THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Ermənistan əhalisinin 40 faizi ölkəni tərk etmək istəyir

Siz buradasınız: Əsas səhifə »» SİYASƏT »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
6385
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 19 aprel 2013 – Newtimes.az

Fransada güclü erməni lobbisinin vəsaiti hesabına gündəlik nəşr olunan "Ermənistan xəbərləri" jurnalının 7 aprel tarixli nömrəsində beynəlxalq Gallup World İnstitutunun postsovet məkanındakı 12 ölkənin əhalisi arasında həyat tərzi, yaşayış səviyyəsi ilə bağlı keçirdiyi sorğunun nəticələri dərc edilmişdir.

Ermənistanda aparılan sorğunun nəticələrinə görə əhalinin 40 faizi doğma vətənini tərk etmək istəyir. Əhalinin öz ölkəsini tərk etməsinə görə Ermənistan keçmiş SSRİ respublikaları arasında birinci yerdə gəlir. Bununla əlaqədar tərtib edilmiş siyahıda ikinci yeri 32 faizlə Moldova, sonrakı yerləri isə Ukranya (21 faiz), Belarus (17 faiz) və Qırğızıstan (10faiz) tutur.

Sorğuda "Öz ölkəni nə üçün tərk edirsən?" sualına cavab verənlərin 52 faizi həyat şəraitini yaxşılaşdırmaq və ailəsini dolandırmaq naminə vətənindən getmək istədiyini, 13 faizi uşaqlarının gözəl gələcəyini təmin etmək və 45 faizi işsizliyə görə başqa dövlətlərə üz tutmaq istədiklərini bəyan etmişdir.

Sorğunun nəticələri ilə bağlı məqalədə Ermənistan əhalisinin 40 faizi vətənini tərk etmək istədiyi halda, qonşu Azərbaycan və Gürcüstanda aparılan sorğuda iştirak edənlərin yalnız 8-10 faizi səyahət məqsədilə xaricə getmək arzusunda olduqları diqqətə çəkilmişdir.

Ermənistanı birdəfəlik tərk etmək istəyənlərin əksəriyyəti Rusiyada, Avropa ölkələrində və Amerika Birləşmiş Ştatlarında məskunlaşmağa üstünlük verdiklərini bildirmişlər.

Məqalədə etiraf olunur ki, Ermənistan rəhbərliyinin iqtisadiyyatı canlandırmaq, işsizliyin qarşısını almaq cəhdlərinə baxmayaraq, ölkəni tərk etmək istəyənlərin sayı qeyri-rəsmi məlumata görə 50 faizdən yüksəkdir.

Məqalədə qeyd edilir ki, Ermənistanda baş alıb gedən korrupsiya, məmurların varlanmaq ehtirası, bəzi siyasi dəyişikliklər, əhalinin getdikcə yoxsullaşması, işsizlik problemi immiqrasiyanın getdikcə artmasına səbəb olan amillərdir.

Ermənistanda bu məsələlər tezliklə öz həllini tapmasa, ölkəni gələcəkdə tərk etmək istəyənlərin sayı daha arta bilər.

Rəy sorğusu Müstəqil Dövlətlər Birliyinin üzvü olan 12 ölkənin yaşı 15-dən yuxarı olan 41 min vətəndaşı arasında keçirilmişdir.

Əsgər Əliyev,

Paris

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Rusiya Ermənistanı silahlandırmağı dayandırmalıdır
15 sentyabr 2020 JewishPress.com

Rusiya Ermənistanı silahlandırmağı dayandırmalıdır

2016-cı ilin aprelində Qarabağda baş vermiş döyüşlər əslində, status-kvonu Bakının xeyrinə dəyişib.

Davamı...
Tam döyüş hazırlığında
10 sentyabr 2020 Lenta.ru

Tam döyüş hazırlığında

Ermənistan rəhbərliyi əhalini iqtisadi problemlərdən necə yayındırır

Davamı...