THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Uğurlu siyasi kurs və mədəniyyət diplomatiyası: inkişaf modelinin yeni çalarları

Uğurlu siyasi kurs və mədəniyyət diplomatiyası: inkişaf modelinin yeni çalarları
02 iyun 2019

Tarixdə xoş təsadüflərə rast gəlinir. Ancaq hər bir təsadüfün də arxasında bir zərurət vardır. Heydər Əliyevin doğum günü ilə onun adını daşıyan Fondun yubileyinin eyni günə təsadüf etməsi də bir tarixi zərurətdir. Həmin gün müəyyən mənada ikiqat əlamətdar sayıla bilər. Həm Ulu öndərin əziz xatirəsi bir daha yad edilib, fəaliyyəti haqqında geniş danışılıb, dövlət quruculuğu kursunun müxtəlif aspektləri bir daha təhlil edilib, həm də Heydər Əliyev Fondunun uğurlu fəaliyyəti barədə söhbət açılıb. Hər iki əlamətdar hadisə münasibətilə təşkil edilən rəsmi mərasimdə Prezident İlham Əliyev geniş və dərin məzmunlu nitq söyləyərək, maraqlı tezislər ifadə edib. Bu iki hadisəyə dövlət başçısının nitqində yer almış fikirlərin işığında təhlili nəzər salmağa ciddi ehtiyac vardır. Həmin məsələ üzərində bir qədər geniş dayanmaq istərdik.

Trampın məktubunda: Azərbaycanla əməkdaşlığın perspektivinin üç prinsipi

Trampın məktubunda: Azərbaycanla əməkdaşlığın perspektivinin üç prinsipi
27 may 2019

Hazırda qlobal geosiyasi mənzərədə mürəkkəbliklər və qeyri-müəyyənliklər artır. Müxtəlif dövlətlər arasında münasibətlər gərginləşir, meydana yeni risk və ziddiyyətlər çıxır. Belə bir situasiyada dünyanın böyük dövlətlərinin müstəqilliyini əldə etmiş ölkələrlə münasibətləri hansı prinsiplər üzərində qurmaq istədikləri məsələsinin konkretləşdirilməsi əhəmiyyət daşıyır. ABŞ Prezidenti Donald Trampın Prezident İlham Əliyevə ünvanladığı məktub həm də bu aspektdən maraq doğururdu. Təbii ki, bir təbrik məktubunda siyasi kursun incəlikləri əks olunmaz. Lakin hər təbrik məktubunda da konkret əməkdaşlıq təklifləri yer almır. ABŞ rəhbəri isə qısa məktubunda Azərbaycanla münasibətlərin çox vacib cəhətlərinə yığcam şəkildə toxunub. Onların qlobal və regional geosiyasi dinamika kontekstində analizinə ehtiyac var.

"Şərq tərəfdaşlığı"nın yubiley sammiti: Azərbaycanla bağlı yalan informasiyaların mənbəyi

"Şərq tərəfdaşlığı"nın yubiley sammiti: Azərbaycanla bağlı yalan informasiyaların mənbəyi
24 may 2019

Avropa İttifaqının "Şərq tərəfdaşlığı" proqramının 10 illiyi tədbirləri çərçivəsində dövlət və hökumət başçılarının iştirakı ilə sammit təşkil edilib. Bu proqramın reallaşması məsələsi heç də asan həll edilmir. Meydana geosiyasi xarakterli bir sıra mürəkkəb məsələlər çıxır. Proqramın özündə də müəyyən məsələlər tam aydın deyil. Bundan başqa, Ermənistan həmin proqram çərçivəsində Aİ ölkələrini aldadıb. Bu, müsbət qarşılanmayıb. Azərbaycan isə assosiativ üzvlüyün çatışmayan cəhətlərini konkret faktlarla sübut edərək, öz əməkdaşlıq variantını hazırlayıb. Brüssel bu təklifi qəbul edib. Hazırda danışıqlar yekunlaşmaq mərhələsindədir. Bütün bunların fonunda sammitdə qəbul edilmiş sənəd ətrafında erməni tərəfi və onun havadarları növbəti qarayaxma kampaniyasını işə salmağa çalışıb. Guya Aİ Azərbaycanın ərazi bütövlüyünü tanımaq istəməyib və bu səbəbdən yekun sənədə rəsmi Bakı veto qoyub. Ancaq reallıq tamamilə fərqlidir.

Soçi mesajları: Amerika-Rusiya münasibətlərinin yeni gərginlik xətləri

Soçi mesajları: Amerika-Rusiya münasibətlərinin yeni gərginlik xətləri
22 may 2019

ABŞ-ın dövlət katibinin Rusiyaya səfəri bir qədər dramatik xarakter aldı. Amerika rəsmisi öncə Soçiyə səfərini təxirə saldı. Ardından onun Brüsseldə gərgin, həm də demək olar ki, uğursuz danışıqları oldu. Ekspertlər bu gedişatın fonunda M.Pompeonun Soçidə başına nələrin gələcəyini maraqla gözləyirdilər. Daha maraqlısı isə V.Putinin Amerikanın dövlət katibi ilə saat yarımlıq müzakirə aparması olub. Analitiklər hesab edirlər ki, gündəlikdə duran məsələlər çox və aktual olduğundan tərəflər açıq danışıqlar aparıblar. Bu isə o deməkdir ki, Vaşinqtonla Moskva dialoqa gedə bilərlər. Məhz bu tezis kontekstində Soçidə aparılan danışıqların qlobal geosiyasi proseslər çərçivəsində təhlili üzərində dayanmaq istərdik.

Dahi şəxsiyyət və müdrik lider: Ulu Öndər Heydər Əliyevi anarkən...

Dahi şəxsiyyət və müdrik lider: Ulu Öndər Heydər Əliyevi anarkən...
11 may 2019

Hər bir xalqın tarixində layiqli rəhbərin özünəməxsus rolu olur. Müstəqil dövlət qura bilən millətlər isə öz daxilindən lider-siyasətçi yetişdirir. Bunu bacarmayanlar gec və ya tez tarixin böyük xalqlarının səhnəsindən silinirlər. Azərbaycan xalqı çox müdrik xalqdır. Keçən əsrin 90-cı illərinin çox mürəkkəb dönəmində Heydər Əliyevin yenidən hakimiyyətə gəlməsinin zəruriliyini dərk etdi və sonra ona nail oldu. Bununla müasir dövlətçilik tarixində ciddi bir dönüş başladı. Heydər Əliyev fəaliyyəti ilə müstəqil Azərbaycan dövlətçiliyinin inkişafında müstəsna xidmətlər göstərdi. Bütün dünya gördü ki, Azərbaycan yüksək iradə, inam, ağıl və sistemliliklə çətinliklərdən çıxıb, inkişafın zirvəsinə qalxır. Bu gün artıq Azərbaycan Cənubi Qafqazın lideri və geosiyasi dayaq nöqtəsidir. Bütün bu məqamlar işığında Ulu Öndərin dahiliyi, yüksək şəxsi keyfiyyətləri, liderliyi və müdrikliyi üzərində geniş dayanmağa ehtiyac görürük.

Zəmanəni qabaqlayan fenomen – Heydər Əliyev dühası

Zəmanəni qabaqlayan fenomen – Heydər Əliyev dühası
10 may 2019

Hər bir xalqın tarixdəki yeri və rolu mürəkkəb siyasi şəraitdə məsuliyyəti üzərinə götürərək onun taleyində misilsiz rol oynamış, mütərəqqi ideyaları, qeyri-adi idarəçilik keyfiyyətləri ilə müdrikcəsinə və uzaqgörənliklə sabit dövlətçilik ənənələri yaratmış dahi şəxsiyyətin fövqəladə missiyası ilə şərtlənir. Tanrının bəxş etdiyi belə seçilmiş şəxsiyyətlər xalqlarının əsrlər boyu cilalanmış dövlətçilik təfəkkürü, siyasi dünyagörüşü, milli dəyərləri əsasında optimal dövlət modeli və siyasi varislik ənənələri yaradırlar. Ruslar üçün bu şəxsiyyət I Pyotr, amerikalılar üçün Corc Vaşinqton, ingilislər üçün Uinston Çörçil, fransızlar üçün Şarl dö Qoll, almanlar üçün Otto fon Bismark, çinlilər üçün Mao Tszedun, türklər üçün Mustafa Kamal Atatürkdürsə, azərbaycanlılar üçün Heydər Əliyevdir!

2019-cu ilin ilk rübü: uğurlar və hədəflər

2019-cu ilin ilk rübü: uğurlar və hədəflər
06 may 2019

Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib. Tədbirdə geniş nitq söyləyən dövlət başçısı cari ilin birinci rübündə əldə edilən nailiyyətlər üzərində konkret faktlar əsasında dayanıb. Sosial-iqtisadi islahatların aparılması nəticəsində vətəndaşın rifah halının yaxşılaşması dinamikası rəqəmlərdə öz ifadəsini tapıb. Bunun fonunda Azərbaycanda həyata keçirilən islahatlar prosesinin başlıca məqamları vurğulanıb. Azərbaycanın beynəlxalq əlaqələri və xarici siyasətin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hissəsi üzərində də ölkə rəhbəri ayrıca dayanıb. Bütün bunların geosiyasi analizinə ciddi ehtiyac görürük.

Qlobal layihə: "Bir kəmər, bir yol" təşəbbüsündə Azərbaycanın iştirakının üç aspekti

Qlobal layihə: "Bir kəmər, bir yol" təşəbbüsündə Azərbaycanın iştirakının üç aspekti
01 may 2019

Pekində "Bir kəmər, bir yol" layihəsi ilə bağlı təşkil edilən ikinci beynəlxalq əməkdaşlıq forumunun başa çatması ilə analizlər aparılır və proqnozlar verilir. Müxtəlif ölkələrin bu qlobal layihədə iştirak səviyyəsi də fərqlidir. Onun əsas iştirakçılarından biri kimi, Azərbaycanın bu layihədə xüsusi yeri vardır. Prezident İlham Əliyevin foruma dəvət edilməsi və orada çıxış etməsi kontekstində Azərbaycanın həmin proyektdə iştirakı bir sıra aspektlərdə aktuallıq kəsb edir. Eyni zamanda, Azərbaycanın dövlət başçısı ilə Çin rəhbərinin ayrıca görüşməsi maraqlı geosiyasi məqamları ortaya qoyur. Bütün bunların işığında Azərbaycan Prezidentinin tədbirdə iştirakının geosiyasi analizi üzərində dayanmağa böyük ehtiyac görürük.

"Bir kəmər, bir yol": Çin dünyanın geosiyasi-iqtisadi mənzərəsini yeniləşdirir

"Bir kəmər, bir yol": Çin dünyanın geosiyasi-iqtisadi mənzərəsini yeniləşdirir
30 aprel 2019

Pekində aprelin 25-27-də "Bir kəmər, bir yol" ikinci beynəlxalq əməkdaşlıq forumu keçirilib. Forumda 150 ölkənin nümayəndələri iştirak edib. Onların 30-dan çoxu dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların rəhbərləri olub. Bu nəhəng tədbirin təşkil edilməsi Çin üçün çox vacib idi. Pekin tərəfindən həm son dövrlərdə meydana çıxan suallara cavab verilməli, həm də "Bir kəmər, bir yol" layihəsinin reallaşması istiqamətində konkret addımlar atılmalı idi. Ekspertlərin rəyinə görə, hər iki məsələdə Çin istədiyinə nail olub. Ölkə rəhbəri Si Cinpin proqram xarakterli geniş məruzə edib. Məruzəsində layihənin məzmun və məqsədi barədə konkret tezislər ifadə edib. Bununla yanaşı, bir sıra dövlət başçıları da bütün dünyanı maraqlandıran geosiyasi və iqtisadi məsələlərə toxunublar. Bütün bunların fonunda forumun dünya üçün geosiyasi və iqtisadi əhəmiyyəti üzərində geniş dayanmağa ehtiyac duyulur.

Azərbaycan-NATO: əməkdaşlıq perspektivləri və geosiyasi reallıqlar

Azərbaycan-NATO: əməkdaşlıq perspektivləri və geosiyasi reallıqlar
26 aprel 2019

Şimali Atlantika Alyansının baş katibi Yens Stoltenberq Vaşinqtonda təşkilatın 70 illiyinə həsr edilmiş yubiley tədbirlərində Azərbaycanla bağlı maraqlı fikirlər ifadə edib. Onları təhlil edən ekspertlər NATO-nun Azərbaycanla əlaqələri inkişaf etdirmək niyyətinin olduğu qənaətinə gəlirlər. Doğrudan da, əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycan-NATO əməkdaşlığı olduqca səmərəli inkişaf edir. Bu proses hər iki tərəfi qane edir. Regionun böyük dövlətlərinin maraqlarına toxunmur. Digər Cənubi Qafqaz dövlətlərindən fərqli olaraq, Azərbaycanın NATO istiqamətində atdığı heç bir addım qonşularda qıcıq yaratmır. Ancaq Ermənistan bu məsələdən də süni yararlanmağa çalışır. Ermənistan hakimiyyəti Azərbaycanın NATO ilə əməkdaşlıq etdiyinə görə bu təşkilatla əlaqə qurduğunu deyir. Bu, bir daha təsdiq edir ki, Ermənistan müstəqil siyasət yeridə bilmir. Daim başqalarının hərəkətlərinə "alternativ" olaraq səbatsız addımlar atır. Bu kimi məqamların fonunda Azərbaycan-NATO əlaqələrinin bir sıra aspektləri üzərində geniş dayanmaq lazım gəlir.

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"
31 oktyabr 2019 168.am

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"

"Xarici işlər nazirimiz Zöhrab Mnatsakanyan erməni tərəfinin Qarabağ məsələsində nəyə nail olmaq istədiyini faktiki olaraq, BBC-yə çatdıra bilmədi". Bunu politoloq Hrant Melik-Şahnazaryan bildirib.

Davamı...
Yerevan Moskvanı şantaj edir
05 sentyabr 2019 1in.am

Yerevan Moskvanı şantaj edir

"Yerevanın Moskvaya layiqli cavabı: Rusiyada başa düşməlidirlər ki, vəziyyət dəyişib"

Davamı...