THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Azərbaycan parlamentinin 100 ili: müstəqil dövlətçiliyin əvəzedilməz dayağı

Azərbaycan parlamentinin 100 ili: müstəqil dövlətçiliyin əvəzedilməz dayağı
26 sentyabr 2018

Milli Məclis özünün yubileyini qeyd etdi. Azərbaycan müsəlman Şərqində ilk dəfə olaraq bir əsr bundan öncə demokratik parlament yarada bildi. Qısa müddətdə fəaliyyət göstərməsinə baxmayaraq, parlament bir sıra demokratik qanunlar qəbul edə bildi. Prezident İlham Əliyevin vurğuladığı kimi, müstəqil dövlətin atributlarını məhz həmin dövrdəki parlament qəbul edib. Azərbaycanın gerbi, bayrağı, bayraqdakı rənglərin mənası 100 il bundan öncənin bizə verilən qiymətli əmanətləridir. Çox yaxşı ki, indi müstəqil dövlətçiliyimiz əmin əllərdədir. Ölkə rəhbərliyi öz səmərəli və milli maraqlara tam uyğun olan siyasəti ilə Azərbaycanın suverenliyini qoruyur və inkişaf etdirir. Milli Məclisin 100 illik yubileyinə həsr edilmiş təntənəli iclasda Prezident İlham Əliyevin söylədiyi nitq olduqca dərin və əhatəli olub. Yuxarıda vurğulanan məqamlar kontekstində həmin nitqin bir sıra məqamları üzərində geniş dayanmağı lazım bildik.

Bakının azad edilməsinin 100 illiyi: Azərbaycan-Türkiyə qardaşlığının, birliyinin zəfər anı

Bakının azad edilməsinin 100 illiyi: Azərbaycan-Türkiyə qardaşlığının, birliyinin zəfər anı
18 sentyabr 2018

Yüz il bundan əvvəl Nuru Paşanın komandanlığı altında yeni yaradılmış Azərbaycan Milli Ordusunun könüllülərlə birlikdə Bakını işğalçılardan azad etməsi münasibətilə keçirilən paradda dərin geosiyasi məna yükü olan fikirlər səsləndirildi. Azərbaycan və Türkiyə Prezidentləri söylədikləri nitqlərində hadisənin tarixi, mənəvi, siyasi, hərbi və geosiyasi çalarları haqqında məzmunlu tezislər ifadə etdilər. İki qardaş dövlətin əlaqələrinin inkişaf dinamikası ilə qlobal tərəqqinin dinamikasının ahəngdar olduğu söylənən fikirlərdən tam aydın idi. Azərbaycanla Türkiyə bütün sahələrdə əməkdaşlıqlarını regional və qlobal inkişaf naminə yeni səviyyələrə yüksəldirlər. Bakının əsarətdən xilas edilməsinin 100 illiyinə bu faktorlar kontekstində yanaşdıqda daha əhəmiyyətli məqamları görmək mümkündür. Həmin çərçivədə təntənəli tədbirin geosiyasi məqamları üzərində geniş dayanmağa ehtiyac vardır.

Azərbaycan-Türkiyə-Rusiya-İran əməkdaşlığı: reallıqlar və üzdəniraq ekspertlərin qərəzli yazıları

Azərbaycan-Türkiyə-Rusiya-İran əməkdaşlığı: reallıqlar və üzdəniraq ekspertlərin qərəzli yazıları
14 sentyabr 2018

Suriyanın İdlib bölgəsində vəziyyətin gərginləşməsi ilə əlaqədar geosiyasi proseslərin sürəti daha da artıb. Tehranda Türkiyə, İran və Rusiya dövlət başçılarının görüşünə bu baxımdan böyük önəm verilirdi. Orada qəbul edilən qərarların regiondakı proseslərə ciddi təsir edəcəyi proqnozlaşdırılırdı. Eyni zamanda, məlum oldu ki, bir sıra qərəzli dairələr ortaya çıxa biləcək hər hansı fikir ayrılığını şişirtməyi gözləyirlərmiş. Onların üzdəniraq ekspertləri "analitik yazılarında" "yeni fikirlər" adı altında öz mənfur niyyətlərini ifadə etməyə girişiblər. Burada əsas hədəf kimi Azərbaycan və Türkiyə götürülüb. Ankara və Bakının müstəqil xarici siyasət yeritmək iqtidarında olmadığı barədə gizli tezis üzərində müxtəlif ssenarilər qururlar. O cümlədən Türkiyənin gah bu, gah da digər geosiyasi düşərgəyə reverans etdiyini iddia edirlər. Əslində isə müəyyən dairələr Ankara və Bakının qürurlu geosiyasi-hərbi duruşundan narahatdırlar. Bu vəziyyətin geosiyasi aspektləri üzərində geniş dayanmaq istərdik.

Prezidentin son səfərləri: sistemli və uğurlu kursun geosiyasi özəllikləri

Prezidentin son səfərləri: sistemli və uğurlu kursun geosiyasi özəllikləri
13 sentyabr 2018

Dövlət başçısı İlham Əliyevin Rusiya, Qırğız Respublikası və Xorvatiyaya olan səfərləri ekspertlərin diqqət mərkəzində qalmaqda davam edir. Bu səfərlərə vahid mövqedən yanaşılaraq təhlillər aparılır. Doğrudan da, coğrafi olaraq bir-birindən uzaq olan ölkələrə səfərlərin geosiyasi əhəmiyyətinin dərk edilməsi vacibdir. Bundan başqa, həmin səfərlər zamanı müzakirə olunan məsələlər və onların strateji təyinatı üzərində düşünəndə maraqlı qənaətlər əldə etmək olur. Aydın görünür ki, Azərbaycanın xarici siyasətdə sistemli və davamlı addımları ilə uğurlar qazanması təsadüfi deyil. Burada daxili məntiq vardır. Xarici siyasət elə qurulmalıdır ki, atılan hər bir addım dövlətçiliyə, milli maraqların təmininə xidmət etsin. Hazırda bu şərti heç də bütün dövlətlər ödəyə bilmirlər. Uğursuzluğa düçar olanlar da vardır. Azərbaycan isə daim nailiyyət əldə edir və yeni-yeni zirvələr fəth edir. Bu bağlılıqda Prezidentin Rusiya Federasiyası, Qırğız Respublikası və Xorvatiyaya səfərlərinə geosiyasi prizmadan yanaşmağa ehtiyac duyuruq.

Əsl strateji tərəfdaşlar: Azərbaycan-Xorvatiya münasibətlərinin perspektivləri

Əsl strateji tərəfdaşlar: Azərbaycan-Xorvatiya münasibətlərinin perspektivləri
12 sentyabr 2018

Dövlət başçısı İlham Əliyevin Xorvatiyaya rəsmi səfəri kütləvi informasiya vasitələrinin və ekspertlərin ciddi marağına səbəb olub. İki ölkə arasındakı münasibətlərin inkişaf dinamikası maraqlı faktlarla və strateji məqamlarla zəngindir. Xorvatiya Cənub-Şərqi Avropanın sayılan, Azərbaycan isə Cənubi Qafqazın lider dövlətidir. Xorvatiya yerləşdiyi regionda energetika və nəqliyyat sahələrində inkişaf etmiş qovşağa çevrilməyi planlayıb. Bu baxımdan Zaqrebin Azərbaycanın təşəbbüskarı olduğu enerji və nəqliyyat layihələrində iştirakı prinsipial əhəmiyyət daşımaqdadır. Təbii ki, Xorvatiya üçün Azərbaycanla əlaqələrin bütün istiqamətlər üzrə strateji xarakter alması vacibdir. Burada onu da demək gərəkdir ki, Zaqreb Xəzərin hüquqi statusunun müəyyən edilməsinə Bakı ilə əməkdaşlığın inkişafında mühüm faktor olaraq baxır. Bütün bunlar dövlət başçısı İlham Əliyevin Xorvatiya səfərinin çox uğurlu olduğunu təsdiqləyir. Həmin bağlılıqda səfərin geosiyasi konteksti üzərində geniş dayanmağa ehtiyac görürük.

Türk dövlətlərinin sammiti: yeni əməkdaşlıq zirvəsinə doğru

Türk dövlətlərinin sammiti: yeni əməkdaşlıq zirvəsinə doğru
06 sentyabr 2018

Qırğız Respublikasının Çolpon-Ata şəhərində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) VI Zirvə görüşü keçirilib. Tədbirə ilk dəfə olaraq Özbəkistan və Macarıstan da qatılıb. Sammitdə türk dövlətlərinin əməkdaşlığında aktual hesab edilən müxtəlif məsələlər müzakirə edilib. Bunlara siyasi, iqtisadi, enerji, nəqliyyat, təhlükəsizlik, idman, elm, təhsil və s. kimi sahələr daxildir. Zirvə görüşündə Azərbaycan Prezidenti İlham Əliyev dərin məzmunlu nitq söyləyib. Dövlət başçısı müasir mərhələdə TDƏŞ-in vacib funksiya yerinə yetirdiyini vurğulamaqla yanaşı, üzv dövlətlərin əməkdaşlığının konkret istiqamətlərini də göstərib. Təşkilatın qarşısında duran əhəmiyyətli məsələlərdən biri kimi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə ayrıca diqqət yetirilib. Bundan başqa, TDƏŞ çərçivəsində əməkdaşlığın yeni səviyyəyə yüksəldilməsinin müxtəlif aspektləri haqqında fikirlər söylənilib. Onlar üzərində daha geniş dayanmaq zərurəti mövcuddur.

Soçi uğuru: çoxvektorlu siyasətin növbəti təntənəsi

Soçi uğuru: çoxvektorlu siyasətin növbəti təntənəsi
03 sentyabr 2018

Azərbaycanın dövlət başçısı İlham Əliyevin Rusiyanın Soçi şəhərində Vladimir Putinlə apardığı müzakirələr geniş marağa səbəb olub. Burada imzalanan sazişlərin məzmunu və əldə edilən nəticələr göstərir ki, söhbət iki müstəqil dövlətin strateji əməkdaşlığı daha da inkişaf etdirmək niyyətindən gedir. Cənubi Qafqazın başqa heç bir dövləti bu miqyasda çoxvektorlu xarici siyasət həyata keçirə bilmir. Azərbaycan ABŞ-la əlaqələrini inkişaf etdirir. Avropa İttifaqı ilə hərtərəfli əməkdaşlığa dair yeni saziş hazırlanır, Türkiyə ilə əlaqələr yüksək səviyyədədir, İranla münasibətlər dinamik inkişaf edir, Çin ilə əlaqələr genişdir, Gürcüstanla əməkdaşlığın konkret məzmunu hamıya məlumdur. Rusiya kimi böyük qonşu dövlətlə də qarşılıqlı faydalı əməkdaşlıq kursunun müəyyənləşdirilməsi həyat əhəmiyyətli məsələdir. Regionda məhz Bakı bu vəzifənin öhdəsindən gəlir. Bütün bunlara görədir ki, Soçidə əldə edilən razılıqlar tarixi məzmun kəsb edir və Azərbaycanın müstəqil dövlət kimi inkişafına ciddi töhfələr verəcək. Məsələnin bu aspekti üzərində bir qədər geniş dayanmaq zərurəti vardır.

Avropa İttifaqı-Azərbaycan münasibətləri: Angela Merkelin səfərinin mümkün geosiyasi nəticələri

Avropa İttifaqı-Azərbaycan münasibətləri: Angela Merkelin səfərinin mümkün geosiyasi nəticələri
30 avqust 2018

Almaniya Kanslerinin Azərbaycana səfəri yalnız iki ölkə arasındakı münasibətlərin gələcəyi ilə məhdudlaşmır. Angela Merkelin Cənubi Qafqazın hər üç ölkəsinə səfər etməsi faktı prizmasından mövzunun daha geniş kontekstlə bağlı olduğunu demək olar. Belə görünür ki, A.Merkel bütövlükdə region dövlətləri ilə Avropa İttifaqının münasibətlərinin bir sıra mühüm tərəflərini "sərf-nəzər" etmək məqsədi də güdüb. Bu tezisin fonunda tərəflər arasında əlaqələrin hazırkı dinamikası və yeniləşmə perspektivinin təhlili kifayət qədər aktual görünür. A.Merkelin səfərindən sonra Aİ-Azərbaycan münasibətlərində hansı mümkün geosiyasi dəyişikliklər baş verə bilər?

Azərbaycanın birinci xanımı: xeyirxahlıqla dövlətçilik ruhu birləşəndə

Azərbaycanın birinci xanımı: xeyirxahlıqla dövlətçilik ruhu birləşəndə
28 avqust 2018

Ölkə tarixində qadınların yüksək sosial statusa malik olduğunu təsdiq edən çoxlu sayda nümunələr vardır. Azərbaycan qadını hər şeydən öncə ana və ailənin tərbiyəçisidir. Müasir dövrümüzdə qadının, ümumiyyətlə, ictimai işlərdə fəal olması da mühüm şərt sayılır. Azərbaycanda bunun ən gözəl nümunəsi ölkənin birinci xanımı və Birinci vitse-prezidenti Mehriban xanım Əliyevadır. Bu günlərdə ölkə ictimaiyyəti birinci xanımın doğum gününü qeyd etdi. İnsanların münasibəti göstərir ki, cəmiyyət Mehriban xanımın xeyirxahlığı, xoşməramlılığı ilə yanaşı, dövlətin idarə edilməsində, Prezidentin tapşırıqlarını yerinə yetirməkdə fəaliyyətini də yüksək qiymətləndirir. Mehriban xanım müasir dövrdə böyük əhəmiyyəti olan mənəvi-əxlaqi keyfiyyətlərlə dövlət xadimi olmağı üzvi şəkildə birləşdirə bilir. Bu məqamların fövqündə Mehriban xanım Əliyevanın fəaliyyətinə təhlili nəzər salmağa ciddi ehtiyac görürük.

Azərbaycan-Fransa münasibətləri: Prezidentin Paris səfərinin işığında

Azərbaycan-Fransa münasibətləri: Prezidentin Paris səfərinin işığında
27 iyul 2018

Dövlət başçısı İlham Əliyevin Fransaya səfəri ilə bağlı analizlər davam edir. Müxtəlif "beyin mərkəzləri" və KİV orqanları bunun arxasında dayanan məqamları müəyyənləşdirməyə çalışırlar. Məsələnin geosiyasi aspektinə xüsusi diqqət yetirilir. Bunlar da səbəbsiz deyil. Çünki İlham Əliyevin Parisdə müzakirə etdiyi problemlər və əməkdaşlıqla bağlı əldə etdiyi nailiyyətlər regional və qlobal miqyasda geosiyasi əhəmiyyəti olan məqamlarla sıx bağlıdır. Burada həm Avropanın böyük dövlətlərindən biri ilə Cənubi Qafqazın lider ölkəsi arasında qarşılıqlı münasibətlərin gələcək inkişaf istiqamətlərinin nəzəri aspektləri aktualdır, həm də həmin prosesin bütövlükdə qlobal geosiyasi mənzərəyə mümkün təsirləri məsələsi əhəmiyyətlidir. Bunların fonunda Fransa səfərinə Ermənistanın qısqanc münasibətinin müxtəlif cəhətləri maraq doğurur. Həmin kontekstdə biz səfərin geosiyasi təhlilini vacib hesab edirik.

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"
31 oktyabr 2019 168.am

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"

"Xarici işlər nazirimiz Zöhrab Mnatsakanyan erməni tərəfinin Qarabağ məsələsində nəyə nail olmaq istədiyini faktiki olaraq, BBC-yə çatdıra bilmədi". Bunu politoloq Hrant Melik-Şahnazaryan bildirib.

Davamı...
Yerevan Moskvanı şantaj edir
05 sentyabr 2019 1in.am

Yerevan Moskvanı şantaj edir

"Yerevanın Moskvaya layiqli cavabı: Rusiyada başa düşməlidirlər ki, vəziyyət dəyişib"

Davamı...