THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Baydenin İlham Əliyevə məktubu: ABŞ-Azərbaycan münasibətlərində yeni mərhələ

Siz buradasınız: Əsas səhifə »» BEYNƏLXALQ TƏŞKİLATLAR »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
3733
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 29 mart 2021 – Newtimes.az

ABŞ Prezidenti Cozef Bayden Azərbaycan Prezidenti İlham Əliyevə Novruz bayramı münasibətilə təbrik məktubu ünvanlayıb. Bu, iki ölkənin dövlət başçıları arasında ilk rəsmi təmasdır. ABŞ Prezidentinin məktubunda Azərbaycana, onun regionda əhəmiyyətli aktorlardan biri olmasına diqqət çəkilir.

Belə ki, C.Bayden ABŞ-ın İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanla əməkdaşlığı bundan sonrakı dövrdə də davam etdirməyə sadiqliyini vurğulayıb. O, təhlükəsizliklə bağlı ümumi narahatlıqlar və regional sülh məsələlərinin həlli istiqamətində ABŞ Administrasiyasının bundan sonra da Azərbaycanla birgə çalışmaq niyyətini bildirib. Bundan başqa, ABŞ-ın ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi olduğunu xatırladan C.Bayden ölkəsinin firavan və dinc gələcək naminə Ermənistan və Azərbaycan arasında barışığın təşviq olunmasına çalışacağını bəyan edib. Qeyd etmək lazımdır ki, bu fikir konseptual kontekstdə yeni reallıqlar çərçivəsində Azərbaycanın 10 noyabr bəyanatında əksini tapmış məsələlərin reallaşması və davamlı sülhün bərqərar olunması istiqamətində həyata keçirdiyi siyasi kursa uyğundur. O həmçinin iqtisadiyyatın şaxələndirilməsi istiqamətində Azərbaycanın həyata keçirdiyi siyasətə və islahatlara dəstəyini ifadə etdiyini, Xəzər dənizində enerji imkanlarının inkişafı ilə bağlı Azərbaycanın səylərini, həyata keçirdiyi nəhəng enerji layihələrini dəstəklədiyini vurğulayıb. ABŞ Prezidenti ölkəsinin Azərbaycanla iqtisadi əməkdaşlıq üçün yeni imkanları nəzərdən keçirmək arzusunda olduğunu da ifadə edib.

Prezident Cozef Baydenin təbrik məktubu ABŞ Administrasiyasının Azərbaycanla əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün Prezident İlham Əliyevlə bundan sonra da birgə çalışmaqda maraqlı olduğunu, ABŞ-Azərbaycan əlaqələrinin strateji əhəmiyyət kəsb edən münasibətlər səviyyəsinə yüksəldiyini, dostluq və tərəfdaşlıq xarakteri daşıdığını göstərir. Azərbaycanla ABŞ arasında fəal siyasi dialoq, müxtəlif sahələri əhatə edən qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri mövcuddur və qarşıdan gələn dövrdə Azərbaycanla müxtəlif sahələri əhatə edən əməkdaşlığın inkişaf etdirilməsi ABŞ-ın Cənubi Qafqaz-Xəzər dənizi regionunda siyasi prioritetləri sırasına daxildir.

ABŞ İkinci Qarabağ müharibəsi və Azərbaycanın tarixi qələbəsi sonucunda bölgədə yaranmış yeni reallığı görür və bu reallıqlar çərçivəsində Ermənistan və Azərbaycan arasında barışığın təşviq olunmasına çalışacağını bəyan edir. ABŞ Administrasiyası aydın görür ki, güclü və inkişaf edən Azərbaycan həm də Cənubi Qafqaz-Xəzər dənizi regionunda sabitliyin və təhlükəsizliyin, Avropanın enerji təhlükəsizliyinin təminatında önəmli rol oynayan enerji layihələrinin reallaşdırılması və dayanıqlılığının təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Azərbaycan rəhbərliyi ilə həyata keçirilmiş "Cənub Qaz Dəhlizi'' layihəsi enerji təhlükəsizliyinə, enerji mənbələrinin şaxələndirilməsinə və bütün iştirakçı tərəflərə fayda gətirən layihədir.

Azərbaycanla ABŞ regional təhlükəsizlik məsələləri üzrə tərəfdaşdırlar. Azərbaycan Əfqanıstandakı əməliyyatlara öz logistika dəstəyini təmin edir, Azərbaycan hərbçiləri NATO hərbçiləri ilə birlikdə bu ölkədə davamlı sülhün və təhlükəsizliyin təmin edilməsinə öz töhfələrini verirlər.

ABŞ Azərbaycanı güclü, dinamik inkişaf edən, sabitliyə və təhlükəsizliyə mühüm töhfə verən, qlobal müstəvidə önəmli təşəbbüslərlə çıxış edən və yaranan problemlərin həllinə əməli dəstək verən ölkə kimi qiymətləndirir. COVID-19 pandemiyasına qarşı mübarizədə Azərbaycanın beynəlxalq miqyasda fəaliyyəti, Avrasiyanın enerji təhlükəsizliyinə, regionda və daha geniş coğrafiyada təhlükəsizliyin təmin olunmasına verdiyi mühüm töhfələr bunu bir daha təsdiq edir.

Alparslan Öztürk

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Cənubi Qafqaz üçün sülh nə deməkdir?
23 fevral 2021 Arab News

Cənubi Qafqaz üçün sülh nə deməkdir?

Atəşkəs müqaviləsi qorunub-saxlanarsa, regionda sülh bərqərar olarsa, Cənubi Qafqaz, nəhayət, sabit bölgəyə çevrilə bilər.

Davamı...
Azərbaycanın Zəngilan rayonu – İpək Yolu üzərində strateji qovşaq
08 fevral 2021 Atlantico

Azərbaycanın Zəngilan rayonu – İpək Yolu üzərində strateji qovşaq

Zəngilan Azərbaycan üçün çox əlverişli məkanda yerləşir

Davamı...