THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Prezidentin müsahibəsi: xarici və daxili siyasətin üç səviyyədə töhfələri (II yazı)

Prezidentin müsahibəsi: xarici və daxili siyasətin üç səviyyədə töhfələri (II yazı)
16 yanvar 2020

Prezident İlham Əliyevin yerli jurnalistlərə verdiyi müsahibədə ifadə etdiyi fikirlərin dərin və hərtərəfli analizinin aparılması olduqca vacibdir. Dövlət başçısı bir çox vacib əhəmiyyətli məsələlərə toxunub və onların ətraflı təhlil edilərək ictimaiyyətə çatdırılması zəruridir. Biz ikinci yazıda Prezidentin Avropa İttifaqı-Azərbaycan münasibətləri kontekstində ifadə etdiyi fikirləri təhlil etməyə çalışmışıq. Ölkə rəhbəri olduqca dəqiq, məntiqi və lakonik tezisləri ilə tərəflər arasında mövcud olan münasibətləri xarakterizə edib. Azərbaycan rəhbərliyi müasir tələblər səviyyəsində dövlətçiliyin inkişafı üçün ardıcıl işlər görür, strateji xarakterli addımlar atır.

Kanslerin Rusiya səfəri: Berlin-Moskva münasibətləri və qlobal geosiyasi proseslər

Kanslerin Rusiya səfəri: Berlin-Moskva münasibətləri və qlobal geosiyasi proseslər
15 yanvar 2020

Angela Merkelin Moskvaya səfərinə maraq bir neçə səbəbdən böyük idi. Bir tərəfdən, Almaniya ilə Rusiya arasındakı münasibətlər son bir ildə çox soyumuşdu. Digər tərəfdən isə, dünya miqyasında sürətli geosiyasi dəyişikliklər baş verməkdədir. Bunun fonunda iki ölkənin qarşılıqlı münasibətlərini necə inkişaf etdirə biləcəkləri aktuallıq kəsb edir. Burada digər vacib məsələ ABŞ-ın təzyiqlərinə Avropa dövlətlərinin reaksiyasının dəqiqləşdirilməsi ilə bağlı idi. Səfər göstərdi ki, bütövlükdə dünya siyasətində qüvvələr nisbəti dəyişə bilər. Hətta meydana yeni geosiyasi konfiqurasiya çıxa bilər. Bu istiqamətdə müəyyən addımlar özünü göstərir. A.Merkel və Vladimir Putinin Moskva danışıqları da həmin bağlılıqda maraqlı nəticələrlə yadda qaldı.

Azərbaycanın "dəniz gücü": ənənə və XXI əsrin tələbləri səviyyəsində inkişaf (II yazı)

Azərbaycanın "dəniz gücü": ənənə və XXI əsrin tələbləri səviyyəsində inkişaf (II yazı)
14 yanvar 2020

Biz Azərbaycanın "dəniz gücü"nün təhlilini davam etdiririk. "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) yeni geostrateji və coğrafi-iqtisadi reallıqlar şəraitində Azərbaycan ərazisindən tranzit yüklərin daşınması, ölkənin əlverişli coğrafi mövqeyi və tranzit potensialının reallaşdırılması aspektində mühüm rolunun, əlbəttə, daha geniş analizinə ehtiyac duyulur. Lakin vurğulamaq istədiyimiz məqamlar da bu prosesin başlıca məzmununu dərk etməyə imkan verir. Prezident İlham Əliyevin qlobal miqyaslı təşəbbüsləri sayəsində öz inkişafının yeni mərhələsinə qədəm qoyan, bütün sahələrdə çox ciddi nailiyyətlərə imza atan "Azərbaycan Dəniz Gəmiçiliyi" Xəzər hövzəsində ən böyük potensiala malik quruma çevrilib. Bu proses hazırda sistemli olaraq davam etdirilir. Son illər QSC ilə bağlı həyata keçirilən proqramlar həmin kontekstdə strateji əhəmiyyət kəsb edir.

Prezidentin müsahibəsi: xarici və daxili siyasətin üç səviyyədə töhfələri (I yazı)

Prezidentin müsahibəsi: xarici və daxili siyasətin üç səviyyədə töhfələri (I yazı)
13 yanvar 2020

Özünü təsdiq etmiş hər bir dövlət il boyu apardığı siyasətə yenidən nəzər salır, onu analiz edir və uyğun nəticələr çıxarır. Azərbaycan da 2019-cu ildə həyata keçirdiyi daxili və xarici siyasətə təhlili aspektdə nəzər salır. Bu baxımdan Prezident İlham Əliyevin yerli jurnalistlərə verdiyi geniş müsahibə çox maraqlı faktlarla zəngindir. Onları bir yazıya yerləşdirmək imkansızdır. Bu səbəbdən biz, dövlət başçısının müsahibədə toxunduğu məsələlərə bir neçə yazıda təhlili nəzər salmağa ehtiyac gördük. Ölkə rəhbərinin irəli sürdüyü tezislər, apardığı analizlər və verdiyi proqnozlar müstəqil dövlətçilik baxımından çox gərəklidir. Onlar geniş kütlələrin bir sıra mühüm məqamlar haqqında obyektiv təsəvvürlər əldə etməsinə imkan yaradır.

Azərbaycanın xarici siyasəti yeni mərhələdə

Azərbaycanın xarici siyasəti yeni mərhələdə
09 yanvar 2020

İndi ekspertlər müxtəlif fəaliyyət sahələrində ölkələrin əldə etdiyi nəticələri geniş təhlil edirlər. Onların sırasında xarici siyasət xüsusi yer tutur. Çünki hazırda dünya miqyasında ziddiyyətli, mürəkkəb və risklərlə dolu proseslər özünü göstərir. Mahiyyət etibarilə, yeni şərtlər daxilində istənilən müstəqil dövlətin suverenliyi çox böyük əhəmiyyət kəsb edir. Bu prizmadan Azərbaycanın xarici siyasət kursunun 2019-cu ildə ümumi dinamikası və əldə olunan konkret nəticələr maraq doğurur. Faktların təhlili göstərir ki, rəsmi Bakı bu istiqamətdə kifayət qədər ciddi nailiyyətlər əldə edib. Xarici siyasət kursu səmərəliliyini daha da artırıb. Faktiki olaraq, Azərbaycan bu istiqamətdə yeni səviyyəyə yüksəlib. Prezident İlham Əliyevin titanik səyləri sayəsində xarici siyasətin dayanıqlığı, məqsədyönlülüyü və sistemliliyi növbəti mərhələyə qədəm qoyub. Bunun konkret əlamətləri mövcuddur.

2019-cu il: artan risklər geosiyasi mənzərəni mürəkkəbləşdirir

2019-cu il: artan risklər geosiyasi mənzərəni mürəkkəbləşdirir
06 yanvar 2020

Ötən il cərəyan edən geosiyasi proseslər bir sıra çətinliklər yaradıb. Bu haqda ekspertlər 2019-cu ildə müşahidə edilən qlobal geosiyasi trendləri təhlil edərək yazırlar. Dünyanın müxtəlif regionlarında özünü göstərən proseslərin ümumi analizi fonunda konkret hadisələrin proqnozlaşdırılması maraqlı mənzərə yaradır. Bütövlükdə dünyada risklər azalmayıb, əksinə, yeni münaqişə ocaqları meydana gəlib. Yaxın Şərqdə Liviya faktoru qlobal geosiyasətin aktual məsələlərindən birinə çevrilib. Fransada vəziyyət qarışıqdır, "Breksit" aktuallığını saxlayır, İran məsələsi risk faktoru kimi qalır və s. Bunların fonunda Cənubi Qafqazda 2019-cu ildə baş verənlər və onların mümkün təsirləri əhəmiyyət daşıyır.

2019-cu ilin yekunları: daxili və xarici siyasətin yeni səviyyədə sintezi

2019-cu ilin yekunları: daxili və xarici siyasətin yeni səviyyədə sintezi
03 yanvar 2020

Azərbaycan 2019-cu ildə bütün istiqamətlər üzrə böyük nailiyyətlər əldə edib. Faktların təhlili göstərir ki, bunun üçün ölkə rəhbərliyi mükəmməl siyasi kurs həyata keçirib. Vətəndaşların rifah halının yüksəlməsi, sosial təminat, əməkhaqları və pensiyaların artımı sahələrində ciddi yeniliklər baş verib. Bir sıra irimiqyaslı strateji infrastruktur layihələri reallaşdırılıb. Regional əməkdaşlıq istiqamətində mühüm addımlar atılıb. Xarici siyasətdə əhəmiyyətli irəliləyiş əldə edilib. Azərbaycan həm qonşuları, həm də Avropa və Asiya ölkələri ilə əlaqələri inkişaf etdirib. ABŞ-la strateji əməkdaşlıq yüksək səviyyədədir və müxtəlif sahələri əhatə edir. Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələrin istər iqtisadi, istərsə də diplomatik sahədə genişlənməsi qarşılıqlı faydalı kooperasiya üçün yeni imkanlar açıb.

XXI əsrin milli lideri: İlham Əliyev və Azərbaycan dövlətçiliyinin inkişafı

XXI əsrin milli lideri: İlham Əliyev və Azərbaycan dövlətçiliyinin inkişafı
24 dekabr 2019

Prezident İlham Əliyev artıq on altı ildir ki, müstəqil Azərbaycan Respublikasına rəhbərlik edir. Ulu öndər Heydər Əliyevin siyasi kursunu inamla inkişaf etdirən dövlət başçısının fəaliyyəti çoxşaxəlidir. Aparılan təhlillər göstərir ki, Azərbaycan Cənubi Qafqazda müstəqil dövlət kimi özünü uğurla təsdiq edən ölkədir. Bunun kökündə əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət quruculuğu konsepsiyası dayanır. İlham Əliyev XXI əsrin keşməkeşləri şəraitində həmin inkişaf kursunu yeni şərtlər daxilində səmərəli şəkildə davam etdirir. Bunun nəticəsidir ki, Azərbaycan hazırda Cənubi Qafqazın lider dövlətidir. Ekspertlərin qiymətləndirmələrinə görə, bu proses daha da inkişaf edəcək. Azərbaycan rəhbəri malik olduğu liderlik xüsusiyyətlərinə görə daim uğur gətirən addımlar atacaq. Daxili və xarici siyasətdə həyata keçirdiyi proqramlar sayəsində müstəqil dövlətçiliyi yeni zirvələrə qovuşduracaq. Bunların fonunda isə İlham Əliyevin simasında yeni siyasi lider modelinin formalaşdığı aydın görünür. İlham Əliyev hazırda XXI əsrin milli liderliyinin uğurlu nümunəsidir.

Azərbaycan-Rusiya münasibətləri: Cənubi Qafqazda geosiyasi dinamikaya yeni təkan

Azərbaycan-Rusiya münasibətləri: Cənubi Qafqazda geosiyasi dinamikaya yeni təkan
20 dekabr 2019

Ekspertlər qlobal geosiyasi müstəvidə müşahidə edilən sürətli dəyişikliklərin regional miqyasda necə əks olunması ilə bağlı maraqlı araşdırmalar aparırlar. Bu sırada Cənubi Qafqaz məsələsi maraq doğurur. Bu məkanda geosiyasi mənzərə mürəkkəbdir. Onun fonunda son illər getdikcə daha da intensivləşən Rusiya-Azərbaycan münasibətləri kifayət qədər aktual təsir bağışlayır. Erməni mətbuatı müxtəlif bəhanələrlə bu prosesə kölgə salmağa çalışır. Böhtan xarakterli fikirlər yazılır, Azərbaycan dövlətçiliyinə qarşı çirkin qarayaxma kampaniyaları təşkil edilir. Lakin faktlar göstərir ki, Cənubi Qafqazda Azərbaycan suverenliyini qoruyan, müstəqil xarici siyasət yürüdən yeganə dövlətdir. Rusiya ilə əlaqələr də ancaq bu prinsiplər əsasında həyata keçirilir. Bununla Azərbaycan-Rusiya münasibətlərinin regional geosiyasi dinamikaya təsiri məsələsi xeyli aktuallaşır.

Regional təhlükəsizlik: Ermənistanın pozucu fəaliyyəti və Azərbaycan-Türkiyə-Gürcüstan əməkdaşlığının imkanları

Regional təhlükəsizlik: Ermənistanın pozucu fəaliyyəti və Azərbaycan-Türkiyə-Gürcüstan əməkdaşlığının imkanları
08 noyabr 2019

Cənubi Qafqazda təhlükəsizlik sisteminin formalaşmasının müqəddəm şərtləri, gedişi və perspektivləri nüfuzlu politoloq və iqtisadçıların, jurnalist və analitiklərin apardıqları diskussiyaların əsas mövzusuna çevrilib. Müşahidələr göstərir ki, bu məsələdə qeyri-müəyyən məqamlar kifayət qədərdir. Onlar daha çox rəsmi İrəvanın pozucu fəaliyyətindən qaynaqlanır. Uğursuz xarici siyasət yürüdən Ermənistan hakimiyyəti regionda qeyri-müəyyənliyi artırır, müxtəlif təbiətli risklərin meydana gəlməsinə səbəb olur. Eyni zamanda, İrəvan bunu Rusiyanın Cənubi Qafqazda əməkdaşlıq və təhlükəsizlik istiqamətində ciddi müsbət addımlar atdığı bir mərhələdə edir. Bu isə regionda geosiyasi mənzərənin öz bütövlüyünü itirməkdə olduğu anlamını verir.

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"
31 oktyabr 2019 168.am

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"

"Xarici işlər nazirimiz Zöhrab Mnatsakanyan erməni tərəfinin Qarabağ məsələsində nəyə nail olmaq istədiyini faktiki olaraq, BBC-yə çatdıra bilmədi". Bunu politoloq Hrant Melik-Şahnazaryan bildirib.

Davamı...
Yerevan Moskvanı şantaj edir
05 sentyabr 2019 1in.am

Yerevan Moskvanı şantaj edir

"Yerevanın Moskvaya layiqli cavabı: Rusiyada başa düşməlidirlər ki, vəziyyət dəyişib"

Davamı...