THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Azərbaycan-Qazaxıstan: nümunəvi əməkdaşlıq modeli

Azərbaycan-Qazaxıstan: nümunəvi əməkdaşlıq modeli
13 aprel 2017

Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin Bakıya səfəri əhəmiyyətli hadisə kimi analiz edilir. Ekspertlər iki ölkə arasında əlaqələrin xarakter və məzmununda müsbət irəliləyişlərin olduğunu vurğulayırlar. Aparılan müzakirələr və imzalanan sənədlər göstərir ki, Astana və Bakı müxtəlif sahələr üzrə münasibətləri yeni səviyyəyə yüksəltməyə qərarlıdırlar. Buraya iqtisadi, ticari, mədəni, humanitar, təhlükəsizlik, nəqliyyat-logistika kimi mühüm sferalar daxildir. Regional miqyasda sınaqdan keçirilmiş əməkdaşlıq modelinin qlobal səviyyəyə genişləndirilməsi nəzərdə tutulur. Bu çərçivədə nəqliyyat, enerji və təhlükəsizlik istiqamətlərinə ayrıca önəm verilir.

Prezidentin nitqi: 2017-ci ilin perspektivləri

Prezidentin nitqi: 2017-ci ilin perspektivləri
06 mart 2017

Planetin müxtəlif regionlarından toqquşmalar, terror, iqtisadi və maliyyə böhranı, tənəzzül haqqında hər gün informasiyalar yayılır. Dünya tarixinin çətin dönəmlərindən birini yaşayır. Belə şəraitdə ayrı-ayrı ölkələrin sosial-iqtisadi, maliyyə və mədəni vəziyyəti haqqında qəti söz demək xeyli çətinləşir. Lakin elə dövlətlər də vardır ki, qlobal və regional miqyasda baş verən təlatümlərə baxmayaraq, sabit inkişafını davam etdirir. Onların sırasında Azərbaycan nümunəsi də vardır. Bu barədə Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında ətraflı bəhs edib. Dövlət başçısı bütün dünyada gedən prosesləri dərindən təhlil edərək, mürəkkəb bir şəraitdə Azərbaycanın inkişaf dinamikasının əsas mexanizmlərini ifadə edib. Ölkə rəhbəri bütün istiqamətlər üzrə əldə olunan nailiyyətlərin sosial, siyasi, iqtisadi, mədəni və geosiyasi əhəmiyyətini dəqiq olaraq göstərib. Şübhəsiz ki, ekspertlər hələ uzun müddət Prezidentin nitqində ifadə edilən tezisləri analiz edəcəklər. Onların üzərində dayanmağa böyük ehtiyac hiss edirik.

Prezident Münxen konfransında: Avrasiyada təhlükəsizliyə verilən töhfələr

Prezident Münxen konfransında: Avrasiyada təhlükəsizliyə verilən töhfələr
01 mart 2017

Almaniyanın Münxen şəhərində keçirilən ənənəvi təhlükəsizlik konfransında dünyanın müxtəlif ölkələrindən mötəbər nümayəndələr iştirak edib. Tədbirə dəvət edilən Azərbaycan Prezidenti İlham Əliyev onun işində fəal iştirak edib. Konfransın Avrasiyada əməkdaşlıq və problemlər mövzusuna həsr edilmiş panelində Azərbaycan Prezidentinə xüsusi diqqət göstərilib. Birinci söz İlham Əliyevə verilib. Ölkə rəhbəri ona ayrılan vaxt çərçivəsində lakonik şəkildə regional əməkdaşlıq, təhlükəsizlik məsələləri, Azərbaycanın həmin istiqamətlərdəki fəaliyyəti ilə bağlı fikirlər ifadə edib. Bununla yanaşı, Cənubi Qafqaz üçün əsas təhlükə mənbəyi olan Ermənistanın təcavüzkar siyasətinin əsl simasını da tədbir iştirakçılarına bir daha çatdırıb. Bununla da konfrans iştirakçılarında Azərbaycanın geosiyasi fəaliyyətinin əhəmiyyəti barədə konkret təsəvvürlər formalaşıb. Həmin məqamlar üzərində geniş dayanmağa ehtiyac vardır.

Ötən ilin uğurları: siyasi-diplomatik fəallıq, əməkdaşlıq formatları və mühüm layihələr dövrü

Ötən ilin uğurları: siyasi-diplomatik fəallıq, əməkdaşlıq formatları və mühüm layihələr dövrü
22 fevral 2017

Hər bir müstəqil dövlət başa vurduğu ildə öz fəaliyyətini obyektiv olaraq analiz etməlidir. Azərbaycan hər il həmin bağlılıqda görülən işlərə yekun vurur və gələcək planlarını dəqiqləşdirir. Mütəxəssislərin yekdil rəyinə görə, 2016-cı ildə də Azərbaycan siyasi-diplomatik fəallıq göstərib. Bir çox ölkələrlə əlaqələr intensivləşib. Dövlət başçısı xarici səfərlər edib, ölkəmizə dövlət və hökumət başçıları, şirkət rəhbərləri, beynəlxalq təşkilat başçıları təşrif buyurublar. Bu zaman ölkəmiz, regionumuz və bütövlükdə dünya əhəmiyyətli qərarlar əldə edilib. Bunlarla yanaşı, Azərbaycan keçən ildə strateji layihələr reallaşdırmağa başlayıb. Onlar enerji, nəqliyyat və iqtisadi-mədəni sahələrə aiddirlər. Burada xüsusilə Azərbaycanın yeni əməkdaşlıq formatları təklif etməsi vurğulanmalıdır. Onlar kifayət qədər səmərəli nəticələr verməkdədirlər. Həmin faktların işığında 2016-cı ilə baxdıqda, gələcəklə də bağlı əhəmiyyətli proqnozlar vermək mümkündür.

Heydər Əliyev dühası: dövlət quruculuğu kursu müasir reallıqlar kontekstində

Heydər Əliyev dühası: dövlət quruculuğu kursu müasir reallıqlar kontekstində
12 dekabr 2016

Hər bir tarixi şəxsiyyətin xidmətləri mənsub olduğu xalqın yaddaşında əbədi qalır, ancaq bununla məhdudlaşmır. Çünki elə dühalar var ki, onlar həm də bəşər əhəmiyyətli işlər görürlər. Azərbaycan xalqının görkəmli oğlu Heydər Əliyev məhz həmin şəxsiyyətlərdəndir. Dövlət xadimi kimi Ulu öndər Azərbaycan üçün əvəzedilməzdir. Müstəqil demokratik dövlətin memarı olan Heydər Əliyev həm də ölkənin müasirləşməsinin başlıca xəttini müəyyənləşdirmiş insandır. Onun işləyib hazırladığı inkişaf konsepsiyası zamanın bütün sınaqlarından uğurla çıxaraq Azərbaycanı zirvələrdən zirvələrə aparmaqdadır. Siyasi varislik prinsipini gözləyən Prezident İlham Əliyev də Ulu öndərin dövlət quruculuğu ilə bağlı strateji fikirlərini yaradıcılıqla həyata keçirməkdədir. Müstəqil dövlətimiz etibarlı əllərdədir. Faktiki olaraq 1993-cü ilin ikinci yarısından başlayan Heydər Əliyev yolunun bir sıra məqamları üzərində daha geniş dayanmağa ehtiyac duyuruq.

ABŞ-Azərbaycan-Türkiyə münasibətləri: konstruktiv əməkdaşlığın inkişafı

ABŞ-Azərbaycan-Türkiyə münasibətləri: konstruktiv əməkdaşlığın inkişafı
28 noyabr 2016

Prezident seçkilərindən sonra Amerikanın xarici siyasətində mümkün dəyişikliklər haqqında ekspertlər fikir yürüdürlər. Bu sırada rəsmi Vaşinqtonun Azərbaycan və Türkiyə istiqamətində ata biləcəyi addımlar üzərində dayanırlar. Bu zaman bir məqama diqqət çəkirlər ki, Donald Tramp hətta bir sıra Avropa dövlətləri başçılarından əvvəl Azərbaycan və Türkiyə rəhbərliyi ilə telefonda danışıb. Özü də ABŞ-ın yeni Prezidenti hər iki ölkə ilə əməkdaşlığı daha da inkişaf etdirmək fikrində olduğunu açıq deyib. Bunlara ekspertlər müxtəlif qiymətlər veriblər. Erməni mütəxəssislərin isə qısqanclığı və qeyri-obyektivliyi aydınca hiss olunur. Onlar Amerikanın regionda iki müsəlman ölkəsinə daha çox üstünlük verməsini həzm edə bilmirlər. Lakin reallıq budur və məhz Azərbaycanla Türkiyə müstəqil siyasət yeridir, bütün dövlətlərlə bərabərhüquqlu konstruktiv əməkdaşlığa üstünlük verirlər.

Qətiyyətli və müstəqil liderlik: İlham Əliyev nümunəsi

Qətiyyətli və müstəqil liderlik: İlham Əliyev nümunəsi
21 sentyabr 2016

Sirr deyil ki, hazırda müstəqil dövlət qurmaq çox çətin bir vəzifədir. Dünyanın böyük dövlətləri başqalarını öz iradələrinə tabe etdirməyə çalışırlar. Onlar müxtəlif üsullarla təsirlər edir, cəmiyyətdə qarışıqlıq yaratmağa cəhdlər göstərirlər. Mövcud təcrübə göstərir ki, hətta sürətlə inkişaf edən ölkələri belə supergüclər zəiflədə bilir. Bundan başqa, Qərbdə islamofobiya adlanan hadisə müsəlman ölkələrin inkişafına qarşı müəyyən dairələrin addım atmasına təkan verir. Belə bir şəraitdə Cənubi Qafqaz kimi mürəkkəb coğrafiyada dövlət quruculuğunda uğur qazanmaq yüksək peşəkarlıq, milli dəyərlərə sədaqət, yüksək vətənpərvərlik keyfiyyəti tələb edir. Azərbaycan Prezidenti fəaliyyəti ilə sübut edir ki, bu keyfiyyətlərin hamısına malikdir. Şübhə etmirik ki, bunu Azərbaycan xalqı ölkə Konstitusiyasına təklif olunan əlavə və dəyişikliklərlə bağlı referendumda öz səsi ilə bir daha təsdiq edəcək!

IV Qurultay: Prezidentin tarixi nitqinin strateji mahiyyətli məqamları

IV Qurultay: Prezidentin tarixi nitqinin strateji mahiyyətli məqamları
17 iyun 2016

İyun ayının 3-ü və 4-də Bakıda Dünya Azərbaycanlılarının IV Qurultayı keçirilib. Tədbirdə 500-dən çox nümayəndə iştirak edib. Ölkə başçısı İlham Əliyev Qurultayda geniş və dərin məzmunlu nitq söyləyib. Burada dövlətçilik üçün strateji əhəmiyyətli bir sıra məsələlər təhlil edilib. Onların əsasında Prezident diaspor təşkilatları qarşısında mühüm vəzifələr qoyub. Dövlət başçısı sistemli şəkildə müasir dünyanın geosiyasi trendlərini vurğulayaraq, Azərbaycanın diaspor təşkilatlarının fəaliyyətlərini buna uyğun qurmasını əsaslandırıb. Burada əsas məsələnin Azərbaycana bağlılıq, milli kimliyin və mədəniyyətin qorunub saxlanması, iqtisadi sahədə Vətənə xidmət göstərilməsi, düşmən təbliğatına qarşı səmərəli mübarizənin yeni səviyyəyə qaldırılması kimi vacib məqamlara diqqət yönəldilib. Bütün bunların hamısının geniş təhlil və təbliğinə ciddi ehtiyac var. Prezidentin ifadə etdiyi tezislər azərbaycanlılar qarşısında duran strateji vəzifələrin həlli üçün olduqca vacibdir. Həmin xətt üzrə koordinasiyalı fəaliyyət zəruri olaraq yeni-yeni qələbələrə aparacaqdır.

Qərbin mesajları: Azərbaycanla strateji tərəfdaşlığa doğru

Qərbin mesajları: Azərbaycanla strateji tərəfdaşlığa doğru
10 iyun 2016

KİV-də Amerikanın dövlət başçısı Barak Obama və Böyük Britaniyanın baş naziri Devid Kemeronun Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladıqları məktublar barədə xeyli məlumatlar verilib. Hər iki liderin yazdıqları göstərir ki, Vaşinqton və London Bakı ilə hərtərəfli əməkdaşlığın inkişaf etdirilməsində çox maraqlıdırlar. Onlar Azərbaycanın rəhbərinin fəaliyyətini yüksək qiymətləndirib, bunu konkret misallarla əsaslandırıblar. Məktublarda yazılanlardan aydın olur ki, ABŞ və Böyük Britaniya Azərbaycanı "enerji lideri" kimi tanıyırlar. Burada həyata keçirilən islahatların real nəticə verdiyi etiraf edilir. Barak Obama dəqiq vurğulayır ki, İlham Əliyevin bütün sahələrdə həyata keçirdiyi islahatları tam dəstəkləyir, xüsusilə onun Azərbaycan xalqının rifahı naminə gördüyü işləri yüksək qiymətləndirir. Bütün bunlar təsadüfən olmayıb, Prezident İlham Əliyevin ardıcıllıq və qətiyyətlə həyata keçirdiyi daxili və xarici siyasət kursunun birbaşa nəticəsidir.

Güclü dövlət konsepti: Azərbaycan modelinin səmərəliliyi

Güclü dövlət konsepti: Azərbaycan modelinin səmərəliliyi
12 may 2016

Son zamanlar mütəxəssislər müstəqil dövlət quruculuğunun uğurlu modeli ilə bağlı tez-tez fikirlər söyləyirlər. Onlar güclü dövlət olmadan demokratik cəmiyyət formalaşdırmağın imkansızlığına vurğu edirlər. Lakin keçən əsrin 90-cı illərində Qərb ideoloqlarının təsiri altında alimlər daha çox liberal dəyərlərin dominantlığından bəhs edirdilər. Həmin çətin mərhələdə Ulu Öndər Heydər Əliyev Azərbaycan üçün güclü dövlət quruculuğu kursunu müəyyənləşdirdi və həyata keçirməyə başladı. Ötən müddət göstərdi ki, məhz bu model postsovet məkanında ən səmərəli modeldir. Dünyanın tanınmış alimləri də əsərlərində güclü dövlətin zəruriliyini vurğulamaqdadırlar. Onların sırasında Frensis Fukuyama və Andrey Sıqankov kimi təfəkkür sahibləri də vardır. Biz müasir alimlərin irəli sürdüyü tezislər müstəvisində Azərbaycanda həyata keçirilən güclü dövlət quruculuğunun bir sıra aspektlərinə nəzər salmaq istərdik.

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Rusiya Ermənistanı silahlandırmağı dayandırmalıdır
15 sentyabr 2020 JewishPress.com

Rusiya Ermənistanı silahlandırmağı dayandırmalıdır

2016-cı ilin aprelində Qarabağda baş vermiş döyüşlər əslində, status-kvonu Bakının xeyrinə dəyişib.

Davamı...
Tam döyüş hazırlığında
10 sentyabr 2020 Lenta.ru

Tam döyüş hazırlığında

Ermənistan rəhbərliyi əhalini iqtisadi problemlərdən necə yayındırır

Davamı...