THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Uğurlu siyasətin mütərəqqi nümunəsi: mürəkkəb geosiyasi regionda səmərəli inkişaf kursu

Uğurlu siyasətin mütərəqqi nümunəsi: mürəkkəb geosiyasi regionda səmərəli inkişaf kursu
09 oktyabr 2019

Hazırda dünyanın əksər ölkələrində böhrandan xilas olmağın yolları aranır. Azərbaycan isə sürətli və dayanıqlı inkişafında davam etməkdədir. Müxtəlif beynəlxalq reytinq təşkilatlarının göstəricilərinə əsasən ölkəmiz son 4 ildə daha ciddi uğurlar əldə edib. Həmin göstəricilər müstəqil olaraq Azərbaycanın bütün sferalarda inamla yüksəlişdə olduğunu təsdiqləyir. Dövlət quruculuğunun siyasi, ideoloji, sosial, mədəni, iqtisadi, enerji və digər sferaları üzrə reallaşdırılan proqramlar Azərbaycanın qarşıya qoyduğu məqsədlərə doğru inamla irəlilədiyini nümayiş etdirir. Bu bağlılıqda müxtəlif sahələrə aid olan göstəricilərin müqayisəsi gələcəkdə bu prosesin davam edəcəyini təsdiqləyir. Həmin kontekstdə Azərbaycanın bu il əldə etdiyi nailiyyətlər və gələn il üçün proqnozlaşdırılan göstəricilərin müqayisəsi maraqlı bir dinamikanı ortaya qoyur.

26 il əvvəl: Azərbaycan xalqının müdrik və tarixi seçimi

26 il əvvəl: Azərbaycan xalqının müdrik və tarixi seçimi
08 oktyabr 2019

XX əsrin 90-cı illərinin əvvəllərində müstəqilliyinə qovuşan Azərbaycan çox çətin günlərini yaşayırdı. Ölkə daxilində hökm sürən siyasi çəkişmələr Azərbaycan dövlətinin varlığını təhlükələrə atmışdı. Azərbaycanın parçalanması və milli dövlətçiliyin süquta uğraması təhlükəsi yaranmışdı. Ölkə vətəndaş müharibəsi astanasında idi. Düşmən daxildəki hərc-mərclik, siyasi böhran və hakimiyyət boşluğundan istifadə edərək Azərbaycan torpaqlarını işğal edirdi. Belə bir məsuliyyətli və ağır mərhələdə Azərbaycan xalqı öz siyasi seçimini etdi. 1993-cü il oktyabrın 3-də Heydər Əliyevə səs verərək onu Prezident kimi özünə rəhbər gördü. Həmin gündən başlayaraq Azərbaycan bütün istiqamətlərdə ciddi uğurlar əldə etməyə başladı. Heydər Əliyev həm daxildə sabitliyə nail oldu, həm də çox səmərəli xarici siyasət kursunu formalaşdırdı. Böyük uğurla neft siyasəti həyata keçirilməyə başlandı. Genişmiqyaslı iqtisadi islahatlar aparıldı. İdarəetmədə, cəmiyyətin müxtəlif sferalarında modernləşmə vüsət aldı. Bütün bunlar Azərbaycan dövlətçiliyinə tarixi nailiyyətlər qazanmağa imkan yaratdı. Vurğulanan məqamlar kontekstində Heydər Əliyevin xalqın istəyi ilə yenidən ölkə rəhbərliyinə qayıdışının siyasi və geosiyasi əhəmiyyəti üzərində geniş dayanmağa ehtiyac görürük.

Prezidentin cavabı: İlham Əliyevin "Valday"da ifadə etdiyi tarixi tezislər

Prezidentin cavabı: İlham Əliyevin "Valday"da ifadə etdiyi tarixi tezislər
07 oktyabr 2019

Azərbaycanın dövlət başçısı "Valday" Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında iştirak edib, geniş nitq söyləyib. İlham Əliyev 15 dəqiqə müddətində qlobal və regional geosiyasətin ən aktual məsələləri fonunda Rusiya-Azərbaycan münasibətlərinin strateji xarakterinə, Ermənistan rəhbərliyinin son vaxtlar ifadə etdiyi məsuliyyətsiz bəyanatlara, Azərbaycanın bu məsələdəki konkret mövqeyinə və dövlət quruculuğunda əldə edilən nailiyyətlərə toxunub. Azərbaycan rəhbəri Rusiya ilə əməkdaşlığın müxtəlif aspektlərini şərh edərək, bu prosesin artan sürətlə inkişaf etməsində maraqlı olduğunu deyib. Prezident İlham Əliyevin nitqində Nikol Paşinyanın Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı söylədiyi populist fikirlərə tutarlı cavab verməsi xüsusi marağa səbəb olub. Azərbaycan rəhbərini çıxışı zamanı böyük diqqətlə dinləyiblər. Dövlət başçısının dərin məzmunlu nitqi iştirakçıların alqışları ilə qarşılanıb.

Ərdoğanın mesajları: Türkiyə Prezidenti ədalətə dəvət edir

Ərdoğanın mesajları: Türkiyə Prezidenti ədalətə dəvət edir
27 sentyabr 2019

Bu il sentyabrın əvvəllərində Sivasda Mərkəzi Anadolu İqtisadi Forumundakı tarixi çıxışında Rəcəb Tayyib Ərdoğan hər bir ölkə kimi Türkiyənin də nüvə silahına malik olmaq hüququndan söhbət açıb. Konkret misallar əsasında o, müasir mərhələdə dünyada baş verən geosiyasi proseslərin fonunda inkişaf etmiş ölkələrin nüvə silahına malik olmasının bəzi təsirlərindən danışıb. Türkiyə Prezidenti ifadə edib ki, bir sıra dövlətlərə nüvə silahı istehsalının qadağan olunması doğru deyil. Mövcud problemlərin həlli baxımından da faydasızdır. Həmin kontekstdə hətta burada bir haqsızlıq da vardır. Ancaq Türkiyənin dövlət başçısının söylədiyi fikirlərin məntiqinə daha dərindən nəzər salsaq, maraqlı məqamları görə bilərik. Əslində, R.T.Ərdoğan, ümumiyyətlə, müasir dünyada mövcud olan geosiyasi mənzərənin gələcəyi ilə bağlı ehtiyatlılığını ifadə edib. O, hazırda dünyada hakim rolunu oynamağa çalışan ölkələrin vəziyyəti daha da mürəkkəbləşdirdiklərini çatdırıb. O cümlədən özü nüvə silahına malik olub, başqasına onu qadağan etmək strategiyasının perspektivsizliyini göstərib. Çünki "dünya beşdən böyükdür"!

"Əsrin müqaviləsi": əbədi müstəqillik, rifah və suverenlik bəxş edən tarixi hadisə

"Əsrin müqaviləsi": əbədi müstəqillik, rifah və suverenlik bəxş edən tarixi hadisə
20 sentyabr 2019

Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən neft ehtiyatları ilə zəngin "Azəri", "Çıraq", "Günəşli" yataqlarının xarici şirkətlərlə birgə işlənməsinə dair müqavilənin imzalanmasının 25 ili tamam olur. Ulu öndər Heydər Əliyevin böyük siyasi ustalığı, qətiyyətli iradəsi və uzaqgörənliyi sayəsində imzalanan həmin sənəd, faktiki olaraq, ölkənin uzunmüddətli inkişafının əsas qollarından birini təşkil edir. 25 illik təcrübə göstərdi ki, "Əsrin müqaviləsi" strateji aspektdə müstəqillik, suverenlik və sosial rifahı təmin edə bilən potensiala malik layihədir. Artıq onun, obrazlı desək, ikinci mərhələsi başlayıb. 2017-ci ildə Azərbaycan "XXI əsrin müqaviləsi" adlandırılan sənədi imzalayıb. Həmin sənəddə 2050-ci ilə qədər Azərbaycanın neft-qaz ehtiyatlarının istehsalı ilə bağlı beynəlxalq əməkdaşlıq əks olunub. Bunlardan başqa, "Əsrin müqaviləsi"nin geosiyasi dividendləri də göz qabağındadır. Bütün bu məqamların geosiyasi analizi üzərində geniş dayanmağa ehtiyac duyduq.

Pompeonun gizli danışıqları: ABŞ Avropada niyə fəallaşır?

Pompeonun gizli danışıqları: ABŞ Avropada niyə fəallaşır?
10 sentyabr 2019

Amerikanın dövlət katibi Mayk Pompeonun Brüsselə səfərinə ekspertlər böyük maraq göstərdilər. Səfər sentyabrın 2-3-də baş tutub. Maraqlıdır ki, təxminən eyni vaxtda Amerika Şərqi Avropada, Rusiya isə Cənubi Qafqazda daha böyük fəallıq nümayiş etdiriblər. Hər bir halda M.Pompeonun danışıqları gizli aparması və mətbuata informasiyaların verilməməsi səfərə xüsusi məzmun verib. Ekspertlər Amerika ilə Avropa İttifaqının hansı məsələlər üzrə və hansı məzmunda müzakirələr apardığına ciddi maraq göstəriblər. Bu kontekstdə amerikalı rəsminin Brüssel səfərinin geosiyasi tərəfləri üzərində geniş dayanmağa ehtiyac görürük.

ABŞ-İran-Çin "üçbucağı": ticarət müharibələrinin yeni miqyası və qlobal geosiyasi proseslər

ABŞ-İran-Çin "üçbucağı": ticarət müharibələrinin yeni miqyası və qlobal geosiyasi proseslər
05 sentyabr 2019

Amerikanın başladığı ticarət müharibələrinin dünya iqtisadiyyatını silkələdiyi sirr deyil. İndi bütün ölkələr növbəti qlobal iqtisadi böhrana hazırlaşır. Bunun fonunda ticarət müharibələri nəinki səngiyir, əksinə, yeni səviyyəyə yüksəlir. Bunun əlamətlərindən biri Donald Trampın Çini çökdürəcəyi ilə bağlı verdiyi bəyanat hesab oluna bilər. O, yenidən prezident seçiləcəyi təqdirdə Çinin iqtisadi potensialını məhv edəcəyindən danışıb. Bu arada, Yaxın Şərqdə geosiyasi vəziyyət daha da kəskinləşib. Orada İsrail-ABŞ cütlüyü İrana qarşı yeni addımlar atır. Tehran isə müxtəlif manevrlər etməkdədir. Onlardan biri kimi xarici işlər naziri Məhəmməd Cavad Zərifin "vahid Çin" ideyasını dəstəklədiklərini bəyan etməsi göstərilir. Bu yanaşma kontekstində Amerika, Çin və İran xəttində geosiyasi proseslərin istiqaməti və bunun qlobal coğrafi-iqtisadi reallıqlara təsiri üzərində geniş dayanmağa ehtiyac görürük.

Avropa İttifaqı-Azərbaycan münasibətləri: "Şərq tərəfdaşlığı" və yeni strateji əməkdaşlıq modeli

Avropa İttifaqı-Azərbaycan münasibətləri: "Şərq tərəfdaşlığı" və yeni strateji əməkdaşlıq modeli
04 sentyabr 2019

Bir neçə müddətdir ki, Avropa İttifaqı ilə Azərbaycan arasında yeni əməkdaşlıq sənədinin hazırlanması ilə əlaqədar bəzi məsələlər qızğın nəzəri diskussiyaların mövzusuna çevrilib. Burada fərqli mövqelər ifadə edilir, bəzən hətta bir-birinə zidd tezislər səsləndirilir. Rəsmi Bakı isə təmkinli və reallığı əks etdirən fəal mövqe tutur, tərəfdaşlıq sazişi üzrə danışıqların konstruktiv müstəvidə davam etdirildiyini ifadə edir. Bu xüsusda ekspertlər bir mühüm məqama diqqət yetirməlidirlər. Azərbaycan ayrı-ayrı dövlətlər və təşkilatlarla bərabərhüquqlu və qarşılıqlı hörmətə əsaslanan əlaqələrə üstünlük verir. Suverenlik və milli maraqların qorunması başlıca yer tutur. Aİ-nin "Şərq tərəfdaşlığı" proqramı çərçivəsində əməkdaşlıq təkliflərində müəyyən məqamlar onu qane etmədiyindən Azərbaycan özünün əməkdaşlıq modelini irəli sürüb. Bu istiqamətdə səmərəli müzakirələr aparılır.

Yeni strateji plan: Brüsselin nikbin proqnozları

Yeni strateji plan: Brüsselin nikbin proqnozları
03 sentyabr 2019

Artıq bir neçə ildir ki, ekspertlər Avropa İttifaqında neqativ tendensiyaların sürətlə artdığı haqqında fikir söyləyirlər. Bu təşkilatın hətta dağıla bilməsi ehtimalı istisna edilmir. "Breksit" nümunəsini bu kontekstdə tez-tez xatırlayırlar. Onun digər dövlətlərin də təşkilatı tərk etməsinə təkan verəcəyini bəyan edirlər. Bunların fonunda Aİ-nin gələcəyi ilə bağlı nikbin strateji planın hazırlanması maraqlı görünür. Həmin plan 2024-cü ilə qədər təşkilatın inkişaf istiqamətlərini özündə ehtiva edir. Konkret sahələr üzrə Aİ-nin daha da inkişaf edəcəyindən bəhs edilir. Onların reallığa nə dərəcədə uyğun olduğunu demək çətindir. Lakin sənəddə Aİ-yə üzv olmayan, ancaq onunla əməkdaşlıq edən ölkələrlə də bağlı müəyyən məqamların olması onu daha maraqlı edir.

Con Boltonun "z" turnesi: Ukrayna-Moldova-Belarus-Polşa seçiminin geosiyasi səbəbləri

Con Boltonun "z" turnesi: Ukrayna-Moldova-Belarus-Polşa seçiminin geosiyasi səbəbləri
02 sentyabr 2019

ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri C.Boltonun Ukrayna, Moldova, Belarus və Polşaya səfərinin trayektoriyası müəyyən mənada "z" hərfini xatırladır. Bir sıra ekspertlər hətta "Zorro" rəmzi ilə müqayisə aparırlar. Yəni, Amerika rəsmisi məcazi mənada səfərində bir "Zorro" damğasını vurdu. Ancaq bu, kənardan belə görünə bilər. Danışıqların real məzmununun analizi göstərir ki, C.Bolton gözlədiyi səviyyədə səmərəli danışıqlar apara bilməyib. Xüsusilə Minskdə onu məyus ediblər. Prezident A.Lukaşenko ilə demək olar ki, heç bir məsələdə razılıq əldə edilməyib. Kiyev və Kişineuda isə xeyli dərəcədə ortaq mövqe formalaşdırılıb. Bunlarla yanaşı, C.Bolton Varşavada yenidən Ukrayna, Belarus və Polşa nümayəndələri ilə görüşərək regional təhlükəsizlik məsələlərini müzakirə edib. Belə görünür ki, Polşadakı danışıqlar Ukrayna-Moldova-Belarus danışıqlarının müəyyən mənada davamı olub.

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"
31 oktyabr 2019 168.am

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"

"Xarici işlər nazirimiz Zöhrab Mnatsakanyan erməni tərəfinin Qarabağ məsələsində nəyə nail olmaq istədiyini faktiki olaraq, BBC-yə çatdıra bilmədi". Bunu politoloq Hrant Melik-Şahnazaryan bildirib.

Davamı...
Yerevan Moskvanı şantaj edir
05 sentyabr 2019 1in.am

Yerevan Moskvanı şantaj edir

"Yerevanın Moskvaya layiqli cavabı: Rusiyada başa düşməlidirlər ki, vəziyyət dəyişib"

Davamı...