THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Risklər və təhdidləri yenən inkişaf strategiyasının memarı

Risklər və təhdidləri yenən inkişaf strategiyasının memarı
10 may 2016

Heydər Əliyev şəxsiyyəti o qədər zəngindir ki, onun daim tədqiqinə ciddi ehtiyac vardır. Xüsusilə müasir tarixi mərhələdə səmərəli müstəqil dövlət quruculuğu modelinin reallaşdırılması aspektində Ulu Öndərin zəngin irsinin öyrənilməsi olduqca böyük əhəmiyyət kəsb edir. Təcrübə göstərir ki, postsovet məkanında ziddiyyətli və mürəkkəb geosiyasi proseslər suveren ölkələr qarşısına gözlənilməz, bir sıra hallarda isə risklərlə dolu situasiyalar çıxarır. Tarixin bu cür qaranlıq dolanbaclarında yalnız öncədən düzgün inkişaf strategiyası seçmiş cəmiyyətlər bu yoldan sapmır, çətin vəziyyətlərdən uğurla çıxa bilir. Məhz bu işdə millətin yetişdirdiyi dahi liderlərin zəngin təcrübəsi və dövlətçiliyi əhatə edən irsi əsas rol oynayır. Konkret ifadə edilsə, Heydər Əliyev elə dühalardandır ki, onun əvəzolunmaz irsindən bəhrələnmədən müstəqil dövlət quruculuğu, vətəndaş cəmiyyətinin formalaşması perspektivləri və təhlükəsizliyin təmini kimi aktual məsələləri həll etmək mümkün deyil. Azərbaycanın dövlət və cəmiyyət olaraq bu gün yüksəldiyi səviyyənin təhlili həmin tezisin doğruluğunu tam təsdiq edir.

Nüvə təhlükəsizliyi sammiti: Azərbaycanın geosiyasi statusu yüksəlir (II hissə)

Nüvə təhlükəsizliyi sammiti: Azərbaycanın geosiyasi statusu yüksəlir (II hissə)
12 aprel 2016

Azərbaycan Prezidentinin IV Nüvə Təhlükəsizliyi Sammitində iştirakı məzmununa, hədəflərinə və əhəmiyyətinə görə tarixi xarakterli olub. Bu tədbir göstərib ki, ölkə rəhbərinin yeritdiyi siyasəti dünyanın ən güclü dövlətləri qəbul edirlər. Azərbaycan əməkdaşlıq və təhlükəsizliyin təmini məsələlərində əhəmiyyətli rol oynamaqda davam edir. Azərbaycan bütün mənalarda Cənubi Qafqazın lider dövləti olduğunu növbəti dəfə sübuta yetirdi.

Nüvə təhlükəsizliyi sammiti: Azərbaycanın geosiyasi statusu yüksəlir (I hissə)

Nüvə təhlükəsizliyi sammiti: Azərbaycanın geosiyasi statusu yüksəlir (I hissə)
11 aprel 2016

Amerika Birləşmiş Ştatlarının paytaxtı Vaşinqtonda keçirilən IV Nüvə Təhlükəsizliyi Sammiti maraqlı məqamlarla yadda qalıb. İki gün davam edən tədbirdə 50-dən çox ölkənin dövlət və hökumət başçıları iştirak ediblər. Toplantıda qlobal miqyasda təhdidlər törədən nüvə qaçaqmalçılığı ilə mübarizə məsələləri gündəmdə olub. Tədbirə dəvət edilən Azərbaycan Prezidenti söylədiyi maraqlı və dolğun nitqi, siyasi liderlərlə keçirdiyi görüşlərlə diqqəti çəkib. ABŞ rəhbərliyi İlham Əliyevlə müzakirələrə böyük önəm veriblər. Onlar Azərbaycanın təhlükəsizliyin təmini və terrorla mübarizədə regional və qlobal miqyasda oynadığı rolun əhəmiyyətini vurğulayıb, enerji təhlükəsizliyi və iqtisadi-ticari əməkdaşlıq sahələrində Bakının həyata keçirdiyi layihələrin səmərəliliyini etiraf ediblər. Bütün bunlar yekunda Azərbaycanın geosiyasi statusunun faktiki olaraq yeni səviyyəyə yüksəldiyini təsdiq edir.

Yeni liderlik modeli: Azərbaycan-Türkiyə strateji tərəfdaşlığının mühüm aspektləri

Yeni liderlik modeli: Azərbaycan-Türkiyə strateji tərəfdaşlığının mühüm aspektləri
18 mart 2016

Ankarada törədilən dəhşətli terror aktı bütün türk-müsəlman dünyasını sarsıtdı. Onlarla günahsız insanın qətlə yetirilməsinə etirazlar səsləndi. Təəssüf ki, bu amansız qətliam Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının beşinci iclasının keçirilməsi ərəfəsində baş verdi. Yaranmış vəziyyətdə Prezident İlham Əliyev böyük qətiyyət göstərərək, tədbirin Ankarada təşkil edilməsi təklifini irəli sürdü. Bu, dünyaya ciddi bir mesaj idi. Azərbaycan Prezidenti Türkiyədəki terrora qarşı etirazını konkret addımı ilə nümayiş etdirdi. Bir vaxtlar Parisə toplaşan dünya liderlərinin heç biri bu cəsarəti və səmimiyyəti göstərmədi. Ankaradakı toplantıda irəli sürülən fikirlər bir daha göstərdi ki, iki dövlət əməkdaşlıq nümunəsi olaraq strateji tərəfdaşlığın yeni modelini reallaşdırırlar.

Azərbaycan Prezidenti Davosda: inkişaf kursu davam etdiriləcək

Azərbaycan Prezidenti Davosda: inkişaf kursu davam etdiriləcək
29 yanvar 2016

İsveçrənin Davos şəhərində ənənəvi olaraq keçirilən İqtisadi Foruma dünya KİV-i böyük maraq göstərib. Qlobal iqtisadi və maliyyə məsələlərinin geniş müzakirə edildiyi tədbirdə müxtəlif ölkələri təmsil edən yüksək səviyyəli nümayəndələr öz fikirlərini ifadə ediblər. Konkret olaraq, hər bir dövlətin mövcud vəziyyəti və ondan çıxış yollarını necə görməsi barədə deyilənlər maraq oyadıb. O cümlədən Azərbaycan Prezidentinin fikirləri diqqəti çəkib. Bunun əsas səbəbləri – birincisi, Azərbaycanın Cənubi Qafqazın lider dövləti kimi tanınması; ikincisi, Azərbaycanın neft ölkəsi olması; üçüncüsü isə Azərbaycanın müsəlman dövləti olaraq islahatlarda qərarlı olmasıdır. Prezident İlham Əliyev bütün bu məqamları dolğun və aydın şəkildə ifadə edən fikirlər söyləyib. Həm də Forumun saytında analitik məqalə dərc etdirib. Bu kimi məqamlar üzərində geniş dayanmağa ehtiyac görürük.

Uğura inam: Azərbaycan bu çətinlikləri də aşacaq

Uğura inam: Azərbaycan bu çətinlikləri də aşacaq
27 yanvar 2016

Hazırda qlobal miqyasda müxtəlif sahələrdə problemlər müşahidə edilir. Dünyanın bütün regionlarında ciddi sosial, iqtisadi, hərbi, maliyyə və ekoloji çətinliklər yaşanır. Bəşəriyyət iqlim dəyişikliklərinin gətirə biləcəyi problemləri geniş müzakirə edir. Avropa kimi inkişaf etmiş bir məkanda maliyyə və siyasi böhran ara vermir. Yaxın zamanlara qədər ən perspektivli iqtisadiyyat hesab edilən Çin iqtisadiyyatı ağır məsələlər qarşısında qalıb. Rusiya kimi böyük bir dövlətin milli valyutası və iqtisadiyyatı tənəzzüldən yaxa qurtara bilmir. Digər problemləri də xatırlamaq olar. Təbii ki, bunların Azərbaycana təsirini inkar etmək sadəlövhlük olardı. Artıq bir sıra aspektlərdə müəyyən çətinliklərlə üz-üzəyik. Lakin əksər dövlətlərdən fərqli olaraq, Azərbaycan yaranmış vəziyyətdən düşünülmüş planlar əsasında çıxmaq xəttini götürüb. Konkret tədbirlər həyata keçirilir. Başqa tədbirlər də nəzərdə tutulur. Dövlət və millət əl-ələ verib bu çətinlikləri də aşacaq. Keçən əsrin 90-cı illərinin qanlı-qadalı zamanlarından uğurla çıxmış bir ölkə, bundan sonrakı qələbələrə nail olacaq!

Henry Kissinger: The new level of complexity

Henry Kissinger: The new level of complexity
12 yanvar 2016

Former US Secretary of State in an interview with our newspaper told about the dangerous new threats of the solution to the conflict in the Middle East and its agreement with the German ''kantslerin.''

Modernləşən Azərbaycan: yeni yüksəliş mərhələsinin memarı

Modernləşən Azərbaycan: yeni yüksəliş mərhələsinin memarı
24 dekabr 2015

Tale bu ölkəyə Heydər Əliyev kimi böyük şəxsiyyət və ulu öndər qismət edib. Onun xidmətlərini Azərbaycan xalqı heç zaman unutmayacaq. Həm də ona görə ki, ulu öndər bu millətə İlham Əliyev kimi lideri də bəxş edib. 12 ildir ölkəyə rəhbərlik edən İlham Əliyev dövlətçilik və xalqın rifahı üçün əhəmiyyətli olan bütün sahələrdə böyük uğurlara nail olub. İndi faktiki olaraq mütəxəssislər yeni məmləkətdən və yeni cəmiyyətdən bəhs edirlər. Nəzərə almaq lazımdır ki, dünya miqyasında çox ziddiyyətli və təhdidlərlə dolu proseslərin cərəyan etdiyi mürəkkəb bir vəziyyətdə müsəlman ölkəsini regional liderə çevirmək, beynəlxalq təşkilatlarda böyük nüfuz qazanmaq, BMT kimi təşkilatda yüksək pilləyə qalxmaq, sosial-iqtisadi sahədə ciddi uğurlar əldə etmək asan məsələ deyil. Bunlardan əlavə, sivilizasiyaların və mədəniyyətlərin dialoqu sahəsində əhəmiyyətli təşəbbüslərlə çıxış edib, nəhəng layihələri həyata keçirmək siyasi iradə və yüksək peşəkarlıq tələb edir.

Prezidentin növbəti uğurlu addımı: Çin səfərinin strateji-tarixi və geosiyasi aspektləri

Prezidentin növbəti uğurlu addımı: Çin səfərinin strateji-tarixi və geosiyasi aspektləri
17 dekabr 2015

Azərbaycanın dövlət başçısı İlham Əliyevin hər bir xarici səfəri xüsusi əhəmiyyət kəsb edir. Növbəti Çin səfərinin də çox uğurlu olduğunu qətiyyətlə demək olar. Bunun strateji, tarixi və geosiyasi əhəmiyyəti barədə analitik və ekspertlər fikir bildirir, mətbuatda şərhlər verilir. Lakin məsələ o dərəcədə geniş və dərindir ki, yeni təhlillərə ehtiyac vardır. Səfər çərçivəsində olduqca vacib sənədlər imzalanıb. Dövlət başçılarının imzaladıqları bəyannamədə isə regional və qlobal əhəmiyyətli məqamlar öz əksini tapıb. Geniş bir geosiyasi məkanda keyfiyyətli və perspektivli əməkdaşlıq modelinin meydana gəlməkdə olduğunu vurğulamaq gərəkdir. Tərəflər həmin istiqamətdə birgə fəaliyyət göstərməkdə qərarlı olduqlarını, qarşılıqlı faydalı və bərabərhüquqlu əməkdaşlığın Avropa ilə Asiya arasında möhkəm dostluq körpüsünün yaradılması prosesinə xüsusi töhfə verəcəyinə əminliklərini bəyan ediblər. Bu tarixi səfərin həm də Azərbaycan diplomatiyasının zəfəri olduğuna şübhə yoxdur.

Lider və şəxsiyyət: təkrarolunmaz Heydər Əliyev nümunəsi

Lider və şəxsiyyət: təkrarolunmaz Heydər Əliyev nümunəsi
11 dekabr 2015

Azərbaycan dövlətinin tarixi və taleyi Ulu Öndərin adı ilə sıx bağlıdır. Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi dövrlərdə ictimai-siyasi, iqtisadi və mədəni həyatın bütün sahələrində inkişaf, dirçəliş baş verib. Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxarıb canlı əfsanəyə çevrilmiş Heydər Əliyev qüdrətli siyasi xadim, əvəzolunmaz tarixi şəxsiyyət və əsl azərbaycanlı idi. Hələ sağlığında ikən özünə əbədiyaşarlıq qazanan Ümummilli Lider siyasi və ictimai fəaliyyəti ilə öz xalqının və Vətəninin çağdaş tarixində elə bir iz qoyub ki, bu gün Azərbaycanı Ulu Öndərsiz təsəvvür etmək mümkün deyildir.

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Rusiya Ermənistanı silahlandırmağı dayandırmalıdır
15 sentyabr 2020 JewishPress.com

Rusiya Ermənistanı silahlandırmağı dayandırmalıdır

2016-cı ilin aprelində Qarabağda baş vermiş döyüşlər əslində, status-kvonu Bakının xeyrinə dəyişib.

Davamı...
Tam döyüş hazırlığında
10 sentyabr 2020 Lenta.ru

Tam döyüş hazırlığında

Ermənistan rəhbərliyi əhalini iqtisadi problemlərdən necə yayındırır

Davamı...