THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Avropanın enerji təhlükəsizliyi: Azərbaycan Prezidentinin Münxen mesajları fonunda (I hissə)

Avropanın enerji təhlükəsizliyi: Azərbaycan Prezidentinin Münxen mesajları fonunda (I hissə)
24 fevral 2020

Münxen Təhlükəsizlik Konfransında fəal iştirak edən Azərbaycan Prezidenti İlham Əliyevin Qərb üçün böyük əhəmiyyəti olan mesajlar verməsi də ekspertlərin marağına səbəb olub. Enerji təhlükəsizliyi mövzusuna həsr edilmiş "dəyirmi masa"da çıxışı zamanı dövlət başçısı dərin və geniş geosiyasi əhəmiyyəti olan fikirlər ifadə edib. Azərbaycanda dövlət quruculuğu prosesinin yeni mərhələyə yüksəlməsi fonunda enerji sferasında atılan addımların məntiqini və məqsədini açıqlayıb. Sözün həqiqi mənasında qürurverici məqamdır. Aydın görünür ki, Azərbaycan Cənubi Qafqazda liderlik mövqeyini daha da möhkəmləndirir və bunu konkret layihələrin həyata keçirilməsi vasitəsilə edir.

Pompeonun postsovet turnesi: qlobal və regional geosiyasi trendlərin kəsişməsində (II yazı)

Pompeonun postsovet turnesi: qlobal və regional geosiyasi trendlərin kəsişməsində (II yazı)
20 fevral 2020

ABŞ dövlət katibinin dörd postsovet ölkəsinə səfərinin təhlilini davam etdiririk. İndi konkret olaraq onun Ukrayna, Belarus, Qazaxıstan və Özbəkistanla bağlı ifadə etdiyi fikirlərin məzmunu üzərində dayanmağa çalışacağıq. Onların müqayisəsi göstərir ki, Amerika doğrudan da yeni geosiyasi xəttə hazırlaşır və burada postsovet məkanı xüsusi yer tutur. Məsələyə Yaxın Şərqdə müşahidə edilən proseslər fonunda baxsaq, görərik ki, burada da risk və qeyri-müəyyənlik ehtimalı artır. Xüsusilə Çinə daha yaxın olan Mərkəzi Asiyada proseslər daha kəskin xarakter ala bilər.

İlham Əliyevin Münxen qələbəsi: erməni baş nazirin növbəti iflası

İlham Əliyevin Münxen qələbəsi: erməni baş nazirin növbəti iflası
18 fevral 2020

Almaniyanın Münxen şəhərində təhlükəsizlik problemləri ilə bağlı ənənəvi olaraq keçirilən konfransda dünya siyasətinin maraqlı və aktual məsələləri geniş müzakirə olunub. Qlobal geosiyasi proseslərlə regional proseslərin uyğunlaşdırılması üzərində dayanılıb. Həmin sırada regional münaqişələrin həlli də aktual mövzu kimi diqqət mərkəzində olub. O cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqədar ayrıca panel təşkil edilib. Orada Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan açıq debata çıxıblar. Debatın gedişi, müzakirə edilən məsələlərin məzmunu və tərəflərin ifadə etdiyi fikirlərin geosiyasi kontekstdə təhlili üzərində geniş dayanmağa ehtiyac görürük.

Merkelin Ankara səfəri: Berlin fəallaşır və qüvvələr nisbətini yeniləyir

Merkelin Ankara səfəri: Berlin fəallaşır və qüvvələr nisbətini yeniləyir
06 fevral 2020

Almaniya kansleri Angela Merkelin Türkiyəyə səfərinə münasibət birmənalı olmadı. Avropa mediası alman hökumətinin başçısını tənqid etdi. Ekspertlər də onu "Ərdoğanın imicinə yardım etməkdə" suçladı. Lakin digərləri Almaniya rəhbərliyinin atdığı addımın geosiyasi əhəmiyyətini dərk edirlər. Onlar hesab edirlər ki, bununla Berlin Yaxın Şərqdə sabitliyin yaranmasına töhfə verə bilər. Eyni zamanda, digər regionlarda analoji vəziyyətin yaranmaması üçün müəyyən mexanizm yaradıla bilər. Hər bir halda Berlin və Ankara bir sıra vacib məqamlar üzrə ortaq mövqeyə gəliblər. Bu isə müsbət hal sayılır.

Prezident İlham Əliyev: Azərbaycanın vahid və dayanıqlı dünyada rolu

Prezident İlham Əliyev: Azərbaycanın vahid və dayanıqlı dünyada rolu
18 yanvar 2020

Dünyanın çox nüfuzlu Davos İqtisadi Forumunun rəsmi saytında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Azərbaycanın vahid və dayanıqlı dünyada rolu" sərlövhəli məqaləsi yerləşdirilib. AZƏRTAC məqaləni təqdim edir.

Prezidentin müsahibəsi: xarici və daxili siyasətin üç səviyyədə töhfələri (II yazı)

Prezidentin müsahibəsi: xarici və daxili siyasətin üç səviyyədə töhfələri (II yazı)
16 yanvar 2020

Prezident İlham Əliyevin yerli jurnalistlərə verdiyi müsahibədə ifadə etdiyi fikirlərin dərin və hərtərəfli analizinin aparılması olduqca vacibdir. Dövlət başçısı bir çox vacib əhəmiyyətli məsələlərə toxunub və onların ətraflı təhlil edilərək ictimaiyyətə çatdırılması zəruridir. Biz ikinci yazıda Prezidentin Avropa İttifaqı-Azərbaycan münasibətləri kontekstində ifadə etdiyi fikirləri təhlil etməyə çalışmışıq. Ölkə rəhbəri olduqca dəqiq, məntiqi və lakonik tezisləri ilə tərəflər arasında mövcud olan münasibətləri xarakterizə edib. Azərbaycan rəhbərliyi müasir tələblər səviyyəsində dövlətçiliyin inkişafı üçün ardıcıl işlər görür, strateji xarakterli addımlar atır.

Kanslerin Rusiya səfəri: Berlin-Moskva münasibətləri və qlobal geosiyasi proseslər

Kanslerin Rusiya səfəri: Berlin-Moskva münasibətləri və qlobal geosiyasi proseslər
15 yanvar 2020

Angela Merkelin Moskvaya səfərinə maraq bir neçə səbəbdən böyük idi. Bir tərəfdən, Almaniya ilə Rusiya arasındakı münasibətlər son bir ildə çox soyumuşdu. Digər tərəfdən isə, dünya miqyasında sürətli geosiyasi dəyişikliklər baş verməkdədir. Bunun fonunda iki ölkənin qarşılıqlı münasibətlərini necə inkişaf etdirə biləcəkləri aktuallıq kəsb edir. Burada digər vacib məsələ ABŞ-ın təzyiqlərinə Avropa dövlətlərinin reaksiyasının dəqiqləşdirilməsi ilə bağlı idi. Səfər göstərdi ki, bütövlükdə dünya siyasətində qüvvələr nisbəti dəyişə bilər. Hətta meydana yeni geosiyasi konfiqurasiya çıxa bilər. Bu istiqamətdə müəyyən addımlar özünü göstərir. A.Merkel və Vladimir Putinin Moskva danışıqları da həmin bağlılıqda maraqlı nəticələrlə yadda qaldı.

Azərbaycanın "dəniz gücü": ənənə və XXI əsrin tələbləri səviyyəsində inkişaf (II yazı)

Azərbaycanın "dəniz gücü": ənənə və XXI əsrin tələbləri səviyyəsində inkişaf (II yazı)
14 yanvar 2020

Biz Azərbaycanın "dəniz gücü"nün təhlilini davam etdiririk. "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) yeni geostrateji və coğrafi-iqtisadi reallıqlar şəraitində Azərbaycan ərazisindən tranzit yüklərin daşınması, ölkənin əlverişli coğrafi mövqeyi və tranzit potensialının reallaşdırılması aspektində mühüm rolunun, əlbəttə, daha geniş analizinə ehtiyac duyulur. Lakin vurğulamaq istədiyimiz məqamlar da bu prosesin başlıca məzmununu dərk etməyə imkan verir. Prezident İlham Əliyevin qlobal miqyaslı təşəbbüsləri sayəsində öz inkişafının yeni mərhələsinə qədəm qoyan, bütün sahələrdə çox ciddi nailiyyətlərə imza atan "Azərbaycan Dəniz Gəmiçiliyi" Xəzər hövzəsində ən böyük potensiala malik quruma çevrilib. Bu proses hazırda sistemli olaraq davam etdirilir. Son illər QSC ilə bağlı həyata keçirilən proqramlar həmin kontekstdə strateji əhəmiyyət kəsb edir.

Prezidentin müsahibəsi: xarici və daxili siyasətin üç səviyyədə töhfələri (I yazı)

Prezidentin müsahibəsi: xarici və daxili siyasətin üç səviyyədə töhfələri (I yazı)
13 yanvar 2020

Özünü təsdiq etmiş hər bir dövlət il boyu apardığı siyasətə yenidən nəzər salır, onu analiz edir və uyğun nəticələr çıxarır. Azərbaycan da 2019-cu ildə həyata keçirdiyi daxili və xarici siyasətə təhlili aspektdə nəzər salır. Bu baxımdan Prezident İlham Əliyevin yerli jurnalistlərə verdiyi geniş müsahibə çox maraqlı faktlarla zəngindir. Onları bir yazıya yerləşdirmək imkansızdır. Bu səbəbdən biz, dövlət başçısının müsahibədə toxunduğu məsələlərə bir neçə yazıda təhlili nəzər salmağa ehtiyac gördük. Ölkə rəhbərinin irəli sürdüyü tezislər, apardığı analizlər və verdiyi proqnozlar müstəqil dövlətçilik baxımından çox gərəklidir. Onlar geniş kütlələrin bir sıra mühüm məqamlar haqqında obyektiv təsəvvürlər əldə etməsinə imkan yaradır.

Azərbaycanın xarici siyasəti yeni mərhələdə

Azərbaycanın xarici siyasəti yeni mərhələdə
09 yanvar 2020

İndi ekspertlər müxtəlif fəaliyyət sahələrində ölkələrin əldə etdiyi nəticələri geniş təhlil edirlər. Onların sırasında xarici siyasət xüsusi yer tutur. Çünki hazırda dünya miqyasında ziddiyyətli, mürəkkəb və risklərlə dolu proseslər özünü göstərir. Mahiyyət etibarilə, yeni şərtlər daxilində istənilən müstəqil dövlətin suverenliyi çox böyük əhəmiyyət kəsb edir. Bu prizmadan Azərbaycanın xarici siyasət kursunun 2019-cu ildə ümumi dinamikası və əldə olunan konkret nəticələr maraq doğurur. Faktların təhlili göstərir ki, rəsmi Bakı bu istiqamətdə kifayət qədər ciddi nailiyyətlər əldə edib. Xarici siyasət kursu səmərəliliyini daha da artırıb. Faktiki olaraq, Azərbaycan bu istiqamətdə yeni səviyyəyə yüksəlib. Prezident İlham Əliyevin titanik səyləri sayəsində xarici siyasətin dayanıqlığı, məqsədyönlülüyü və sistemliliyi növbəti mərhələyə qədəm qoyub. Bunun konkret əlamətləri mövcuddur.

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"
31 oktyabr 2019 168.am

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"

"Xarici işlər nazirimiz Zöhrab Mnatsakanyan erməni tərəfinin Qarabağ məsələsində nəyə nail olmaq istədiyini faktiki olaraq, BBC-yə çatdıra bilmədi". Bunu politoloq Hrant Melik-Şahnazaryan bildirib.

Davamı...
Yerevan Moskvanı şantaj edir
05 sentyabr 2019 1in.am

Yerevan Moskvanı şantaj edir

"Yerevanın Moskvaya layiqli cavabı: Rusiyada başa düşməlidirlər ki, vəziyyət dəyişib"

Davamı...