THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Tanınmamış "dövlət" fenomeni

Tanınmamış "dövlət" fenomeni
04 aprel 2018

Beynəlxalq münasibətlər sisteminin aktorları olmayan tanınmamış ''dövlətlər" haqqında günümüzdə bir sıra tədqiqatların aparılmasına baxmayaraq, onların mövcudluğunu və davamlı inkişaf ssenarilərini mümkün edən amillərin müəyyənləşdirilməsi müstəsna əhəmiyyət təşkil edir. Lakin 10 il keçməsinə baxmayaraq, bu gün nə Kosovo Respublikası, nə Abxaziya, nə də Cənubi Osetiya müstəqil dövlət deyillər. Tam müstəqillik qazanmaq, beynəlxalq təşkilatlarda iştirak etmək və beynəlxalq münasibətlər sisteminin aktoru olmaq üçün onlar ilk növbədə ərazisində yerləşdikləri suveren dövlətlər – Serbiya və Gürcüstan tərəfindən tanınmalıdırlar, bu isə qeyri-mümkündür. Ermənistan da daxil olmaqla dünyanın heç bir dövləti tərəfindən tanınmamış qondarma "Dağlıq Qarabağ Respublikası" bir sıra səciyyəvi xüsusiyyətləri ilə yuxarıda qeyd edilmiş hallardan fərqlənir.

"Toy prezidenti": Ermənistanda prezidentliyin "şizik"dən "fizikə" təhvil verilməsi

"Toy prezidenti": Ermənistanda prezidentliyin "şizik"dən "fizikə" təhvil verilməsi
27 mart 2018

Ermənilər növbəti dəfə seçki şousu göstərdilər. Konstitusiyada edilən dəyişikliyə görə, artıq ölkə parlament üsul-idarəsinə keçir. Bu səbəbdən prezident real idarəetmə imkanlarını itirir. Ermənistan Respublika Partiyası və daşnakların təqdimatı ilə parlament yeni prezidenti seçib. O, 105 səsdən 90-nını alan keçmiş səfir, ixtisasca fizik olan, Avropa və Rusiyada geniş biznes şəbəkəsinə malik Armen Sarkisyandır. Ermənistan KİV-i bu adamın erməni diasporu ilə sıx bağlılığının olduğunu vurğulayır. Serj Sarkisyanın məhz belə bir fiqura üstünlük verməsini bununla izah edirlər. Gözlənilir ki, A.Sarkisyan son zamanlar Ermənistana yardımları azaldan diaspor təşkilatlarını yola gətirə biləcək, İrəvana diasporun daha çox dəstək verməsinə nail olacaq. Lakin bu, baş tutsa belə, bir sıra analitiklər bunun Ermənistan dövlətçiliyi üçün ciddi müsbət təsirinin olmayacağını, əksinə, ermənilərin bununla özlərinin müstəqil olmaq imkanlarını daha da məhdudlaşdıracaqlarını proqnozlaşdırırlar. Bu fikirlər kontekstində Ermənistanda yeni prezidentin seçilməsi hadisəsinin Cənubi Qafqazın geosiyasi dinamikasına mümkün təsirləri üzərində dayanmağa ehtiyac gördük.

Sürix protokollarından imtina: Ermənistanın növbəti məkrli hiyləsi

Sürix protokollarından imtina: Ermənistanın növbəti məkrli hiyləsi
14 mart 2018

Artıq keçmiş prezident adlandırılan Serj Sarkisyan mart ayının 1-də Təhlükəsizlik Şurasının iclasında 2009-cu ildə Sürixdə Türkiyə ilə imzalanan protokollardan imtina etdiyini söyləyib. Həmin sənədlərdə Türkiyə ilə Ermənistan arasında diplomatik münasibətlərin yaradılması və tərəflər arasında əməkdaşlığın inkişaf etdirilməsi prinsipləri ümumi şəkildə əks olunmuşdu. İrəvan təntənəli surətdə bəyan edib ki, məhz o, həmin protokolları lüzumsuz sayır. Ermənistandakı siyasi və analitik dairələr bu hadisəni onlara məxsus dar düşüncə ilə "təhlil" etməkdədirlər. Onlar az qala S.Sarkisyanın bu addımını qəhrəmanlıq kimi qələmə verirlər. Real olaraq isə növbəti dəfə Ermənistan rəhbərliyinin və onun təbliğatçılarının nə qədər aciz və həqiqətdən uzaq olduqları məlum oldu. Bunu regiondakı vəziyyətlə az da olsa tanış olanlar çox yaxşı bilirlər. Biz məsələnin müəyyən aspektlərini təhlil etməyə qərar verdik.

Ermənistanda ilk ermənistanlı prezident

Ermənistanda ilk ermənistanlı prezident
13 mart 2018

Ermənistanın 27 illik müstəqillik tarixində nəhayət Ermənistanda doğulan biri 2 mart 2018-ci ildə parlament tərəfindən Ermənistan prezidenti seçildi (90 lehinə, 10 əleyhinə, 1 keçərli olmayan səs toplayaraq). Bu şanslı və ya şanssız adam 23 iyun 1953-cü ildə İrəvanda doğulan Armen Vardanoviç Sarqsyandır. 1 martda Ermənistan parlamentində Armen Sarqsyan deputatlar tərəfindən dinlənildi. Deputatlar qarşısında prezident seçiləcəyi təqdirdə proqram və gələcək fəaliyyəti haqqında məlumat verən Sarqsyanın bütün deputatları, erməni millətini və diaspor ermənilərini qucaqlayacaq qədər uzun və güclü qollarının olmadığı məlum oldu. Parlamentdə müxalif ELK (ÇIXIŞ) Blokunun tənqidləri və nataraz sualları ilə qarşı-qarşıya qalan Armen Sarqsyanın verdiyi cavablar da məmnunedici olmadı. ELK Blokunun Sarqsyana qarşı əsas arqumentlərindən biri də onun vətəndaşlığı məsələsi olmuşdur.

Ermənistanın dilənçi müdafiə naziri

Ermənistanın dilənçi müdafiə naziri
09 mart 2018

Viqen Sərkisyan Ermənistanın səkkizinci müdafiə naziridir. Mülki şəxsdir. Hərbi xidmətdə olmadığı haqqında iddialar var. Bu günə qədər təyin edilən müdafiə nazirlərindən fərqli olaraq ermənilərin qeyd etdikləri kimi "burnuna barıt iyi çəkməmiş və hərbi əməliyyatlarda iştirak etməmiş, qan görməmiş fəraridir". Sərkisyan müdafiə naziri təyin edildikdən sonra müxalif partiyalar onun hərbi xidmətdə olmasını təsdiqləyən sənədləri tələb etmişdilər. Ermənistanın hərbi komissarlığı bir neçə sənədi təqdim etsə də, bu, müxalif siyasi partiyaları və ictimai rəyi qane etməmişdi. Daha sonra Sərkisyan parlamentdə çıxış edərək hərbi xidmətini zabit kimi tamamladığını desə də,[i] onun heç zabit mundiri geymədiyi haqqında iddialar ortaya atıldı.

Bir satqınlığın büdcəsi, mühasibatı və zehniyyəti (II hissə)

Bir satqınlığın büdcəsi, mühasibatı və zehniyyəti (II hissə)
01 mart 2018

Azərbaycana qarşı qərəzli ''qara piar'' aparan ''Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Araşdırmaları Təşkilatı'', ''Jurnalistikanın İnkişafı Şəbəkəsi'' və Xədicə İsmayılın fəaliyyətində görünməyən tərəfləri geniş ictimaiyyətə açıqlamağa davam edirik. Əvvəli I yazımızda. Təşkilatın maliyyə fəaliyyətinin audit yoxlamasına dair hesabatda nələr yazılıb? 2016-cı ildə təşkilatda keçirilən Audit yoxlaması üzrə Hesabatda 2 il (2015 və 2016-cı illər) üzrə büdcədən ayrılmalar və həmin qrant və mükafatlar qeyd edilir.

Bir satqınlığın büdcəsi, mühasibatı və zehniyyəti (I hissə)

Bir satqınlığın büdcəsi, mühasibatı və zehniyyəti (I hissə)
28 fevral 2018

Azərbaycana qərəz və böhtan yağdırmaq üçün ''dəridən qabıqdan çıxan'', ölkədəki sabitliyi pozmaq üçün gecə-gündüz planlar quran uzun adlı ''Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Araşdırmaları Layihəsi'' (bundan sonra OCCRP) olan bir təşkilat var. Təşkilatın yiyəsi – bütün dünyada araşdırmaçı jurnalistikanı inkişaf etdirmək üçün ABŞ-da təsis edilən – ''Jurnalistikanın İnkişafı Şəbəkəsi''dir. (The Journalism Development Network, Inc. (JDN). ''Jurnalistikanın İnkişafı Şəbəkəsi''ni 2004-cü ildə Dryu Sallivan adlı adam yaradıb. Əvvəl ixtisasca komediya aktyoru olan D.Sallivanı sonralar hansısa külək gətirib jurnalistikaya çıxarıb. O vaxtdan bəri adamın xroniki olaraq bir ayağı okeanın o tayında, o biri ayağı isə ''köhnə qitə''də, Şərqi Avropadadır.

Prezidentin tarixi nitqi: kimlər nədən narahatdır?

Prezidentin tarixi nitqi: kimlər nədən narahatdır?
20 fevral 2018

Fevralın 8-də Yeni Azərbaycan Partiyasının VI qurultayı keçirildi. Tədbirdə Prezident İlham Əliyev dərin məzmunlu nitq söylədi. Dövlət başçısı çıxışında ölkədə həyata keçirilən islahatlar, əldə edilən nailiyyətlər və qarşıda duran perspektivləri dolğun şəkildə ifadə etdi. Azərbaycanda sosial-iqtisadi və mədəni inkişafın müxtəlif aspektləri üzərində dayandı. Həyata keçirilən proqramların verdiyi dividendlər haqqında bir daha danışıldı. Milli dövlətçiliyin sürətli inkişafının bundan sonra da davam edəcəyi vurğulandı. Bunlarla yanaşı, Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artması, müxtəlif layihələrdə iştirakının müsbət nəticələri haqqında da dövlət başçısı fikir ifadə etdi. Ekspertlərin diqqətini daha çox çəkən məsələlər sırasında İlham Əliyevin Azərbaycan tarixi, onun öyrənilməsi, gənclərin qarşısında duran vəzifələr, tarixi yaddaşın məzmun çalarları barədə irəli sürdüyü tezislər geniş müzakirə predmetinə çevrilib. Ancaq bir sıra dairələr bu fikirlərdən əməlli-başlı narahat olublar. Onlar həmin fikirləri qərəzli mövqedən analiz etməyə çalışırlar.

Facebook sosial şəbəkəsində "Prezidentə Dəstək – 2018"

Facebook sosial şəbəkəsində "Prezidentə Dəstək – 2018"
20 fevral 2018

5 il bundan əvvəl Newtimes.az analitik-informasiya portalı Prezident İlham Əliyevə Facebook-da dəstək qrupunu yaratmaq təşəbbüsü ilə çıxış etmişdi. Bu addımı ölkəmizin minlərlə sakini alqışlamışdı. Qısa müddət ərzində portalın elektron poçtuna səsimizə səs verənlərin dəstək ifadə edən mesajlarının axını olmuş və bu proses böyük bir hərəkata çevrilmişdi. Nəticədə, bu qrupa yüz minlərə üzv qəbul olunmuşdu. Bu nəticəyə heç bir xüsusi təbliğat işi aparılmadan, ancaq qrup üzvlərinin və onların dostlarının fəallığı nəticəsində nail olunmuşdu.

Ermənilərin "çirkin" feyk dostu: Aleksandr Nevzorovun sayıqlamaları

Ermənilərin "çirkin" feyk dostu: Aleksandr Nevzorovun sayıqlamaları
19 fevral 2018

Ermənistanın bir informasiya agentliyi rusiyalı jurnalist Aleksandr Nevzorovun "Exo Moskvı" radiostansiyasındakı çıxışının Azərbaycanla bağlı hissəsini dərc edib. Ermənilər bunu sanballı bir fikir kimi, təhlil statusunda təqdim etməyə çalışıblar. Söhbət Azərbaycan Prezidenti İlham Əliyevin İrəvanın qədim Azərbaycan torpağı olması ilə bağlı ifadə etdiyi fikirdən gedir. Təbii ki, özlüyündə elə bir siyasi əhəmiyyəti olmayan hadisədir. Ancaq "tanınmış" jurnalist və rejissorun şəxsiyyəti təhqir edən ifadələr işlətməsi, özünü yol göstərən, ağıl öyrədən, tarixi bilən mütəxəssis kimi təqdim etməyə çalışması cavabsız qalmamalıdır. Xüsusilə Azərbaycan kimi nüfuzlu dövlətin yüksək intellektual səviyyəyə, peşəkar diplomatik qabiliyyətə və ədalət hissinə malik başçısına iftira, böhtan atılması diqqətdən kənarda qala bilməz. Biz yalnız müəyyən real faktların işığında A.Nevzorov kimilərə möhtac olan ermənilərin və rus jurnalistin bir şəxs kimi düşdüyü aciz və gülünc vəziyyətdən bəhs etməyi lazım bildik.

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Müharibəni necə bərpa etməli?
23 aprel 2019 The Washington Times

Müharibəni necə bərpa etməli?

Dağlıq Qarabağ müharibəsi təkcə Cənubi Qafqazda deyil, həm də ABŞ-dakı erməni diasporu və Amerika Erməni Milli Komitəsi (ANCA) kimi erməni təşkilatları tərəfindən Birləşmiş Ştatlarda aparılır.

Davamı...
Yeni enerji inqilabı rusları həyəcanlandırmağa başlayarsa...
25 mart 2019 The Washington Times

Yeni enerji inqilabı rusları həyəcanlandırmağa başlayarsa...

Azərbaycanın yeni İpək Yolundakı mövqeyi onun bölgədə aparıcı rola yiyələnməsi üçün nəzərdə tutulub. O, bu rola hazırdır.

Davamı...