THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

"Erməni inqilabı": mif və reallıq

"Erməni inqilabı": mif və reallıq
11 may 2018

Hazırda Ermənistanda baş verən siyasi hadisələrə iki səviyyədə baxmaq olar. Birincisi, vassal, forpost dövlətin daxili sosial, siyasi və iqtisadi reallıqları aspektində. İkincisi, regional və qlobal geosiyasi proseslərin dinamikası kontekstində. Bu iki baxışı vahid məntiqi düzənə gətirmək mümkün olsa, onda Cənubi Qafqazın bu qondarma dövlətində nələrin baş verdiyinin həqiqi üzünü görə bilərik. Hətta qısa təhlil göstərir ki, erməni siyasi şüurunda heç bir dəyişiklik yoxdur. Demokratiyadan isə söhbət gedə bilməz. Çünki iqtisadiyyatı, siyasəti və təfəkkürü kölə vəziyyətində olan cəmiyyətin demokratikləşməsi imkansızdır. Erməni şüuru isə əsrlərdir ki, kənar ssenarilər üzrə siyasiləşib. Bu səbəbdən Paşinyan da erməni ssenarisi deyil. Ermənistana ağalıq edənlərin yeni bir oyunudur. Bunun üzərində bir qədər geniş dayanmaq istərdik.

Yeni Baş nazir: ziyalı, sədaqətli, məsuliyyətli və peşəkar

Yeni Baş nazir: ziyalı, sədaqətli, məsuliyyətli və peşəkar
26 aprel 2018

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təqdimatı ilə Milli Məclis Baş nazir vəzifəsinə Novruz Məmmədovun təyin edilməsinə razılıq verdikdən sonra, bu hadisə ilə bağlı müsbət fikirlər səsləndirilir, təyinatın uğurlu olduğunu sübut edən kifayət qədər faktlar göstərilir. Doğrudan da, Novruz Məmmədovun həyat və fəaliyyətinə nəzər salanda, öz zəhməti və biliyi ilə keçdiyi yolun məzmunu Baş nazir vəzifəsinə tam layiqli kadr olduğu qənaətini yaradır. Özünün də dəfələrlə etiraf etdiyi kimi, Ulu öndər Heydər Əliyevin yanında işləməsi bütün həyat kredosunu müəyyənləşdirib və onun üçün böyük məktəb olub. Novruz Məmmədov bütün fəaliyyəti boyu məsuliyyəti, ünsiyyət mədəniyyəti, biliyi, nizam-intizamı, yüksək təşkilatçılıq qabiliyyəti, təşəbbüskarlığı və qətiyyətli vətəndaş mövqeyi ilə fərqlənib. Azərbaycan Prezidenti İlham Əliyev ona yüksək və məsuliyyətli vəzifə etibar etməklə kadr təyinatında çoxsaylı faktorları dəqiqliklə nəzərə aldığını bir daha nümayiş etdirib. Bütün bunlar Novruz Məmmədovun yeni yüksək vəzifədə uğurla fəaliyyət göstərəcəyi barədə fikir yürütməyə əsas verir.

Ermənistanda demoqrafik şərait: 100 il əvvəl və bu gün

Ermənistanda demoqrafik şərait: 100 il əvvəl və bu gün
26 aprel 2018

Birinci Dünya müharibəsi dövründə ermənilərin Şərqi Anadoluda dövlət yaratmaq niyyətlərinin reallaşmamasından sonra onlar azərbaycanlıların əsl köklü xalq olduğu İrəvan xanlığı və ona bitişik ərazilərdə erməni dövləti yaratmaq ideyalarını təbliğ etməyə başlamışdılar. 1828-ci ildən başlayaraq 1988-ci ilə qədər davam edən 160 il müddətində ermənilər həm Çar Rusiyası dövründə, həm daşnak hakimiyyətinin iki ili, həm də Sovet dövlətinin 70 ili ərzində Azərbaycan xalqına qarşı, eyni ardıcıllıqla, eyni qəddarlıqla fəlakət, faciə və sözün əsl mənasında genosid siyasəti yeritmişlər. 1917-ci il bolşevik inqilabından sonra Rusiyada baş verən vətəndaş müharibəsi, digər tərəfdən Cənubi Qafqazda və başqa ərazilərdə genişlənən milli azadlıq hərəkatları ideoloji və hərbi cəhətdən təşkilatlanmış ermənilər üçün əsl fürsətə çevrildi.

Gürcüstandakı erməni mətbuatı separatizmi dəstəkləyir

Gürcüstandakı erməni mətbuatı separatizmi dəstəkləyir
25 aprel 2018

SSRİ hakimiyyəti dağıldıqdan sonra Gürcüstanda bir neçə yeni qəzet və televiziya kanalları fəaliyyət göstərməyə başladı. Zviad Qamsaxurdiyanın hakimiyyəti zamanı Gürcüstanda kütləvi informasiya vasitələri əsasən millətçi təbliğatı aparırdılar. Hazırda Gürcüstanda gürcüdilli KİV-dən başqa azərbaycandilli, rusdilli və ermənidilli mətbuat da fəaliyyət göstərir. Gürcüstandakı erməni icmasının yaşadıqları cəmiyyətə inteqrasiya olunması prosesinin sürətləndirilməsi məqsədilə Gürcüstanda ermənidilli mətbuat yayılmışdır.

Özünü "lider" adlandıran baş nazir: istefa verdi və xalq sevindi

Özünü "lider" adlandıran baş nazir: istefa verdi və xalq sevindi
24 aprel 2018

Ermənistanda bir neçə gündür davam edən etirazlar özünün yeni mərhələsinə qədəm qoyub. Müxaliflərə rəhbərlik edən Nikol Paşinyan tədricən tələblərini dilə gətirib. O, başlıca olaraq parlament tərəfindən baş nazir seçilən Serj Sarkisyanın istefasını tələb edirdi. Hətta S.Sarkisyanı dialoqa gedə bilməyəcəyi yeganə adam adlandırırdı. Lakin İrəvan otellərinin birində N.Paşinyanla S.Sarkisyanın bir neçə dəqiqəlik "dialoqu" baş tutub. Nəticəsi olmayan söz mübahisəsindən sonra görüş yerini S.Sarkisyan tərk edib. Ondan əvvəl N.Paşinyan meydanda prezident Armen Sarkisyanla görüşmüşdü. Prezident söhbətdən sonra konkret bir şey deyə bilməyib, qeyri-müəyyən ifadələr işlətmişdi. Ekspertlər hesab edirlər ki, vəziyyət çox gərgin səviyyəyə çatıb. S.Sarkisyan isə özünü lider adlandıraraq dövlət üçün işləməli olduğunu deyirdi. Xüsusilə Qarabağ məsələsini "layiqli həll etməli" olduğundan dəm vururdu. Yalnız bundan sonra "lider başqa işlə məşğul ola bilər"miş. Bu gülünc xülyaların fonunda S.Sarkisyanın istefası və Ermənistanda siyasi proseslərin daxili məntiqi və onun region üçün mümkün nəticələri üzərində bir qədər geniş dayanmaq zərurəti özünü göstərməkdədir.

Ermənistanın "zorakı demokratiyası": Sarkisyanın hakimiyyəti özündən özünə ötürməsi

Ermənistanın "zorakı demokratiyası": Sarkisyanın hakimiyyəti özündən özünə ötürməsi
18 aprel 2018

Bir qayda olaraq erməni siyasətçilər özlərinin demokratik ruhlu olmalarından dəm vururlar. Onlar bunun fonunda başqalarını ittiham etməkdən belə çəkinmirlər. Ancaq Ermənistanda baş verənlər real vəziyyətin tamamilə başqa cür olduğundan xəbər verir. Serj Sarkisyan ölkə konstitusiyasında apardığı "dəyişikliklərlə" faktiki olaraq hakimiyyəti özündən özünə ötürüb. İndiki əsas qanuna görə, Ermənistanda real hakimiyyət baş nazirin əlində olacaq. Bütövlükdə parlament idarəetmə üsuluna keçid baş verir. Bununla da S.Sarkisyanın tərk etdiyi prezident kürsüsünə yalnız rəsmi tədbirlərdə "toy generalı" kimi iştirak edən adam əyləşəcək. Bunları anlayan müxalifət etiraz aksiyaları keçirir. Bu prosesin necə sona çatacağı məlum deyil. Ancaq aydındır ki, Ermənistanda daxili siyasi, sosial və iqtisadi vəziyyət özünün daha gərgin səviyyəsinə yüksəlməkdədir. Bu isə ümumən Cənubi Qafqazda qeyri-müəyyən geosiyasi mənzərə yaratmaqdadır.

Prezident seçkisi: müstəqilliyə və inkişafa verilən səs!

Prezident seçkisi: müstəqilliyə və inkişafa verilən səs!
17 aprel 2018

Azərbaycanda keçirilən prezident seçkisinə marağın böyük olacağı öncədən proqnozlaşdırılırdı. Bu hadisəyə fərqli yanaşmaların da ola biləcəyi gözlənilirdi. Seçki prosesinin tam demokratik tələblərə cavab verməklə şəffaf baş tutacağına qətiyyən şübhə yox idi. Obyektiv mövqe tutanlar da bunu təsdiq edirlər. Lakin elə dairələr mövcuddur ki, onların qərəzli və böhtançı qiymət verə biləcəyini istisna etmək olmazdı. Doğrudan da, növbəti dəfə Azərbaycanın uğuruna qısqanc münasibət özünü göstərdi. Bəzi müşahidəçilər özlərindən qüsurlar uydurmağa çalışdılar. Onların davranışları göstərdi ki, Azərbaycanın nailiyyətlərini həzm edə bilməyənlər hələ də vardır. Lakin həqiqəti heç kəs inkar edə bilməz. Azərbaycan müstəqil dövlət quruculuğunu qətiyyətlə davam etdirir. Ölkənin idarəçiliyi əmin, etibarlı əllərdədir. Azərbaycan xalqı öz Prezidentinə inanır və onun arxasınca getməyə hazırdır.

Milli ideya və onun təkamül fəlsəfəsi: akademik Ramiz Mehdiyevin əsəri üzərində düşünərkən

Milli ideya və onun təkamül fəlsəfəsi: akademik Ramiz Mehdiyevin əsəri üzərində düşünərkən
16 aprel 2018

Müasir Azərbaycan fəlsəfi fikrinin inkişafında xüsusi xidmətləri olan akademik Ramiz Mehdiyev növbəti sanballı əsərini ərsəyə gətirib. 2017-ci ildə Rusiyanın paytaxtında nəşr edilən və iki kitabdan ibarət olan əsər Azərbaycan cəmiyyəti üçün olduqca aktual olan problemlərin fəlsəfi-elmi tədqiqinə həsr edilib. Akademik Azərbaycan milli ideyasının fəlsəfi analizini verib, yeni müddəalar irəli sürüb, proqnostik fikirlər ifadə edib. Əsərdə, Azərbaycanda milli ideyanın formalaşmasının tarixi mərhələləri kifayət qədər dolğun araşdırılıb və dövlətçiliyin inkişafı bağlılığında maraqlı qənaətlər əldə edilib. Geniş təhlil əsasında müasir mərhələdə Azərbaycanda müstəqil dövlət quruculuğunun yeni mərhələyə qədəm qoymasında milli ideyanın rolu müəyyənləşdirilib, onun fəlsəfi səciyyəsi verilib. Geniş mövzuları əhatə edən bu problematikanın əsərdə ətraflı fəlsəfi təhlili yer alıb. Biz bir məqalədə onların bütün çalarları üzərində dayana bilmərik, lakin bir sıra məqamlarla bağlı fikirlərimizi bildirməyə ehtiyac görürük.

İlham Əliyev: uğurlu liderə tam etimad!

İlham Əliyev: uğurlu liderə tam etimad!
05 aprel 2018

Azərbaycan növbəti prezident seçkisi ərəfəsindədir. Namizədlər çoxdur. Konstitusiya hər bir Azərbaycan vətəndaşına ölkəyə başçılıq etmək iddiasında olmaq hüququ verir. Lakin onların sırasında yeganə real namizəd vardır – İlham Əliyev! Azərbaycanın hazırkı Prezidenti dövlətə rəhbərlik etdiyi 15 ildə çox böyük uğurlar əldə edib. Bütün sahələr üzrə inkişaf müşahidə edilir. Müstəqil dövlət quruculuğu kursu uğurla aparılmaqdadır. Azərbaycanda indi güclü dövlət və güclü cəmiyyət quruculuğu bir-biri ilə harmoniyada həyata keçirilir. Bunu təsdiq edən faktlar kifayət qədərdir. Bunlarla yanaşı, İlham Əliyev bir siyasətçi kimi yeni əməkdaşlıq formatlarının təşəbbüskarı olaraq dünyada nüfuz qazanıb. İndi Azərbaycan rəhbərinin təşəbbüsü ilə üçtərəfli və dördtərəfli əməkdaşlıq formatları reallaşdırılır. Bu, həm regional, həm də qlobal miqyasda dövlətlər arasında əlaqələrin inkişafı və təhlükəsizliyin təmini üçün son dərəcə səmərəli bir addım kimi qəbul edilir. İlham Əliyevin fəaliyyətinə sistemli yanaşdıqda, meydana bir sıra aktual faktorlar çıxır ki, onların üzərində geniş dayanmağa ehtiyac duyuruq.

Böyük dövlətlərin "olum, ya ölüm" monoloqu və dünya: müharibə qaçılmazdır?

Böyük dövlətlərin "olum, ya ölüm" monoloqu və dünya: müharibə qaçılmazdır?
04 aprel 2018

Dünya mətbuatında qlobal səviyyədə gedən geosiyasi-hərbi proseslərin analizinə həsr edilmiş məqalələrin sayı günbəgün artır. Aparılan təhlillər adətən bir nəticə ilə yekunlaşır: bəşəriyyət yeni müharibənin astanasındadır. Bu zaman bəşəriyyəti iki düşərgəyə bölürlər – Qərb və anti-Qərb! Bu iki düşərgənin bir-biri ilə münasibətləri, təəssüf ki, daha çox nüfuz və geosiyasi maraqlar kontekstində analiz edilir. Bunun fonunda güclü və zəif, böyük və kiçik dövlətlər bölgüsü aparılmağa çalışılır. Belə təəssürat yaranır ki, böyük dövlətləri bütövlükdə bəşəriyyətin taleyindən çox, öz maraqları düşündürür. Bu prizmadan yanaşdıqda, ayrıca, bir qrup dövlətin sürətli inkişafı və hərbi qüdrətinin artmasına reaksiya olaraq, onların zərərsizləşdirilməsi təklifinin irəli sürülməsi səbəbləri aydın olur. Konkret adlar da çəkilir. Bir sıra müəlliflər yeni inkişaf etməkdə olan ölkələrin öz aralarında ixtilaflar yaratmaq kimi qeyri-humanist tezisi belə irəli sürürlər. Bütün bunlar insanları düşündürür: dünya doğrudanmı yeni müharibəyə sürüklənir? Bu prosesin sonu necə ola bilər?

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Müharibəni necə bərpa etməli?
23 aprel 2019 The Washington Times

Müharibəni necə bərpa etməli?

Dağlıq Qarabağ müharibəsi təkcə Cənubi Qafqazda deyil, həm də ABŞ-dakı erməni diasporu və Amerika Erməni Milli Komitəsi (ANCA) kimi erməni təşkilatları tərəfindən Birləşmiş Ştatlarda aparılır.

Davamı...
Yeni enerji inqilabı rusları həyəcanlandırmağa başlayarsa...
25 mart 2019 The Washington Times

Yeni enerji inqilabı rusları həyəcanlandırmağa başlayarsa...

Azərbaycanın yeni İpək Yolundakı mövqeyi onun bölgədə aparıcı rola yiyələnməsi üçün nəzərdə tutulub. O, bu rola hazırdır.

Davamı...