THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Suriyada vəziyyət dəyişəcəkmi?

Siz buradasınız: Əsas səhifə »» SİYASƏT »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
2785
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 27 may 2013 – Newtimes.az

Məlum olduğu kimi, Suriyada iqtidar ilə müxalifət arasında qanlı vuruşmalar iki ildir davam edir. Təqribən 100 minə yaxın insan həlak olmuş və 1 milyona yaxın suriyalı isə qaçqın vəziyyətinə düşmüşdür.

Tunis, Misir və Liviyada qısa müddətdə uğur qazanan "Ərəb Baharı” adlanan hərbi-siyasi çevrilişlər Suriyada vətəndaş müharibəsinə çevrildi. "Ərəb Baharı”nın Yaxın Şərqin bəzi ölkələrində vətəndaş müharibəsinə çevrilməsində bəzi nüfuzlu dövlətlərin və güc mərkəzlərinin də rolu böyükdür. Hal-hazırda isə Suriyada hakimiyyətin dəyişmə məsələsi qlobal xarakter alaraq, nüfuzlu və güclü dövlətlərin siyasi və iqtisadi mənfəətlərinin qarşı-qarşıya gəlməsi ilə nəticələnməkdədir. Heç kimə sirr deyil ki, Bəşər Əsəd Rusiya, Çin və İranın dəstəyi ilə iqtidarda qalmağa davam edir. Bu mənada, Bəşər Əsədin hakimiyyətdən getməsinə qarşı etirazlar mövcuddur. Bunlardan ən əhəmiyyətlisi budur ki, əgər Bəşər Əsəd hakimiyyətdən getsə, onun yerinə radikal ``Müsəlman Qardaşlar`` qrupu gələcəkdir.

Ümumiyyətlə, Barak Obama hökuməti kimyəvi silahların Suriyada istifadə olunmasını ABŞ üçün qırmızı xətt olaraq qiymətləndirsə də, hələlik Suriyaya qarşı adekvat addımlar atmır. Görünür, Barak Obama Əfqanıstan və İraqda olduğu kimi amerikan əsgərlərini Suriyada itirmək istəmir. ABŞ regionda Türkiyə, Qətər və ABŞ-ın digər sünni müttəfiqlərinə ümidlər verərək, bu işi həll etmək istəyir. Digər tərəfdən, ABŞ Suriyada etnik azlıqların çoxluğu və məzhəb müxtəlifliyinin geniş olması baxımından Suriyaya ehtiyyatla yanaşır.

Rusiya isə öz növbəsində, Bəşər Əsədin hakimiyyətdən getməsindən sonra onun yerinə Suriyada Rusiyanın mənfəətlərini nəzərə almayacaq bir iqtidarın gələcəyini düşünür.

Maraqların toqquşması

Bir neçə gün əvvəl Moskvada Rusiya prezident Valdimir Putin və xarici işlər naziri Sergey Lavrovla ABŞ dövlət katibi Con Kerri arasında çətin müzakirələr keçirildi. Bu müzakirələrdə Suriya ilə bağlı bu ay içində beynəlxalq konfransın təşkil olunacağına dair ortaq məxrəcə gəlindi. Bu yeni konfransda keçən ilin iyun ayında Cenevrədə keçirilmiş konfransda qəbul olunmuş 6 maddəlik uzlaşma mətni əsas götürüləcəkdir. Cenevrədə qəbul olunan mətndə Suriyada atəşkəsin elan olunması, müxalifətin də yer alacağı müvəqqəti hökumətin yaradılması və parlament vasitəsilə seçkilərin keçirilməsi qeyd olunmuşdu.

Digər tərəfdən, Suriya məsələsi artıq qlobal siyasətdə siyasi-hərbi qütbləşməyə səbəb olub. Belə ki, Rusiya, Çin və İranın Suriyanı dəstəkləmə siyasətinə qarşı ABŞ, Türkiyə və digər müttəfiq ölkələr Bəşər Əsəd rejiminin çökməsini istəyirlər. Bu kontekstdə, İsrailin təhlükəsizliyi də reallıq qazanır. Bu mənada, məsələnin bir ucunda İsrail, digər ucunda isə İran dayanır. Təsadüfi deyil ki, yaxın günlərdə İsrailin Suriyadakı bir neçə məntəqəni bombalaması da bunu təsdiq edir. Məhz İran, İraq əhalisinin əksəriyyəti, Suriyadakı azlıq və Livanın bir hissəsi  regionda ``Şiə Zolağı``ını təşkil edir. Bu isə İsrail və körfəz ölkələri tərəfindən qarşısı alınması vacib olan məsələ kimi qəbul edilir.

Bu kontekstdə qeyd etməliyəm ki, Türkiyə istəməsə də, tarixi faktorlar Ankaranın Yaxın Şərqdəki etnik və məzhəb konfliktlərində iştirak etməsinə şərait yaradır. Belə ki, bir neçə gün əvvəl Türkiyənin Hatay vilayətinin Reyhanlı qəsəbəsində 2 avtomobilin partladılması nəticəsində 60-a yaxın şəxs öldü və 150 nəfər yaralandı. Türkiyə rəsmilərinin verdiyi məlumata görə bu,  Suriya rejiminə bağlı ``əl-Muxabarat`` adlı kəşfiyyat qrupunun işidir. Siyasi ekspertlərə görə terror aktı ilə Türkiyəyə belə bir mesaj verildi: "Suriya və Əsəd rejiminə qarşı fəaliyyətlərə son qoy. Əgər belə təşəbbüslərə davam etsən, Reyhanlı qətliamı kimi daha böyük qətliamlara məruz qalacaqsan”.

Bu terror aktı Türkiyə baş naziri Rəcəb Tayyib Erdoğanın ABŞ-a səfəri ərəfəsində baş verdi. R.T. Ərdoğan isə öz növbəsində, ABŞ prezidenti ilə görüşündə Suriya probleminin bir nömrəli məsələ olduğunu bildirdi. Təsadüfi deyil ki, mətbuat konfransında Barak Obama Bəşər Əsədin hakimiyyətdən getməsi barədə baş nazir R.T. Ərdoğanla həmfikir olduqlarını bildirdi. Nəticədə, Rusiyanın da aktiv rol oynayacağı ikinci Cenevrə konfransının əsas mövzulardan biri Bəşər Əsədsiz müvəqqəti hökumətin qurulacağı istiqamətində aparılacaq danışıqlar olacaqdır. Ümumiyyətlə isə Barak Obama və R.T. Ərdoğanın Vaşinqtondakı görüşü, Suriyaya diplomatik yollarla təsir etmə mexanizmi üzərində hələ də iş getdiyini göstərdi. Məhz son iki həftədə ABŞ dövlət katibi Con Kerridən sonra İngiltərə baş naziri David Kameron, İsrail baş naziri Benyamin Netanyahu və BMT baş katibi Ban Ki Munun Rusiyaya səfərləri bunu təsdiqləyir.

Nəticədə, Suriyada baş verən vətəndaş müharibəsi və xarici qüvvələrin bu müharibədən öz siyasi, iqtisadi və hərbi maraqları üçün istifadə etməsi Suriya xalqı üçün yeni təhlükələrdən xəbər verir. 2014-cü il seçkilərinə qədər Bəşər Əsəd rejimi hakimiyyətdən getməzsə, dünya ictimaiyyəti Suriyada daha çox qanlı vuruşmaların şahidi olacaq.

Dr. Rəşad İlyasov

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"
31 oktyabr 2019 168.am

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"

"Xarici işlər nazirimiz Zöhrab Mnatsakanyan erməni tərəfinin Qarabağ məsələsində nəyə nail olmaq istədiyini faktiki olaraq, BBC-yə çatdıra bilmədi". Bunu politoloq Hrant Melik-Şahnazaryan bildirib.

Davamı...
Yerevan Moskvanı şantaj edir
05 sentyabr 2019 1in.am

Yerevan Moskvanı şantaj edir

"Yerevanın Moskvaya layiqli cavabı: Rusiyada başa düşməlidirlər ki, vəziyyət dəyişib"

Davamı...