THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

''El'' hərəkatının xarici qüvvələrə yarınmaq niyyəti

Siz buradasınız: Əsas səhifə »» SİYASƏT »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
1454
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 4 iyun 2013 – Newtimes.az

Prezident seçkiləri ərəfəsində ölkədə siyasi sabitliyi pozmağa meylli olan qüvvələrin mövcudluğu şübhəsizdir. İstər xaricdən Azərbaycana təzyiq göstərmək cəhdləri, istərsə də ölkə daxilində baş verən bir sıra proseslər bu qüvvələrin kifayət qədər fəal və bir-biri ilə əlaqədə olduğunu deməyə əsas verir. Sözsüz ki, bu qüvvələrin cılız addımlarının Azərbaycan dövlətçiliyinin maraqlarını hər hansı şəkildə zədələməsi ehtimalı yoxdur. Lakin insanları aldatmağa, onları yalan vədlərlə öz tərəfinə çəkməyə çalışan bu qüvvələrin kim olduğunu görmək lazımdır.

Ölkədəki radikal müxalifətin bütün fəaliyyətinin yalnız seçkilərə hesablandığı artıq heç kimdə şübhə doğurmur. Bu dəfə də vəziyyət fərqli deyil. Yenə də eyni simalar meydana çıxıb. Son zamanlarda "böyük bir siyasi proses”, "müxalifətin güc mərkəzi” kimi təqdim edilməyə çalışılan Milli Şura ətrafında gedən oyunlar da əvvəlki illəri xatırladır. Müxalifət daxilində belə bir çoxları bu qurumun perspektivlərinə şübhə ilə yanaşır. Milli Şura ilə eyni mərkəzdən idarə olunan digər bir təşkilat – "El” Hərəkatı adlanan qurum isə hazırda mətbuatda öz reklamı ilə məşğuldur, müxtəlif görüşlər keçirir və bunu aktiv fəaliyyətin nümunəsi kimi ortaya atır.

Əlbəttəki, bütün bu proseslərin ölkədəki siyasi vəziyyətə və hadisələrin inkişaf dinamikasına heç bir təsir gücü yoxdur. Bu insanların fəaliyyəti mahiyyət etibarı ilə ciddi əhəmiyyət kəsb etmir və buna diqqət yetirməmək də olar. Lakin baş verən müəyyən proseslərdəki bir sıra məqamlar bu fəaliyyətin mahiyyətini yox, niyyətini ön plana çıxarır və diqqəti cəlb edir.

Bu baxımdan, "El” Hərəkatının son zamanlardakı fəaliyyəti nəzərdən qaçırıla bilməz. Yerli mətbuatda Hərəkatın rəhbərliyinin Azərbaycanda yaşayan azsaylı xalqların nümayəndələri və dini kəsimlə görüş keçirdiyi haqda informasiyalar dərc olunub.

Bu informasiyalara görə, "El” Hərəkatının rəhbərliyi mayın 8-də Talış, Tat, Ləzgi, Avar, Kürd, Lahıc və Yəhudi xalqlarının mədəniyyət mərkəzlərinin, qəzetlərinin, ictimai təşkilatlarının üzvləri və həmin xalqların ziyalıları ilə görüşüb. Görüşdə Azərbaycanda yaşayan azsaylı xalqların, etnik qrupların və milli azlıqların hüquq və azadlıqlarının qorunmasında problemlərin olduğu və "EL" Hərəkatının bu məsələyə xüsusi diqqət ayıraraq, fəaliyyətinin əsas prioritetlərindən biri kimi qəbul etdiyi qeyd olunub. Eldar Namazov isə bu problemlərin həlli yolları haqda danışıb və Milli Şura ideyasının təbliğatını aparıb.

"El” Hərəkatı mayın 15-də isə dini kəsimlə - dini yönümlü bir neçə partiya və hərəkatın nümayəndələri ilə görüş keçirib. Görüşdə Azərbaycanda dindarların hüquqlarının pozulduğu, dini etiqad azadlığının olmadığı kimi fikirlər səsləndirilib, hicab qadağası pislənilib. Eyni zamanda, "El” Hərəkatı ölkədə yaşayan hər bir vətəndaşın maraqlarını təmsil etdiyini və dindarların da hüquqlarını qoruyacağını bəyan edib.

Hər hansı bir ölkədə müxalifətin özünə tərəfdar qazanmaq, baza formalaşdırmaq üçün əhalinin müxtəlif təbəqələri ilə görüşlər keçirməsi normal haldır. Lakin "El” Hərəkatının öz gündəliyini niyə sırf etnik və dini amillər üzrə müəyyən etdiyi sual doğurur. Görüşlər zamanı "etnik və dini problemlər”in xüsusi şəkildə qabardılmasının arxasında nə dayanır? Azərbaycan cəmiyyətində mövcud olmayan tendensiyaları varmış kimi göstərməkdə məqsəd nədir?

Azərbaycan dövlətinin milli maraqlara əsaslanan müstəqil siyasi kursunun heç də hamı tərəfindən dəstəklənmədiyi məlumdur. Bu kurs müəyyən xarici qüvvələrin regiondakı maraqlarının təmin olunması qarşısında əsas maneəni təşkil edir. Belə olduqda isə bu maneənin aradan qaldırılması istiqamətində həyata keçirilən "təşəbbüslər” Azərbaycana qarşı təzyiqlərin artırılmasına gətirib çıxarır. Bu təzyiqlər müxtəlif yollar və kanallarla həyata keçirilir.

Azərbaycanın dünyada anti-demokratik, insan hüquqlarını pozan ölkə imicinin formalaşdırılması erməni lobbisinin fəaliyyətinin əsas prioritetlərindən birini təşkil edir. Erməni lobbisi bu məqsədini bir sıra beynəlxalq təşkilatların və dövlətlərin vasitəsilə həyata keçirməyə cəhd göstərir. Öz maraqlarını təmin etməyə çalışan bəzi xarici qüvvələr də eyni üsullardan istifadə edirlər. Son proseslərin müşahidəsi göstərir ki, hazırda, Azərbaycana qarşı təzyiqlərdə etnik və dini faktorlara xüsusi əhəmiyyət verilir.

Kənardan göstərilən təzyiqlər bir nəticə vermədikdə ölkə daxilindəki "beşinci kolon”lar hərəkətə gətirilir. "El” Hərəkatının son görüşləri də bu bucaq altında nəzərdən keçirilməlidir. Hərəkatın qaldırdığı məsələlərlə xarici qüvvələrin hərəkətləri arasındakı əlaqə aydın şəkildə sezilir. "El”in fəaliyyəti "beşinci kolon”un mahiyyətinə tam uyğundur: cəmiyyətdə mümkün zəif nöqtələri tapmaq və bu nöqtələrdən xarici havadarlarının maraqları çərçivəsində istifadə etmək.

"El” Hərəkatının son görüşləri ilə bağlı bir sıra məqamlara diqqət yetirməkdə fayda vardır. Hərəkat fəal şəkildə dini kəsimlə əlaqələrini gücləndirməyə çalışır. Hazırda, İslam Partiyası ilə Hərəkatın birgə fəaliyyətinə dair müzakirələrin aparıldığı xəbər verilir. Hərəkatın dini kəsimlə görüşü zamanı səsləndirilmiş bir fikir isə diqqəti xüsusi cəlb edir: "Dinsiz siyasət olmaz”. Belə görünür, bəzi dindarlar aktiv siyasi fəaliyyətə qoşulmaq arzusundadırlar. "El” Hərəkatı isə onların bu arzusunu reallaşdıracağını vəd etmiş ola bilər. Hər halda, Hərəkat "Ərəb baharı” proseslərində dindarların oynadığı rolun Azərbaycanda da təkrarlanmasında maraqlıdır.

"El” Hərəkatının rəhbərliyində təmsil olunan bəzi şəxslər (Eldəniz Quliyev, Mehdibəy Səfərov)  Azərbaycan Dövlətçiliyi Naminə Demokratik Talış Birliyinin təsisçiləridir. Birlik qarşısına məktəblərdə talış dilinin tədris olunması, talış dilində radio və televiziya kanallarının açılması kimi vəzifələr qoyub. Bu təşkilatın bəzi xarici qüvvələrin layihəsi olduğuna dair iddialar səslənməkdədir. Nəticə etibarilə, etnik separatizmə meylli olan belə bir təşkilatın təsisçilərinin "El” Hərəkatında da fəaliyyət göstərməsi kifayət qədər maraq doğurur və yuxarıda səsləndirilən fikirləri bir daha təsdiq eləyir.

Nəticə etibarilə, "El” Hərəkatının müəyyən xarici qüvvələrin maraqlarına xidmət etdiyi şübhə doğurmur. Lakin onlar sadə bir reallığı unudurlar. Hakimiyyət uğrunda mübarizə heç bir halda öz dövlətinin, xalqının maraqlarına ziyan vurmamalıdır. Özlərini pafosla "El” adlandıraraq, əcnəbinin quyruğundan sallanmaqla, bu insanlar öz elini xarici qüvvələrin maraqlarına qurban verməməlidir.

Newtimes.az

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"
31 oktyabr 2019 168.am

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"

"Xarici işlər nazirimiz Zöhrab Mnatsakanyan erməni tərəfinin Qarabağ məsələsində nəyə nail olmaq istədiyini faktiki olaraq, BBC-yə çatdıra bilmədi". Bunu politoloq Hrant Melik-Şahnazaryan bildirib.

Davamı...
Yerevan Moskvanı şantaj edir
05 sentyabr 2019 1in.am

Yerevan Moskvanı şantaj edir

"Yerevanın Moskvaya layiqli cavabı: Rusiyada başa düşməlidirlər ki, vəziyyət dəyişib"

Davamı...