THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Böyük zəfərlərlə zəngin 15 il: Prezidentin fəaliyyətində siyasi varislik və yaradıcı diplomatiyanın vəhdəti

Böyük zəfərlərlə zəngin 15 il: Prezidentin fəaliyyətində siyasi varislik və yaradıcı diplomatiyanın vəhdəti
17 oktyabr 2018

Azərbaycan Prezidenti İlham Əliyevin ölkə rəhbəri vəzifəsində fəaliyyətinin 15 ili tamam olub. Bu müddət ərzində ölkə rəhbəri çox böyük uğurlara imza atıb. Azərbaycanda müstəqil dövlət quruculuğu prosesi 2003-cü ildən başlayaraq yeni dinamika alıb. Bütün istiqamətlər üzrə ciddi nailiyyətlər əldə edilib. Daxili və xarici siyasətin tam vəhdəti təmin edilib. Ölkəmiz hazırda sabit şəraitdə sürətli inkişafını davam etdirir. Özü də bu, bütün dünyada müxtəlif sahələrdə özünü göstərən böhranların fonunda baş verir. Deməli, Azərbaycan Prezidenti çox düzgün, müasir, səmərəli və fayda gətirən kurs həyata keçirir. Bu kontekstdə Prezident İlham Əliyevin 15 illik fəaliyyətinin bir sıra aspektləri üzərində geniş dayanmaq istərdik. Təbii ki, bir məqalədə dövlət başçısının həyata keçirdiyi proqramların hamısını əhatə etmək mümkün deyildir. Bu səbəbdən, biz müəyyən məsələləri vurğulamalı oluruq.

XXI əsrdə etnik münaqişələrin geosiyasi xüsusiyyətləri

XXI əsrdə etnik münaqişələrin geosiyasi xüsusiyyətləri
16 oktyabr 2018

Bəşər tarixi yarandığı andan müharibələrlə üz-izə gəlmişdir. Tarixi inkişafın elə bir mərhələsi yoxdur ki, orada qəbilələr, şəhərlər, dövlətlər və siyasi ittifaqlar arasında münaqişə və müharibələr olmasın. Müharibələr ərazi və resurslar uğrunda aparılmış, dini, mədəni, ideoloji, etnik və digər ziddiyyətlərdən doğmuşdur. Alman hərb tarixçisi və nəzəriyyəçisi Karl fon Klauzeviç (1780-1831) qeyd etmişdir ki, bəşər tarixi müharibələr tarixindən ibarətdir.

Frankofoniya üçün qara ləkə: Paşinyanın sərsəm çıxışı

Frankofoniya üçün qara ləkə: Paşinyanın sərsəm çıxışı
15 oktyabr 2018

Sülh, əməkdaşlıq və sabitliyə həsr edilmiş bir beynəlxalq tədbirin Ermənistanda keçirilməsi əsrin anlaşılmazlıqlarındandır. Çünki Cənubi Qafqazda yalnız Ermənistan regionun iki böyük dövləti ilə diplomatik münasibətlər qura bilməyib, uzun illərdir ki, bütün qonşu ölkələrə ərazi və mədəni iddialar edir, Azərbaycanın torpaqlarının 20 faizini havadarlarının yardımı ilə işğal edib və başqa böyük dövlətin forpostudur. Bunlar o deməkdir ki, Ermənistan adlı ölkə nə müstəqildir, nə suverendir, nə də sivil xarici siyasət yeridə bilir. O, satellit dövlət kimi kənardan verilən əmrlərə tabedir. Belə bir statusu olan dövlətin hansısa ciddi beynəlxalq tədbiri keçirməsi dərk edilən deyil. Bu səbəbdən Beynəlxalq Frankofoniya Təşkilatının 17-ci sammitinin tam iflasa uğradığı haqqında danışmaq olar. Zaman gələcək, avropalıların özləri deyəcəklər ki, "Frankofoniya İrəvanda öldü və Parisdə dəfn edildi". Nikol Paşinyanın da İrəvanda keçirilən 17-ci sammitdəki çıxışı, dəfn mərasimi üçün hazırlanmış nekroloq idi.

Ermənistan Rusiyaya qarşı ikiüzlü siyasət yeridir

Ermənistan Rusiyaya qarşı ikiüzlü siyasət yeridir
15 oktyabr 2018

Son dövrlərdə Cənubi Qafqaz regionunda baş verən proseslər, Azərbaycanın daha da güclənməsi, Gürcüstanın Avropaya inteqrasiyası və Türkiyənin regional güc olma yolundakı həmlələri, Rusiya-Türkiyə münasibətlərinin inkişaf etdirilməsi rəsmi Yerevanı Rusiya ilə münasibətlərini sorğulamağa vadar edir. Ermənistan regionda öz mövcudluğunu qorumaq, iqtisadiyyatını dirçəltmək və siyasi tərəqqiyə nail olmaq üçün siyasi danışıqlar masasında ikili oynayır. 2013-cü ildə Ermənistan Rusiya Federasiyası tərəfindən yaradılan Gömrük İttifaqına qoşulduğunu bəyan etmişdi. Bu, Avropa İttifaqı üçün tam gözlənilməz oldu. 2013-cü ildə Litvada keçirilən "Şərq tərəfdaşlığı" sammitində Moldova, Gürcüstan və Ermənistan ilə assosiativ sazişlərin imzalanması və həmin ölkələrin Aİ ilə azad ticarət aparması üçün zəmin yaradılması nəzərdə tutulmuşdu. Ermənistan Moskva ilə münasibətləri möhkəmləndirmək üçün Rusiyanın rəhbərliyi ilə Avrasiya İqtisadi Birliyində, Gömrük İttifaqında və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında iştirak edirdi. Çünki Ermənistanın bölgədə təhlükəsizliyi və siyasi-iqtisadi inkişafı Rusiyanın Ermənistana dəstək verməsi halında mümkün idi. Ermənistanla Rusiya arasında imzalanan bir sıra sazişlər də bu baxımdan mühüm rol oynayırdı və bu sazişlərlə Rusiya Ermənistanın təhlükəsizliyinin təminatçısına çevrildi.

Doqquz ayın yekunları: nailiyyətlər və Prezidentin qarşıya qoyduğu vəzifələr

Doqquz ayın yekunları: nailiyyətlər və Prezidentin qarşıya qoyduğu vəzifələr
12 oktyabr 2018

Oktyabrın 9-da Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclası çox maraqlı məsələlərin müzakirəsi ilə keçib. Dövlət başçısı söylədiyi geniş nitqində keçən müddətdə əldə edilən nailiyyətləri ifadə edib. Onların müstəqil dövlət quruculuğunda oynadığı rol barədə lakonik və dəqiq fikir ifadə edən İlham Əliyev, eyni zamanda, qarşıda duran vəzifələrdən konkret istiqamətlər üzrə bəhs edib. Daxili və xarici siyasətdə üstünlük verilən məqamları vurğulayıb. Ölkə rəhbəri müstəqil dövlət quruculuğu işində daha inamlı və qətiyyətli irəliləməyin vacib olduğunu ayrıca qeyd edib. Əlamətdardır ki, iclasda dövlət başçısının qaldırdığı məsələlərə Nazirlər Kabineti çevik reaksiya verərək, qarşıda dayanan vəzifələrin icrası ilə bağlı mühüm qərar qəbul edib. Bu kimi məqamların üzərində geniş təhlili dayanmaq zərurətini hiss edirik.

Psevdodemokratiyanın erməni variantı: Nikol Paşinyanın "Pirr qələbələri"...

Psevdodemokratiyanın erməni variantı: Nikol Paşinyanın "Pirr qələbələri"...
11 oktyabr 2018

Ermənistan siyasi səhnəsində gərginlik davam edir. Meydana daha təhlükəli və riskli məqamlar çıxır. Oktyabrın 2-də Ermənistan parlamentinin "Milli Məclisin reqlamenti haqqında" qanuna təklif olunan düzəlişləri qəbul etməsi bir nəticə verməyib. N.Paşinyan ayrı-ayrı deputatlara təzyiq və hədə ilə vəziyyəti öz xeyrinə dəyişməyə çalışır. Artıq "Respublika" partiyasından olan bir neçə deputatın inqilabçıların tərəfinə keçdiyi haqqında informasiyalar yayılır. N.Paşinyan özü bunu uğur adlandırıb və insanları daha cəsarətli olmağa çağırıb. Ancaq real olaraq başqa məzmun və mahiyyətli proseslərin getdiyi aydın olur. Dörd respublikaçı deputatın yaydıqları müraciətdə məsələnin bu tərəfi geniş izah edilib. Orada N.Paşinyanın bir siyasətçi kimi əsl siması da aydın təsvir edilib. Ermənistanda siyasi proseslərin dinamikası aspektində problemin bu tərəfi üzərində geniş dayanmaq istərdik.

Ermənistan bu gün: Paşinyan sürətlə xaosa doğru addımlayır

Ermənistan bu gün: Paşinyan sürətlə xaosa doğru addımlayır
09 oktyabr 2018

Bu ilin may ayından Ermənistanda siyasi təlatümlər ara vermir. Nikol Paşinyan küçədən birbaşa baş nazir kreslosuna oturandan sonra dramatik və ziddiyyətli hadisələr bir-birini əvəz edir. İndi ekspertlər Ermənistanda müşahidə edilən proseslərin kökündə qanunlara əməl edilməməsinin dayandığı fikrini irəli sürürlər. Bunun təsdiqi kimi son aylar hakimiyyətin atdığı addımlar və parlamentin qəbul etdiyi qanunları göstərirlər. Hər iki tərəf beynəlxalq hüquqdan kənara çıxır. Bunun fonunda hazırda hökumət-parlament qarşıdurması yeni gərginlik səviyyəsinə yüksəlib. Proseslərin bu cür gedişinin Ermənistan siyasi səhnəsində hansı tendensiyalara yol aça biləcəyi üzərində geniş dayanmaq lazım gəlir.

Ermənistanın beynəlxalq hüquq normalarını pozması öz cəzasını tapmalıdır

Ermənistanın beynəlxalq hüquq normalarını pozması öz cəzasını tapmalıdır
06 oktyabr 2018

İnsan hüquqlarının müdafiəsi prinsipinə riayət edilməsi beynəlxalq münaqişələrin nizama salınması prosesinə təsir edən əsas amillərdən biridir. Beynəlxalq hüquq sənədlərinin əksəriyyətinə "qoşulan" Ermənistan onların şərtlərini kobudcasına pozur. Ermənistanın Azərbaycana qarşı törətdiyi cinayətlərin hüquqi mühakiməsinin həyata keçirilməsi məqsədilə Xüsusi Tribunalın yaradılması, cinayətkarların cəzalandırılması vacibdir. Beynəlxalq hüquq normalarının tətbiq edilməsi, insan hüquqlarının müdafiəsi BMT-nin Təhlükəsizlik Şurası, Beynəlxalq Məhkəmə kimi əsas orqanları, ixtisaslaşmış qurumlar, o cümlədən İnsan hüquqları barədə Şura və digər aidiyyəti olan qurumlarla əməkdaşlıq istiqamətində həyata keçirilə bilər.

Baş nazir-parlament qarşıdurması: Ermənistan siyasi səhnəsinin yeni böhran mərhələsi

Baş nazir-parlament qarşıdurması: Ermənistan siyasi səhnəsinin yeni böhran mərhələsi
03 oktyabr 2018

Forpost Ermənistan yeni ziddiyyət burulğanına düşüb. Nikol Paşinyanın bir neçə ay əvvəl başlatdığı siyasi proses özünün daha kəskin intriqalarla dolu olan qarşıdurma mərhələsinə qədəm qoyub. İndi baş nazirlə parlament seçki və hökumətə başçı təyin etmək məsələsində yekdil qərara gələ bilmirlər. Vəziyyəti düzəltmək üçün hökumətlə əsas siyasi qüvvələr arasında aparılan danışıqlar da bir nəticə vermir. N.Paşinyan müzakirələrdən sonra jurnalistlərə deyib ki, "yeganə ortaq fikir ondan ibarətdir ki, heç bir ortaq fikrə gələ bilməmişik". Bu cür vəziyyətin nə müddətə davam edəcəyi bilinmir. Lakin atıq ekspertlər bir sıra geosiyasi və siyasi proqnozlar verirlər. Onlar bütövlükdə Ermənistanın siyasi gələcəyini nikbin görmürlər. Konkret detallara gəldikdə isə meydana çoxlu sayda riskli və qeyri-müəyyən xarakterli faktorların çıxdığından bəhs edirlər. Məsələnin bu tərəfi üzərində geniş dayanmaq istərdik.

Yalana dayanan siyasət: BMT-nin 73-cü sessiyasının Paşinyan ləkəsi

Yalana dayanan siyasət: BMT-nin 73-cü sessiyasının Paşinyan ləkəsi
28 sentyabr 2018

Dünya BMT Baş Assambleyasının 73-cü sessiyasının təsiri altından hələ də çıxmayıb. Orada böyük dövlətlərin liderlərinin söylədikləri fikirlərin analizi davam edir. Bununla yanaşı, bu cür yüksək səviyyəli bir təşkilat üçün üzqaralığı olan çıxışları da unutmaq olmaz. Onların sırasında birinci yerdə Ermənistanın yeni baş naziri Nikol Paşinyan dayanır. Bu adamın tribunaya gedişi belə primitiv və küçə mədəniyyəti səviyyəsində idi. Söylədiyi fikirlər isə təsdiqlədi ki, siyasətçi kimi məntiqi də elə küçə səviyyəsindədir. Bütün dünyanın gözü qarşısında "erməni məxməri inqilabı"nın rəhbəri çoxlu yalanlar uydurdu və onu "siyasi məntiq şedevri" kimi təqdim etməyə çalışdı. Guya Ermənistanda dünya əhəmiyyətli hansısa proses gedir. Bu prosesi qorumaq üçün isə sizcə, kimin qarşısını almaq lazımdır? Əlbəttə, Azərbaycanın! Sən demə, Azərbaycan aqressor imiş, əzabkeş erməni xalqına qarşı soyqırımı törətməyə hazırlaşırmış! Öz adını başqasına qoymaq cəhdinin ismi pisdir. Lakin məsələyə müasir geosiyasi mənzərənin başqa aspektləri prizmasından yanaşıb, təhlil aparsaq, ibrətverici nəticələr ala bilərik. Məsələnin bu tərəfi üzərində geniş dayanmağa ehtiyac görürük.

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

"Foreign Policy": Ermənistanda "inqilabdan sonrakı" şadyanalıq başa çatıb
16 oktyabr 2018 Foreign Policy

"Foreign Policy": Ermənistanda "inqilabdan sonrakı" şadyanalıq başa çatıb

ABŞ-da nəşr olunan "Foreign Policy" jurnalında Ermənistanda korrupsiya və siyasi qarşıdurmalar barədə məqalə dərc edilib.

Davamı...
"The Washington Times" Con Boltonun Bakıya qarşıdakı səfəri və ABŞ-Azərbaycan strateji tərəfdaşlığı haqqında məqalə dərc edib
16 oktyabr 2018 Washington Times

"The Washington Times" Con Boltonun Bakıya qarşıdakı səfəri və ABŞ-Azərbaycan strateji tərəfdaşlığı haqqında məqalə dərc edib

ABŞ-ın ən etibarlı müttəfiqlərindən biri kimi Azərbaycanın rolu lazımınca qiymətləndirilməyib.

Davamı...