THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

2019-cu il: artan risklər geosiyasi mənzərəni mürəkkəbləşdirir

2019-cu il: artan risklər geosiyasi mənzərəni mürəkkəbləşdirir
06 yanvar 2020

Ötən il cərəyan edən geosiyasi proseslər bir sıra çətinliklər yaradıb. Bu haqda ekspertlər 2019-cu ildə müşahidə edilən qlobal geosiyasi trendləri təhlil edərək yazırlar. Dünyanın müxtəlif regionlarında özünü göstərən proseslərin ümumi analizi fonunda konkret hadisələrin proqnozlaşdırılması maraqlı mənzərə yaradır. Bütövlükdə dünyada risklər azalmayıb, əksinə, yeni münaqişə ocaqları meydana gəlib. Yaxın Şərqdə Liviya faktoru qlobal geosiyasətin aktual məsələlərindən birinə çevrilib. Fransada vəziyyət qarışıqdır, "Breksit" aktuallığını saxlayır, İran məsələsi risk faktoru kimi qalır və s. Bunların fonunda Cənubi Qafqazda 2019-cu ildə baş verənlər və onların mümkün təsirləri əhəmiyyət daşıyır.

2019-cu ilin yekunları: daxili və xarici siyasətin yeni səviyyədə sintezi

2019-cu ilin yekunları: daxili və xarici siyasətin yeni səviyyədə sintezi
03 yanvar 2020

Azərbaycan 2019-cu ildə bütün istiqamətlər üzrə böyük nailiyyətlər əldə edib. Faktların təhlili göstərir ki, bunun üçün ölkə rəhbərliyi mükəmməl siyasi kurs həyata keçirib. Vətəndaşların rifah halının yüksəlməsi, sosial təminat, əməkhaqları və pensiyaların artımı sahələrində ciddi yeniliklər baş verib. Bir sıra irimiqyaslı strateji infrastruktur layihələri reallaşdırılıb. Regional əməkdaşlıq istiqamətində mühüm addımlar atılıb. Xarici siyasətdə əhəmiyyətli irəliləyiş əldə edilib. Azərbaycan həm qonşuları, həm də Avropa və Asiya ölkələri ilə əlaqələri inkişaf etdirib. ABŞ-la strateji əməkdaşlıq yüksək səviyyədədir və müxtəlif sahələri əhatə edir. Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələrin istər iqtisadi, istərsə də diplomatik sahədə genişlənməsi qarşılıqlı faydalı kooperasiya üçün yeni imkanlar açıb.

XXI əsrin milli lideri: İlham Əliyev və Azərbaycan dövlətçiliyinin inkişafı

XXI əsrin milli lideri: İlham Əliyev və Azərbaycan dövlətçiliyinin inkişafı
24 dekabr 2019

Prezident İlham Əliyev artıq on altı ildir ki, müstəqil Azərbaycan Respublikasına rəhbərlik edir. Ulu öndər Heydər Əliyevin siyasi kursunu inamla inkişaf etdirən dövlət başçısının fəaliyyəti çoxşaxəlidir. Aparılan təhlillər göstərir ki, Azərbaycan Cənubi Qafqazda müstəqil dövlət kimi özünü uğurla təsdiq edən ölkədir. Bunun kökündə əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət quruculuğu konsepsiyası dayanır. İlham Əliyev XXI əsrin keşməkeşləri şəraitində həmin inkişaf kursunu yeni şərtlər daxilində səmərəli şəkildə davam etdirir. Bunun nəticəsidir ki, Azərbaycan hazırda Cənubi Qafqazın lider dövlətidir. Ekspertlərin qiymətləndirmələrinə görə, bu proses daha da inkişaf edəcək. Azərbaycan rəhbəri malik olduğu liderlik xüsusiyyətlərinə görə daim uğur gətirən addımlar atacaq. Daxili və xarici siyasətdə həyata keçirdiyi proqramlar sayəsində müstəqil dövlətçiliyi yeni zirvələrə qovuşduracaq. Bunların fonunda isə İlham Əliyevin simasında yeni siyasi lider modelinin formalaşdığı aydın görünür. İlham Əliyev hazırda XXI əsrin milli liderliyinin uğurlu nümunəsidir.

Azərbaycan-Rusiya münasibətləri: Cənubi Qafqazda geosiyasi dinamikaya yeni təkan

Azərbaycan-Rusiya münasibətləri: Cənubi Qafqazda geosiyasi dinamikaya yeni təkan
20 dekabr 2019

Ekspertlər qlobal geosiyasi müstəvidə müşahidə edilən sürətli dəyişikliklərin regional miqyasda necə əks olunması ilə bağlı maraqlı araşdırmalar aparırlar. Bu sırada Cənubi Qafqaz məsələsi maraq doğurur. Bu məkanda geosiyasi mənzərə mürəkkəbdir. Onun fonunda son illər getdikcə daha da intensivləşən Rusiya-Azərbaycan münasibətləri kifayət qədər aktual təsir bağışlayır. Erməni mətbuatı müxtəlif bəhanələrlə bu prosesə kölgə salmağa çalışır. Böhtan xarakterli fikirlər yazılır, Azərbaycan dövlətçiliyinə qarşı çirkin qarayaxma kampaniyaları təşkil edilir. Lakin faktlar göstərir ki, Cənubi Qafqazda Azərbaycan suverenliyini qoruyan, müstəqil xarici siyasət yürüdən yeganə dövlətdir. Rusiya ilə əlaqələr də ancaq bu prinsiplər əsasında həyata keçirilir. Bununla Azərbaycan-Rusiya münasibətlərinin regional geosiyasi dinamikaya təsiri məsələsi xeyli aktuallaşır.

Regional təhlükəsizlik: Ermənistanın pozucu fəaliyyəti və Azərbaycan-Türkiyə-Gürcüstan əməkdaşlığının imkanları

Regional təhlükəsizlik: Ermənistanın pozucu fəaliyyəti və Azərbaycan-Türkiyə-Gürcüstan əməkdaşlığının imkanları
08 noyabr 2019

Cənubi Qafqazda təhlükəsizlik sisteminin formalaşmasının müqəddəm şərtləri, gedişi və perspektivləri nüfuzlu politoloq və iqtisadçıların, jurnalist və analitiklərin apardıqları diskussiyaların əsas mövzusuna çevrilib. Müşahidələr göstərir ki, bu məsələdə qeyri-müəyyən məqamlar kifayət qədərdir. Onlar daha çox rəsmi İrəvanın pozucu fəaliyyətindən qaynaqlanır. Uğursuz xarici siyasət yürüdən Ermənistan hakimiyyəti regionda qeyri-müəyyənliyi artırır, müxtəlif təbiətli risklərin meydana gəlməsinə səbəb olur. Eyni zamanda, İrəvan bunu Rusiyanın Cənubi Qafqazda əməkdaşlıq və təhlükəsizlik istiqamətində ciddi müsbət addımlar atdığı bir mərhələdə edir. Bu isə regionda geosiyasi mənzərənin öz bütövlüyünü itirməkdə olduğu anlamını verir.

Bakı sammiti: Azərbaycan diplomatiyasının Qoşulmama Hərəkatında növbəti böyük uğuru

Bakı sammiti: Azərbaycan diplomatiyasının Qoşulmama Hərəkatında növbəti böyük uğuru
31 oktyabr 2019

Azərbaycan paytaxtında Qoşulmama Hərəkatına üzv ölkələrin sammiti böyük uğurla başa çatıb. BMT-dən sonra ikinci ən böyük siyasi təsisat hesab edilən və fəaliyyətində beynəlxalq hüququn sülh, təhlükəsizlik və əməkdaşlıq məsələlərinə dair əsas prinsiplərini rəhbər tutan Qoşulmama Hərəkatının növbəti sammitinin mövzusu "Bandunq prinsiplərini rəhbər tutmaqla müasir dünyanın çağırışlarına birgə və adekvat cavab verilməsini təmin etmək" olub. Bakı sammitində bütövlükdə 160-a yaxın ölkənin dövlət və hökumət başçıları, həmçinin beynəlxalq təşkilatların rəhbərləri iştirak ediblər. Tədbir iştirakçıları dünyada baş verən böhranları, regional münaqişələri və onların həlli yollarını müzakirə edib, işğal hallarının və dini-irqi ayrı-seçkiliyin aradan qaldırılması yollarından bəhs edib, ölkələrin ərazi bütövlüyünün və suverenliyinin qorunmasını bir daha gündəmə gətiriblər. Bu problemlər Qoşulmama Hərəkatının ənənəsinə və qarşısına qoyduğu məqsədlərə tam uyğundur. Bu baxımdan ekspertlər təşkilatın Bakı sammitini çox uğurlu hesab edirlər.

Sivil, demokratik inteqrasiya prosesi: türk dövlətləri nümunə göstərir

Sivil, demokratik inteqrasiya prosesi: türk dövlətləri nümunə göstərir
28 oktyabr 2019

Ekspertlər Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) Bakı Zirvə Görüşünün çox uğurlu keçdiyini vurğulayırlar. Tədbirdə iştirak edən dövlət və hökumət başçıları çox maraqlı fikirlər səsləndiriblər. Eyni soy-kökə malik xalqların əməkdaşlığının daha optimal inkişaf modelinin yaradılması ilə bağlı əhəmiyyətli fikir mübadiləsi aparılıb. Türk Şurasının indiyə qədər əldə etdiyi nailiyyətlərə kölgə salmadan inteqrasiya tendensiyasını daha perspektivli bir formaya salmaqla bağlı ortaq fikrə gəlinib. Həmin istiqamətdə konkret təkliflər irəli sürülüb. Toplantı iştirakçıları türk dövlətlərinin əməkdaşlığının tarixi perspektivini xüsusi vurğulayıb, növbəti mərhələ ilə bağlı fikirlər söyləyiblər.

Türkiyə-Rusiya münasibətləri: qlobal geosiyasətdə qüvvələr nisbəti və Soçi razılaşması

Türkiyə-Rusiya münasibətləri: qlobal geosiyasətdə qüvvələr nisbəti və Soçi razılaşması
25 oktyabr 2019

Prezident Rəcəb Tayyib Ərdoğanın Soçiyə səfəri ciddi geosiyasi əhəmiyyət daşıyır. Ekspertlər Putin-Ərdoğan görüşünü bir sıra aspektlərdə dünya siyasətində qüvvələr nisbətini dəyişə biləcək hadisə kimi təqdim etməyə çalışırdılar. Bu proqnoz maraqlı tərzdə öz təsdiqini tapdı. Soçidə iki Prezident qlobal geosiyasət və Yaxın Şərqin gələcəyi aspektlərində əhəmiyyətli müzakirələr apardı. Əldə edilən razılaşmalar Suriyada vəziyyətin normallaşmasında ciddi rol oynayacaq. Dünya ictimaiyyətinin də bu hadisəyə reaksiyası vurğulanan tezisin əsaslı olduğunu təsdiq edir. ABŞ və Avropa Soçi sənədini müsbət qiymətləndiriblər. Hesab edilir ki, razılığa əməl edilərsə, münaqişə, ümumiyyətlə, tam olaraq aradan qalxa bilər. Bunun fonunda Türkiyənin dünya miqyasında mövqeyinin möhkəmlənməsi çox önəmli məsələdir.

16 il: yeni mərhələdə yüksəlişin təminatçısı

16 il: yeni mərhələdə yüksəlişin təminatçısı
18 oktyabr 2019

Hər bir xalqın özünəməxsus dövlətçilik tarixi olur. Bu prosesdə liderlər əvəzsiz rol oynayırlar. Azərbaycan dövləti üçün XXI əsr uğurla başladı. Bu, birbaşa ölkəyə rəhbərlik edən insanların şəxsiyyəti ilə bağlıdır. Ulu öndər Heydər Əliyev 2003-cü ildə əbədiyyətə qovuşandan sonra İlham Əliyev ölkəyə rəhbərlik etməyə başladı. Keçən 16 illik təcrübə bu müddətdə Azərbaycan Prezidentinin böyük uğurla fəaliyyət göstərdiyini sübut edir. Bütün sahələrdə həyata keçirilən islahatlar, əldə edilən nailiyyətlər, beynəlxalq miqyasda qazanılan uğurlar göstərir ki, Azərbaycan müstəqil dövlət kimi inamla irəliləyir və bu proses davam etməkdədir. Prezident İlham Əliyev 16 il əvvəl xalqa verdiyi vədlərinə tam əməl etməklə yanaşı, daim daha yüksək nəticələrə nail olur.

Avropa İttifaqı: xarici siyasətin prioritetlərinə yeni baxış

Avropa İttifaqı: xarici siyasətin prioritetlərinə yeni baxış
16 oktyabr 2019

Avropa İttifaqı (Aİ) təsisatlarında ali vəzifələrə yeni təyinatlar ortaya bir sıra suallar çıxarıb. Ekspertlər bu prosesin təşkilatın daxili və xarici siyasətinə necə təsir edə biləcəyi ilə bağlı proqnozlar verirlər. Onların fonunda Aİ-nin xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerinini əvəz edəcək Jozep Borrelin ifadə etdiyi fikirlər maraq doğurub. Yeni ali nümayəndə bir qədər fərqli tezislər irəli sürüb. Bütövlükdə Aİ-nin xarici siyasətində köklü dəyişiklik gözlənilmir. Lakin aydın görünür ki, müxtəlif istiqamətlərdə müəyyən düzəlişlər də istisna edilmir. Bu, Rusiya, "Şərq Tərəfdaşlığı" proqramına daxil olan ölkələr, ABŞ, Balkan regionu və digərlərini əhatə edir. Məsələyə kompleks halında baxdıqda, Brüsselin kifayət qədər riskli situasiyada öz geosiyasi nüfuzunu artırmaq niyyətində olduğu görünür.

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"
31 oktyabr 2019 168.am

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"

"Xarici işlər nazirimiz Zöhrab Mnatsakanyan erməni tərəfinin Qarabağ məsələsində nəyə nail olmaq istədiyini faktiki olaraq, BBC-yə çatdıra bilmədi". Bunu politoloq Hrant Melik-Şahnazaryan bildirib.

Davamı...
Yerevan Moskvanı şantaj edir
05 sentyabr 2019 1in.am

Yerevan Moskvanı şantaj edir

"Yerevanın Moskvaya layiqli cavabı: Rusiyada başa düşməlidirlər ki, vəziyyət dəyişib"

Davamı...