hələ də həll olunmamasından, tərəflərin qarşılıqlı güzəştlər yerinə birtərəfli güzəştlər əldə etmək istəməsindən narahatlıq ifadə edilib.

Bəyanatın ruhundan bəlli olur ki, Minsk qrupunun həmsədr ölkələri problemin həll edilməsində vasitəçilik missiyasını davam etdirməyə qərarlıdırlar. Onlar tərəfləri həmsədr ölkələrin son 4 ildə gördükləri işə qiymət verməyə və təkliflərinə əməl etməyə dəvət ediblər.

Bəyanatda problemin müharibə yolu ilə həll edilməsinə diplomatik şəkildə etiraz edilib. Müharibə başlayacağı təqdirdə, tərəflərin maddi, texniki, maliyyə və insan itkisi ilə qarşı-qarşıya qalacağı, qaçqınların sayının artacağı xüsusilə vurğulanıb.

Həmsədr dövlətlər müharibə başlayacağı təqdirdə tərəflərin sosial, iqtisadi, demoqrafik və maliyyə problemlərinin yaşanacağını iddia edirlər. Bunu bilmək üçün böyük dövlətin prezidenti olmağa ehtiyac yoxdur. Həmsədr dövlətlər Ermənistanın "bataqlığa düşmüş” iqtisadiyyatının, demoqrafiyasının, sosial mühitinin hətta qısa zamanlı bir müharibənin öhdəsindən gəlməyəcəyini bilirlər. Onlar Azərbaycanı müharibəyə başlamaqdan çəkindirməyə çalışırlar. Rusiyanın Gürcüstana bir həftəlik hərbi müdaxiləsi zamanı Ermənistanda cəmi 8-10 günlük buğda ehtiyatının qaldığını, ciddi enerji problemlərinin olduğunu həmsədr dövlətlər gözəl bilirdilər.

Müharibənin başlanmasını istəməyən Minsk qrupunun həmsədr ölkələri vasitəçilik missiyalarını obyektiv yerinə yetirməyə borcludurlar. Azərbaycan torpaqları Ermənistan tərəfindən işğal edilib və bu işğala son vermək Azərbaycanın suveren hüququdur. 

Minsk qrupunun həmsədr dövlətlərinin üçü də BMT Təhlükəsizlik Şurasının üzvüdür. Təhlükəsizlik Şurasının Dağlıq Qarabağla bağlı qəbul etdiyi dörd qətnamənin yerinə yetirilməsi üçün cavabdeh olan bu dövlətlər nədənsə Ermənistandan bunu tələb etmirlər.

Dünya silah ticarətində ilk onluğa daxil olan dövlətlərin ilk beşinin TŞ-nin üzvü olması da başqa bir təzaddır. Minsk qrupunun həmsədri olan Rusiya son 20 ildə Ermənistana qarşılıqsız olaraq təxminən 2 milyard dollarlıq silah verib. ABŞ  dünyada təcavüzkarları cəzalandıran "ədalət simvolu” kimi imic formalaşdırmağa çalışsa da, son 20 ildə işğalçı Ermənistana yüz milyonlarla dollar maliyyə yardımı edib. Buna paralel olaraq, qondarma rejimə də hər il dövlət büdcəsindən milyonlarla dollar maliyyə vəsaiti ayırır. Fransa Ermənistan ilə siyasi, iqtisadi və hərbi əməkdaşlığını genişləndirir. Fransanın sabiq prezident Nikolya Sarkozinin dediyi kimi, Fransa Ermənistanı "bacısı” kimi görür və təbii ki, "bacısının namusunu” qorumağa çalışır.

Demokratik dəyərlərin, insan hüquq və azadlıqlarının müdafiəçisi olduqlarını iddia edən həmsədr dövlətlər Azərbaycanın qanuni tələbləri gündəmə gələndə müharibənin mümkünsüzlüyndən danışır və "sülh göyərçini” rolunu oynayırlar. Özlərinin strateji, siyasi və iqtisadi maraqlarını qorumaq üçün isə sərhədlərindən minlərlə kilometr uzaqda, hətta tamamən başqa qitədə olan dövlətləri bombalamaqdan belə çəkinmirlər.

İraq və Əfqanıstanı hədəf seçmiş böyük dövlətlər bu ölkələri diktatorluqdan xilas edərək, demokratiyanı, insan haqlarını, ədaləti bərpa edəcəklərini iddia etsələr də, bu ölkələrə hərbi hücumlardan sonra öldürülmüş mülki insanların sayı "diktatorlar”ın dövründə öldürülənlərdən daha çoxdur. Suriyanın daxili işlərinə müdaxilə edərək, ölkədəki narazılığı vətəndaş müharibəsinə çevirən bu dövlətlər "azadlıq ordusu” olaraq adlandırdıqları terrorist qruplaşmaları silah və maliyyə vəsaiti ilə təmin edirlər. Dünənə qədər beynəlxalq terrorizmə qarşı bütün cəbhədə mübarizə apardıqlarını iddia edən bu dövlətlər Suriyada Bəşər Əsəd rejimini devirmək üçün beynəlxalq terrorçu qruplaşmalarla məmnuniyyətlə əməkdaşlıq edirlər.

Nüvə silahına sahib olma haqqını öz monopoliyalarında saxlamağa çalışan TŞ-nin bəzi üzvləri nüvə proqramını inkişaf etdirən İrana qarşı siyasi və iqtisadi sanksiyalar tətbiq edir, onu terrorizmə dəstək verməkdə ittiham edirlər. Halbuki, bu sanksiyalar ilk növbədə Azərbaycan torpaqlarını işğal edən Ermənistana və qondarma rejimə qarşı tətbiq edilməlidir. TŞ-yə üzv dövlətlər və Minsk qrupu həmsədrləri bu zaman səssiz qalmağa üstünlük verirlər. Bu olduqca düşündürücüdür.

Həmsədr ölkələrin bəyanatı bundan əvvəlki bəyanatlar kimi hüquqən heç bir nəticə doğurmayacaqdır. Bəyanatda əsas maraq doğuran məqam tərəflərin münaqişənin hərbi yolla həlli variantından çəkindirilməsidir. Azərbaycanın hərbi potensialını artırmağa,  ordusunu yeni və son texnologiyalarla istehsal edilmiş silahlarla təmin etməyə çalışdığı bir vaxtda həmsədr ölkələrin bu bəyanatı diqqətdən qaçırılmamalıdır.

Hatəm Cabbarlı,

siyasi elmlər doktoru

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

"Foreign Policy": Ermənistanda "inqilabdan sonrakı" şadyanalıq başa çatıb
16 oktyabr 2018 Foreign Policy

"Foreign Policy": Ermənistanda "inqilabdan sonrakı" şadyanalıq başa çatıb

ABŞ-da nəşr olunan "Foreign Policy" jurnalında Ermənistanda korrupsiya və siyasi qarşıdurmalar barədə məqalə dərc edilib.

Davamı...
"The Washington Times" Con Boltonun Bakıya qarşıdakı səfəri və ABŞ-Azərbaycan strateji tərəfdaşlığı haqqında məqalə dərc edib
16 oktyabr 2018 Washington Times

"The Washington Times" Con Boltonun Bakıya qarşıdakı səfəri və ABŞ-Azərbaycan strateji tərəfdaşlığı haqqında məqalə dərc edib

ABŞ-ın ən etibarlı müttəfiqlərindən biri kimi Azərbaycanın rolu lazımınca qiymətləndirilməyib.

Davamı...