THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Novruz Məmmədov: ''Azərbaycanın uğurlarının təməlində dayanan ən mühüm faktor lider amilidir''

Siz buradasınız: Əsas səhifə »» Şəxsiyyətlər »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
417805
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 25 sentyabr 2014 – Newtimes.az

Novruz Məmmədov: 20 ildən bir qədər artıq müddətdə Azərbaycan ikinci "Əsrin müqaviləsi" nin təməlqoyma mərasimini keçirdi

"Azərbaycan 20 ildən bir qədər artıq müddətdə ikinci beynəlxalq əhəmiyyətli layihənin həyata keçirilməsi üçün imza atdı". Bu sözləri Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov sentyabrın 20-də "Cənub qaz dəhlizi"nin təməlinin qoyulmasına münasibətini bildirərkən deyib.

PA rəsmisi bu hadisəni Azərbaycanın ikinci beynəlxalq əhəmiyyətli layihənin həyata keçirilməsinə imza atması kimi dəyərləndirib: "20 ildən bir qədər artıq müddətdə Azərbaycan ikinci "Əsrin müqaviləsi"nin təməlqoyma mərasimini keçirdi. Bu isə, həqiqətən də, mürəkkəb geosiyasi münasibətlərin cəmləşdiyi, maraqların toqquşduğu ərazidə yerləşən bir ölkə üçün çox böyük nailiyyətdir. Bunun rəmzi tərəfi isə odur ki, Azərbaycan bir "Əsrin müqaviləsi"nin 20 illiyini qeyd etdiyi bir vaxtda, ikinci "Əsrin müqaviləsi"nin təməlqoyma mərasimini keçirdi".

Şöbə müdiri qeyd edib ki, Azərbaycan cəmiyyəti artıq birinci "Əsrin müqaviləsi"nin nəticələrini görür və yaşayır: "Həmin dövrdə "Əsrin müqaviləsi"ni dahi siyasi xadim, Ümummilli lider Heydər Əliyev imzaladıqda müxtəlif fikirlər, mövqelər səsləndirilirdi. Lakin Ulu öndər bildirdi ki, bu, Azərbaycan xalqı, dövləti və dövlətçiliyi, Azərbaycanın gələcəyinin inkişafı üçün çox böyük hadisədir və onu "Əsrin müqaviləsi" adlandırdı".

Novruz Məmmədovun sözlərinə əsasən, "Əsrin müqaviləsi"nin ölkəmizə və xalqımıza davamlı töhfələr verməsinin əsasında Ümummilli liderin təməlini qoyduğu yolun uğurla davam etdirilməsi dayanır: "Azərbaycan Ulu öndərin yolundan sapmadı. Ona görə də bu günə qədər Azərbaycana gələn hər bir xarici ölkə nümayəndəsi, dövlət başçısı, baş naziri və digərləri ölkəmizin nə qədər böyük inkişaf yolu keçdiyini qeyd edir. Elə bu günlərdə Azərbaycanda səfərdə olan Avropa Şurası Parlament Assambleyasının prezidenti Ann Brasör keçirdiyi görüşlər zamanı ölkəmizin ötən müddətdə fantastik inkişaf yolu keçdiyini vurğulayıb. Həqiqətən də, bu, belədir".

PA rəsmisi Azərbaycandan on illərlə əvvəl müstəqillik qazanmış ölkələrlə müqayisədə respublikamızın regionda, beynəlxalq aləmdə tutduğu mövqeyinə, inkişaf səviyyəsinə görə müstəsna vəziyyətdə olduğunu deyib: "Baxmayaraq ki, ərazilərimizin 20 faizi işğal altındadır, müharibə vəziyyətindəyik. Amma hər bir dövlətin qarşısında duran vəzifə ölkənin əhalisinin rahat yaşamasını və inkişafını təmin etməkdir. Bu nöqteyi-nəzərdən, xüsusilə də İslam aləmində Azərbaycan sayılıb-seçilən ölkələrdən biridir".

Novruz Məmmədov Azərbaycanın uğurlarının təməlində dayanan ən mühüm faktorun lider amili olduğunu bildirib: "Azərbaycanın uğurlarının təməlində dayanan ən mühüm faktor lider amilidir, onun mövcud siyasi kursu necə davam etdirməsidir. Bu baxımdan, əminəm ki, qarşıdan gələn 20 il bu uğurların daha möhtəşəm və sürətlə həyata keçirilməsi ilə müşayiət olunacaqdır".

Eyni zamanda, şöbə müdiri qeyd edib ki, davamlı iqtisadi inkişaf demokratik islahatlarsız mümkün deyil: "Azərbaycan həm də bir hüquqi, demokratik dövlət kimi, siyasi və digər sahələrdə də çox böyük islahatlar aparır. Azərbaycanda bu gün insanların bütün siyasi hüquqları qorunur. Siyasi mövqeyindən asılı olmayaraq, hər kəsin söz, fikir, ifadə azadlığı təmin olunub, internet və media sahəsində heç bir məhdudiyyət yoxdur. Yəni bu baxımdan da Azərbaycan güclü inkişaf yolu keçir və bu istiqamətdə islahatlar davam etdirilir".

''Yeni Azərbaycan''

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"
31 oktyabr 2019 168.am

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"

"Xarici işlər nazirimiz Zöhrab Mnatsakanyan erməni tərəfinin Qarabağ məsələsində nəyə nail olmaq istədiyini faktiki olaraq, BBC-yə çatdıra bilmədi". Bunu politoloq Hrant Melik-Şahnazaryan bildirib.

Davamı...
Yerevan Moskvanı şantaj edir
05 sentyabr 2019 1in.am

Yerevan Moskvanı şantaj edir

"Yerevanın Moskvaya layiqli cavabı: Rusiyada başa düşməlidirlər ki, vəziyyət dəyişib"

Davamı...