THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Bir daha xanım Klintonun Azərbaycana səfəri haqqında

Siz buradasınız: Əsas səhifə »» Şəxsiyyətlər »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
10877
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

ABŞ dövlət katibinin Azərbaycana səfərindən əvvəl və sonra bir təbliğat kampaniyası həyata keçirildi. Daha doğrusu, özlərindən başqa heç kimi təmsil etməyən bir neçə nəfər "stəkanda fırtına” qoparmağın yeni üsulunu axtardı. Hillari Klintonun səfəri ərəfəsində insan haqları, Azərbaycan iqtidarına "veriləcək suallar”, "sorğu” kimi ibarələr informasiya məkanında geniş yer aldı. Hətta xanım Klintonun hansı siyasətçilərlə görüşəcəyini belə müzakirə etdilər. H.Klinton Azərbaycana gəldi. Amma səfər və aparılan danışıqların məzmunu müxalifətdə və bəzi KİV-lərdə çaşqınlıq yaratdı. Bu, necə baş verdi?

Çox sadə. H.Klinton Azərbaycana mühüm məsələləri müzakirə etməyə gəlmişdi. Azərbaycan Prezidenti Administrasiyanın Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov aparılan müzakirələri Azərbaycanın televiziya kanallarında – AzTV, İTV, Lider, ANS və ATV-də ətraflı şərh edib. Novruz Məmmədovun bütün müsahibələrində iki dövlət arasındakı münasibətlərin yüksək səviyyədə olması vurğulanırdı. Qeyd olunurdu ki, hazırda ABŞ-ın Cənubi Qafqazda ən perspektivli tərəfdaşı Azərbaycandır. Qərbin enerji layihələrində Azərbaycan fəal iştirak edir. Regional təhlükəsizliyin təmin edilməsi üçün ABŞ Azərbaycanla sıx əməkdaşlıqda maraqlı olduğunu dəfələrlə bəyan edib. Amerika Azərbaycanı qlobal geosiyasi məsələlərin həllində də tərəfdaş kimi görür. ABŞ Yaxın və Orta Şərqdə baş verən siyasi və geosiyasi prosesləri rəsmi Bakı ilə müzakirə edir. Buna görədir ki, Novruz Məmmədov iki dövlətin sıx tərəfdaşlıq münasibətlərinin daha da genişlənməsi iradəsi nümayiş etdirdiyini xüsusi vurğulayıb. Bakıda aparılan danışıqlarda bu istiqamətdə ABŞ və Azərbaycanın bundan sonra hansı işləri görə biləcəyinin də müzakirə edildiyini qeyd edib.

H.Klintonun regiona səfəri öncəsi məsələnin bu tərəfi ilə bağlı analitiklər proqnoz verirdilər. Rusiyalı təhlilçilər hesab edirdilər ki, H.Klintonun səfəri böyük bir geosiyasi məkanda əks-reaksiyalar doğuracaq. "The New York Times” qəzeti və "Associated Press” agentliyi isə ABŞ dövlət katibinin Cənubi Qafqaz səfərinin qlobal geosiyasi proseslərlə bağlılığına diqqəti çəkirdi. Bu dərəcədə qlobal məsələlərin müzakirəsini qarşısına qoyan H.Klintonun rəsmi Bakı ilə münasibətlərin inkişaf etdirilməsi imkanlarından danışması təbiidir.

Novruz Məmmədov müsahibələrində hər iki tərəfin öz mövqeyini açıq ifadə etdiyini vurğulayıb. Yəni danışıqlar sıx tərəfdaşlıq ruhunda aparılıb. ABŞ yaxşı bilir ki, Azərbaycan müstəqil siyasət yeridir. Ölkənin potensialı yüksək, həyata keçirdiyi layihələr böyükdür. Azərbaycan regionun ən dinamik inkişaf edən dövlətidir. Onunla sıx tərəfdaşlığın yaxşı perspektivi var. ABŞ rəsmiləri Qərb üçün prinsipial əhəmiyyəti olan yeni enerji layihələrində Azərbaycanın çox mühüm rol oynadığını etiraf edirlər. Məsələn, Riçard Morninqstar "Cənub dəhlizi” layihəsinin Azərbaycansız reallaşmasının mümkün olmadığını qeyd edib. ABŞ bu layihəyə önəm verdiyini bəyan edib.

Göründüyü kimi, Novruz Məmmədovun müsahibələrində H.Klintonun Azərbaycana səfəri ilə bağlı əsas və çox önəmli məqamlar geniş şərh edilib. Ancaq bunlara heç bir əhəmiyyət verməyən bir-iki nəfər şəxsi maraqlarını təmin etmək üçün az qala özlərinə qəsd etməyə belə hazır imişlər.

Yəni, bəziləri deyilən həqiqətləri sanki eşitmək istəmədi. Onlar H.Klintonun səfərindən şou düzəltməyə çalışdılar. O da alınmadı. Çünki H.Klinton siyasi müxalifətlə yox, vətəndaş cəmiyyəti tərəfdarları ilə görüşdü. Bunun da səbəbi aydındır. Məsələ ondan ibarətdir ki, 2008-ci ildən başlayaraq Azərbaycan modernləşmənin ikinci mərhələsini reallaşdırır. Bu mərhələdə daxili potensial hesabına vətəndaş cəmiyyətinin qurulması əsas məqsədlərdən biridir. Vətəndaş cəmiyyətinin formalaşması isə mürəkkəb və zaman tələb edən prosesdir.

Modernləşmə prosesində əhəmiyyət daşıyan məqamlardan biri də siyasi mədəniyyətin və şəffaflığın daim inkişaf etdirilməsi məsələsidir. Burada ictimai təşkilatlar ciddi rol oynayırlar. O cümlədən, qeyri-hökumət təşkilatları və müxtəlif ictimai qurumlar böyük işlər görə bilərlər. Amerikanı da hər şeydən əvvəl Azərbaycan cəmiyyətinin müasirləşməsi maraqlandırr. Ona görə də H.Klinton müxalifətdəki radikal siyasətçilərlə yox, vətəndaş cəmiyyəti tərəfdarları ilə görüşməyə üstünlük verdi. Unutmayaq ki, siyasi mübarizə cəmiyyətin demokratik yaşam qaydalarına daha çox hazır olanda yeni məzmun kəsb edir. Radikal siyasi müxalifətçilik, bir qayda olaraq bunları dərk etməkdə çətinlik çəkir. Onlar mövcud quruluşu zorla dəyişmək taktikasından başqa fəaliyyət üsulu bilmirlər. Məhz buna görədir ki, həmin insanlar hay-küy salıb, diqqəti radikal müxalifətə tərəf çəkməyə cəhd etdilər. Bunun üçün jurnalistlərdən, bəzi media orqanlarından və təbliğat vasitələrindən istifadə etməyə çalışdılar.

Alınmadı. Çünki siyasətdə uğursuz olanların ritorikası artıq Azərbaycan vətəndaşlarını aldada bilmir. Burada qədim Çindən gələn bir müdrik deyim yada düşür: "Bir adamı həmişə aldatmaq olar, bir qrupu bir müddət aldatmaq olar, hamını həmişə aldatmaq mümkün deyil”.

Siyasətçi ən çətin anlarda belə həqiqəti görməyi və etiraf etməyi bacarmalıdır. Bu keyfiyyəti olmayanın siyasətçi kimi gələcəyi yoxdur. Qarşısında güclü rəqibi olan siyasi partiya inkişaf edə bilər. Rəqibi gücsüz sayıb, öz daxilində də gücü öldürənlərin siyasi səhnədə yeri yoxdur. Onlara okeanın bu tayından və ya o tayından bir vaxtlar dəstək verənlər indi yan keçirlər. Uğursuzlar heç kimə lazım deyil. Ritorika hələ siyasi mövqe deyil. Onun üçün ideya lazımdır. Üstəlik, ideyanı qəbul edənlər gərəkdir. Bunlar yoxsa, ən orijinal ritorika belə yalnız təbəssüm doğurar. Uinston Çörçillin maraqlı bir fikri var: "Siyasət müharibə qədər cəlbedicidir. Ancaq daha təhlükəlidir. Müharibədə sizi bir dəfə öldürə bilərlər, siyasətdə isə dəfələrlə”. Yəqin ki, siyasətdə də sonsuz sayda ölmək məsləhət deyil. Daha yaxşısı, siyasətdən könüllü getməkdir.

Bir həqiqət də var. Yalnız öz maraqlarından başqa heç nəyi düşünə bilməyən insanlar – yenə də canfəşanlıqla özlərini xalqın xilaskarı kimi görməkdə və təqdim etməkdə davam edirlər. Yaxşı bilirlər ki, xalq onlardan tam imtina edib və onları artıq unudub.

Onlar nə baxışlarını dəyişə bilirlər, nə də mövzunu. Köhnə patefonlar kimi, həmişə eyni mahnını oxuyurlar. Qulaqlar bunları eşitməkdən bezib. Xaricdən gələn siyasətçilər də cəmiyyətdə yenilik edə bilənlərlə danışmağa üstünlük verirlər.

K.Adıgözəlov

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"
31 oktyabr 2019 168.am

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"

"Xarici işlər nazirimiz Zöhrab Mnatsakanyan erməni tərəfinin Qarabağ məsələsində nəyə nail olmaq istədiyini faktiki olaraq, BBC-yə çatdıra bilmədi". Bunu politoloq Hrant Melik-Şahnazaryan bildirib.

Davamı...
Yerevan Moskvanı şantaj edir
05 sentyabr 2019 1in.am

Yerevan Moskvanı şantaj edir

"Yerevanın Moskvaya layiqli cavabı: Rusiyada başa düşməlidirlər ki, vəziyyət dəyişib"

Davamı...