THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Avropa İttifaqı: regional inteqrasiyaya aparan yol Bakıdan keçir

Siz buradasınız: Əsas səhifə »» SİYASƏT »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
9203
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 3 iyun 2013 – Newtimes.az

Regional çərçivədə əməkdaşlıq böyük aktuallıq kəsb edir. Bu prosesdə hər bir dövlətin öz rolu vardır. Bu, müxtəlif sahələrdə inkişaf səviyyəsi ilə birbaşa bağlıdır. Avropa İttifaqının apardığı bir sosioloji araşdırmada Cənubi Qafqaz ölkələrinin maraqlı müqayisələri verilib. Əlahəzrət fakt bölgədəki reallığı ortaya qoyur.

Məşğulluq və orta aylıq əməkhaqqı göstəriciləri

Avropa İttifaqı Cənubi Qafqaz ölkələri ilə əməkdaşlığa böyük əhəmiyyət verir. "Şərq tərəfdaşlığı” proqramı çərçivəsində bu istiqamətdə müəyyən addımlar atılır. Bu zaman bir sıra göstəricilər nəzərə alınır ki, qarşılıqlı əlaqələrin inkişafı onlara uyğun dəqiqləşdirilir. Bu mənada "Aİ ilə Şərq Tərəfdaşlığı ölkələri arasında əmək mobilliyinin faydaları və zərərləri” adlı tədqiqatın nəticələri maraq doğurur. Həmin araşdırma 6 ölkədə miqrasiya ilə bağlı situasiyanı öyrənməyə həsr edilib (bax: www.case-research.eu).

Azərbaycan üzrə alınan nəticələr bir neçə baxımdan diqqəti çəkir. Birincisi, son illər ölkəmizin əldə etdiyi uğurlara qarşı bəzi dairələrin qərəzli münasibət göstərdiyi hiss edilir. Azərbaycan haqqında əsası olmayan informasiyalar yayılır. Bunun fonunda sosial, siyasi, iqtisadi və mədəni sahələrdə gedən inkişaf prosesi inkar olunur. İkincisi, Qərbin Cənubi Qafqaz siyasətində ikili standart müşahidə edilir. Bu cür yanaşmada regiondakı real vəziyyəti müəyyənləşdirmək və ədalətli mövqedə qalmaq mümkün deyil. Üçüncüsü, Qərb təşkilatlarının apardıqları tədqiqatların nəticələri ictimai rəyə obyektivlik meyarı ilə təqdim edilir.

Aİ-nin yuxarıda qeyd etdiyimiz tədqiqatında Azərbaycanda məşğulluq göstəricisinin yüksək olduğu vurğulanır. Burada məşğulluq 60% təşkil edir ki, bu da Cənubi Qafqazda ən yüksək göstəricidir. 2000-2011-ci illərdə məşğulluq səviyyəsi Azərbaycanda 18% artıb. Həmin dövrdə Ermənistan və Gürcüstanda bu göstərici azalıb. Bu fərq nəyi ifadə edir?

Hər şeydən əvvəl, keçən müddətdə Azərbaycanda sosial-iqtisadi inkişafın getdiyini demək lazımdır. Məşğulluq səviyyəsinin yüksəlməsi yeni iş yerlərinin açılması ilə birbaşa bağlıdır. Prezident İlham Əliyev bu istiqamətdə ciddi addımlar atılacağını birinci dəfə prezident seçiləndə vəd etmişdi. Aİ-nin araşdırması da sübut edir ki, ölkə Prezidenti vədinə əməl edib.

Həmin aspektdə başqa bir mühüm məqamı vurğulamaq lazımdır. Məşğulluğun səviyyəsinin 10 il müddətində yüksəlməsi həm də qeyri-neft sektorunda ciddi inkişafın olduğunu göstərir. Məhz həmin sahədə açılan yeni yerlər hesabına insanlar işlə təmin olunublar. Burada onu vurğulayaq ki, Azərbaycanın əmək qabiliyyətli əhalisi içərisində qadınların iştirak göstəricisi 69% artmışdır.

Bu rəqəmlər ölkədə həyata keçirilən islahatların miqyasını və məzmununu ifadə edir. Onlar Azərbaycan cəmiyyətinin iqtisadi inkişafı ilə yanaşı, sosial strukturunun da dəyişdiyini göstərir. Başqa sözlə, ölkədə demokratikləşmə prosesi sürətlə gedir. Özü də bu, iqtisadi inkişafla qarşılıqlı əlaqə şəraitində baş verir. Azərbaycan cəmiyyətinin bu cür açılması çox mühüm hadisədir. Şübhə yoxdur ki, həmin məqam Azərbaycanın regionun ən perspektivli dövləti olduğunu təsdiqləyir.

Lakin Aİ-nin özünün də etiraf etdiyi bu yeniləşmələrin fonunda Azərbaycana qarşı ikili standart siyasəti yeritməsini heç bir sağlam məntiqlə izah etmək mümkün deyildir. Belə çıxır ki, Qərb hələ Cənubi Qafqaz istiqamətindəki siyasətinə tam aydınlıq gətirə bilməyib. Bölgənin bütün dövlətlərinə ümumi yanaşma yanlış nəticələr verir. Eyni zamanda, həmin mövqenin bütövlükdə Avropanın geosiyasi maraqlarına nə dərəcədə zərər vurduğunun fərqinə varılmalıdır. Əslində, reallığı inkar etmək məğlubiyyətin başlanğıcıdır. Cənubi Qafqazın ən böyük potensiala malik olan dövlətinə qarşı ədalətsiz mövqe tutmaq, onun inkişafını təhrif etmək hər bir böyük geosiyasi gücün regionda uğur qazanmasının qarşısını alır.

Miqrasiya və immiqrasiyanın nisbəti

Avropa İttifaqının araşdırmasında başqa mühüm məqam miqrasiyanın dinamikası ilə bağlıdır. Əldə olunan nəticələrə görə, Azərbaycanı tərk etmək istəyənlərin sayı hər il azalır. Ölkənin əmək qüvvəsinə ehtiyacı vardır. Həmin tələbat daxili imkanlarla yanaşı, xaricdən gələn işçi qüvvəsi hesabına da ödənilir. Yəni Azərbaycan Cənubi Qafqazda yeganə ölkədir ki, burada miqrasiya ilə yanaşı, immiqrasiya da kifayət qədər dinamik xarakterə malikdir. Görünür, bu prosesdə orta aylıq əməkhaqqının Ermənistan və Gürcüstandakından 1,5 dəfə çox olması ciddi rol oynayır. Bunlar Azərbaycanın dövlət olaraq, cəlbedicilik dərəcəsinin qonşularından xeyli yüksək olduğunu təsdiqləyir.

Hər hansı bir ölkənin cəlbedicilik əmsalı vacib göstəricilərdən sayılır. Burada bir çox amillər nəzərə alınır. O cümlədən daxili sabitliyin vəziyyəti əhəmiyyət daşıyır. Belə ki, insanlar yalnız təhlükəsizliklərinə təminat olan yerlərə gedirlər. Bundan əlavə, iş tapmaq şansı dəyərləndirilir. Əgər əmək miqrantları uzun müddət getdikləri ölkədə iş tapa bilməsələr, müəyyən müddətdən sonra əks proses başlayır. Onların həmin ölkəyə axını səngiyir, burada olanlar isə tədricən ölkəni tərk edirlər. Aİ-nin tədqiqatına görə, bütövlükdə Azərbaycandan gedənlərin sayı ilbəil azalırsa, deməli, ölkədə işləmək üçün mühit əlverişlidir. Üstəlik, həmin tədqiqata görə, ölkəni tərk etmiş azərbaycanlılar artıq Vətənə qayıtmağa daha çox meyllidirlər.

Bütün bunlardan çox əhəmiyyətli nəticələr çıxarmaq mümkündür. Aydın olur ki, Cənubi Qafqazda real inkişaf Azərbaycanda gedir. Ölkə artıq dünya miqyasında rəqabətə davam gətirir. Bir çox dövlətləri böhranın bürüdüyü bir zamanda Azərbaycanda bütün sahələrdə irəliləyişlərin müşahidə edilməsi həyata keçirilən siyasətin səmərəliliyini göstərir. Daha çox diqqət çəkən məqam isə ondan ibarətdir ki, bu gerçəkliyi artıq beynəlxalq təşkilatlar da qəbul etmək məcburiyyətindədirlər.

Şübhəsiz ki, bunlar Azərbaycana qarşı bəzi dairələrin obyektiv mövqe tutmasına gətirib çıxarmalıdır. Çünki əks halda, regionun geosiyasi dinamikasında arzuolunmaz tendensiyalar özünü göstərə bilər. Cənubi Qafqazın qlobal miqyasda geosiyasi əhəmiyyətinin artdığı bir zamanda bunun kimsəyə xeyrinin olmayacağını düşünürük.

Digər əhəmiyyət daşıyan məqam Cənubi Qafqazda regional inteqrasiyaya hansı dövlətlərin daha çox xidmət etməsi məsələsi ilə bağlıdır. Qərb siyasətçiləri tez-tez həmin problem haqqında danışırlar. Onlar bölgə ölkələrini əməkdaşlığı genişləndirməyə çağırırlar. Lakin Aİ-nin apardığı tədqiqat göstərir ki, real olaraq Azərbaycandan başqa regionun heç bir dövləti bu prosesə hazır deyil. Burada mövcud münaqişələrin oynadığı mənfi rolu unutmaq olmaz. Məhz bu səbəbdən Ermənistan bütün regional layihələrdən kənarda qalır. Düşündürücüdür ki, böyük dövlətlər də bu həqiqəti Ermənistana anladıb, konstruktiv mövqeyə gəlməsini tələb etmək əvəzinə, ona havadarlıq edirlər. Bizcə, Aİ-nin apardığı və yuxarıda xatırlatdığımız sosioloji tədqiqat da bunu təsdiq edir.

Bütün bunlardan hansı nəticəyə gəlmək olar? Gec və ya tez Qərb Cənubi Qafqaz siyasətinə yenidən baxmalıdır. Bu məkanda gedən real prosesləri olduğu kimi qəbul etməyənə qədər hansısa geosiyasi uğurdan danışmağın əhəmiyyəti yoxdur.

Newtimes.az

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"
31 oktyabr 2019 168.am

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"

"Xarici işlər nazirimiz Zöhrab Mnatsakanyan erməni tərəfinin Qarabağ məsələsində nəyə nail olmaq istədiyini faktiki olaraq, BBC-yə çatdıra bilmədi". Bunu politoloq Hrant Melik-Şahnazaryan bildirib.

Davamı...
Yerevan Moskvanı şantaj edir
05 sentyabr 2019 1in.am

Yerevan Moskvanı şantaj edir

"Yerevanın Moskvaya layiqli cavabı: Rusiyada başa düşməlidirlər ki, vəziyyət dəyişib"

Davamı...