THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Soçi sammitinin nəticələri: Suriyada sülhdən Rusiya-Türkiyə strateji tərəfdaşlığına doğru

Soçi sammitinin nəticələri: Suriyada sülhdən Rusiya-Türkiyə strateji tərəfdaşlığına doğru
25 fevral 2019

Suriyada sülh və barışın təmin edilməsi məsələsi hazırda qlobal geosiyasətin aktual problemlərindəndir. Bir neçə ildir ki, bu ölkədə qan tökülür. Onu durdurmaq üçün müxtəlif koalisiyalar da yaradılıb. Ancaq Rusiya-Türkiyə-İran "üçlüyü"nün yaradılması və Astana prosesinin başlaması Suriyada vəziyyəti real surətdə dəyişməyə imkan yaratdı. Hazırda Suriya ərazisinin 80 faizinə Əsəd rejimi nəzarət edir. Az bir ərazidə silahlı toqquşmalar baş verir. Ankara, Moskva və Tehran da həmin bölgələrdə sülhə nail olmaq üçün görüşürlər. Rusiyanın Soçi şəhərində fevral ayının ortalarında təşkil olunan sammit bu baxımdan əhəmiyyət daşıyırdı. Burada tərəflər bir çox məsələlərdə ortaq mövqeyə gəliblər. Lakin proses heç də asan getmir. Bu baxımdan Soçi sammitinin nəticələrinin geosiyasi analizinə ehtiyac görürük.

Xarici siyasətdə milli maraqlar: Azərbaycan Prezidentinin dünyaya mesajı

Xarici siyasətdə milli maraqlar: Azərbaycan Prezidentinin dünyaya mesajı
20 fevral 2019

Müasir mərhələdə müstəqil xarici siyasət yeritmək, heç şübhəsiz, asan iş deyil. Hazırda qlobal miqyasda çox ziddiyyətli geosiyasi proseslər gedir. Dünyanın böyük dövlətləri öz maraqlarını təmin etmək üçün güc tətbiq etməkdən belə çəkinmirlər. Bu zaman beynəlxalq hüququn normaları pozula bilir və beynəlxalq təşkilatların iradəsi nəzərə alınmır. Belə bir şəraitdə müstəqilliyinə nail olmuş ölkələrin xarici siyasətlərini hansı prinsiplər üzərində qurması məsələsi aktuallıq kəsb edir. Bundan başqa, artıq bir neçə ildir ki, gənc müstəqil dövlətlər xarici siyasət kurslarını müəyyənləşdiriblər. Azərbaycanın xarici siyasətində başlıca prinsip nədən ibarətdir? Müasir mərhələdə onun gözlənilməsi nə dərəcədə mümkündür? Bu kimi suallara dövlət başçısı İlham Əliyev Real televiziyasına verdiyi müsahibədə ətraflı cavab verib.

Mediaya açıq Prezident: İlham Əliyev fikirlərini KİV-lə bölüşür

Mediaya açıq Prezident: İlham Əliyev fikirlərini KİV-lə bölüşür
15 fevral 2019

Dövlət başçısı İlham Əliyevin çox aktiv siyasi liderlik həyatı yaşadığını hər kəs qəbul edir. Azərbaycan Prezidenti yorulmadan müstəqil dövlətçiliyin inkişafı naminə səmərəli proqramlar reallaşdırır. Siyasət və diplomatiya sahəsində ölkə başçısının əldə etdiyi nailiyyətlər beynəlxalq aləmdə açıq etiraf edilir. Bununla yanaşı, İlham Əliyev jurnalistlərlə də ünsiyyətə tam açıq liderdir. Dünyanın müxtəlif ölkələrinin aparıcı nəşrləri ondan müsahibələr götürür, fikirlərinə böyük maraq göstərirlər. Azərbaycan mediası da dövlət başçısı ilə ünsiyyətə çox can atır. Son olaraq Prezident Real televiziyasına geniş müsahibə verib. Dövlət başçısı müsahibədə KİV-lə ünsiyyətində hər şeydən öncə Azərbaycan dövlətçiliyinin maraqlarına üstünlük verdiyini ifadə edib. Bu, çox əhəmiyyətli yanaşmadır və Prezidentin fəaliyyətinin mahiyyətini dərk etməyə yardımçı olur. Həmin kontekstdə biz, müsahibənin bir sıra məqamları üzərində geniş dayanmağa böyük ehtiyac duyduq.

ABŞ-ın Azərbaycana yüksək marağı: Bolton əməkdaşlığın üç istiqaməti haqqında

ABŞ-ın Azərbaycana yüksək marağı: Bolton əməkdaşlığın üç istiqaməti haqqında
04 fevral 2019

ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun bu il yanvarın 29-da Azərbaycan Prezidenti İlham Əliyevə etdiyi telefon zəngindən sonra siyasi və ekspert dairələrində bir canlanma müşahidə edilir. Onlar konkret olaraq ABŞ-ın Cənubi Qafqaz siyasətində hansı dəyişikliklərin baş verdiyi ilə bağlı proqnozlar verməyə çalışırlar. Maraqlıdır ki, bu hadisədən bir neçə gün öncə C.Bolton Nikol Paşinyana da zəng edibmiş. Ermənistanın baş naziri ciddi bir şeydən danışmadıqlarını desə də, ona erməni ekspertlər inanmırlar. Hesab edirlər ki, N.Paşinyan nələrisə gizlədir. Bununla yanaşı, belə təəssürat yaranır ki, C.Bolton N.Paşinyanla regional məsələləri və konkret olaraq Dağlıq Qarabağ münaqişəsini müzakirə etməyə ehtiyac görməyib. O, bu barədə əsas olaraq Azərbaycan tərəfi ilə fikir mübadiləsi aparmağa üstünlük verib. Bu reallığın fonunda Con Boltonla İlham Əliyev arasında danışıqda hansı məqamlara toxunulmasının geosiyasi analizi ciddi aktuallıq kəsb etdiyindən, bu məqam üzərində geniş dayanmağa ehtiyac görürük.

Davos Forumu: Azərbaycanın fəal iştirakı və keçirilən görüşlər

Davos Forumu: Azərbaycanın fəal iştirakı və keçirilən görüşlər
29 yanvar 2019

Davos İqtisadi Forumuna maraq həmişə böyük olub. Bu tədbirə dünyanın müxtəlif ölkələrindən çoxlu sayda iştirakçı gəlir. 49-cu Forumda 110 ölkənin 3 mindən çox təmsilçisi iştirak edib. Onun əsas şüarı "Qloballaşma 4.0: 4-cü Sənaye İnqilabı dövründə yeni arxitekturanın yaradılması" olub. Tədbirdə Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edib. Ölkə rəhbərinə burada xüsusi diqqət göstərilib. Şirkət rəhbərləri, dövlət və hökumət başçıları İlham Əliyevlə görüşüb tərəflər üçün əhəmiyyətli məsələləri müzakirə ediblər. Öz nüfuzuna görə Davos Forumu yüksək reytinqə malik olduğundan burada aparılan müzakirələrə diqqət də yüksək olur. Bu kontekstdə Azərbaycan Prezidentinin keçirdiyi görüşlərin geosiyasi analizi aktuallıq kəsb edir. Biz məsələnin bu aspekti üzərində geniş dayanmaq istərdik.

Strateji tərəfdaşlıq yolunda: Ərdoğanın "soyuq" Moskvada "isti" müzakirələri

Strateji tərəfdaşlıq yolunda: Ərdoğanın "soyuq" Moskvada "isti" müzakirələri
28 yanvar 2019

Böyük dövlətlərin əməkdaşlığı yalnız milli sərhədlərlə məhdudlaşmır. Onlar geniş geosiyasi məkanda proseslərin dinamikasını yeniləşdirə bilirlər. Türkiyə Prezidenti R.T.Ərdoğanın Moskvaya səfərinə bu müstəvidə qiymət verilsə, maraqlı qənaətlər əldə edilə bilər. İki böyük dövlət demək olar ki, bütün sahələrdə əməkdaşlığı daha da inkişaf etdirməklə bağlı razılıq əldə edib. Bu, geniş məsələlər üzrə birlikdə fəaliyyət göstərmək anlamına gəlir. Təbii ki, həmin bağlılıqda ilk olaraq Suriya məsələsi yada düşür. Suriya üzrə V.Putinlə R.T.Ərdoğan faydalı fikir mübadiləsi aparıb, konkret razılıqlar əldə ediblər. Onlar Suriyanın şimalında təhlükəsizlik zonasının yaradılması, terrorla birgə mübarizə, sabitliyin təmini, İdlib, Münbic məsələləri, hərbi əməkdaşlıq kimi istiqamətlərdə ortaq mövqeyə gəliblər. Bunların fonunda ticarət, istehsal, turizm, nüvə və enerji sahələrində əməkdaşlığı daha da inkişaf etdirmək haqqında konkret mövqeyə gəlinməsi aktual görünür. Eyni zamanda, Türkiyə ilə Suriya arasında 1998-ci ildə imzalanmış və "Adana sazişi" adlanan sənədin yenidən gündəmə gətirilməsi əhəmiyyət daşıyır. Bütün bunların geniş təhlilini aparmaq zəruridir.

Rusiya-Türkiyə-Azərbaycan əməkdaşlıq formatı: dünyanın enerji xəritəsində yeni hadisə

Rusiya-Türkiyə-Azərbaycan əməkdaşlıq formatı: dünyanın enerji xəritəsində yeni hadisə
17 yanvar 2019

Hazırda qlobal geosiyasi səviyyədə mürəkkəb və risklərlə dolu proseslər gedir. Bu, bütövlükdə dünyanı bir sıra sahələrdə qeyri-müəyyənliklərlə üz-üzə qoyur. Ekspertlər ümumilikdə bəşəriyyətə fayda verə biləcək əməkdaşlıq formatlarının vacibliyini vurğulayırlar. Həmin bağlılıqda Rusiya-Türkiyə-Azərbaycan əməkdaşlıq formatı ekspertlərin marağına səbəb olub. Bu dövlətlər mürəkkəb geosiyasi mənzərəsi olan məkanda yerləşiblər. Rusiya və Türkiyə böyük dövlətlər kimi dünya siyasətinə təsir edə bilirlər. Azərbaycan Cənubi Qafqazın lider dövləti olaraq müstəqil siyasətini davamlı olaraq aparır. Bununla yanaşı, Rusiya və Azərbaycan zəngin enerji ehtiyatlarına malikdirlər. Həmin səbəbdən bu üç dövlətin əməkdaşlığı regional və qlobal miqyasda geosiyasi əhəmiyyət kəsb etməkdədir. Bu kontekstdə bir sıra vacib məqamların analizi üzərində geniş dayanmağa ehtiyac duyuruq.

İdarəetmədə sistemli islahatlar: struktur yeniliklərində növbəti mərhələ

İdarəetmədə sistemli islahatlar: struktur yeniliklərində növbəti mərhələ
16 yanvar 2019

Azərbaycanda demokratik dövlət quruculuğu kursunun əsasını Ulu öndər Heydər Əliyev qoyub. Bu prosesi Prezident İlham Əliyev uğurla davam etdirir. Dövlət başçısı həm ölkənin daxili tarixi təkamül dinamikasını, həm də dünya təcrübəsini nəzərə alaraq davamlı islahatlar həyata keçirir. Həmin bağlılıqda İlham Əliyevin yanvarın 14-də imzaladığı Azərbaycan Respublikasında dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Fərmanı ciddi əhəmiyyət daşıyır. Ekspertlər həmin Fərmandan irəli gələn vəzifələri həm dövlət quruculuğu kursunun inkişaf etdirilməsi çərçivəsində, həm bütövlükdə idarəetmədə aparılan islahatların Azərbaycanın beynəlxalq aləmdə imicinin formalaşmasında oynadığı rol kontekstində analiz edirlər. Məsələnin bu aspekti üzərində geniş dayanmağa ehtiyac duyuruq.

Pompeo Yaxın Şərqdə: Vaşinqtonun regionla bağlı strateji planlarının bəzi aspektləri

Pompeo Yaxın Şərqdə: Vaşinqtonun regionla bağlı strateji planlarının bəzi aspektləri
14 yanvar 2019

Amerikanın dövlət katibi M.Pompeonun Yaxın Şərq ölkələrinə səfərinin bir sıra məqamlarını ekspertlər analiz edirlər. Məsələyə, təbii ki, geosiyasi kontekstdə yanaşılır. Vaşinqtonun Yaxın Şərq üçün mürəkkəb olan bir mərhələdə hansı addımları atmaq istədiyi böyük maraq doğurur. Bu məsələ D.Trampın ABŞ qoşunlarının Suriyadan çıxarılacağı ilə bağlı verdiyi qərardan sonra daha da cəlbedici olub. Aparılan analizlər göstərir ki, Amerika rəhbərliyi, əslində, ciddi siyasi xətt reallaşdırmaq niyyətindədir. Onun geosiyasi aspektdə başlıca cəhəti Yaxın Şərqdə bir neçə yerli dövləti hərbi blokda birləşidirib, ondan öz marqları naminə istifadə etməkdir. Bu, özlüyündə təhlükəli bir addımdır və bütövlükdə regionu yeni ixtilaflara sürükləyə bilər. Eyni zamanda, Yaxın Şərqin böyük dövlətlərinin vəziyyətə müdaxilə etməsi ehtimalı da artır. Çünki məsələnin bir tərəfi onların təhlükəsizliyi ilə bağlıdır. Bu müstəvidə M.Pompeonun regiona səfərinin geosiyasi özəllikləri üzərində geniş dayanmaq qərarına gəldik.

2018-ci il: On dörd mühüm hadisənin geosiyasi analizi və proqnozlar

2018-ci il: On dörd mühüm hadisənin geosiyasi analizi və proqnozlar
28 dekabr 2018

Ənənəvi olaraq, hər ilin sonunda həmin müddət ərzində baş verən xüsusi əhəmiyyətli hadisələr müəyyənləşdirilir. Burada vahid meyar yoxdur. Biz, müstəqil dövlət quruculuğu baxımından ciddi əhəmiyyəti olan hadisələri müəyyənləşdirib, onların üzərində dayanmaq qərarına gəldik. Təhlil göstərdi ki, cari ildə Azərbaycan dövlət olaraq bütün istiqamətlərdə böyük uğurlar əldə edib. Onların sayı çoxdur. Ancaq geosiyasi, iqtisadi, siyasi, enerji, nəqliyyat, logistika və humanitar aspektlərdə daha çox fərqlənən bir sıra hadisələri qeyd etmək olar. Onları şərti olaraq qruplara da ayırmaq mümkündür. Hər bir halda aydın olur ki, Azərbaycan 2018-ci ildə elə hadisələrə şahid olub ki, onlar müstəqil və demokratik dövlət quruculuğunda yeni mərhələnin başladığını göstərir. Həmin kontekstdə bir sıra özəl məqamların təhlil edilməsini vacib saydıq.

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Yerevan Moskvanı şantaj edir
05 sentyabr 2019 1in.am

Yerevan Moskvanı şantaj edir

"Yerevanın Moskvaya layiqli cavabı: Rusiyada başa düşməlidirlər ki, vəziyyət dəyişib"

Davamı...
2019-cu ildə keçirilmiş "ümumerməni oyunlar"ı sülh perspektivinə kölgə saldı
29 avqust 2019 Foreign Policy Journal

2019-cu ildə keçirilmiş "ümumerməni oyunlar"ı sülh perspektivinə kölgə saldı

Bir müddət əvvəl mübahisəli Dağlıq Qarabağ regionunda "ümumerməni oyunları'' təşkil olunub. Amma bu, beynəlxalq səviyyədə lazımi dərəcədə pislənməyib.

Davamı...