THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Ermənistanda real vəziyyət: aciz hakimiyyət, çaşqın cəmiyyət

Siz buradasınız: Əsas səhifə »» BEYNƏLXALQ TƏŞKİLATLAR »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
6032
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 21 dekabr 2020 – Newtimes.az

Ermənistan cəmiyyəti indi və əvvəllər Yerevanda hakimiyyətdə olan qüvvələrin danışdığı yalanların, verilən boş vədlərin acı nəticələrindən əziyyət çəkir. Saxta düşüncələrə, düşmənliyə, kinə, nifrətə əsaslanan ermənilik ideyası mövcud olduqca, yaxud bu ideyanı daşıdıqca etnik qrup kimi ermənilərin həyatı faciəli keçəcək. İndi onlar belə həyat yaşayırlar. Bu ölkədə baş verənlərdən belə görünür ki, kimsə vaxtilə ermənilərə Azərbaycan torpaqlarını vəd edib. İndi onlar həmin torpaqlardan qovulanda etiraz edirlər. Bəziləri də işğal etdikləri və indi güc yolu ilə tərk etməyə məcbur olduqları Azərbaycan torpaqlarını ermənilərin ərazisi sayır. Elə Ermənistandakı ictimai-siyasi vəziyyəti gərginləşdirən də budur. Erməni hərbçisi Azərbaycan torpaqlarını niyə işğal edib? Kim onları bu cinayətə təhrik edib? Hazırda Avropada, Rusiyada ermənilərin işğalçılığını, onların bütün qanunlara, o cümlədən beynəlxalq hüquqazidd addımlarını dəstəkləyənlər ucbatından bu etnos öz faciəsini yaşayır. Ermənilərin məğrur, ləyaqətli yaşamasına mane olurlar. Son günlər Belçika parlamentinin Aşağı Palatası, Fransa Senatının atdığı üzdəniraq addımlar bunu təsdiqləyir. Məhz belə qüvvələr Ermənistanın və ermənilərin məsuliyyətsiz davranmalarına rəvac verir. Fransa və Belçikada erməniləri guya müdafiə edənlər, əslində, onlara qəbir qazır. Azərbaycan Ordusu 44 günlük döyüşdə ermənilərə və onların Qərbdəki dəstəkçilərinə bunu sübut etdi.

Dekabrın 19-dan 21-dək Ermənistanda 44 günlük döyüşlərdə zərərsizləşdirilən işğalçı hərbçilər üçün matəm elan edilib.

Dekabrın 19-da hərbçilərin basdırıldığı qəbiristanlıqda keçirilən mərasimdə Ermənistanın baş naziri Nikol Paşinyan və komandası ilə müxalifət arasında toqquşmalar olub. Müxalifət ölən hərbçilərin qohumlarının arxasında gizlənərək özlərini daha canıyanan erməni kimi göstərməyə çalışıb. Onların şüarları isə dəyişməyib: "Nikola istefa!'', "Nikol satqın!'', "Nikol, Ermənistandan get!''.

Ermənistanda Paşinyana alternativ olaraq göstərilən siyasi qüvvələr daha çox əli qanlı olanlardır. Onların əli təkcə Qarabağda azərbaycanlıların qanına deyil, həm də 1998, 2008-ci illərdə ermənilərin qanına bulaşıb. Başqa sözlə, bir dəfə istifadə edilmiş siyasiləri yenidən dövriyyə buraxıblar. Onlar N.Paşinyana qarşı bu ilin əvvəlindən açıq şəkildə çıxış edir, onun istefasını istəyirlər.

Bu baxımdan Ermənistandakı mövcud müxalifətin yeni ideyası, demək olar ki, yoxdur. Onlar problemləri daha çox Rusiyaya arxalanaraq Kremlin iştirakı ilə həll etmək niyyətindədirlər. Bu yaxınlarda Ermənistanın keçmiş prezidenti Robert Köçəryan Moskvaya 3 günlük səfər edib.

Xatırladaq ki, 2008-ci ilin fevral ayında Ermənistanda prezident seçkiləri keçirilib. O vaxt Mərkəzi Seçki Komissiyası namizədlərdən biri olan və hakimiyyətin dəstəklədiyi Serj Sarqsyanın 52,8 faiz səs topladığını və qalib gəldiyini elan edib. Digər namizəd – Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan seçkidə saxtakarlıq olduğunu elan edib və nəticələri tanımayıb.

Seçkilərin nəticələrinin saxtalaşdırılmasına etiraz olaraq martın 1-2-də ölkədə geniş aksiyalar keçirilib. Hakimiyyət mitinqin dağıdılması üçün güc tətbiq edib. Ordu və polisin açdığı atəş nəticəsində 10 nəfər ölüb, xeyli insan yaralanıb. Bu hadisələri törədənlər indiyədək cəzalandırılmayıblar.

Nikol Paşinyan Ermənistanın baş naziri olandan sonra 2008-ci ilin 1-2 mart hadisələrinə görə cinayət işi təzələnib. O vaxtkı prezident R.Köçəryan məsələ ilə bağlı 2018-ci il iyulun 27-də həbs olunmuşdu.

2020-ci il iyunun 18-də məhkəmə 4 mln. ABŞ dolları girov qarşılığında R.Köçəryanın zaminə buraxılması barədə qərar qəbul etmişdi. Başqa sözlərlə, barəsində başlayan cinayət işi xətm olunmayan keçmiş prezidentin Moskvaya səfəri yuxarıda qeyd etdiyimizi təsdiqləyir.

Ondan bir müddət əvvəl isə indi müxalifətin baş nazir postuna vahid namizədi sayılan Vazgen Manukyan da Moskvada səfərdə olmuşdu.

Belə ehtimal etmək olar ki, Köçəryan və Manukyan Rusiyada gələcək siyasi hakimiyyətlə bağlı yenidən testdən keçiriliblər.

Paşinyanın tərəfdarları ilə əleyhdarları arasında ilk dəfə dekabrın 19-da "Yerablur” hərbi qəbiristanlığında hökumət tərəfindən keçirilən matəm yürüşündə toqquşma olub. Müxalifət Nikolu bu məzarlığa buraxmaq istəməyib. Ancaq polis vəziyyətə nəzarət edib.

Dekabrın 21-də Sünik vilayətində bir qrup müxalifət nümayəndəsi Paşinyanı bölgəyə buraxmamağa cəhd göstərib. Hökumət başçısının bölgənin Gorus və Qafan şəhərlərinə səfərinin qarşısını almaq mümkün olsa da, Paşinyanın vilayətə səfərini ümumilikdə baş tutmuş saymaq olar.

Noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında atəşkəslə bağlı imzalanan bəyanatın 9-cu maddəsində Süniklə bağlı maddədə bildirilib: ''Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları həyata keçirir''.

Bu maddəyə uyğun olaraq Azərbaycana təhvil veriləcək yüksəkliklərdən nəzarət ediləcək Qafan rayonunda olan yaşayış məntəqələri bunlardır: Kaxnut (Novruzlu), Davit-Bek (Zeyvə), Ujanis (Ucanis), Eqvard (Yeğvard), Aqarak (Əkərək), Diçmayri (Aşağı Qaraçimən), Syunik (Sünik), Çakaten (Çakaten), Şikaox (Şıxovuz), Nerkin Hand, Tsav (Tsab), Gexanuş, Qafan şəhəri.

Köçəryan, Sarqsyan, Manukyan, Vanesyan, Sarukyan və daha 12 siyasi partiya liderinin başçılıq etdiyi müxalifət hesab edir ki, bu, türklərin Qafan şəhərinə daxil olmasına şərait yaradacaq: "Onlar əvvəl 86 km uzaqlıqda idi, indi isə Qafanın 8 kilometrliyində olacaqlar. Sizin xəritənizə görə Zəngəzurda təhlükəsiz bir qarış yer qalmadı''.

Müxalifət bununla həm də Paşinyanın Ermənistan üzrə hərəkətini məhdudlaşdırmağa çalışır.

Sünikə gələn Paşinyan sakinlərlə görüşdə Azərbaycanla Ermənistan sərhədindəki vəziyyəti izah edib: "Gorus-Qafan yolu Ermənistan və Azərbaycanın sovet sərhədindən keçir. Hazırda orada Ermənistan sərhəd qoşunları yerləşir. Rusiya sərhədçiləri də yolun təhlükəsizliyinin təminində iştirak edəcəklər”.

Onun sözlərinə görə, bütün bunlar münaqişənin yenidən başlamaması və gələcəkdə gərginliyin qarşısının alınması üçün edilir. O, sakinləri qalmaqal salmamağa çağırıb. Paşinyan iki ölkə arasında demarkasiyanın GPS sisteminin göstəricilərinə uyğun aparıldığını da vurğulayıb.

Qeyd edək ki, Sünik vilayəti (Zəngəzur) Ermənistanın cənubunda yerləşir. Bu ərazi Azərbaycanın Naxçıvan və Qarabağ bölgələri, Zəngilan və Qubadlı rayonları, habelə Cənubi Azərbaycanın Qaradağ mahalı ilə əhatə olunub. Vilayətin mərkəzi şəhəri Qafandır. Gorus, Mehri, Sisian, Qacaran, Aqarak, Dəstəkert vilayətin başlıca şəhər və rayonları sayılır. Qədimlərdən ta 1920-ci illərədək bölgə Zəngəzur adlanıb. Ərazidəki türk mənşəli adlar erməniləşdiriləndə Zəngəzur mahalının adı da dəyişdirilib.

Beləliklə, Ermənistanda müxalifət sayılan köhnə, işlənmiş siyasi qüvvələrin əsas hədəfi bütün vasitələrdən istifadə edərək Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaqdır. Onlar bunun üçün bütün yollardan yararlanırlar. Əvvəllər keçmiş hakimiyyətə (indiki müxaliətə) işləyən KİV-in çoxu hazırda hökumətə müxalifət mövqedən çıxış edir. Belə ehtimal etmək olar ki, Nikol Paşinyan hökuməti onların maliyyələşməsinə yardım etməyib. Ona görə də məşhur KİV də hazırda daha çox hökumətə qarşı olan düşərgənin mövqeyini işıqlandırmqla müxalifətə keçib.

2016-cı ilin aprel döyüşlərini uduzan, Xocalıda soyqırımı törədən, Ermənistan ordusunun milyonlarını mənimsəyən keçmiş müdafiə naziri Seyran Ohanyan və ərtafındakı generallar, o cümlədən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının keçmiş baş katibi, barəsində 2008-ci ilin mart hadisələrinə görə cinayət işi başlanan Yuri Xaçaturov da Nikol Paşinyanın istefasını tələb edir.

Beləliklə, baş verənlər hələ ki nə erməniləri, nə də onların başbilənlərini dəyişməyib. Çünki ermənilik dəyişməyib. Bu, ideya yalnız qul xidməti göstərmək üçün yaranıb. Belələri başqasının torpaqlarını işğal istiqamətində fəaliyyət göstərmək, həmin torpaqlardan qovulanda isə şüvən qoparmaq, dünyadan yardım istəməklə ləyaqət hissini itirib. Ləyaqətsizlik, yalan və oğurluqdan bütün bəlalar törəyir. Ermənilik bu etnosun baş bəlası, bölgədə maraqları olan güclər üçün isə Qafqazın təhlükəsizliyinin təhdidi üçün alətdir. Qarabağdakı 44 günlük müharibədən sonra Ermənistan cəmiyyəti çaşqın vəziyyətdədir – nə hakimiyyəti bilinir, nə də müxalifəti. Mövcud iqtidar problemləri həll etməkdə aciz, müxalifət isə ideyasızdır. Bu ölkədə ümidi yenə xarici amildə görürlər.

Sədrəddin İsmayılov

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

"Azərbaycan, Rusiya və Türkiyə Ermənistanı müstəqil dövlət hesab etmirlər"
16 aprel 2021 Aravot-ru.am

"Azərbaycan, Rusiya və Türkiyə Ermənistanı müstəqil dövlət hesab etmirlər"

Ermənistan ayrıca bir subyekt kimi qəbul edilmir

Davamı...
Cənubi Qafqaz üçün sülh nə deməkdir?
23 fevral 2021 Arab News

Cənubi Qafqaz üçün sülh nə deməkdir?

Atəşkəs müqaviləsi qorunub-saxlanarsa, regionda sülh bərqərar olarsa, Cənubi Qafqaz, nəhayət, sabit bölgəyə çevrilə bilər.

Davamı...