THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Müasir beynəlxalq təhlükəsizliyin meqatrendləri

Müasir beynəlxalq təhlükəsizliyin meqatrendləri
25 sentyabr 2018

"Beynəlxalq təhlükəsizlik" anlayışı təqribən 100 il əvvəl beynəlxalq münasibətlər lüğətinə daxil edilmişdir. O zamana qədər Silahlı Qüvvələrin istifadəsi "müharibə"və "sülh" anlayışları ilə ifadə edilmişdir. Yaxın günlərədək beynəlxalq təhlükəsizliyə hərbi təhlükəsizliyin fenomeni kimi baxılırdı. O, dövlət və dövlətlər qrupu tərəfindən ehtimal olunan təcavüzü aradan qaldırmaq üçün Silahlı Qüvvələrin kifayət qədər hazır vəziyyətdə saxlanılması, hərbi ittifaqların yaradılması, bəzi hallarda isə şəxsi maraqlarının gerşəkləşməsi naminə hərbi gücdən istifadə edilməsi və ya onun tətbiq edilməsi hədəsi və s. kimi xarakterizə edilirdi. Tədricən hərbi güc amili hərbi qarşıdurmanın miqyasını, qızğın silahlanmanı və silahlı münaqişələrin baş vermə ehtimalını məhdudlaşdırmağa xidmət edən diplomatik və digər siyasi alətlər kompleksi ilə zənginləşdi.

"Fransızdilli" Ermənistanın Frankofoniya sərgüzəştləri

"Fransızdilli" Ermənistanın Frankofoniya sərgüzəştləri
25 sentyabr 2018

Məlum olduğu kimi, dünyanın 5 fərqli qitəsindən 890 milyon insanın yaşadığı 58 dövlətin təmsil olunduğu Beynəlxalq Frankofoniya təşkilatının 17-ci zirvə görüşünün 11-12 oktyabr tarixlərində Ermənistanın paytaxtı İrəvanda keçirilməsi planlaşdırılır. Təşkilatın Nizamnaməsinə əsasən dövlətləri bu təşkilat çərçivəsində birləşdirən əsas amil fransız dili və fransız mədəniyyətinə yaxınlıq olsa da, dünyada sülhün və əmin-amanlığın, insan hüquq və azadlıqlarının təşviq edilməsi arzusu da BFT-nin missiyasını və fəaliyyətinin əsas prinsiplərini təşkil edir.

Nikol Paşinyanın Parisdə yalvarışları və növbəti böhtanları: erməni baş nazir öz ampluasında

Nikol Paşinyanın Parisdə yalvarışları və növbəti böhtanları: erməni baş nazir öz ampluasında
20 sentyabr 2018

Nikol Paşinyan Fransaya gedibmiş. O, Parisdə danışıqlar apardığını deyir. Doğrudan da, Fransanın Prezidenti ilə də görüşüb, yemək yeyiblər. Bir sıra siyasi və işgüzar dairələrlə və daha çox Fransada yaşayan ermənilərin təşkilatlarında görüşlər keçirilib. Lakin N.Paşinyan yalnız danışıb. Onun hansısa rəsmi sənəd imzaladığı haqqında informasiya yoxdur. Fransa Prezidenti Emmanuel Makron isə "İrəvanda danışarıq" cümləsi ilə erməni baş naziri başından edib. Bunların əvəzində N.Paşinyan ermənilərin əhatəsində cürətlənib. O, Azərbaycana və onun rəhbərliyinə qarşı absurd ittihamlarında davam edib. Hiss olunur ki, N.Paşinyan nəinki siyasəti bilmir, hətta başını belə itirib və məntiqsiz "fikirlərdən" başqa ağlına bir şey gəlmir. Bu kontekstdə onun Fransaya gedişinin bir sıra məqamları üzərində geniş dayanmağı lazım bildik.

Paşinyanın növbəti iftirası: siyasi imicini itirmiş şoumen

Paşinyanın növbəti iftirası: siyasi imicini itirmiş şoumen
19 sentyabr 2018

Siyasət ciddi məşğuliyyətdir və məsuliyyəti böyükdür. Lider öz təmkini, rasionallığı, siyasi uzaqgörənliyi və diplomatik peşəkarlığı ilə uğur qazana bilər. Dünya tarixində bunun gözəl nümunələri mövcuddur. Bu barədə kifayət qədər yazılıb. Bunun əks tərəfi də vardır. Bəzən hansısa bir ölkədə hakimiyyətə elə qəribə adamlar yiyələnirlər ki, onları siyasətçi adlandırmaq belə riskli olur. Nikol Paşinyan bütün kimliyi və siyasi davranışları ilə ikinci qrupa aiddir. Küçədə hay-küy salıb, Ermənistana baş nazir olan adam, qətiyyən dəyişmir. O, meydanda necə və nədən danışırdısa, hökumət iclaslarında da ondan bəhs edir. Bəzən darıxıb mitinq çağırır və oradan insanları güldürən "inqilabi fikirlərini" bir daha ərz edir. Bu bağlılıqda N.Paşinyanın son zamanlar Azərbaycan Prezidenti haqqında sayıqlamaları daha gülünc görünür. Onlara fikir verməmək olardı. Ancaq kütlə psixologiyası elədir ki, ona bəzi məqamları anlatmasan, yalana uya bilər. Bunları nəzərə alaraq, N.Paşinyanın siyasi kimliyi və bivec liderliyinin üzərində bir qədər geniş dayanmağı lazım bildik.

Bakının azad edilməsinin 100 illiyi: Azərbaycan-Türkiyə qardaşlığının, birliyinin zəfər anı

Bakının azad edilməsinin 100 illiyi: Azərbaycan-Türkiyə qardaşlığının, birliyinin zəfər anı
18 sentyabr 2018

Yüz il bundan əvvəl Nuru Paşanın komandanlığı altında yeni yaradılmış Azərbaycan Milli Ordusunun könüllülərlə birlikdə Bakını işğalçılardan azad etməsi münasibətilə keçirilən paradda dərin geosiyasi məna yükü olan fikirlər səsləndirildi. Azərbaycan və Türkiyə Prezidentləri söylədikləri nitqlərində hadisənin tarixi, mənəvi, siyasi, hərbi və geosiyasi çalarları haqqında məzmunlu tezislər ifadə etdilər. İki qardaş dövlətin əlaqələrinin inkişaf dinamikası ilə qlobal tərəqqinin dinamikasının ahəngdar olduğu söylənən fikirlərdən tam aydın idi. Azərbaycanla Türkiyə bütün sahələrdə əməkdaşlıqlarını regional və qlobal inkişaf naminə yeni səviyyələrə yüksəldirlər. Bakının əsarətdən xilas edilməsinin 100 illiyinə bu faktorlar kontekstində yanaşdıqda daha əhəmiyyətli məqamları görmək mümkündür. Həmin çərçivədə təntənəli tədbirin geosiyasi məqamları üzərində geniş dayanmağa ehtiyac vardır.

Paşinyan Kremldə: iki məsələdə xəyal qırıqlığı və ziddiyyətlər

Paşinyan Kremldə: iki məsələdə xəyal qırıqlığı və ziddiyyətlər
17 sentyabr 2018

Bəzi dairələr hesab edirdilər ki, N.Paşinyanın Moskvaya səfərində ciddi məsələlər üzrə hansısa razılıq əldə olunacaq. Erməni KİV-ləri danışıqlardan sonra məhz bu müstəvidə məlumatlar yaymağa başlayıblar. N.Paşinyanın özü də iki məsələni – Ermənistanın daxili işlərinə qarışmamağı və Dağlıq Qarabağ münaqişəsində təxribatlara yol verməməyi müzakirə etdiyini bəyan edib. Guya, hər iki məsələdə V.Putinlə eyni mövqedə olduqlarını aydınlaşdırıblar. Bundan əlavə, erməni baş nazir V.Putinə Rusiya qazının əhaliyə neçəyə satıldığı haqqında "qiymətli" informasiya verib. Rusiya Prezidenti "təəccüblənib": Ermənistan əhalisinə qaz niyə baha satılır? Bütün bunlar, əslində, başqa məqamlar üzərində düşünmək üçün əsas verir. Belə görünür ki, danışıqlarda qəti heç nə əldə edilməyib. Moskva əvvəlki kimi N.Paşinyana inanmır, onun siyasətindəki qeyri-müəyyənliklərdən narahatdır. Həmin kontekstdə baş nazir N.Paşinyanın uğursuz Moskva səfəri üzərində daha geniş dayanmağa ehtiyac görürük.

Şimali Qafqazda sabitliyi pozan səbəblər

Şimali Qafqazda sabitliyi pozan səbəblər
10 sentyabr 2018

Şimaldan cənuba, qərbdən şərqə doğru bir körpü rolunu oynayan Şimali Qafqaz strateji baxımdan əhəmiyyətli rola malikdir. Geostrateji tərəfdən Orta Asiyaya giriş qapısı rolunu oynayan bölgə Qərb bazarlarına da açılmağa imkan yaradır. Xüsusi ilə Xəzər neftinin Qərbə çatdırılmasında Şimali Qafqaz Rusiya üçün böyük əhəmiyyət kəsb edir. Bunun bir növ səbəbi dünyada enerji ehtiyatlarına – neft və təbii qaza artan ehtiyacların çoxalmasından irəli gəlir. Rusiya Federasiyasının cənub hissəsində yerləşən Şimali Qafqaz zəngin təbiətə məxsus olaması ilə yanaşı qarışıq etnik tərkibə də malikdir. Bölgə Adıgey, İnquşetiya, Çeçenistan, Dağıstan, Kabardin-Balkar, Qaraçay-Çərkəz, Şimali Osetiya kimi 7 respublika və 2 Krasnodar və Stavropol diyarlarından ibarətdir.

Problemlər içində: Paşinyanın apardığı siyasətin ziddiyyətləri və Rusiya səfəri

Problemlər içində: Paşinyanın apardığı siyasətin ziddiyyətləri və Rusiya səfəri
07 sentyabr 2018

Erməni KİV-ləri baş nazir Nikol Paşinyanın Rusiya səfəri ərəfəsində rəsmi İrəvanın narahatlığını ifadə edən məlumatlar yayır. Azərbaycan və Rusiya Prezidentlərinin Soçi görüşündən sonra Ermənistan rəhbərliyinin atmalı olduğu addımları müəyyənləşdirə bilməməsi ekspertlərin diqqətindən yayınmayıb. Onlar təsəvvür edə bilmirlər ki, Moskva ilə Bakının yaxın əməkdaşlığı necə baş tuta bilər? Bəs onda Ermənistan necə olsun? Çünki indiyə qədər ermənilər Azərbaycanın geosiyasi əhəmiyyətinin minimum olduğundan dəm vururdular. İndi isə Ermənistanın ən yaxın müttəfiqi Rusiya belə Bakı ilə strateji tərəfdaşlığı təsdiq edən onlarla sənəd imzalayır. Rusiya-Azərbaycan əməkdaşlığında digər sahələrlə yanaşı, hərbi-müdafiə və təhlükəsizlik məsələləri də ciddi yer tutur. Bütün bunlar Ermənistanın xarici siyasətinin tam yanlış meyarlar üzərində qurulduğunu göstərməklə bərabər, həm də bu ölkənin gələcəyini şübhə altına alır. Hazırda erməni ekspert dairələri bu kimi faktlar fonunda N.Paşinyana Kremldə hansı sualların veriləcəyi üzərində baş sındırır. Məsələnin bu aspekti üzərində geniş dayanmağı lazım bilirik.

Siyasi parçalanma: Ermənistanın daxili reallığının bir aspekti

Siyasi parçalanma: Ermənistanın daxili reallığının bir aspekti
29 avqust 2018

Adətən, erməni mütəxəssislər öz siyasi hakimiyyəti və xalqı haqqında yüksək pafosla danışırlar. Onlar əsrlərdir beyinlərinə yeridilən yalanların həqiqət olduğuna inanıblar və indi həmin durumdan xilas olmağın çətinliyini öz üzərlərində hiss edirlər. Hazırda Ermənistanın siyasi səhnəsində ciddi böhranın yaşanmaqda olduğunu erməni ekspertlər açıq etiraf edirlər. Onlar başlıca olaraq prezidentlə baş nazir arasında siyasi fikir ayrılığının dərinliyini vurğulayırlar. Məsələ daha geniş kontekstdə məzmuna malikdir. Ölkənin bütün siyasi spektri qarşıdurmaya meyllidir. Bu prosesə Ermənistana ənənəvi olaraq diqtə edən xarici böyük güclər də öz təsirlərini edirlər. Nəticədə, kifayət qədər mürəkkəb və risklərlə dolu situasiya yaranıb. Bu vəziyyətin konkret siyasi faktorlara təsiri üzərində geniş dayanmağa ehtiyac var.

Azərbaycanın birinci xanımı: xeyirxahlıqla dövlətçilik ruhu birləşəndə

Azərbaycanın birinci xanımı: xeyirxahlıqla dövlətçilik ruhu birləşəndə
28 avqust 2018

Ölkə tarixində qadınların yüksək sosial statusa malik olduğunu təsdiq edən çoxlu sayda nümunələr vardır. Azərbaycan qadını hər şeydən öncə ana və ailənin tərbiyəçisidir. Müasir dövrümüzdə qadının, ümumiyyətlə, ictimai işlərdə fəal olması da mühüm şərt sayılır. Azərbaycanda bunun ən gözəl nümunəsi ölkənin birinci xanımı və Birinci vitse-prezidenti Mehriban xanım Əliyevadır. Bu günlərdə ölkə ictimaiyyəti birinci xanımın doğum gününü qeyd etdi. İnsanların münasibəti göstərir ki, cəmiyyət Mehriban xanımın xeyirxahlığı, xoşməramlılığı ilə yanaşı, dövlətin idarə edilməsində, Prezidentin tapşırıqlarını yerinə yetirməkdə fəaliyyətini də yüksək qiymətləndirir. Mehriban xanım müasir dövrdə böyük əhəmiyyəti olan mənəvi-əxlaqi keyfiyyətlərlə dövlət xadimi olmağı üzvi şəkildə birləşdirə bilir. Bu məqamların fövqündə Mehriban xanım Əliyevanın fəaliyyətinə təhlili nəzər salmağa ciddi ehtiyac görürük.

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Yerevan Moskvanı şantaj edir
05 sentyabr 2019 1in.am

Yerevan Moskvanı şantaj edir

"Yerevanın Moskvaya layiqli cavabı: Rusiyada başa düşməlidirlər ki, vəziyyət dəyişib"

Davamı...
2019-cu ildə keçirilmiş "ümumerməni oyunlar"ı sülh perspektivinə kölgə saldı
29 avqust 2019 Foreign Policy Journal

2019-cu ildə keçirilmiş "ümumerməni oyunlar"ı sülh perspektivinə kölgə saldı

Bir müddət əvvəl mübahisəli Dağlıq Qarabağ regionunda "ümumerməni oyunları'' təşkil olunub. Amma bu, beynəlxalq səviyyədə lazımi dərəcədə pislənməyib.

Davamı...