THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Asiya: böyük əməkdaşlıq ehtiyacı və mövcud ziddiyyətlər arasında

Asiya: böyük əməkdaşlıq ehtiyacı və mövcud ziddiyyətlər arasında
30 iyun 2014

Dünyanın geosiyasi ağırlıq mərkəzinin Asiyaya keçəcəyi ilə bağlı proqnozu hər kəs xatırlayır. Bu prosesin asan olmayacağı haqqında da fikirlər söylənib. Real gedişat bunu təsdiq edir. Hazırda mütəxəssislər ABŞ-la Çin arasında strateji əməkdaşlığı nəzərdə tutan "G2" formatından danışırlar. Lakin bu, nəzəri yanaşmadır. Həmin regionda çoxlu sayda ziddiyyətlər vardır ki, onların necə aradan qaldırılması məsələsi aydın deyil. Onlar qlobal və regional miqyasda özünü göstərən amillərlə əlaqəlidirlər. Bütün bunlar Asiyada...

Amerikanın yeni doktrinası: Obama dünyanı düşündürdümü?

Amerikanın yeni doktrinası: Obama dünyanı düşündürdümü?
12 iyun 2014

ABŞ dövlət başçısı Vest-Pointdəki hərbi akademiyada ölkə prezidentləri üçün ənənəvi sayılan nitq söyləyib. O, çıxışında qlobal geosiyasətdə aktual olan bir sıra məqamlara toxunub. Ekspertlərin həmin fikirlərə münasibətləri fərqlidir. Barak Obama isə nitqində Amerikanın xarici siyasətinin yeni prinsiplərindən danışdığını vurğulayıb. Amerika rəhbəri dünyada ciddi dəyişikliklərin müşahidə edildiyini söyləyib. Buna uyğun olaraq, yeni liderlik modelinə ehtiyac yarandığına diqqət çəkib...

Vyetnam-Çin turnesi: tarixi səfərin geosiyasi incəlikləri

Vyetnam-Çin turnesi: tarixi səfərin geosiyasi incəlikləri
11 iyun 2014

Azərbaycan Prezidenti İlham Əliyev çox fəal xarici siyasət həyata keçirir. Onun Uzaq Şərq ölkələrinə səfəri bu çərçivədə təbii görünür. Dövlət başçısı Hanoy və Şanxayda apardığı danışıqlarda çox əhəmiyyətli nəticələr əldə edib. Ölkə rəhbərinin Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin dördüncü zirvə toplantısındakı nitqində strateji əhəmiyyəti olan bir sıra məqamlara toxunulub. Onların təhlili Azərbaycanın geosiyasətdə oynadığı rolun yüksəldiyini bir daha təsdiq edir. Məsələnin mahiyyəti...

Bodrum zirvəsi: türkdilli dövlətlərin birləşdirici strategiyası

Bodrum zirvəsi: türkdilli dövlətlərin birləşdirici strategiyası
10 iyun 2014

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının IV zirvə toplantısı baş tutdu. Türkiyənin Bodrum şəhərində Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Türkmənistan Prezidentləri səmərəli müzakirələr apardılar. Bu tədbir bir neçə aspektdə ciddi əhəmiyyət daşıyırdı. Hər şeydən əvvəl, son zamanlar qlobal miqyasda cərəyan edən mürəkkəb geosiyasi proseslərin türk dövlətlərinin əməkdaşlıq formatına necə təsir edəcəyi maraq doğururdu. Sirr deyil ki, indi regional səviyyəli təşkilatların heç də...

Putinin Çin səfəri: bu "yol" hara aparır?

Putinin Çin səfəri: bu "yol" hara aparır?
29 may 2014

Rusiya dövlət başçısının Şanxayda apardığı danışıqlar dünya kütləvi informasiya vasitələrinin diqqət mərkəzində olub. Siyasətçilər və ekspertlər də ona xüsusi diqqət yetiriblər. Moskva ilə Pekinin qlobal geosiyasi mühitdə ciddi dəyişiklik etdikləri haqqında fikirlər bildirilir. Bir sıra ekspertlər hətta yeni dünya nizamının formalaşmaqda olduğunu proqnozlaşdırırlar. Tərəflər arasında əldə olunan razılaşmalar reallıqda maraqlıdır. Qaz müqaviləsinin imzalanması isə ayrıca rezonans yaradıb. Lakin onu da demək lazımdır ki, bu hadisəni fərqli...

Ollandın səfəri: Cənubi Qafqazda prioritetlər dəyişirmi?

Ollandın səfəri: Cənubi Qafqazda prioritetlər dəyişirmi?
27 may 2014

Fransa prezidentinin regiona gəlişinə ekspertlər böyük maraq göstərdilər. Burada, ümumiyyətlə, Avropa İttifaqının Cənubi Qafqazla bağlı siyasətini qiymətləndirmək imkanından da danışmaq mümkündür. Azərbaycan, Ermənistan və Gürcüstanda aparılan danışıqlar göstərdi ki, Paris həqiqətən də regionda fəallaşmaq niyyətindədir. Bunu həyata keçirməyin isə asan olmayacağı qənaəti yarandı. Aİ Cənubi Qafqazda maraqları olan digər geosiyasi gücləri nəzərə almaq məcburiyyətindədir...

Novruz Məmmədov: "Heydər Əliyev qeyri-adi strateji düşüncə sahibi idi"

Novruz Məmmədov: "Heydər Əliyev qeyri-adi strateji düşüncə sahibi idi"
10 may 2014

Ulu Öndər tarixi şəxsiyyət və siyasətçi kimi elə bir fenomendir ki, onun haqqında söylənilən fikirlər onu tam xarakterizə edə bilmir. Əvvəlcə deyim ki, onunla işləmək böyük şərəf idi. Yorulmaz, tələbkar və eyni zamanda, olduqca qayğıkeş və mehriban insan idi. Ümumiyyətlə, dünyanın böyük şəxsiyyətləri həmişə adi insanların yaşadığı həyat tərzinin fövqündə dururlar. Heydər Əliyev insanların həyat yoluna işıq saçan təfəkkür və mənəviyyat sahibi idi...

Güclü dövlət quruculuğunun banisi

Güclü dövlət quruculuğunun banisi
09 may 2014

Hər tarixi dövrün özünəməxsus sosial, siyasi, mədəni və iqtisadi çağırışları olur. Onları dərk edən xalqlar uyğun inkişaf modelini yarada bilir. Bu zaman tarixi təcrübə ilə yanaşı, cəmiyyətin yetişdirdiyi şəxsiyyətlər də böyük rol oynayır. Müasir dövr üçün bu tezisin daha ciddi əhəmiyyəti var. Çünki indi dünyada daha mürəkkəb proseslər gedir, daxili və xarici faktorlar arasında olduqca sıx bağlılıq müşahidə edilir. Təbii ki, tarixin bütün mərhələlərində həmin aspektlər arasında əlaqə mövcud olmuşdur. Lakin müasir dövrün fərqi ondadır ki, qloballaşma adlanan proses daxili və xarici reallıqları...

Ulu öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü

Ulu öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü
08 may 2014

Bu gün Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 91-ci ildönümüdür

Praqa sammiti: Prezidentin tarixi və ədalətli çıxışı

Praqa sammiti: Prezidentin tarixi və ədalətli çıxışı
01 may 2014

Avropa İttifaqının "Şərq tərəfdaşlığı" proqramının 5 illiyinə həsr edilmiş Praqa sammiti maraqlı məqamlarla yadda qalıb. Bu tədbiri müəyyən mənada həmin proqram üzrə Aİ ilə əməkdaşlıq edən dövlətlərin hesabatı da adlandırmaq olardı. Konkret olaraq, hər bir ölkə hansı layihələrdə necə iştirak etdiyini göstərməli idi. Azərbaycan əlaqələrin inkişafına real təsiri olan faktlardan söhbət açıb. Cənubi Qafqazda bu istiqamətdə onun qədər konstruktiv fəaliyyət göstərən dövlət yoxdur. Bununla yanaşı...

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"
31 oktyabr 2019 168.am

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"

"Xarici işlər nazirimiz Zöhrab Mnatsakanyan erməni tərəfinin Qarabağ məsələsində nəyə nail olmaq istədiyini faktiki olaraq, BBC-yə çatdıra bilmədi". Bunu politoloq Hrant Melik-Şahnazaryan bildirib.

Davamı...
Yerevan Moskvanı şantaj edir
05 sentyabr 2019 1in.am

Yerevan Moskvanı şantaj edir

"Yerevanın Moskvaya layiqli cavabı: Rusiyada başa düşməlidirlər ki, vəziyyət dəyişib"

Davamı...