THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Psevdodemokratlar və "beşinci kolon": antiazərbaycan kampaniyasının bir özəlliyi haqqında

Psevdodemokratlar və "beşinci kolon": antiazərbaycan kampaniyasının bir özəlliyi haqqında
25 may 2018

Azərbaycana qarşı qarayaxma kampaniyasının müxtəlif dairələr tərəfindən aparıldığı çoxdan məlumdur. Avropa Şurası Parlament Assambleyası və ABŞ Konqresinin Helsinki Komissiyası da onların oyuncağına çevrilməkdədirlər. Əslində, söhbət, ümumiyyətlə, ikili standartlar siyasətinin dünya dövlətlərinə vurduğu zərərdən gedir. O cümlədən Qərbin bir sıra dairələrinin düçar olduqları islamofobiya getdikcə daha ağır nəticələr verməkdədir. Azərbaycan əleyhinə kampaniyalar bunun işığında kifayət qədər düşündürücü görünür. Xüsusən də ona görə ki, bu prosesdə bir sıra Azərbaycan vətəndaşı da iştirak edir. Helsinki Komissiyasında qərəzli dinləmələr bunun nümunələrindən biridir. AŞPA-nın da bəzi iclaslarında eyni ssenari özünü göstərdi. Bu təşkilatın müstəqil araşdırma qurumunun hazırladığı "hesabat"da korrupsiya faktı ilə bağlı ölkəmizin adının hallandırılması həmin oyunun bir fraqmentidir. Məqsəd aydındır: Azərbaycanı gözdən salmaq, onun antidemokratik obrazını formalaşdırmaq və inkişafına əngəl yaratmaq. Ermənilər və onların havadarları Ermənistanın inkişafına nail ola bilmirlər və əlacları Azərbaycanın qarşısını kəsməyə qalıb. Bəs "beşinci kolon"un dərdi nədir?

Ermənistanda növbəti hay-küy: təcriddən yalançı qurtuluş planları

Ermənistanda növbəti hay-küy: təcriddən yalançı qurtuluş planları
24 may 2018

Azərbaycanın dövlət başçısının hər addımı erməniləri təşvişə salır. Onlar İlham Əliyevin apardığı siyasətin potensialını və real gücünü yaxşı bilirlər. Dəfələrlə təcrübədə bunun şahidi olublar. Bu dəfə də Azərbaycan Prezidentinin Naxçıvana səfərinə Ermənistanda çox əsəbi reaksiya veriblər. Bu ölkənin rəsmi şəxsləri o dərəcədə reallıq hissini itiriblər ki, "Naxçıvanı geri qaytarmaq lazımdır" kimi absurd sayıqlamalara uyublar. Naxçıvan harada idi ki, geri qaytarırlar? Bu qədim və gözəl Azərbaycan diyarı həmişə aid olduğu yerdədir – Azərbaycanda! Təbii ki, bu həqiqəti hətta ermənilər belə bilirlər. Lakin Ermənistan siyasi və analitik dairələrinin ifadə etdiyi bir sıra fikirlərin işığında meydana çıxa biləcək geosiyasi vəziyyət üzərində bir qədər ətraflı dayanmağa dəyər.

Geosiyasi maraqların toqquşduğu arena: Yaxın Şərq və hadisələrin pərdəarxası

Geosiyasi maraqların toqquşduğu arena: Yaxın Şərq və hadisələrin pərdəarxası
23 may 2018

Son dövrlərdə Yaxın Şərqdə baş verən hadisələr bütün dünya ictimaiyyətinin diqqətini öz üzərinə çəkib. Bütün dövlətlərin maraqları məhz bu regionda toqquşur. Əlbəttə ki, Şərqin təbii zənginliklərinin istismarına imkan verəcək yeni işğal planının arxasında bəzi mühüm məqamlar vardır. Ərəb baharı, Afrikadan Mərkəzi Asiyaya qədər əməliyyatların əsasında "fəlakət kapitalizmi", yəni beynəlxalq terrorizmlə mübarizə adı altında qlobal sərmayəyə yeni pul kanallarının açılması dayanır. Xüsusilə müsəlman ölkələrində oyuncaq dövlətlər qurulmaqda, ölkələr terror bataqlığına çevrilməkdədir. 11 sentyabr 2001-ci ildən etibarən Yaxın Şərqdə eyni ssenari oynanır. Müharibələr, ölkələrin daxili işlərinə müdaxilələr, rejimlərin dəyişdirilməsi, terror qruplarının yaradılması, onlara silah və maliyyə dəstəyinin verilməsi, mülki vətəndaşların öldürülməsi, köçlər, təbliğatlar, qeyri-qanuni sərmayələr, işgəncələr və qanunsuz həbslər bu ssenarinin bir parçasıdır.

Fukuyamanın müsahibəsi: postsovet məkanında liberalizm və reallıq

Fukuyamanın müsahibəsi: postsovet məkanında liberalizm və reallıq
18 may 2018

Məşhur amerikalı alim və siyasi filosof Frensis Fukuyama "Deutsche Welle" agentliyinə müsahibə verib. Onun bir çox məsələlər üzrə söylədiyi fikirləri böyük maraqla qarşılanıb. F.Fukuyama liberalizm, "tarixin sonu" və postsovet məkanında sosial-siyasi transformasiyalardan bəhs edib. Xüsusi olaraq Ukrayna, Gürcüstan, Rusiya və Ermənistan hadisələri üzərində dayanıb. F.Fukuyamanın Ermənistandakı olayları müsbət inqilabi dəyişiklik kimi təqdim etməsi birmənalı qəbul edilmir. Proseslərin təhlili göstərir ki, orada situasiya qeyri-müəyyəndir. Hadisələrin nəticələrini proqnozlaşdırmaq risklidir. Təcrübəyə əsasən fikir yürütdükdə isə, əslində, Ermənistanda postsovet məkanında "məxməri inqilab", yaxud "liberal dəyişiklik" adı alında tamamilə başqa prosesin getdiyi qənaəti alınır. Bu kimi məqamlar üzərində daha geniş dayanmağa ehtiyac hiss etdik.

"Küçə naziri"nin siyasi fərqlilikləri: Paşinyan populizm girdabında

"Küçə naziri"nin siyasi fərqlilikləri: Paşinyan populizm girdabında
17 may 2018

Ermənistanda "məxməri inqilab"dan ağızdolusu danışanlar nədənsə susublar. Onlar bir neçə gün əvvələ kimi ölkədə ciddi siyasi, sosial, iqtisadi və sair dəyişikliklərin olacağından, "erməni demokratiyası"ndan dəm vururdular. Deyirdilər ki, Ermənistan regionda islahatların aparılmasında yeni səhifə açacaq. Xaricdəki ermənilərin də bu prosesə marağı get-gedə sönür, çünki hər kəs görməyə başlayıb ki, İrəvan Moskvanın qoyduğu çərçivədən kənara çıxmaq iqtidarında deyil. Bu baxımdan burada kimin baş nazir olmasının əhəmiyyəti yoxdur. Əsas məsələ Ermənistan rəhbərliyinin müstəqil siyasət yeridib-yeritməməyə qabil olması ilə bağlıdır. Məhz bu məqamla əlaqədar Nikol Paşinyanın Soçidə nələrdən danışacağı maraq doğururdu. O isə gözlənildiyi kimi, fərqli heç nə deyə bilmədi. Ekspertlər bütün bunların işığında Ermənistanın xarici siyasəti ilə bağlı müəyyən fikirlər ifadə edirlər. Həmin aspekt üzərində bir qədər geniş dayanmaq olar.

Nüvə silahı: dünya güclərinin geosiyasi oyununun bir parçası

Nüvə silahı: dünya güclərinin geosiyasi oyununun bir parçası
15 may 2018

Amerika Prezidenti Donald Trampın İranla imzalanan nüvə sazişindən çəkilməsi ilə bağlı bəyanatı bütün dünya siyasətinə yeni dinamika verdi. Qlobal miqyasda geosiyasi gərginlik daha da artmağa başladı. Çox keçmədi ki, KİV-də İsraillə İran arasında savaşın başlamaqda olduğu haqqında məlumatlar yayıldı. Yaxın Şərqin müxtəlif guşələrində hər iki dövlət bir-birinə hərbi-siyasi zərbələr endirməkdədir. Şübhəsiz ki, regionun digər dövlətləri uzun müddət bu prosesdən kənarda qala bilməzlər. Bu o deməkdir ki, Yaxın Şərqdə bir neçə böyük dövləti əhatə edən gərginlik sahəsi meydana gələ bilər. Eyni zamanda, Rusiya, Çin və Avropanın böyük dövlətləri də məsələyə laqeyd qalmırlar. Nəticədə nələr ola bilər? Dünya daha geniş məkanı əhatə edən müharibə meydanına çevrilə bilərmi? Bu proses bütövlükdə qlobal geosiyasi trendləri hansı müstəviyə ata bilər? Daha əhəmiyyətlisi, dünyanın yeni düzənini yaratmaq kimi ciddi vəzifə qarşıda durarkən, bütün bunlar bəşəriyyəti haraya sürükləyə bilər? Bu suallara cavablar üzərində düşünməyə dəyər.

"Erməni inqilabı": mif və reallıq

"Erməni inqilabı": mif və reallıq
11 may 2018

Hazırda Ermənistanda baş verən siyasi hadisələrə iki səviyyədə baxmaq olar. Birincisi, vassal, forpost dövlətin daxili sosial, siyasi və iqtisadi reallıqları aspektində. İkincisi, regional və qlobal geosiyasi proseslərin dinamikası kontekstində. Bu iki baxışı vahid məntiqi düzənə gətirmək mümkün olsa, onda Cənubi Qafqazın bu qondarma dövlətində nələrin baş verdiyinin həqiqi üzünü görə bilərik. Hətta qısa təhlil göstərir ki, erməni siyasi şüurunda heç bir dəyişiklik yoxdur. Demokratiyadan isə söhbət gedə bilməz. Çünki iqtisadiyyatı, siyasəti və təfəkkürü kölə vəziyyətində olan cəmiyyətin demokratikləşməsi imkansızdır. Erməni şüuru isə əsrlərdir ki, kənar ssenarilər üzrə siyasiləşib. Bu səbəbdən Paşinyan da erməni ssenarisi deyil. Ermənistana ağalıq edənlərin yeni bir oyunudur. Bunun üzərində bir qədər geniş dayanmaq istərdik.

Yeni Baş nazir: ziyalı, sədaqətli, məsuliyyətli və peşəkar

Yeni Baş nazir: ziyalı, sədaqətli, məsuliyyətli və peşəkar
26 aprel 2018

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təqdimatı ilə Milli Məclis Baş nazir vəzifəsinə Novruz Məmmədovun təyin edilməsinə razılıq verdikdən sonra, bu hadisə ilə bağlı müsbət fikirlər səsləndirilir, təyinatın uğurlu olduğunu sübut edən kifayət qədər faktlar göstərilir. Doğrudan da, Novruz Məmmədovun həyat və fəaliyyətinə nəzər salanda, öz zəhməti və biliyi ilə keçdiyi yolun məzmunu Baş nazir vəzifəsinə tam layiqli kadr olduğu qənaətini yaradır. Özünün də dəfələrlə etiraf etdiyi kimi, Ulu öndər Heydər Əliyevin yanında işləməsi bütün həyat kredosunu müəyyənləşdirib və onun üçün böyük məktəb olub. Novruz Məmmədov bütün fəaliyyəti boyu məsuliyyəti, ünsiyyət mədəniyyəti, biliyi, nizam-intizamı, yüksək təşkilatçılıq qabiliyyəti, təşəbbüskarlığı və qətiyyətli vətəndaş mövqeyi ilə fərqlənib. Azərbaycan Prezidenti İlham Əliyev ona yüksək və məsuliyyətli vəzifə etibar etməklə kadr təyinatında çoxsaylı faktorları dəqiqliklə nəzərə aldığını bir daha nümayiş etdirib. Bütün bunlar Novruz Məmmədovun yeni yüksək vəzifədə uğurla fəaliyyət göstərəcəyi barədə fikir yürütməyə əsas verir.

Ermənistanda demoqrafik şərait: 100 il əvvəl və bu gün

Ermənistanda demoqrafik şərait: 100 il əvvəl və bu gün
26 aprel 2018

Birinci Dünya müharibəsi dövründə ermənilərin Şərqi Anadoluda dövlət yaratmaq niyyətlərinin reallaşmamasından sonra onlar azərbaycanlıların əsl köklü xalq olduğu İrəvan xanlığı və ona bitişik ərazilərdə erməni dövləti yaratmaq ideyalarını təbliğ etməyə başlamışdılar. 1828-ci ildən başlayaraq 1988-ci ilə qədər davam edən 160 il müddətində ermənilər həm Çar Rusiyası dövründə, həm daşnak hakimiyyətinin iki ili, həm də Sovet dövlətinin 70 ili ərzində Azərbaycan xalqına qarşı, eyni ardıcıllıqla, eyni qəddarlıqla fəlakət, faciə və sözün əsl mənasında genosid siyasəti yeritmişlər. 1917-ci il bolşevik inqilabından sonra Rusiyada baş verən vətəndaş müharibəsi, digər tərəfdən Cənubi Qafqazda və başqa ərazilərdə genişlənən milli azadlıq hərəkatları ideoloji və hərbi cəhətdən təşkilatlanmış ermənilər üçün əsl fürsətə çevrildi.

Gürcüstandakı erməni mətbuatı separatizmi dəstəkləyir

Gürcüstandakı erməni mətbuatı separatizmi dəstəkləyir
25 aprel 2018

SSRİ hakimiyyəti dağıldıqdan sonra Gürcüstanda bir neçə yeni qəzet və televiziya kanalları fəaliyyət göstərməyə başladı. Zviad Qamsaxurdiyanın hakimiyyəti zamanı Gürcüstanda kütləvi informasiya vasitələri əsasən millətçi təbliğatı aparırdılar. Hazırda Gürcüstanda gürcüdilli KİV-dən başqa azərbaycandilli, rusdilli və ermənidilli mətbuat da fəaliyyət göstərir. Gürcüstandakı erməni icmasının yaşadıqları cəmiyyətə inteqrasiya olunması prosesinin sürətləndirilməsi məqsədilə Gürcüstanda ermənidilli mətbuat yayılmışdır.

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"
31 oktyabr 2019 168.am

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"

"Xarici işlər nazirimiz Zöhrab Mnatsakanyan erməni tərəfinin Qarabağ məsələsində nəyə nail olmaq istədiyini faktiki olaraq, BBC-yə çatdıra bilmədi". Bunu politoloq Hrant Melik-Şahnazaryan bildirib.

Davamı...
Yerevan Moskvanı şantaj edir
05 sentyabr 2019 1in.am

Yerevan Moskvanı şantaj edir

"Yerevanın Moskvaya layiqli cavabı: Rusiyada başa düşməlidirlər ki, vəziyyət dəyişib"

Davamı...