THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Vətəndaş vicdanı, milli mənəviyyat ya da ...

Siz buradasınız: Əsas səhifə »» SİYASƏT »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
12219
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Türkiyədə erməni əsilli vətəndaş Hrant Dinkin öldürülməsi dünya ictimaiyyətində böyük rezonansa səbəb oldu. Maraqlıdır ki, illər boyu erməni terror dəstələri, Daşnaksütun, Asala tərəfindən qətl edilən türk diplomatları, mülki şəxsləri heç vaxt ermənilər və onların havadarları tərəfindən dilə gətirilmədi. Terrorun qurbanı olan türk əsgərlərinin, türk vətəndaşlarının xatirəsi o qədər anılmadı.

Türkiyədə demək olar ki, hər gün qəzetlərin manşetində terror, qəza və başqa müxtəlif səbəblərdən həyatını itirən insanların adlarına rast gəlmək olar. Onların arasında Türkü, Azərisi, kürdü, lazı, çərkəzi, qarapapağı, başqa nələri vardır. O zaman belə sual yaranır: nədən erməni aydınları və onların havadarları bu qurbanların xatirəsini anmaq üçün küçələrə çıxmırlar? Bu ölənlər insan deyildilərmi? Xatirələrinin yad edilməsi üçün onlar mütləq erməni, solçu və ya dissidentmi olmalıdırlar? Terror və ya qəza qurbanı olanlardan birinin erməni əsilli olması o qədərmi qeyri-adi haldır? Ermənilər öldürülə bilməzlərmi? Bu millətin tanrı dərgahında toxunulmazlığımı var? Əcəl gələrkən milli-dini ayrıseçkilikmi etməlidir? Terrorun qurbanı olan 30 min Türkiyə vətəndaşının biri erməni əsilli ola bilməzmi? 70 milyonluq Türkiyə bir neçə minlik erməninin üstündə keşikmi çəkməlidir ki, onların başından bir tük də əksik olmasın? O ölkənin naz-nemətlərini paylaşarkən, ağrı-acılarına, dərdlərinə, ölümlərinə də ortaq olmaq ən azından bir insan kimi mənəvi və bir vətəndaş kimi, hüquqi vəzifə deyilmi?

Humanizm naminə Hrant Dinkin öldürülməsinə etiraz edən bəzi Türkiyə vətəndaşlarının bu aksiyası ermənilər və onların havadarları tərəfindən yüksək qiymətləndirilməyə başladı. Sual olunur: ermənilər tərəfindən şəhid edilən Tələt Paşanın xatirəsini anmaq, ona dəstək vermək üçün neçə erməni ziyalısı "Hamımız Tələt Paşayıq”, "Hamımız ermənilərin qətl etdiyi türklərik” şüarı altında ədalət, humanizm uğruna İrəvanda meydana çıxıb etiraz yürüşü keçirdi? Ümumiyyətlə onlar belə bir aksiya keçirə bilərlərmi?

Azərbaycanlılar Xocalı soyqırımını anmaq üçün Taksim meydanında yürüş keçirərkən neçə erməni "Hepimiz Hocaliliyız” demək üçün meydana çıxmışdı? Hrant Dink üçün təşkilatçılıq edən sözdə erməni humanist aydınları nədən susurdular? Madam ki, ermənilər Türkiyədə yaşaya-yaşaya, Türkiyənin çörəyini yeyə-yeyə Türklərdən heç vaxt mövcud olmayan bir soyqırımının qəbul edilməsini və üzr istənməsini tələb edir, nədən öz millətinin hər kəsin gözü önündə törətdiyi bir soyqırım üçün üzr istəmək ehtiyacı hiss etmir? Budurmu erməni humanizmi? Budurmu erməni ədaləti? Bir də bunun üstünə ermənilər Türkiyə ilə əlaqələrin normallaşmasını, sərhədlərin açılmasını tələb edir. Məsələnin bu qədər şişirdilib siyasiləşdirilməsi onlara hansı dividenti qazandıracaq ki? Əksinə, etimad atmosferini zədələyərək vəziyyəti daha da mürəkkəbləşdirmirmi?

Bunu necə başa düşmək olar? Mən sənin ağrılarını paylaşmaq məcburiyyətindəyəmmi? O zaman nədən sən də mənim ağrılarımı mənimlə paylaşmaq istəmirsən? Əksinə, mənin özümün öz ağrılarımı yaşamağıma belə dözümün yoxdur. Hətta imkanın olsa, onu mənə qadağan etməkdən belə çəkinməzsən.

Necə ola bilir ki, bir millət bu qədər riyakar ola bilsin? Qətliamı törətdikləri üçün üzr istəmələri bir yana qalsın, özlərinin təşkil etdiyi Sumqayıt hadisələrini araya ataraq, ictimai rəyi yanlış istiqamətləndirməkdən belə çəkinmədilər.

Vicdan sonradan təhsillə, təcrübə ilə qazanıla bilən bir keyfiyyət deyildir. O doğuşdan olmalıdır. Ya da əsla olmayacaq. Ermənilərdəki kimi.

New Times

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Müharibəni necə bərpa etməli?
23 aprel 2019 The Washington Times

Müharibəni necə bərpa etməli?

Dağlıq Qarabağ müharibəsi təkcə Cənubi Qafqazda deyil, həm də ABŞ-dakı erməni diasporu və Amerika Erməni Milli Komitəsi (ANCA) kimi erməni təşkilatları tərəfindən Birləşmiş Ştatlarda aparılır.

Davamı...
Yeni enerji inqilabı rusları həyəcanlandırmağa başlayarsa...
25 mart 2019 The Washington Times

Yeni enerji inqilabı rusları həyəcanlandırmağa başlayarsa...

Azərbaycanın yeni İpək Yolundakı mövqeyi onun bölgədə aparıcı rola yiyələnməsi üçün nəzərdə tutulub. O, bu rola hazırdır.

Davamı...