THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Baydenin məktubu: Azərbaycan dünya siyasətinin vacib tərəfdaşıdır

Siz buradasınız: Əsas səhifə »» BEYNƏLXALQ TƏŞKİLATLAR »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
6789
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 21 may 2022 – Newtimes.az

Milli dövlət quruculuğu tarixində Azərbaycan ABŞ-a həmişə böyük önəm verib. Rəsmi Bakı ilə Ağ Ev arasında normal münasibət olub. Azərbaycan hakimiyyətinin təmsilçisi ilə ABŞ Prezidenti arasında ilk görüşdən 123 il keçir. 1919-cu il mayın 28-də Paris sülh konfransında iştirak edən Azərbaycan nümayəndə heyəti və onun başçısı Əlimərdan Topçubaşovla Ağ Evin o vaxtkı sahibi Vudro Vilson arasında qısa görüş olub.

Doğrudur, bu görüş cümhuriyyətin gələcəyinə yardım etmədi. V.Vilson "Azərbaycan məsələsi Rusiyadan əvvəl həll ola bilməz'' deyib, yeni yaranan müstəqil dövləti himayə etməkdən boyun qaçırdı. ABŞ başda olmaqla o vaxtkı Qərb bloku bununla da Rusiya imperiyasının SSRİ adı altında dirçəlməsinə sanki yardım etmiş oldu. SSRİ-nin çöküşünün baş verməsi üçün isə 70 il gözləmək lazım gəldi.

ABŞ və onun lideri olduğu beynəlxalq qruplar, bloklar bir sıra məqamlarda keçmişdə buraxılan fürsətləri indi fərqli şəkildə dəyərləndirirlər. Bunu ABŞ Prezidenti Cozef Baydenin Azərbaycan Prezidenti İlham Əliyevə göndərdiyi son iki məktubdan da görmək mümkündür. Ağ Evin indiki sahibi bu il üçün ilk məktubu mart ayında göndərib. O, həmin məktubda Azərbaycan cəmiyyətini Novruz bayramı münasibətilə təbrik edərək, iki ölkə arasında əlaqələr, dünyanın enerjidaşıyıcıları təhlükəsizliyində rəsmi Bakının tutduğu mövqe, Cənubi Qafqazda yaranan yeni reallıqdan bəhs edib.

ABŞ Prezidentinin Azərbaycanın liderinə göndərdiyi məktubdakı vacib məqamlar

Baydenin İlham Əliyevə mayın 20-də ünvanladığı məktubda isə 7 vacib məqam vurğulanır.

Birincisi, ABŞ-Azərbaycan münasibətlərinin yaxın tarixi, ötən 30 il ərzində bu əməkdaşlığın verdiyi faydadan bəhs edib: "Amerika Birləşmiş Ştatları Azərbaycanın müstəqilliyi və suverenliyinə öz dəstəyini bir daha təsdiq edir. Biz qarşıdan gələn illər və onilliklərdə münasibətlərimizi daha da genişləndirmək arzusundayıq''.

İkincisi, Azərbaycanın enerji resurslarının Avropa və dünya bazarlarının təhlükəsizliyinin təmin olunması və sabitləşdirilməsində önəmli rol oynamasına verilən mühüm əhəmiyyətini vurğulayan Bayden bildirib:

"Ötən 30 il ərzində enerji mənbələrinin şaxələndirilməsi və beynəlxalq təhlükəsizlik sahələrində əməkdaşlığımız tarixin mühüm anında öz bəhrəsini verir, Azərbaycan Avropa və dünya bazarlarının təhlükəsizliyinin təmin olunması və sabitləşdirilməsində önəmli rol oynayır''.

Üçüncüsü, o, Azərbaycanın Ukraynanın ərazi bütövlüyü və suverenliyini dəstəkləməsini dəyərləndirib: "Azərbaycanın Ukraynanın suverenliyinə dəstəyi, habelə Ukraynaya göstərdiyi humanitar və enerji sahəsində yardımı vacib ismarış verir''.

Dördüncüsü, Bayden Azərbaycanın terrorçuluğa qarşı mübarizəsini belə qiymətləndirib: "Biz, həmçinin Sizin terrorizmə qarşı qlobal mübarizəyə verdiyiniz əhəmiyyətli töhfələrinizi təqdir edirik”.

Beşincisi, ABŞ lideri Azərbaycanın Cənubi Qafqazda oynadığı rolun və regionda yaranan yeni vəziyyətin əhəmiyyətindən bəhs edib: "İndi Cənubi Qafqazda davamlı sülhə nail olmaq üçün mühüm imkana bəslənən ümid zamanıdır. Amerika Birləşmiş Ştatları bütün Qafqaz və Trans-Xəzər regionunun çiçəklənməsinə imkan verəcək Azərbaycan ilə Ermənistan arasında diplomatik təmasların intensivləşdirilməsinə və Azərbaycanın iqtisadi, nəqliyyat və insanlararası əlaqələrinin qurulmasına kömək etməyə hazırdır''.

Cozef Bayden bununla Azərbaycanın atdığı sülhməramlı addımları, regional əməkdaşlığa verdiyi üstünlüyü, Qafqaz və Trans-Xəzər bölgəsinin inkişafının vacibliyini vurğulayıb.

Altıncısı, ABŞ lideri demokratik idarəetməni və islahatların məqsədyönlüyünü qeyd edib. Bu, Azərbaycan Prezidentinin son illər islahatlar və idarəetmə istiqamətində atdığı mühüm addımların ABŞ tərəfindən izləndiyini deməyə əsas verir.

Yeddincisi, ABŞ-ın keçmiş sovet respublikalarının müstəqilliyinə verdiyi dəyərdir. Cozef Bayden məktubunda Rusiyanın Ukraynaya qarşı müharibəsini beynəlxalq təhlükəsizliyin əsas sütunlarını sıradan çıxarmağa çalışmaq kimi qiymətləndirib. Belə düşünmək olar ki, ABŞ 123 il əvvəl baş verənləri təkrarlamaq istəmir.

Görünür, Rusiya məsələsi ötən müddət ərzində beynəlxalq normalara cavab verə biləcək səviyyədə deyil. ABŞ onu artıq başlıca təhlükə mənbəyi olaraq görür. Odur ki, Azərbaycanın Ukraynanın suverenliyi və beynəlxalq enerji təhlükəsizliyi sahəsində oynadığı rola əhəmiyyət verir.

ABŞ Prezidentinin məktubu həm də Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü siyasətə verilən yüksək qiymətdir.

Məktub bir daha sübut edir ki, Azərbaycan dünya siyasətinin mühüm, o cümlədən enerji təhlükəsizliyi kimi məsələlərində vacib tərəfdaşdır.

Sədrəddin İsmayılov

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

98 il sonra: Dağlıq Qarabağın taleyi dəyişdi
09 iyul 2021 ANAJ

98 il sonra: Dağlıq Qarabağın taleyi dəyişdi

SSRİ tərəfindən Dağlıq Qarabağa muxtariyyət verilməsinin növbəti ildönümündə Azərbaycan Prezidenti İlham Əliyev faktiki olaraq, muxtariyyətin ləğvi haqqında fərman imzalayıb.

Davamı...
"Azərbaycan, Rusiya və Türkiyə Ermənistanı müstəqil dövlət hesab etmirlər"
16 aprel 2021 Aravot-ru.am

"Azərbaycan, Rusiya və Türkiyə Ermənistanı müstəqil dövlət hesab etmirlər"

Ermənistan ayrıca bir subyekt kimi qəbul edilmir

Davamı...